İsmayıl Qarayev a ğ y u X u



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə15/27
tarix26.09.2017
ölçüsü0,8 Mb.
#1650
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

 

29 


başladı,  ona  görə  də  səksəkəli  səslə,  ətəyindən  yapışmaq  istədiyi  adamı  çağıran  bir  avazla 

dilləndi:  –  Mehdi,  nəyi?..  Nəyi,  Mehdi?..  –  Katibin  bilməyi  vacibdir.  O  razı  qalandan  sonra 

camaat nə deyəsidir? Nazlı dillənmədi, lakin Tosunun ürəyində bir acı soğan göyərdi: bir sözlə, 

bir  səslə  yüzü  birdirmi?  Tosunun  yadına  Rəhim  kişinin  uzaq  bir  qohumu  düşdü.  Şəhərdə 

zavodda  işləyirdi,  şəhərdə  yaşayırdı.  Uşaq  vaxtı  tramvayın  yanınca  yüyürmüşdü,  yıxılmışdı, 

tramvayın  təkəri  ayağının  birini  xırp  kəsmişdi,  ona  görə  əsgərliyə  aparmamışdılar.  Hərdən 

Rəhim kişigilə gəlirdi. Deyirdi, ay əmi, maşallah, hind quşunu çoxaltmısınız, qapı-baca tutmur. 

Rəhim kişi də hind quşlarını gözləri ilə yeyən qohumuna baxmaya-baxmaya and içirdi: «Rəhimi 

yuyub  qəbirə  qoyasan  ki,  bizim  bir  fərə,  bir  xoruzumuz  var,  qalanı  qonşularındır.  Yoxsa  bir 

qanadlı nəmənədir?!» Qohumu gülürdü. Gülüşü elə bil beləcə deyinir, beləcə danışırdı: «Hansı 

Rəhimi? Kənddə nə çox Rəhim!.. həm də, ay rəhmətliyin oğlu, biz görmüşük ki, az çoxun yanına 

gedər,  sənin  bu  bir  cütün  pirdir,  nədir,  qonşularınkı  sizinkilərin  başına  yığışır?»  Qohumu  bu 

danışan gülüşünü Rəhim kişiyə sarı ötürəndən sonra şaqqıldayardı, əlini-əlinə vurub uğunardı... – 

Camaat bu bir adama bircə yaxşılığına onların hamısına pisliyin kimi baxsalar, burda, bu kənddə 

nə xətir-hörmətin?  

– Elə baxmazlar.  

–  Təki  sən  sarıdan  ağızları  əyilməsin,  yaman  kinli  camaatdır.  –  Nazlı  əlini  Mehdinin 

üzünə  endirdi,  üzündə  gəzdirdi,  sanki  məxmər  sığallayırdı.  Əli  od  tutub  yanırdı,  lakin  o,  bu 

yanda  büzüşdü,  səsi  uçundu:  –  Elə  qorxuram  ki...  Elə  üşüyürəm  ki...  Tosu  isə  Rəhim  kişinin 

həyətindən qalxan taqqıltıya qulaq asırdı. Elə bil həmin gün idi, o qohum indi də gülürdü, indi də 

uğunurdu,  Tosu  da,  Rəhim  kişinin  uşaqları  da  çantalarını  götürüb  məktəbə  yollanırdılar.  Zəng 

içəri vurulurdu. Hamı siniflərə doluşurdu. Müəllim içəri girən kimi ayağa qalxırdılar. O, adları 

oxuyurdu.  Uşaqların  birini  yazı  taxtasının  qabağına  çağırırdı.  Dərsi  danışdırırdı.  Uşaq 

«bədəvilər»  deyəndə  müəllim  onun  sözünü  kəsir,  düzəliş  verirdi:  –  Bədəvilər  yox,  dəbəvilər! 

Düz  de!  –  Dərs  danışan  da,  oturanların  hamısı  da  donuxub  qalırdılar.  Müəllimin  üstünə  hər 

gözdən bir heyrət axırdı. Müəllim vecinə almırdı, israr edirdi:  

– Düz de – dəbəvilər. Uşaq dillənmirdi. Müəllim hirslənirdi. – Eşitmədin? Onda heç kim 

deyə  bilmədi  ki,  müəllim,  kitabda  «bədəvilər»  yazılıb,  biz  hamımız  belə  oxumuşuq,  belə 

öyrənmişik...  Müəllim  həmin  uşağa  «iki»  yazdı,  təzə  dərsi  söyləməyə  başladı.  Tosu  indi 

fikirləşirdi ki, o uşaqların hamısı böyüyəcək, ali savad alacaq, hərəsi bir müəllim olacaq, onların 

dərs  dediyi  uşaqlar  da  öz  müəllimlərinin  sözünü  çevirə  bilməyəcəklər:  böyüyün  səhvini 

tutmazlar! Böyüyün  əyrisini düzəltməzlər. Böyüyün üzünə ağ olmazlar! O, ona görə böyükdür 

ki,  çoxundan  ağıllıdır,  çoxundan  biliklidir...  Nazlının  nəfəsi  dəyişmişdi.  Qızdırmalı  adam  kimi 

tövşəyirdi. Yorğanı başına çəksə də, uçunduğu, titrədiyi bilinirdi. Durub eşiyə çıxdı. Aradan çox 

keçdi, qayıtmadı. Mehdi də onun dalınca getdi. Onlar evə dönəndə otağa qəribə bir hava doldu. 

Elə bil Mehdinin də, Nazlının da sinəsində nəsə oyanmışdı, nəsə baş qaldırmışdı, özü də bir canlı 

kimi  nəfəs  almışdı,  nəfəs  vermişdi.  Nəfəsi  yanmışdı,  nəfəsi  boğulmuşdu.  Bu  yanan  nəfəs,  bu 

boğulan nəfəs üstünə bircə çınqı düşən, korun-korun közərən, sönən qov qoxusu verirdi. Tosunu 

boğdu bu hava. Tosunu darıxdırdı bu boğulan nəfəs. İndi də Tosu eşiyə çıxdı. Onun qayıtmasını 

gözləyən olmadı. Hər çarpayıdan bir mışıltı qopdu. Otaqdakı ala-toranlıq sanki belə şirin yuxuya 

həsrət  qalmışdı,  o  da  qaranlıqlaşdı,  o  da  uyudu.  Qaranlığın  yuxusu  dan  sabahının  qızartısı  ilə 

qaçanda, sübhün üfüqdəki qan rəngi otağın pəncərələrindən içəri süzüləndə Nazlı oyandı, eşiyə 

yönəldi,  Tosunu  artırmadaca  oturan  gördü.  İçini  çəkdi:  –  Tosu  bala?..  Tosunun  gözlərinə  qan 

sağılmışdı. O gözlərdə necə diri fikrin ölüsü qalmışdı. O bəbəklərdə neçə xəstə xülyanın tabutu 

götürülmüşdü. O baxışlarda neçə matəmin qara libası saxlanmışdı. Belə niyə? Nazlının bu evdə 

qalmasının ona xeyirdən çox başqa nə ziyanı dəyə bilərdi? Nazlının səsi səksəndi. Bu dəfə ona 

«bala» deyə bilmədi, sanki ayların, illərin doğması bircə gecənin içində ögeyləşmişdi. – Tosu?.. 

Tosu altdan yuxarı baxırdı. Hər gözü dolu qan çanağına oxşayırdı. Nazlıya elə gəldi ki, bu qan 

çanaqları  get-gedə  böyüyür.  Budur,  hərəsi  bir  gölməçəyə  döndü.  Yenə  böyüdü,  dənizə  döndü, 

dalğalandı. Nazlı bu iki dənizin arasındakı bircə qayanın üstündə təkcə qaldı. Qan dənizinin qanlı 

dalğaları  döyür  bu  qayanı,  yavaş-yavaş  uçurur,  dağıdır,  udur  bu  qayanı.  Budur,  qan  Nazlının 



 

30 


dizlərinə  çıxdı.  Bir  qanlı  dalğa  onun  başına  sıçradı,  onu  qayanın  üstündən  silib  apardı.  Nazlı 

bağırdı: – Mehdi!.. Mehdi elə bildi Nazlı ilan görüb, ya da onu ilan çalıb. Eyvana tələsə-tələsə 

çıxdı. Qoltuq ağacını əlində hazır tutmuşdu. – Necə oldu? – Tosu naxoşlayıb, Mehdi. Tosunun 

bir cüt qan çanağı indi də Mehdiyə dikildi. Bu baxışlar atanı dondurdu, atanın üstünə əli baltalı 

qəssab  kimi  düşdü,  çapdı,  doğradı  onu,  kəndin  itlərini  çağırdı,  atanı  itlərə  yem  elədi.  Mehdi 

qorxdu,  Tosuya  yaxın  gələ  bilmədi.  Sandı  ki,  dindirsə,  toxunsa  bu  qan  çanaqları  töküləcək, 

kəndin  hər  evinə  bir  qırmızı  cığır  uzanacaq,  bu  qırmızı  cığır  hər  evə  bir  qara  xəbər  aparacaq. 

Deyək  ki,  yalan  gerçək  oldu;  atam  əsgər  dostunun  arvadını  qara  günün  əlindən  belə  aldı,  belə 

saxladı.  Bu  gün  səhərin  açılışı  da  əsəbi  idi.  Ağacların  yarpaqları  da,  budaqları  da  çox  dik 

durmuşdu.  Sübhün  mehi  onları  tərpədə  bilmirdi.  Mehin  özündə  də  bir  sərtlik  vardı,  adamın 

gözlərini  üşüdür,  gözlərini  yaşadırdı.  Köhlən  də  yalquzaq  görmüş  kimi  kişnədi.  Bu  kişnərti 

göylərə  atıldı,  göylərə  ağ  qalay  çəkdi,  qayaları  səksəndirdi,  dənizdə  boğulub  batan  uşaqların 

qayalarda qalmış səsi çağırışdı, onların «ana!» harayı kəndin üstündən aşıb dərələrə doldu.  

* * *  


O gün Tosunun atası iki cöngə kəsdirmişdi. Külfətin böyüklüyünə, balacalığına görə pay 

bölmüşdü.  Bəzi  evlərin  payına  üç  kilo  bəzilərininkinə  isə  beş  kilo  ət  düşürdü.  Siyahı 

tutdurmuşdu.  Gələn  qol  çəkib  öz  payını  götürürdü.  İlin  başına  hələ  xeyli  qalsa  da,  cədvəl 

yazdırmışdı,  hər  ailə  başçısı  anbardan  taxıl  alırdı.  Hamı  öz  köhnə,  yamaqlı  paltarını  ötən  gecə 

yumuş,  ötən  gecə  qurutmuş,  bu  gün  bu  səhər  geyinmişdi.  Çünki  noyabrın  yeddisi  idi,  bayram 

günü idi. Bu aclıqda, yalavaclıqda hamı sevinirdi. Çünki faşistləri qovurdular, hər gün kəndə bir 

əsgərin,  bir  yaralının  gəldi  xəbəri  yayılırdı.  Dəyirmanda  vurhavur  idi;  hamı  bircə  yoğurumluq 

dən üyüdürdü. Hər həyətdə sac asılmışdı, yuxa bişirilirdi. Əllərində dürmək tutan uşaqların ağzı 

ağarmışdı  –  dodaqları  unlu-urvalı  idi.  Mehdi  kəndin  zurnaçılarını  kolxoz  həyətinin  qabağına 

çağırtdırmışdı.  Əli  dürməkli  uşaqlar  zurna  səsinə  hoppanışa-hoppanışa  ora  yüyürürdülər.  Bəzi 

həyətlərdən, doqqazlardan gülüş eşidilirdi. Bu kəndə bircə gün bayram olacaqdı. Bu kənd bircə 

gün dərdi, ələmi unudacaqdı. Bircə gün sevinəcəkdi, bu bircə günün sevinci onları gözlədikləri 

günlərə aparacaqdı. Oğlunun «qara kağızı» gələn anaların da bu gün qırışığı, büzüşüyü açılmışdı, 

elə  bil  dərd  çəkməkdən  yorulmuşdular,  elə  bil  keçmiş  günlərə  qayıtmışdılar:  nə  dava 

başlanmışdı,  nə  davaya  oğul-övlad  getmişdi,  nə  də  onların  həsrəti,  intizarı  ürəklərdən  bir  qara 

daş  kimi  asılmışdı.  Nazlı  da  sevinirdi.  O  da  yuxa  yaymış,  yuxa  bişirmiş,  löyünbəlöyün  xörək 

hazırlamışdı.  Çay  dəmləmişdi.  Evi  şirələmişdi,  cəbhə  xəbərləri  ilə  bayramqabağı  mitinqlərlə, 

məruzə  və  çıxışlarla  dolu  qəzetləri  stolun  üstünə  döşəmişdi.  Qabları,  qaşıqları  düzmüşdü. 

Mehdinin yolunu gözləyirdi. Atırmadaca oturmuşdu. Tosu həyət qapısından içəri girəndə qalxdı. 

– Tosu, sən acsan, gəl xörək çəkim, ye. O, elə bilmişdi ki, Tosu da uşaqlara qoşulub zurnaçıların 

yanına  gedib.  Lakin  Tosu  heç  yana  getməmişdi,  doqqazdakı  daşın  üstündəcə  oturub  ötüb– 

keçənə  tamaşa  eləmişdi.  Onların  hərəsi  Tosunun  gözlərinə  yığılan  bir  fikri  çəkib  aparmışdı, 

hərəsi  onun  bəbəklərinə  bir  pərdə  atıb  getmişdi.  Tosunun  ürəyində  ötüb-keçənlərin  sayı  qədər 

hiss, duyğu  dolanmışdı,  çoxu da solğun, sarı, çoxunda da zəhər acılığı,  ötəri  üz şirinliyi,  bircə 

gün  ömrü  olan  sevinc-yuvadan  vaxtsız  çıxan,  bir  də  öz  yuvasına  çətin  qayıdan  pərvaz  kimi, 

uşaqların tez tutduğu, tez oynatdığı, qanadları hələ bərkiməmiş quş balası kimi...  

– Yemirəm. Tosu dayanmadı, həyətin o başına çəkildi, bağçaya keçmək istədi. Nazlı onu 

bir də çağırdı:  

–  Tosu!  Dayandı.  Lakin  yönünü  ona  sarı  çevirmədi.  Arxadan  söz  gözlədi,  səs  gözlədi. 

Nazlı  gedib  onun  qolundan  tutdu,  evə  sarı  çəkildi.  –  Qurban  olum,  sənə,  Tosu!..  Axı  sən 

yeməsən,  mən  də  dilimə  vurmaram.  Tosu  ayaqlarını  yerə  bərk  dirədi,  o  yana  dartındı,  özü  də 

başını  o  tərəfə  daha  çox  əydi,  sanki  Nazlı  sarıdan  nə  bəla  gəlsə,  başına  gələcəkdi,  başını 

qorumalı,  başını  salamat  saxlamalıydı.  Nazlı  gördü  ki,  onu  qaytarmağa  gücü  çatmayacaq, 

qabağına keçdi, boynunu qucaqladı: – Dərdin alım, Tosu, belə eləyirsən ki, mən çıxım gedim? 

Tosu başını qaldırmadı, mundardan, çirkabdan xilas olmağa çalışırmış kimi çabaladı. Nazlı onu 

buraxmadı:  




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə