İqtisadiyyat elmi və onun yaranması tarixi İqtisadiyyat «oikonomik»



Yüklə 152,03 Kb.
səhifə48/56
tarix11.05.2022
ölçüsü152,03 Kb.
#86462
1   ...   44   45   46   47   48   49   50   51   ...   56
1-11

Rəqabətin modelləri

İqtisadçılar rəqabətin məhdudluğu və ya inhisarlaşdırılma dərəcəsinə görə bazarın bir neçə əsas modellərini fərqləndirilər. Bu modellər aşağıdakılardır:

  • Mükəmməl rəqabətli bazar;

  • İnhisarçı rəqabətli bazar;

  • Oliqapolik bazar;

  • Xalis inhisarçı bazar.

Bazarın rəqabətli olması- istehsalçıların və istehlakçıların hərəkətlərinə təsir göstərən amillərdir. Bazarın rəqabətli olması- onun iştirakçılarının realizə olunan əmtəələrin qiymətlərinə hansı dərəcədə təsir göstərə bilməsi ilə müəyyən edilir.

Yuxarıda göstərildiyi kimi xalis rəqabət (mükəmməl rəqabət) şəraitində standartlaşdırılmış məhsul istehsal edən, çoxlu sayda xırda firmalar fəaliyyət göstərir və sahəyə daxil olmaq üçün maneə olan hədlərin olmaması və yaxud arzu edilən istənilən firmanın məhsul buraxması imkanının olması mümkün olur.Əksinə, xalis inhisar isə özündə satıcı şəklində yalnız bir firma fərqləndirilməmiş məhsul və sahəyə daxil olmaq yolunda müxtəlif maneələrin olmasını əks etdirir. İnhisarçı rəqabəti yuxarıdakılarla müqayisədə fərqli məhsul istehsal edən (ayaqqabı, geyim) iri firmaların çoxluğu və sahəyə azad daxil olmaqla xarakterizə olunur. Oliqapoliya isə əmtəələrin qiymətlərinə, təklifin həcminə təsir göstərməyə qadir olan iri satıcıların çox olmaması, həmçinin sahəyə daxil olmağın çətinliyi ilə fərqlənir.


Qeyri- mükəmməl rəqabətli bazarın tam açılışına keçməzdən əvvəl, qeyd etmək lazımdır ki, bu cür təsnifatlaşdırma satıcıların hərəkətləri və sayı əsasında aparılmışdır. Belə ki, alıcıların bazarda hərəkətləri və sayı baxımından monopsoniyanı (bir alıcını inhisarı) fərqləndirmək lazımdır. Bu zaman bazarda biralıcı, çoxlu sayda alıcı olur (bu hal adi deyildir və buna çox nadir hallarda rast gəlinir).

Oliqopsoniya (alıcının inhisarı) bu zaman bazarın şərtlərini dikdə etməyə malik olan bir neçə iri alıcı və çoxlu sayda satıcı ilə rəqabətli bazar olur. Buna görə də azad rəqabətli bazarda iqtisadi resursların daha səmərəli işləyənin xeyrinə yenidən bölgüsü baş verəcək. Bu cür bazarın əsas yaxşı cəhəti bundan ibarətdir.



Yüksək rəqabətli bazarın zəif cəhətləri də vardır. Bir əmtəənin satıcıların sayının qeyri- məhdudluğu prinsipi, bazarın hər bir iştirakçısının kapitalının məlum ölçüsünün eyniliyinin cüziliyidir. Mükəmməl rəqabətli bazar iri istehsalının yaradılmasının, elmi- texniki inkişafın, iri miqyaslı problemlərin onsuz realizə edilməsinin mümkün olmamasından olan kapitalın mərkəzləşdirilməsinə qarşı hədlər qoyur. Bundan, əlavə göstərildiyi kimi praktik olaraq bütün şərtlərin eyni vaxtda yerinə yetirilməsi, azad bazarın kriteriyalarının gözlənilməsi imkanı qeyri- mümkündür.

Mükəmməl rəqabətli bazardan fərqli olaraq qeyri- mükəmməl rəqabətli bazarda ayrı- ayrı istehsalçılar və ya onların birlikləri satış şərtlərinə, xüsusən də onların qiymətlərinə təsir göstərmək vəziyyətindədir.Buna görədə bütün qeyri- mükəmməl bazarların hamısını “qiyməti yaradan bazar” adlandırırlar. Onların əsas fərqləndirici cəhəti kimi inhisarlaşdırmanın dərəcəsi çıxış edir.



  1. Yüklə 152,03 Kb.

    Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə