İqtisadi artım və səmərəlilik plan



Yüklə 84,39 Kb.
səhifə16/17
tarix31.12.2021
ölçüsü84,39 Kb.
#82176
1   ...   9   10   11   12   13   14   15   16   17
Mövzu İqtisadi artım və səmərəlilik

Ʃʎ1 = ƩU1 / ƩM1
Burada,

bütün (i =1, 2,...., n) mübadilə iştirakçılarının son hədd səmərəliliyinin cəmi;

- bütün mübadilə iştirakçılarının son hədd faydalılığının cəmi;
- bütün mübadilə iştirakçılarmm təsbit olunmuş gəlirlərinin cəmidir. Lakin səmərəliliyinin belə qiymətləndirmə metodikası fərdi səmərəliliyin ölçülməsinin çətinliyi və fərdi fayda və ya səmərələrin toplanmasınm qeyri-mümkünlüyü ilə bağlıdır. Yaranmış çətinlikdən çıxış yolunu V.Pareto tapdı. O, ingilis iqtisadçısı Frensis Edcuortun (1843-1926) tətbiq etdiyi «fərqsizlik əyriləri» anlayışın-dan istifadə edərək tarazlıq vəziyyəti kimi mübadilənin səmərəliliyinin optimumu formulunu irəli sürdü ki, ona görə fərdlərdən heç biri digər fərdlərin vəziyyətini pisləşdirmədən öz vəziyyətini yaxşılaşdıra (yəni daha yüksəkdə olan fərqsizlik əyrisinə keçə) bilməz (bu barədə daha ətraflı «Mikroiqtisadiyyat» bölməsində bax).

«Pareto optimumu» - rəqabətli tarazlıq şəraitində mü- badilənin maksimum səmərəliliyi - mütləq deyil, nisbidir və qiymətlərdən və mübadilə iştirakçılarmın gəlirlərinin bölgü sündən asılıdır.

Istehsalın səmərəliliyinin optimumunun dərkində marjinalistlərin «xidməti» bütün istehsal amillərindən gəliri onların son hədd məhsulu ilə izah edən son hədd məhsuldarlığı ıləzəriyyəsinin işlənib hazırlanmasında və istehsal amillərinə tələbin istehlak əmtəələrinə tələbdən asılılığının müəy- yənləşdirilməsindədir. Son hədd məhsuldarlığı nəzəriyyəsinin banisi Iohann Henrix Tünen, istehsal amillərinə tələbin istehlak əmtəələrinə tələbdən asılılığmı birinci qeyd edən müəllif isə Jan-Batist Sey hesab olunurlar. Ümumi tarazlıq nəzəriyyəsi göstərilən vərilənlərə əsaslanaraq isteh-sal sahəsində səmərəlilik problemini həll edir. Optimal o vəziyyət hesab olunur ki, bu zaman vərilən məhsulun istehsal həcmini artırmaq hər hansı bir məhsulun istehsal həcmini azaltmadan qeyri-mümkün olur. Özü də bu zaman mənfəətin maksimallaş-dırılması və xərclərin minimallaşdırılması qaydaları da nəzərə alınır.

Xatırladaq ki, rəqabət bazarlarında mənfəətin maksimallaşdırılması qaydaları göstərir ki, bütün istehsal amillərinin son hədd məhsulları dəyərlə ifadədə onların qiymətinə bərabərdir və ya hər bir resurs onun son hədd məhsulu pulla ifadədə qiymətinə bərabər oluncayadək istifadə olunacaq. Bu qayda xərclərin minimallaş-dırılması qaydasınm sonrakı inkişafıdır. Bu qaydaya görə, xərclər hər bir resursa xərclənmiş sonuncu dollar (rubl, marka və s.) eyni çıxış, eyni son hədd məhsulu verdiyi halda minimallaşır.


Neoklassik məktəb

Neoklassik məktəb son hədd təhlili və «əmək» yanaşmasınınm özünəməxsus sintezidir ki, məhz bu da nəzərdən keçirilən məktəbin adı üçün əsas olmuşdur. Iqtisadi səmərəlilik probleminə gəldikdə isə, onun yeniliyi bazarın fəaliyyətinin ideal prinsiplərinin deyil, real gerçəklikdə onlardan konkret uzaqlaşma hallarınm təd-qiqindədir. Neoklassik nəzəriyyənin kompromisli səciyyəli olması onun iqtisadi səmərə-lilik anlayışına verdiyi tərifdən aşkar görünür. Onu marjinalistlərlə birgə tələbatların ödənilməsi səpkisindən, yəni faydalılıq konsepsiyasmdan çıxış edərək nəzərdən keçirən neoklassiklər eyni zamanda öz təhlillərini cəmiyyət həyatınm maddi tərəfləri ilə bağlı olan və pulla qiymətləndirilə bilən tələbatlarla məhdudlaşdırırlar. İqtisadi səmərəlilik nəzəriyyəsinə öz münaqişələr nəzəriyyəsi ilə Henri Sicvik (1838-1900) əhəmiyyətli töhfə vərmişdir. Onun istehsalın səmərəliliyi və bölgünün səmərəliliyi məsələlərini dəqiq ayırması xüsusi və ümumi iqtisadi xeyir, xüsusi və ic- timai məhsul arasındakı fərqin olmasını sübut etməyə imkan verdi. Belə fərqin olduğu hər bir konkret halda bütövlükdə cəmiyyət nöqteyi-nəzərindən dövlət müdaxiləsi ilə bağlı xeyir və itkiləri ölçüb-biçmək lazımdır.

Neoklassik müddəaların ən yetkin ifadəçisi A.Marşall göstərirdi ki, uzunmüd-dətli iqtisadi tarazlıq yalnız bazarı tələb tərəfindən idarə edən tələbatlarla deyil, həm də istehsal xərcləri tərəfindəki amillərlə (yəni təklif tərəfindən) şərtlənir. Onun səmərəlilik probleminə yanaşmasmm xüsusiyyəti ondadır ki, o, tələbat-ların istehsalın özünün inkişafı ilə şərtlənərək daim inkişaf etdiyi və dəyişdiyini önə çəkərək, mövcud tələbatlar haqqında şərtlərdən çıxış etməkdən imtina edirdi.

A.Marşallın səmərəlilik nəzəriyyəsinə töhfəsi istehlakçı artıqlığı nəzəriyyəsi adlanan nəzəriyyəni işləyib hazırlamasından ibarətdir. Sonuncu alıcmın həmin əşyasız qalmaqdansa, ödəməyə hazır olduğu qiymətlə onun həqiqətən ödədiyi qiymət arasındakı fərqdən ibarətdir. A.Marşalla görə, bu artıqlıq səmərəni artırır, çünki «iqtisadi məmnunluğun iqtisadi ölçüsüdür». Milli iqtisadiyyat miqyasında səmərə Rikardonun «xalis məhsulu»na deyil, aşağıdakı şəkildə hesablanan «xalis məcmu artıqlığına» bərabərdir:

H-V

Burada, H - cəmiyyətin tələbatlarının ödənilmə səviyyəsi;



V - onun əldə olunması üçün lazım olan gücdür.
Bütün sərvətin faydalılığını ifadə etmək məqsədilə bütün nemətlərin ümumi faydalılığınm cəmlənməsi ilə bağlı çətinliklər A.Marşallı ümumi səmərəliliyin tədqiqini davam etdirməyə sövq etdi. Ən maraqlısı müxtəlif istehlakçı qruplarının uduşları və itkilərinin müqayisəsi metodudur ki, kompensasiya prinsipi kimi məlum-dur.

Beləliklə, qeyd etmək olar ki, neoklassik məktəb bütövlükdə və o cümlədən A.Marşall ümumi tarazlıqdan çox, ondan konkret uzaqlaşma hallarını tədqiq edirlər. Özü də bu zaman istehsalçının artıqlığı deyil, daha çox istehlakçının artıqlığı öyrəni-lir, çünki cəmiyyətin əsas hissəsini istehlakçılar təşkil edir və buna görə də iqtisadi səmərəliliyin qiymətləndirilməsində məhz onların maraqları nəzərə alınmalıdır.

A.Piqunun əsərləri neoklassik ənənələrin inkişafınm zirvəsi olmaqla müəyyən dərəcədə onlardan uzaqlaşmaqla səciyyələnirlər. Onun tarazlıq anlayışı optimum konsepsiyası ilə müqayisədə xeyli dəqiqləşdirilmişdir. O, istehlakçı və istehsalçı artıqlığı kateqoriyasından imtina edir. O, tarazlıq vəziyyətindən ayrı-ayrı uzaqlaşma hallarmı nəzərdən keçirilmir, həmin ayrı-ayrı uzaqlaşma hallarını üç qrupdan (icarəçilər və torpaq sahibləri arasında; xüsusi və ictimai maraqlar arasında; ictimai və xüsusi məhsul arasında fərq) ibarət olaı sistem halma salmağa çalışır. A.Piqunun iqtisadi optimumı təsərrüfatın elə vəziyyətini müəyyənləşdirir ki, bu zaman is tehsal amillərinin «son hədd ictimai məhsulları» onun bütüı sahələrində eynidirlər. Optimal vəziyyət hər bir sahənin xü susi və ictimai məhsulunun müvafiq vergiqoyma və subsidi yalarla bərabərləşdirilməsi yolu ilə əldə oluna bilər.


Yüklə 84,39 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə