İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə36/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   32   33   34   35   36   37   38   39   ...   48

 
112 
Ömər  (farsca  bilmədiyi  üçün)  dedi:  “Bu  qız  məni 
söyür?” 
Sonra  onu  satmaq  qərarına  gəldi.  Əmirəl-mö`minin 
Əli  (ə)  Ömərə  buyurdu:  “Sənin  buna  haqqın  yoxdur. 
Seçmək  ixtiyarını  öz  öhdəsinə  qoy.  Hər  kimi  bəyənsə, 
mehriyyəsini  həmin  şəxsin  beytül-maldakı  payından 
hesabla”. 
Ömər  Əlinin  (ə)  təklifini  bəyəndi  və  seçmək 
ixtiyarını  Şəhrəbanunun  öhdəsinə  qoydu.  Şəhrəbanu 
qabağa gəldi və əlin İmam Hüseynin (ə) çiyninə qoydu. 
İmam Əli (ə) ona buyurdu: “Adın nədir?” 
O cavab verdi: “Cahanşah”. 
Həzrət Əli (ə) buyurdu: “Sənin adın Şəhrəbanuvəyh 
olsun!” 
Sonra  İmam  Hüseynə  (ə)  buyurdu:  “Ey  Hüseyn! 
Şübhəsiz,  bu  qızdan  sənin  üçün  yer  üzünün  ən  yaxşı 
insanı dünyaya gələcək”.
150
 
HƏZRƏT ƏLĠNĠN (Ə) ġƏHRƏBANUYA SUALI VƏ 
ONUN CAVABI 
Şəhrəbanunu  əsir  kimi  Mədinəyə  gətirəndə,  Həzrət 
Əli  (ə)  ondan  soruşdu:  “Atandan  fil  süvariləri  (və  İran 
ordusunun 
məğlubiyyəti)  barəsində  hansı  sözləri 
xatırlayırsan?” 
Şəhrəbanu  cavabında  dedi:  “Yadımdadır,  atam  o 
zaman deyərdi ki, hər zaman Allahın iradəsi qalib gəlsə, 
bütün  arzular  onun  müqabilində  xar  və  nakam  olar.  Hər 
zaman  ömürün,  izzət və şövkətin  sonu  çatsa,  ölüm  vaxtı 
çatacaq.  Onun  qabağında  təslim  olmaqdan  başqa  çarə 
yoxdur”. 
Həzrət Əli (ə) buyurdu: “Doğrudan da atan nə qədər 
gözəl  söz  deyib!  Bütün  işlər  İlahi  müqəddəratın 
müqabilində  xar  və  təslim  olar.  Hətta  əcəl  çatan  zaman 
                                            
150
 Üsuli kafi, 1-ci cild, səh.467. 


 
113 
belə,  insanın  xahişlərinə  və  gördüyü  tədbirlərinə  qalib 
gələr”. 
Həzrət  Şəhrəbanu  İmam  Səccadı  (ə)  dünyaya 
gətirəndə vəfat etdi. 
 
5-İmam Baqirin (ə) anası Fatimə (ə) 
İmam  Baqirin  (ə)  əziz  anası  Fatimə  (ə)  (Ümmü 
Əbdullah)  İmam  Həsən  Müctəbanın  (ə)  qızı  idi.  İmam 
Sadiq  (ə)  onu  yad  edib,  şə`ni  və  məqamı  haqqında 
buyurub:  “O  çox  doğru  və  düz  danışan  idi.  İmam 
Həsənin (ə) ailəsində onun kimi bir qadın olmayıb”. 
İmam Baqirin (ə) üstün olmasının səbəblərindən biri 
bu  idi  ki,  iki  tərəfdən  (yə`ni  həm  ata  və  həm  də  ana) 
imamətə  bağlıydı.  Onun  əsli  İmam  Həsən  (ə)  və  İmam 
Hüseyn (ə) vasitəsilə risalət mənbəyi həzrət Peyğəmbərə 
(s)  çatır.  Onun  uca  mə`nəvi  məqamı  və  kəramətlərindən 
biri budur ki, həzrət (ə) bir gün bir divarın altında oturur. 
Birdən divar  yarılır və onun uçacağını bildirən  möhkəm 
səs eşidilir. Həzrət (ə) divara işarə edərək buyurur: “Yox! 
Mustafanın  haqqına  and  verirəm.  Allah  sənə  aşmağa 
icazə verməsin”. 
Divar  onun  bu  sözü  və  işarəsindən  sonra  havadan 
asılı  vəziyyətdə  qalır  və  İmam  (ə)  sağ-salamat  oradan 
uzaqlaşır. Bundan sonra İmam Sadiq (ə) (o Həzrətdən (ə) 
təhlükənin uzaqlaşmasına xatir) yüz dinar sədəqə verir.
151
 
6-Ġmam Sadiqin (ə) anası Ümmü Fərvə 
Həzrət  İmam  Sadiqin  (ə)  əziz  anası,  Fatimə  adlı 
möhtərəm  qadın  Ümmü  Fərvə  kimi  tanınırdı.  Ümmü 
Fərvə  İmam  Səccadın  (ə)  xalası  oğlu  Qasim  ibn 
Məhəmməd  ibn  Əbu  Bəkrin  qızı  idi.  O,  tanınmış  şiə 
fəqihi və İmam Səccada (ə) ən yaxın səhabədən sayılırdı. 
İmam Sadiq (ə) də onu İmam Səccadın (ə) daha e`tibarlı 
və  e`timadlı  səhabəsi  kimi  yad  edirdi.  Əhli-sünnə 
                                            
151
 Üsuli kafi, 1-ci cild, səh.469. 


 
114 
tarixçiləri  onu  “Tabein  seyyidlər”indən  və  İmam 
Səccadın  (ə)  dövründəki  “yeddi  fəqihlər”dən  biri  kimi 
qeyd  edirdilər. O hicri 101,  ya 102,  ya 108 və  ya 112-ci 
ildə 72 yaşında Mədinədə vəfat etdi.
152
 
Bir  gün  İmam  Rzanın  (ə)  hüzurunda  Qasim  ibn 
Məhəmməd  ibn  Əbu  Bəkr  və  Səid  ibn  Musəyyibdən 
(bunların  hər  ikisi  öz  əsrinin  tanınmış  və  üstün 
fəqihlərindən idi) söz açıldı. Həzrət (ə) buyurdu: “Bu iki 
nəfər şiə idilər”.
153
 
İmam Sadiqin (ə) anası Ümmü Fərvə belə bir şəxsin 
qızı  idi.  Onun  şə`ni  və  məqamına  İmam  Sadiqin  (ə) 
buyurduğu sözlər kifayətdir: “Anam imanlı, pərhizkar və 
yaxşı  əməl  sahibi  olan  qadın  idi.  Allah  yaxşı  əməl 
edənləri çox sevər”. 
Sonra  buyurur,  “anam  nəql  edir  ki,  atam  (İmam 
Baqir  (ə))  ona  buyurdu:  “Ey  Ümmü  Fərvə!  Mən  hər 
gecə-gündüz  Allah  dərgahından  şiələrim  üçün  min  dəfə 
məğfirət diləyirəm. Çünki bizə müsibət və bəla gələndə, 
Allahın onu müşahidə etdiyini  yəqin edib və  agah olub, 
səbir  edirik.  Ancaq  bizim  şiələrimizin  belə  bir  elm  və 
yəqinliyi olmadığı halda səbir edirlər”.
154
 
Görkəmli  hədis  alimi  Məs`udi,  “Mürucuz-zəhəb”də 
rəvayət  edir:  “Ümmü  Fərvə  öz  əsrinin  bütün 
qadınlarından daha pərhizkarı idi”. 
O  pərhizkar  olmaqdan  əlavə,  o  qədər  dəyərli 
məqama malik idi ki, onun oğlu İmam Sadiqi (ə) “İbnul-
Mukərrəmə” 
(Möhtərəm 
qadının 
oğlu) 
kimi 
xatırlayırdılar.
155
 
                                            
152
  Ə`yanuş-şiə,  8-ci  cild,  səh.446;  Təbəqate  ibn  Sə`d,  5-ci  cild, 
səh.139;  Tənqihul-məqal,  2-ci  cild,  səh.23  (Qasim  kəlməsi);  Üsuli 
kafi, 1-ci cild, səh.472. 
153
 Tənqihul-məqal, 2-ci cild, səh.23. 
154
 Üsuli kafi, 1-ci cild, səh.472. 
155
 Rəyahinuş-şəriət, 3-cü cild, səh.17. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə