İQTİsadiyyatin təNZİMLƏNMƏSİ SİstemiNDƏ HÜquqi TƏNZİMLƏMƏ aləTİ KİMİ DÖVLƏt proqramlarinin əHƏMİYYƏTİ



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə26/29
tarix06.02.2018
ölçüsü0,71 Mb.
#26635
1   ...   21   22   23   24   25   26   27   28   29

77 

 

 



 

Konsepsiyada nəzərdə tutulmuĢ vəzifələrə nail olunması ölkəmizin qüdrətinin daha 

da  artmasını,  beynəlxalq  müstəvidə  mövqeyinin  möhkəmlənməsini  və  əhalinin 

rifahının daha da yaxĢılaĢmasını təmin edəcəkdir. 

 

 

 



 

 

 


78 

 

 



 

NƏTİCƏ VƏ TƏKLİFLƏR 

 

Azərbaycanda  demokratik  dövlət  quruculuğu,  dövlət  ərazi  idarəetmə 



sisteminin  inkiĢafı  ilə,  digər  tərəfdən  isə  regionların  inkiĢafında  olan  fərqlərlə 

bağlıdır. Ġqtisadiyyatın dövlət tənzimlənməsi və idarə olunması ilə əlaqədar nəzəri-

metodoloji  məsələlərin  respublikamızın  Ģəraitinə  uyğun  tədqiq  edilməsi  və 

öyrənilməsi  xüsusilə  vacibdir.  Səmərəli  iqtisadi  siyasətin,  iqtisadiyyatın  dövlət 

tənzimlənməsi  və  idarə  olunması  mexanizminin  iĢlənib-hazırlanması  və  həyata 

keçirilməsi  üçün  ilk  növbədə  yüksək  ixtisaslı  kadrlara,  mütəxəssislərə  kifayət 

qədər  bilik  və  üstünlük  vermək  lazımdır.  Həmçinin,  daxili  iqtisadi  siyasətin 

aparılması  üçün  müvafiq  normativ  hüquqi  bazanın  yaradılmaması  iqtisadi 

problemlərin  həllinə  mane  olur.  Belə  bir  vəziyyətdə  səmərəli  iqtisadi  siyasətin 

həyata  keçirilməsi  və  səmərəli  tənzimlənməsinə  nail  olunması  üçün  mükəmməl 

hüquqi  mexanizmin  və  təkmil  normativ  hüquqi  bazanın  formalaĢdırılması  zəruri 

Ģərtə  çevrilmiĢ  olur.  Ölkədə  son  illərdə  həyata  keçirilən  islahatların  baĢlıca 

məqsədi demokratik və güclü iqtisadiyyata malik müstəqil dövlətin qurulmasından 

ibarət  olmuĢdur.  Ġqtisadi  sahədə  həyata  keçirilən  tədbirlər  bazar  iqtisadiyyatı 

mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin geniĢləndirilməsinə, yerli və xarici 

investisiyaları,  müasir  texnologiyaları  cəlb  etmək  və  qabaqcıl  idarəetmə 

təcrübəsindən faydalanmaqla rəqabətə davamlı məhsul istehsal edən müəssisələrin, 

yeni  iĢ  yerlərinin  yaradılmasına  və  nəticə  etibarilə  ölkənin  iqtisadi  qüdrətinin 

artırılmasına  yönəlmiĢdir.  Uğurlu  neft  strategiyasının  həyata  keçirilməsi 

nəticəsində  ilbəil  artan  neft  və  qaz  gəlirlərini  qeyri-neft  sektoruna  yönəltməklə 

iqtisadiyyatın  tarazlı  inkiĢafına  nail  olmaq  son  illər  Azərbaycan  dövlətinin 

qarısında  duran  ən  mühüm  vəzifələrdən  biri  olmuĢdur.  Bu  baxımdan  iqtisadi 

inkiĢafının sürətləndirilməsi dövlətin iqtisadi siyasətinin baĢlıca hədəflərindən biri 

kimi  müəyyənləĢdirilmiĢdir.  Mövcud  olan  əmək  ehtiyatlarından,  təbii  və  iqtisadi 

potensialdan  səmərəli  istifadə  etmək,  iqtisadiyyatın  qeyri-neft  sektorunun 

inkiĢafını  sürətləndirmək  və  aqrar  sektorda  islahatları  dərinləĢdirmək,  əhalinin 




79 

 

 



 

məĢğulluğunu  artırmaq,  yoxsulluğun  səviyyəsini  azaltmaq,  infrastrukturu 

yeniləĢdirmək,  əlveriĢli investisiya  Ģəraiti,  müasir tipli  müəssisələr, yeni  iĢ  yerləri 

yaratmaq  istiqamətində  sistemli  tədbirlərin  həyata  keçirilməsi  məqsədilə 

regionların bilavasitə davamlı sosial-iqtisadi inkiĢafını nəzərdə tutan - 2004-2008, 

2009-2013  və  2014-2018-ci  illəri  əhatə  edən  iki  proqram  hazırlanmıĢ,  birinci  və 

ikinci  proqram  reallaĢdırılaraq  uğurla  baĢa  çatdırılmıĢ,  üçüncü  proqram  da  eyni 

uğurla  reallaĢdırılmaqdadır.  Regionlarda  infrastrukturun  yenidən  qurulması  ilə 

bağlı həyata keçirilməsi zəruri olan tədbirlərin hamısı hər üç proqramda tam olaraq 

öz  əksini  tapmıĢdır.  Bu  gün  tam  əminliklə  demək  mümkündür  ki,  Azərbaycan 

regionlarının bügünkü sosial - iqtisadi inkiĢafı və canlanması bilavasitə adıçəkilən 

proqramların qəbul edilməsi və reallaĢdırılması ilə bağlı olmuĢdur. Sonuncu, 2014-

2018-ci  illəri  əhatə  edən  dövlət proqramlarında regionlarda, mövcud potensialdan 

daha səmərəli istifadə etməklə sosial sfera sahələrinin, kommunal xidmət və digər 

infrastruktur  obyektlərinin,  yeni  istehsal  və  emal  muəssisələrinin  yaradılması, 

mövcud  muəssisələrdə  istehsal  fəaliyyətinin  geniĢləndirilməsi,  rabitə  və 

informasiya  texnologiyalarının  tətbiqinin  surətləndirilməsi,  sosial  infrastrukturun 

yaxĢılaĢdırılması, o cumlədən müasir standartlara cavab verən təhsil, elm, səhiyyə, 

mədəniyyət  və  idman  obyektlərinin  inĢası,  yenidən  qurulması,  əlillər  və  Ģəhid 

ailələri  üçün  yaĢayıĢ  binalarının  tikintisi  uzrə  kompleks  tədbirlər  nəzərdə 

tutulmuĢdur. 

Azərbaycan Respublikasının sosial-iqtisadi inkiĢafı sahəsində qəbul edilmiĢ 

dövlət  proqramları  çərçivəsində  həyata  keçirilən  məqsədyönlü  tədbirlər  ölkədə 

makroiqtisadi sabitliyi təmin etmiĢ, iqtisadiyyatın dinamik inkiĢafına təkan vermiĢ, 

əhalinin  həyat  səviyyəsini  xeyli  yaxĢılaĢdırmıĢdır.  Ölkə  iqtisadiyyatın  inkiĢafı  ilə 

bağlı  qəbul  edilmiĢ  müxtəlif  dövlət  proqramları  çərçivəsində  nəzərdə  tutulmuĢ 

tədbirlərin  həyata  keçirilməsi  Bakı  Ģəhərində  də  abadlıq-quruculuq  iĢlərinin 

sürətlənməsinə,  əhaliyə  göstərilən  sosial  xidmətlərin  həcminin  və  keyfiyyətinin 

yaxĢılaĢmasına, ümdə məsələlərin həlli istiqamətində irimiqyaslı iĢlər görülməsinə 

Ģərait  yaratmıĢdır.  Belə  ki,  Bakı Ģəhəri və  onun  ətraf  qəsəbələrinin sosial-iqtisadi 




80 

 

 



 

inkiĢafı  sahəsində  ―Bakı  Ģəhərinin  qəsəbələrinin  2006-2007-ci  illər  üzrə  sosial- 

iqtisadi  inkiĢafının  sürətləndirilməsinə  dair  Tədbirlər  Proqramı‖  və  Azərbaycan 

Respublikasının Prezidentinin 4 may 2011-ci il tarixli, 1490 nömrəli Sərəncamı ilə 

―2011-2013-cü  illərdə  Bakı  Ģəhərinin  və  onun  qəsəbələrinin  sosial-iqtisadi 

inkiĢafına dair Dövlət Proqramı‖ təsdiq edilmiĢdir. 

Əvvəlki Tədbirlər Proqramının məntiqi davamı olan ―2011-2013-cü illərdə 

Bakı  Ģəhərinin  və  onun  qəsəbələrinin  sosial-iqtisadi  inkiĢafına  dair  Dövlət 

Proqramı‖nda  Bakı  Ģəhəri  və  onun  qəsəbələrində  elektrik  enerjisi,  qaz,  su  və 

kanalizasiya, istilik təchizatı sahəsində davamlı iĢlərin aparılması, yolların və digər 

infrastruktur  obyektlərinin  inĢası,  yenidən  qurulması  və  inkiĢafı  layihələrinin 

həyata keçirilməsi, ekoloji vəziyyətin yaxĢılaĢdırılması, sosial-mədəni infrastruktur 

obyektlərinin  (təhsil,  səhiyyə,  mədəniyyət,  idman,  turizm  və  s.)  beynəlxalq 

standartlara  uyğun  yenidən  qurulması  və  inkiĢafı,  yeni  iĢ  yerlərinin  və  yeni 

müəssisələrin  açılması  və  digər  iĢlər  nəzərdə  tutulmuĢdur.  Ümumilikdə  Dövlət 

Proqramında 16 müxtəlif sahəni əhatə edən 817 tədbirin icrası nəzərdə tutulmuĢdur 

ki,  bunlardan  da  22-si  ümumərazi  inkiĢaf  tədbirlərini,  779-u  Bakı  Ģəhərinin 

rayonlarını  və  16-sı  isə  AbĢeron  rayonunu  əhatə  edir.  Proqrama  əsasən  müəyyən 

edilmiĢ  tədbirlərin  icrası  paytaxt  və  onun  qəsəbələrinin  davamlı  inkiĢafına, 

infrastrukturun yeniləĢdirilməsinə səbəb olmaqla yanaĢı, təbii və iqtisadi potensial-

dan,  əmək  ehtiyatlarından  səmərəli  istifadə  edilməsinə,  əhalinin  məĢğulluğunun 

artırılmasına  və  ölkədə  yoxsulluq  səviyyəsinin  daha  da  azaldılmasına  təkan 

verəcəkdir. 

Beləliklə,  regionların  sosial-iqtisadi  inkiĢafına  dair  dövlət  proqramları 

çərçivəsində  həyata  keçirilmiĢ  tədbirlər  nəticəsində  infrastruktur  təminatı 

yaxĢılaĢmıĢ,  sahibkarlıq  fəaliyyəti  üçün  imkanlar  daha  da  geniĢlənmiĢ, 

bölgələrimizin  siması  dəyiĢmiĢ  və  investisiya  cəlbediciliyi  artmıĢdır.  Bu  da 

regionlarda  rəqabət qabiliyyətli və ixrac  yönümlü  məhsullar istehsal  edən,  müasir 

texnologiyalara  əsaslanan  müəssisələrin  yaradılmasına  Ģərait  yaradır.  Regionlarda 

istehsal  olunan  bir  çox  məhsullar  artıq  Avropa  və  Amerika  bazarlarına  da  ixrac 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə