İqtisadi artım və səmərəlilik plan



Yüklə 84,39 Kb.
səhifə17/17
tarix31.12.2021
ölçüsü84,39 Kb.
#82176
1   ...   9   10   11   12   13   14   15   16   17
Mövzu İqtisadi artım və səmərəlilik

İnstitusional məktəb

Bu məktəb institutların iqtisadiyyatda əsas funksiyası nın transaksion xərclərin azaldılması olması müddəasınj əsaslanaraq onların fəaliyyətinin səmərəliliyini həmin xərclərin minimallaşdırılmasında görür. Institutlar iqtisa diyyatın fəaliyyət göstərməsinin ən əsas amilləri olduğun dan institusional tarazlıq konsepsiyası iqtisadiyyatıı fəaliyyətinin səmərəliliyini üç səviyyədə: institusional, mikroiqtisadi (klassik və neoklassik məktəblər), makroiqtisadi (keynsçi və neokeynsçi məktəblər) - nəzərdən keçirməyə imkan verir. Keynsçiliyin natamam məşğulluq tarazlığı kimi, neoklassik tam məşğulluğun ümumi iqtisadi tarazlığı da demək olar ki, institusional tarazlığın xüsusi hallarıdır. Onların hamısı birlikdə iqtisadiyyatın optimum səmərəliliyini təmin edirlər. Institusional sistemin iqtisadi səmərəliliyi isə institutların tələb və təklifindən, iqtisadi subyektlərin öyrədilmə sürətindən və onların yeni institutlara uyğunlaşmasından, qeyri-formal institutlarm fəaliyyət göstərməsindər asılıdır.

Müasir iqtisadi fikirdə ictimai inkişafın inteqral səmərəliliyi adlanan yeni yanaşma özünə yer alır. Əvvəlki konsepsiyalar hələ də çox vaxt digər dəyərləri əvəz edə biləcək mühüm dəyər kimi nəzərdən keçirilən milli sərvətin artırılmasına, istehsal olunmuş məhsulun bölgüsünün optimal yolları və mexanizmlərinin axtarılmasına, kapital yığımınır maksimallaşdırılmasına yönümlənmişdilər. Hazırda çoxlar: etiraf edir ki, insanın inkişafı yalnız istehsal fəaliyyəti üçür resursların formalaşdırılması, həyat səviyyəsi isə maddi təminatla məhdudlaşmamalıdır. Sərvət qanuqaydanı, sosi al sülhü və sosial ədaləti təmin etmir. tnsanın inkişaj konsepsiyası insanın inkişafına investisiya qoyuluşu, insanın sağlamlığının möhkəmləndirilməsi, bilik əldə etməsi, peşə verdişlərinin təkmilləşdirilməsi yolu ilə onun imkanlarının genişləndirilməsi, həmçinin insanların əldə etdikləri bacarıqlardan həm istehsal məqsədləri, həm də mədəni, sosial, siyasi fəaliyyətdə istifadə prosesi kimi nəzərdən keçirir. Ictimai tərəqqinin əsas meyarı insanın və ətraf mühitirı harmonik inkişafı olmalıdır.

Ümumi tarazlıq nəzəriyyəsi yalnız iqtisadiyyatın səmərəliliyinin və ya qeyri-səmərəliliyinin təhlili üçün istifadə olunmur. O, iqtisadiyyat sahəsində siyasətin elmi əsaslarınırı müəyyənləşdirilməsində mühüm rol oynayır.





1



Yüklə 84,39 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə