İqtisadiyyat elmi və onun yaranması tarixi İqtisadiyyat «oikonomik»



Yüklə 152,03 Kb.
səhifə49/56
tarix11.05.2022
ölçüsü152,03 Kb.
#86462
1   ...   45   46   47   48   49   50   51   52   ...   56
1-11

İqtisadiyyatda inhisarçılıq

İnhisar dövlətin, müəssisənin, təşkilatın hər hansı bir təsərrüfat fəaliyyətinin həyata keçirməsinin müstəsna hüququdur. İnhisarlar kapitalın təmərküzləşməsi və mərkəzləşməsinin nəticəsi olmaq etibarilə XIX əsrin ikinci yarısından meydana gəlməyə başlamışdır. Öz təbiətinə görə inhisar azad rəqabətin, kortəbii bazarın əsaslarına qarşı çıxan qüvvə kimi çıxış edir.

İnhisarın yaranmasının əsas səbəbi bazara daxil olmanın qarşısını alan maneələrin olmasıdır: digər firmalar bazara daxil olub rəqabət aparmaq imkanından məhrum olduqlarına görə inhisarçı firma istehsal etdiyi məhsulun yeganə satıcısıdır. Bazara daxil olmanın qarşısını alan maneələr 3 əsas səbəbdən yaranır:

1. mühüm sərvət bir firmaya məxsus olduqda;

2. dövlət hər hansı bir firmaya bəzi əmtəə və xidmətləri istehsal etmək üçün müstəsna hüquq verdikdə;

3. istehsal xərcləri bazarda bir istehsalçı olduğu halda, çoxlu sayda istehsalçı olduğu hala nisbətən aşağı olduqda.

İnhisarçı məhsulların yeganə təchizatçısıdır ki, orada rəqiblərin istisna etdiyi əvəzləmələr yoxdur. Onun məhsulun təklifində, istehsal yaxud satışında nəzarəti var. Onun gücünün mənbəyi aşağıdakı 4 başlıq altında ifadə edilir:

- istehsal amillərinin durğunluğu – rəqiblərin mövcud təkliflə rəqabət apara bilməməsini nəzərdə tutur

- ixtiraların və yeni ideyaların yaranmasına kömək məqsədilə verilən patentlər, müəllif hüquqları və ticarət markaları

- ümumi alış-satış agentliyinin yaradılmasına yönəldilmiş dövlət siyasəti

- bir şirkət tərəfindən təchizat mənbəyinə nəzarət

Xalis inhisar adlandırılan müasir inhisar modeli altında aşağıdakı təsrifat əlamətlərinə müvafiq gələn rəqabət qabiliyyətli bazar vəziyyəti başa düşülür:

- sahədə yalnız bir firma fəaliyyət göstərir, buna görə də firma və sahə anlayışları məzmunca eynidir;

- firmanın istehsal etdiyi məhsul sahənin bütün əmtəə təklifini təşkil etdiyindən firma qiymət üzərində tam və mütləq nəzarət edir və ya bazar hökmranlığına malikdir;

- bütün digər firmalar üçün sahəyə giriş bağlıdır;

- firmanın məhsulunun yaxın əvəzləyicisi yoxdur və o müəyyən mənada nadirdir.

Rəqabət aparan firma ilə inhisarçı firma arasındakı fərq inhisarçı firmanın satdığı məhsulun qiymətinə təsir edə bilməsidir. Rəqabət aparan firma fəaliyyət göstərdiyi bazarın həcmi ilə müqayisədə kiçik olur və ona görə də satdığı əmtəə üçün bazarda mövcud olan qiymətlə razılaşır. Bunun əksinə olaraq, inhisarçı bazarda yeganə satıcı olduğu üçün o, istehsal etdiyi əmtəənin miqdarını dəyişməklə qiymətə təsir göstərə bilir. İnhisarçı firma üçün marjinal gəlir anlayışı da rəqabət aparan firmaya nəzərən kəskin fərqlidir. İnhisarçı satışın həcmini artıran zaman bu ümumi gəlirə iki cür təsir edir:

1. istehsal həcmi effekti – daha artıq miqdarda məhsul satılır və deməli istehsal həcmi daha yüksəkdir;

2. qiymət effekti – qiymət düşür. Rəqabət aparan firma bazarda mövcud olan qiymətə nə qədər istəsə məhsul istehsal edib sata bildiyi üçün bu halda heç bir qiymət effekti yoxdur.

Əgər belə firma istehsalı bir vahid artırırsa, onda qiymətdə heç bir dəyişiklik baş vermir və satılan məhsulun hər bir vahidi əvvəlki qiymətə satılır. Bunun səbəbi rəqabətli firmanın qiymətlə razılaşan olması və onun marjinal gəlirinin elə əmtəə vahidinin qiymətinə bərabər olmasıdır. Bunun əksinə olaraq inhisarçı istehsalı bir vahid artıran zaman qiyməti aşağı salmalıdır və bu da əvvəlcə satılan hər bir əmtəə vahidindən əldə edilən gəliri aşağı salır.

Nəticədə inhisarçının marjinal gəliri qiymətdən az olur. Indi biz inhisarçı firmaların olduğu bazarlar və rəqabət aparan firmaların olduğu bazarlar arasındakı əsas fərqi görə bilərik: rəqabətli bazarlarda qiymət marjinal xərclərə bərabərdir, inhisarlaşmış bazarlarda isə qiymət marjinal xərclərdən yüksəkdir.



Yüklə 152,03 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə