İqtisadi artım və səmərəlilik plan


Səmərəliliyin müxtəlif formalarmın təsnifatı



Yüklə 84,39 Kb.
səhifə14/17
tarix31.12.2021
ölçüsü84,39 Kb.
#82176
1   ...   9   10   11   12   13   14   15   16   17
Mövzu İqtisadi artım və səmərəlilik

Səmərəliliyin müxtəlif formalarmın təsnifatı

Səmərəlilik çoxsəpkili səciyyə daşıyır. Səmərəliliyin mahiyyəti və təzahür for-malarının siyasi-iqtisadi tədqiqi ər. müxtəlif əlamət və təzahür formalarmm nəzərə alınmasını tələb edir.

Səmərəliliyi iki cəhətdən: təkrar istehsal və bilavasitə istehsal mövqeyindən nə-zərdən keçirmək olar. Birinci cəhət istehsal, bölgü, mübadilə və istehlak mər-hələlərini özündə birləşdirən bütün təkrar istehsal prosesinin səmərəliliyinin müəy-yənləşdirilməsini nəzərdə tutur. Buna görə də ümumi iqtisadi səmərəlilik bütün bu mərhələlərin hamısmı əks etdirməlidir. tqtisadiyyatın səmərəliliyini bütövlükdə təkrar istehsalın ayrı-ayrı mərhələlərinin səmərəliliyinin yekunu kimi nəzərdən keçirmək olar. İkinci cəhət - istehsalın səmərəliliyi, adətən, istehsal resurslarından (əmək, maddi, təbii, əsas kapital və s.) istifadə baxımmdan nəzərdən keçirilir.

İstehsalm iqtisadi səmərəliliyi eyni həcmdə məhsul buraxılışı zamanı elə istehsal amillərinin seçilməsidir ki, bu məsrəfləri minimallaşdırsm.

Mübadilə (bazar) səmərəliliyini «Ekonomiks»də məhsul buraxılışınm istehsal-çıdan istehlakçıya bölgüsünün səmərəliliyi ilə əlaqələndirirlər. Səmərəli o bölgü he-sab olunur ki, bu zaman istehsal olunmuş məhsulun hamısı istehlakçılar arasında elə bölünür ki, onlardan birinin vəziyyətini pisləşdirmədən digərinin vəziyyətini yaxşılaş-dırmaq mümkün deyil. Səmərəliliyin belə dərki əhalinin gəlirlərinin (əmək- haqqı, renta, mənfəət, faizlər, transfert ödənişləri və s.) səmərəli bölgüsünü nəzərə almır.

lctimai istehsalın təşkilinin quruluşundan danışanda (rasional iqtisadiyyat) milli iqtisadiyyatın, onun ayrı-ayrı regionlarınm, sahələri, birləşmələri, müəssisələrinin və nəhayət briqada, qruplarının, həmçinin iqtisadiyyatın müxtəlif sahələrinin ayrı-ayrı işçilərinin səmərəliliyini fərqləndirirlər.

Iqtisadiyyatın mikro və makrosəviyyələrə bölündüyünü nəzərə alaraq, mikro-iqtisadi səmərəlilikdən, yəni ayrı-ayrı firmaların və ya istehsalçının və istehlakçınm səmərəliliyindən, bir də makroiqtisadi səmərəlilikdən, yən milli iqtisadiyyatın ümumi iqtisadi səmərəliliyindən danışmaq olar.

Qeyri-rasional idarəetmədən, əsaslandırılmamış təqdimat xərclərindən irəli gələn X-qeyri-səmərəliliyə misallar çoxalır: dəbdəbəli ofis binaları ucaldılır, təmtə-raqlı təqdimatlarm sayıhesabı yoxdur.

Beynəlxalq münasibətlərin quruluşunun nəzərə alınması əsasında milli və beynəlmiləl səmərəliliyi fərqləndirirlər Müasir şəraitdə xarici iqtisadi əlaqələr və dünya təsərrüfatının səmərəliliyi get-gedə daha çox əhəmiyyət kəsb edir ki, bu da səmərəlilik kateqoriyasını beynəlmiləl kateqoriyaya çevirir.

Iqtisadi ədəbiyyatda texniki və iqtisadi səmərəliliklə yanaşı sosial səmərəliliyi də fərqləndirirlər.

Xatırladaq ki, «texniki səmərəlilik» məfhumu altmda məhsul buraxılışının maksimum səviyyəsinə çatmaq üçür təsbit olunmuş miqdarda resurslardan (natural, fiziki verilənlərdə) istifadə başa düşülür. Bu məfhum resursların müxtəlif dəyərini və müxtəlif məhsulların istehsalından müxtəlif xeyiri nəzərə almağa imkan vermir, çünki yüksək texniki səmərəliliyə malik vacib olmayan əmtəəyə bazarda tələb olacaq.

«İqtisadi səmərəlilik» məfhumu daha geniş anlamda (yalnız istehsal səpkisində deyil) resursların iqtisadiyyatda daha səmərəli yerləşdirilməsi kimi nəzərdən keçirilir. Belə səmərəlilik müxtəlif bazar üstünlükvərimlərini nəzərə alır. Ona görə, yalnız əlavə xərclərdən çox olan əlavə xeyir gətirən hərəkətlər edilir. Buna görə də iqtisadi səmərəlilik fərdi və sosial qərarların qəbul edilməsinin əsası kimi çıxış edir.

Milli iqtisadiyyatın sosial səmərəliliyi bir nəfərin belə tələbatlarmm ödənilmə səviyyəsini cəmiyyətin digər bir üzvünün vəziyyətini pisləşdirmədən artırmaq mümkün olmayan vəziyyətdir. Belə vəziyyət Pareto-səmərəlilik (İtaliya iqtisadçısı V.Paretonun adı ilə) adlanır. O, təklif etmişdi ki, əgər istehsaldakı və ya istehlakdakı hər hansı dəyişikliklər digər kontragentlərin vəziyyətini pisləşdirmədən bazar sistemi iştirakçılarından ən azı birinin rifahını yaxşılaşdırırsa, ictimai səmərəlilik yaxşılaşır.

Əgər cəmiyyətdə Paretoya görə bütün yaxşılaşdırmalar həyata keçirilibsə, bu halda «Pareto optimumu» müşahidə olunur: cəmiyyətdə resursların bölgüsündə sosial səmərəliliyə və ümumi bazar tarazlığına çatılıb. Pareto optimumu və ya sosial səmərəlilik o deməkdir ki, istehsal və ya istehlakdakı sonrakı dəyişikliklər yalnız kiminsə vəziyyətini pisləşdirərək kontragentlərdən birinin vəziyyətini yaxşılaşdıra bilərlər. Pareto üzrə qrafik optimallıq mümkün faydalılıq əyrisi vasitəsilə şərh oluna bilər (şəkil 11).

Fərz edək ki, cəmiyyətdə yalnız iki kontragent var: A və B. Onların istehsaldan (və ya istehlakdan) aldıqları faydalılığı və ya onların rifahını koordinat oxları üzərində qeyd edirik. Əgər cəmiyyətdəki iqtisadi fəaliyyətdən bütün mümkün xeyiri kontragentlərdən biri görürsə, digərinin faydalılığı (rifahı) sıfra bərabər olacaq. Amma A və B nöqtələrinin hətta bu, resursların tamamilə qeyri- bərabər bölgüsünə müvafiq olan ekstremal A və B nöqtələrini sosial səmərəli saymaq olar, çünki onlar Pareto optimumuna müvafiqdir: faydalılığı sıfır olan kontragentin vəziyyətini yalnız bütün xeyiri inhisarlaşdırmış kontragentin vəziyyətini pisləşdir- mək hesabına yaxşılaşdırmaq olar. A və B nöqtələrini birləş- dirən əyri hər biri cəmiyyət nöqteyi-nəzərindən iqtisadiyyatın optimal (Paretoya görə) və səmərəli vəziyyəti- ni səciyyələndirən nöqtələr məcmusudur. Nöqtələr mümkün faydalılıq əyrisindən solda və koordinat oxlarma yaxın yerləşir və resurslardan natamam istifadəyə və onların qeyri-səmərəli bölgüsünə müvafiqdir. C, D, E nöqtələrinin həı birində Pareto üzrə yaxşılaşdırma həyata keçirmək, yəni həı iki cəmiyyət üzvünün rifahını yaxşılaşdırmaq və ya birinir vəziyyətini pisləşdirmədən digərinin vəziyyətini yaxşılaşdırmaq olar.

Istehsal səmərəliliyi ilə xərclər səmərəliliyi (cosl effectiveness) anlayışı sıx bağlıdır ki, bu da müəssisə xərcləri sabit olub, göstərilən xidməti maksimallaşdır-mağa çalışanda və həmin xidmətlərin həcmini pulla ifadə etmək qeyri-mümkün olanda həmin xərclər həcmində maksimum mümkün olan əmtəə və xidmətlər istehsalına nail olmaqdır (məsələn, Böyük Britaniyanın Dövlət səhiyyə xidməti). Xərclərin səmərəliliyi çox vaxt özü məqsədə çevrilir. Buraxılışın pul dəyərini, eynilə də xərclərin pul dəyərini qiymətləndirmək mümkün olanda isə, «xərclər-fayda» təhlil metodlarından istifadə etmək olar.

İstehsalın səmərəliliyinin artması təsadüfi deyil, qanunauyğun, sabit, təkrarlanan və səbəblə şərtlənən, obyektiv fəaliyyət göstərən prosesdir. Cəmiyyət nə qədər sivil olsa, istehsalın səmərəliliyini artırmaq bir o qədər vacibdir, çünki hədsiz dərəcədə artmış istehsalda ictimai xərclərə qənaətin zəruriliyi anlamı və tələbatı artır; istehsalın məqsədi cəmiyyətin bütün üzvlərinin tələbatmın ödənilməsi olur, üstünlük maddi deyil, sosial nəticəyə vərilir.

Bütün bunlar söyləməyə imkan verir ki, ictimai istehsalın səmərəliliyinin artırılması iqtisadi qanun cizgiləri kəsb edir ki, bunu da istehsalın artan səmərəlilik qanunu adlandırmaq olar.

Istehsalın artan səmərəlilik qanunu - meyil-qanundur, çünki məcmu ictimai məhsulun səmərəliliyinin artmasına çox vaxt bir-birinə zidd amillər mane olur. Istehsalın səmərəliliyinin ən böyük artımı istehsalın intensiv geniş təkrar istehsalı zamanı əldə olunur ki, bu da cəmiyyətin müasir inkişafı və inkişaf etmiş ölkələrin iqtisadiyyatı üçün səciyyəvidir.

Neoklassik yanaşmadan fərqli olaraq, D.Nortun «iqtisadiyyatın səmərəliliyi zaman Ölçməsində» institusional nəzəriyyəsinə əsasən, iqtisadiyyatın səmərəliliyi əsasən cəmiyyət institutlarının rolundan və vaxt amilindən asılıdır. Məsələ burasın-dadır ki, cəmiyyət institutları səmərəlilik sahəsində əsas yeri tutan cəmiyyətin maraq dairəsini yaradırlar. Vaxt isə insanların öyrədilməsi, təcrübə, iqtisadiyyatın səmərə-liliyinin dəyişməsinə təsir edən ideyaların toplanılması prosesi kimi nəzərdən ke-çirilir.


Səmərəliliyin meyarları və göstəriciləri

Səmərəliliyin düzgün qiymətləndirilməsi və uçotu üçün səmərəliliyin meyarı və göstəricilərinin müəyyənləşdirilməsinin mühüm əhəmiyyəti var. Meyar-qiymətləndirmə ölçüsü, qiymətləndirmənin əsas prinsipidir və hadisənin mahiyyətini əks etdirir. Göstəricilər isə hadisəni rəqəmlərin dili ilə səciyyələndirir, onun kəmiyyət müəyyənliyini göstərirlər.

Iqtisadiyyatın səmərəlilik meyarı müxtəlif iqtisadi sistemlərdə müxtəlif cür qiymətləndirilir. Bazar iqtisadiyyatında səmərəlilik konsepsiyası bazarlarm resursları nə qədər yaxşı yerləşdirməsini qiymətləndirmə meyarı kimi istifadə olunur.

Qlobal, məhsuldar kateqoriya olan səmərəlilik yalnız özündə həm ümumiq-tisadi (xalq təsərrüfatı səviyyəsində istıfadə olunan), həm də lokal (ayrılıqda götürül-müş istehsalın özəlliyini əks etdirən) və xüsusi göstəriciləri ehtiva edən sistemin köməkliyi ilə hərtərəfli səciyyələndirilə bilər. İqtisadiyyatın bütün sahələrində səmə-rəliliyin uçotunun proqnozlaşdırılması üçün istifadə oluna bilən mənfəət, rentabellik, fondtutumluluq və s. kimi göstəricilər mühüm yer tutur. Lakin bu göstəricilərdən hər biri səmərəliliyin bir cəhətini səciyyələndirir və bütövlükdə səmərəliliyin səviyyəsi və dinamikasmı qiymətləndirmək üçün isifadə oluna bilməz. İstənilən sistem ayrı-ayrı elementlərin vaciblik dərəcəsinə bölgüsünü, tabeliliyini və onlar arasında səbəb-nəticə əlaqələrinin olmasmı nəzərdə tutur. Bu, bütövlükdə səmərəlilik göstəriciləri sisteminə də aiddir.

Ictimai istehsalın əsas göstəriciləri bunlardır: ictimai əməyin məhsuldarlığı (məcmu ictimai məhsulun maddi istehsal sahəsində çalışanlarm sayma nisbəti kimi müəyyənləşdirilir), fond vərimi (milli gəlirin əsas fondların orta illik dəyərinə və dövriyyə vəsaitlərinə nisbəti), fond tutumu (fond vəriminin əksi olan göstərici); ictimai istehsal səmərəsini səciyyələndirən adambaşına düşən milli gəlir, iqtisadi artım sürəti; 1 manatlıq ictimai məhsula düşən istehsal və tədavül xərcləri və maddi, maliyyə və əmək məsrəflərinə qənaətdir. Milli iqtisadiyyatın fəaliyyətinin nəticələrini makroiqtisadi göstəricilərlə səciy-yələndirmək olar.

Texniki-iqtisadi səmərəlilik adətən effekt və xərclərin nisbəti kimi müəyyənləş-dirilir; bu da əmək məhsuldarlığı, fond vərimi, materialm vərimi kimi göstəricilərlə ifadə oluna bilər.

Sosial-iqtisadi səmərəlilik istehsalın məqsədi və ona ça- tılması vasitələrinin nisbəti kimi müəyyənləşdirilir. O, bir tərəfdən həmin sosial sistemin sabitlik dərəcə-sini, onun öz zəminində təkrar istehsal imkanlarını, digər tərəfdən isə in- kişafmı davam etdirmək qabiliyyətini göstərir. Nəticə kimi ümumi daxili məhsul, məcmu ictimai məhsul və ya milli gəlir götürülür. Yəni bir neçə müxtəlif ölçülər var. Məsrəf-lər kimi ya məcmu iş vaxtı fondu və ya cəmiyyətin məcmu işçisinin orta siyahı tərkibi götürülür. Bir sıra hallarda məsrəflər kimi yalnız canlı əmək məsrəfinin deyil, həm də kapital, təbii resurslar, yəni iqtisadiyyatdakı bütün məsrəflərin məcmusunu götürmək nəzərdə tutulur. Istənilən halda səmərəlilik göstəricisi ziddiyyətli alınır: yuxarıda, surətdə, əgər milli gəlir və ya son məhsul götürülsə belə, məsrəflərlə ölçülən nəticə, məxrəcdə isə elə həmin məsrəflərin özü, lakin nəticənin əldə olunma-sının mənbəyi kimi, olur. Bununla belə, ümumi milli məhsul və ya adambaşına düşən milli gəlir statistik hesabatlarda çox vaxt sosial-iqtisadi səmərəliliyin göstəricisi rolunda çıxış edir.

Bölgünün səmərəliliyini müəyyənləşdirdikdə yalnız nəticəni deyil, həm də məsrəfləri nəzərə almaq lazımdır. Bölgü (satış) məsrəflərinə daşıma, saxlama və idarəetmə xərcləri, bir də topdansatışçınm mənfəəti daxildir. Bundan başqa, isteh-salçılarm məhsula tələbi yaratmaq və saxlamaq üçün ticarət məsrəfləri də (məhsulun reklamı və başqa differensasiya üsullarına məsrəfləri) olur. Ən böyük bölgü səmə-rəliliyi tədavül xərcləri minimallaşanda, ticarət məsrəfləri isə ümumi bazar tələbinin saxlanılması üçün zəruri olan səviyyədə saxlanıldıqda əldə olunur.

Milli iqtisadiyyatın səmərəliliyinin təhlili zamanı ictimai istehsalın ekstensiv və intensiv yollarla və ya onların uzlaşması ilə genişlənə bilməsi vacibdir. Ekstensiv yol iqtisadi artım amillərinin kəmiyyət dəyişməsini, istehsal sahəsinin genişlənməsini nəzərdə tutur. Bu halda istehsal həcminin artırılması əmək predmetləri, alətləri və iş qüvvəsinin sadəcə artırılması ilə əldə olunur. Istehsalın intensiv inkişaf üsulu ekstensivdən onunla fərqlənir ki, istehsal həcminin artırılması sadəcə olaraq cəmiyyətin məhsuldar qüvvələrinin miqdarca artırılması hesabına deyil, onların keyfiyyətcə təkmilləşməsi, yəni daha səmərəli istehsal vasi- tələrinin tətbiqi və əldə olan resurslardan daha yaxşı istif adə hesabına əldə olunur. Elmi-texniki tərəqqinin təsiri altında əmək alətləri və predmetlərinin səmərəliliyi artır, istehsalın təşkilinin yaxşılaşdırılması isə onlardan daha rasional istifadə etməyə imkan verir ki, bu da iş qüvvəsinin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı istehsalın artmasına rəvac verir. Intensiv inkişaf yolu bundan ibarətdir və onun üçün istehsalın səmərəliliyinin yüksəldilməsi səciyyəvidir, çünki bu yolda istehsal nəticələrinin artım sürəti resurs məsrəflərinin ar tım sürətini üstələməlidir.

Nəticədə milli iqtisadiyyatın səmərəliliyinin artırılmasınm, elmi-texniki tərəqqinin sürətləndirilməsi ilə yanaşı, əsas amilləri resursa qənaət, məhsulun keyfiyyətinin yüksəldilməsi, insan kapitalının fəallaşdırılması, təkrar istehsal prosesi-nin hərtərəfli tarazlığının və proporsionallığınm təmin edilməsidir.

Yeni qloballaşma, açıq iqtisadiyyatın formalaşması şəraitində milli iqtisadiy-yatın müdafiə olunma səviyyəsinin səmərəliliyi göstəricisi olduqca vacib olur. Sonuncu idxal olunan rəqabətli hazır məhsula qoyulan, lakin yerli istehsalçı üçün zəruri olan eyni cür məhsullarm idxal olunan amillərinə tariflərin qoyulması və ya daha aşağı faiz dərəcəsi tətbiq edilməsi vəziyyəti ölkənin hazır məhsul təchizat-çılarının real müdafiəsini təmin edir. Məsələn, fərz edək ki, yerli istehsal olan və idxal olunan eyni cür məhsulların qiyməti 100 manatdır. Daha sonra fərz edək ki, yerli istehsal olan məhsulun dəyərinin 50%-ni ölkə istehsalçısının əlavə etdiyi və 50% -ni idxal olunan xammalın dəyəri təşki edir. Əgər bu vəziyyətdə idxal olunmuş hazır məhsula 10% vergi qoyulsa, onun qiyməti 110 manat olar. Lakin idxal olunan xammala tarif əvvəlki kimi yenə də olmasa, onun qiyməti 50% -ə bərabər olaraq qalacaq. Nəticədə yerli əlavə edilmiş dəyər (və qiymət) 10 manat artacaq və özü də bu zaman yerli istehsal olan hazır məhsul idxal olunmuşla müqayisədə rəqabət qabiliyyətini saxlayacaq. Beləliklə, yerli istehsalçılara təqdim olunan səmərəli müdafiə səviyyəsi 20% (yəni 10 manat əlavə dəyər: 50 manat əvvəl əlavə edilmiş dəyər) təşkil edəcək.

Makroiqtisadi səmərəliliyin müəyyənləşdirilməsində bu gün üçün ən çətin olanı səmərəliliyin ən maksimal olacağı nöqtənin tapılmasıdır. Əslində bütün əsas iqtisadi nəzəriyyə məktəbləri iqtisadi optimum haqqında bu və ya digər təsəvvür işləyib hazırlamışlar.



Yüklə 84,39 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə