İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə15/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   11   12   13   14   15   16   17   18   ...   66

AZƏRBAYCAN UNİVERSİTETİ
39

İPƏK YOLU 

2/2014
- bank fəaliyyətinin universallaşmasının ümumi tendensiyaları ilə əlaqədər olaraq uni-
versal və investisiya bankları tərəfindən həyata keçirilən müxtəlif əməliyyatlar arasın-
dakı  fərqlərin  tədricən  aradan  qalxması  baş  verir.  Həmçinin,  bir  sıra  ölkələrdə
ixtisaslaşmış  investisiya  bankları  geniş  yayılmışdır.  Bu  bankların  fəaliyyət  sferası
qiymətli kağızlarla əməliyyatlar, uzunmüddətli kreditlərin təqdim olunması, investisiya
layihələrinin maliyyələşdirilməsi, maliyyə və qeyri-maliyyə müəssisələrinin kapitalında
iştirak, birləşmə və udulma vasitəsilə biznesin restruktizasiyası, daşınmaz əmlakla bağlı
sövdələşmələr, konsaltinq və depozitor xidmətləri; 
- investisiya proseslərində dövlətin rolunun daha da güclənməsi hərtərəfli müşahidə
olunur. Bu irimiqyaslı milli layihələrin reallaşdırılmasında iştirak edən banklara qay-
tarılmaq şərti ilə müxtəlif büdcə və qeyri-büdcə fondlarının vəsaitlərindən istifadə
imkanlarının əldə olunması, dövlət güzəştləri və zəmanətlərinin təqdim olunması, kredit
təşkilatlarının kapitalında iştirak yolu ilə maliyyə dəstəyinin həyata keçirilməsini təmin
edir;
- inkişaf etmiş ölkələrin bank sistemləri üçün investisiya kreditləşdirilməsi sahəsində ki-
fayət qədər uzunmüddətlilik xarakterikdir (Avropa ölkələrində 10-15 il, ABŞ-da 7-12
il).  Bu,  əhəmiyyətli  dərəcədə  bankların  investisiya  fəaliyyəti  sferasında  ənənəvi
maliyyələşdirmə  mənbələrindən əlavə kollektiv və fərdi investisiyalaşdırılma yolu ilə
(broker depozitləri, fərdi təqaüd hesabları, sığorta depozitləri və s.) toplanmış vəsaitlərin
cəlb olunması ilə əlaqədardır. 
Azərbaycan banklarının investisiya fəaliyyətinin maliyyə təminatı sahəsindəki təcrübəsi
onu göstərir ki, bu fəaliyyət bütövlükdə ümumdünya tendensiyaları çərçivəsində inkişaf edir.
Bütün bunlarla yanaşı, bu sahədə Azərbaycan banklarının əsas problemləri iqtisadiyyatın
maliyyələşdirilməsi üçün “uzunmüddətli pulların” cəlb edilməsinin yeni imkanlarının axtarışı
ilə bağlıdır. Qeyd etmək lazımdır ki, bu məsələlərin həlli prinsipial olaraq dövlətin sosial-
iqtisadi siyasətinin reallaşdırılması zamanı onun imkanları və maraqlarından asılıdır. Bir sıra
tədqiqatçıların da qeyd etdiyi kimi dövlət orqanlarının və biznes strukturlarının nümayəndələri
mühüm bir təşəbbüs irəli sürürlər. Bu müddəaların mahiyyəti ondan ibarətdir ki, ölkə iqti-
sadiyyatının  inkişafının  əsas  şərtlərindən  biri  bank  sektorunun  investisiya  fəaliyyətinin
genişləndirilməsidir” [4, 110].
Cəlb  olunan  maliyyə  resurslarının  idarə  olunması  üzrə  bank  menecmentinin  və  in-
vestisiyaların həyata keçirilməsi üçün maliyyələşdirmə mənbələrinin cəlb edilməsinin bank
mexanizminin daimi təkmilləşdirilməsi zəruridir. 
Ədəbiyyat:
1. Гавренко А.Г., Лазеренко А.Л. “Управление инвестиционной деятельностью ком-
мерческих банков: основные направления», жур. «Вестник Орловского Государствен-
ного Аграрного университета» N1, том 22/2010.
2. www.cbar.az.
3. Поморина А. «Некоторые подходы к управлению эффективностью деятельности
банка», жур. «Банковское дело», N 9/2006.



İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
40
4. Токуев М.М. «Правовые основы осуществления инвестиционной деятельности
коммерческих банков», жур. «Бизнес в законе», N6/2011.
Abstract
MODERN tENDENCIES IN tHE DEvELOPMENt OF BANKS 
INvEStMENt ACtIvItIES
Rauf  HAJIyEv
Ph.d student of the University of Azerbaijan 
Reviewer: Ph.d of economics vugar Nazarov
Key words: banks investment activities, finance sources, finance insurance, equities and
liabilities of banks.
The article studies questions of development of modern mechanisms of banks financial
activities meeting the realities of our time and ensuring the stable operation of economy and
its further  sustainable growth. The author determined main global tendencies in the deve -
lopment of banks investment activities and revealed main specifics of  this practice of Azer-
baijan banks.   
Резюме
СОВРЕмЕННыЕ ТЕНДЕНцИИ РАЗВИТИЯ ИНВЕСТИцИОННОЙ 
ДЕЯТЕЛЬНОСТИ БАНКОВ
Рауф ГАДЖИЕВ
Докторант Университета Азербайджан
Отзыв: к. э. н. Вугар Назаров
Ключевые слова: инвестиционная деятельность банков, источники финансирова-
ния, финансовое обеспечение , собственный и заёмный капитал банков. 
В статье исследуются вопросы разработки современных механизмов финансовой
деятельности банков, отвечающих реалиям времени и позволяющих обеспечить ста-
бильное функционирование экономики и её дальнейший устойчивый рост. Автор, опре-
делил  основные  общемировые  тенденции  развития  инвестиционной  деятельности
банковских структур и выявил главные особенности развития практики азербайджан-
ских банков в этой сфере.


AZƏRBAYCAN UNİVERSİTETİ
41

İPƏK YOLU 

2/2014
MALİyyƏ NƏZARƏtİ vƏ ONUN APARILMASININ FORMA vƏ
MEtODLARI
Gülnarə tANRIvERDİyEvA
iqtisad üzrə fəlsəfə doktoru,
Əlləz DAŞDƏMİROv
iqtisad üzrə fəlsəfə doktoru  
Rəyçi: i.e.n., dos. səfər süleymanov
Аçar sözlər: dövriyyə aktivtləri, balans, milli standartlar, maliyyə hesabatı, hesablar planı
Beynəlxalq təcrübədən məlumdur ki, hər bir dövlət cəmiyyətin sosial inkişafına nail ol-
ması üçün ölkənin maliyyə vəsaitləri ilə bağlı olan maliyyə sistemini daim təkmilləşdirir və
bu vəsaitlərin məqsədəuyğun istifadəsinə nəzarət  edir. Maliyyənin idarə olunması məhz bu
problemlərin həllinə - idarə edilən obyektlərin və idarə edən subyektlərin vəhdətliyini özündə
əks etdirən çox mürəkkəb bir prosesə istiqamətlənmişdir.
İdarəetmənin ən mühüm funksiyalarından biri planlaşmadır. Milli iqtisadiyyatın təşkilində
və planlaşdırılmasında isə maliyyə planlaşdırılması prioritet xüsusiyyətlərə malikdir [1, səh
15].
Nəzarət və planlaşdırma idarəetmə elementləri olduğu üçün onların hər ikisi müəyyən
idarəetmə funksiyalarının yerinə yetirilməsində birləşir və bir-birini tamamlayır. Əgər plan-
laşdırma  milli  iqtisadiyyatın  inkişafı  istiqamətini  və  müəssisənin  perspektiv  inkişafını
müəyyənləşdirirsə,  nəzarət  planlaşdırmanın  və  proqnozlaşdırmanın  reallığını  və
səmərəliliyini dəqiqləşdirir. 
Maliyyə nəzarəti həm dövlət müəssisələri, həm də digər iqtisadi subyektlərin təsərrüfat
maliyyə fəaliyyətini əhatə edən bir prosesdir. Maliyyə nəzarəti iki formada aparılır:
- Dövlət maliyyə nəzarəti;
- Qeyri - dövlət maliyyə nəzarəti.
Dövlət maliyyə nəzarəti maliyyə siyasətinin həyata keçirilməsini təmin etməklə dövlətin
maliyyə ehtiyatlarının idarə edilməsinin məqsədəuyğunluğundan  kənarlaşmaların vaxtında
müəyyən olunmasına və nöqsanların aradan qaldırılmasına istiqamətlənir. Bu nəzarət forması
bütün səviyyələrdə büdcələrin, büdcədəkənar formaların tərtibi, bağlanması, icrası prosesinə,
müəssisə və təşkilatların, bankların və digər qurumların fəaliyyətinə maliyyə nəzarətini həyata
keçirir. İqtisadiyyatın qeyri-dövlət sektorlarına dövlət maliyyə nəzarəti onların vergi və digər
məcburi tədiyyələrin və pul öhdəliklərinin yerinə yetirilməsində, həmin təşkilatlara ayrılmış
büdcə yardımlarının, kreditlərin məqsədyönlü  istifadəsində qanunçuluğa riayət olunmasını,
habelə hesabat işlərinin aparılmasında dövlət qaydalarına əməl edilməsini təşkil edir.
Dövlət maliyyə nəzarəti vasitəsilə  planlaşdırılmış bütün vəsaitlərin vaxtında dövlət fond-
larına daxil olunmasına və bu vəsaitlərdən məqsədyönlü istifadəyə  nəzarət həyata keçirilir
[2, səh 55-56].


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə