İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə13/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   9   10   11   12   13   14   15   16   ...   66

Abstract
FEAtURES OF DEvELOPMENt OF AIR tRANSPORt IN AZERBAIJAN 
Doctor of economics, Dunyamali vALIyEv
Ph.D student of Azerbaijan University, Jale JAFARZADE
Reviewer:  doctor of economics, 
Keywords: air transportation, passenger turnover, passenger traffic, profit
The article presents an economic analysis of air transport in Azerbaijan. in particular, we
study the profit on freight and passenger traffic, the cost of 1 ton-miles of cargo and one
passenger-km in air transport. in article author analyses also the economic aspects of pas-
senger traffic.

İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
34


AZƏRBAYCAN UNİVERSİTETİ
35

İPƏK YOLU 

2/2014
BANKLARIN İNvEStİSİyA FƏALİyyƏtİNİN MÜASİR 
İNKİŞAF tENDENSİyALARI
Rauf HACIyEv
Azərbaycan  Universitetinin doktorantı
Rəyçi: i.ü.f.d. dos. vüqar Nəzərov 
Açar sözlər: bankların investisiya fəaliyyəti, maliyyələşdirmə mənbələri, maliyyə təmi-
natı, bankların şəxsi və borc kapitalı
Müasir şəraitdə real sektorun investisiyalaşdırılması prossesinin səmərəli inkişafı olmadan
dayanaqlı iqtisadi artımın milli iqtisadiyyatın sabit fəaliyyətinin əsas şərtidir. Bankların in-
vestisiya prossesində iştirakının aktivləşdirilməsi zərurəti bütövlükdə milli iqtisadiyyatın və
kredit-bank sisteminin müvəffəqiyyətli inkişafının qarşılıqlı asılı olmasından irəli gəlir.
Həm mikro, həm də makro səviyyədə investisiyalar geniş  təkrar istehsalın təmin olunması,
ölkədə struktur dəyişikliklərinin aparılması, milli istehsalın rəqabət qabiliyyətinin artması və
bir  çox  sosial-iqtisadi  problemlərin  həllinə  şərait  yaradır.  Bir  tərəfdən,  banklar  onların
fəaliyyətinin zəruri şərti olan sabit iqtisadi mühitdə maraqlıdılar, digər tərəfdən dayanıqlı və
sabit  iqtisadi  inkişaf,  iqtisadi  artım  əhəmiyyətli  dərəcədə  bank  sisteminin  effektiv
fəaliyyətindən və dayanıqlığından asılıdır. Tədqiqatçıların fikrincə, “... Banklar cəmiyyətin
həm iqtisadi, həm də siyasi həyatında baş verən istənilən dəyişikliklərə daha tez reaksiya
verən sosial-iqtisadi sahədir” [1, 50].
Bankların investisiya fəaliyyətinin müxtəlif  istiqamətləri və formalarının mövcudluğu
şəraitində bank fəaliyyətinin özünəməxsus xüsusiyyətlərindən asılı olaraq bu prossesin bir
sıra xarakterik cəhətlərini ayırmaq olar. Əsas maliyyə vasitəçiləri olan banklar ictimai kapitalı
akkumulyasiya edirlər. Nəticədə, iqtisadiyyatın digər subyektləri ilə müqayisədə banklar in-
vestisiya fəaliyyətini həyata keçirmək üçün ən irimiqyaslı maliyyə vəsaitlərinə malik olurlar.
Bankların investisiya fəaliyyətinə bankların vasitəçi fəaliyyətinin maliyyə təminatının spe-
sifik xüsusiyyətləri əhəmiyyətli dərəcədə təsir göstərir. Bu təsir bankların investisiya fəaliyyə-
tinin xarici borc mənbələrindən asılılığını artırır. Bu fəaliyyət qeyd olunan amildən asılı olaraq
böyük risklərlə və maliyyələşdirmə prossesinin əhəmiyyətli xərclərlə müşayiət olması ilə
xarakterizə olunur. Bankların investisiya fəaliyyətinin alətləri  kimi kredit, nəğd və nəğdsiz
formada olan pullar, qiymətli kağızlar, törəmə maliyyə alətləri hesab olunduğu üçün bankların
fəaliyyətinin əsas sferası kimi maliyyə bazarları çıxış edir. Bu müddəadan bankların in-
vestisiya yatırımlarının digər fərqli xüsusiyyəti üzə çıxır: real investisiyalarla müqayisədə
maliyyə investisiyalarının üstünlük təşkil etməsi.
Bankların investisiya fəaliyyətinin alətlərinin müxtəlifliyi bu fəaliyyətin çərçivəsində in-
vestisiyalaşdırma və maliyyələşdirmənin çoxlu mexanizmlərinin mövcudluğu və zəruriliyini
müəyyən edir. Çox variantlılıq həm də özünü bankın investisiya fəaliyyətinin təşkilati for-
malarının müxtəlifliyində əks etdirir (məsələn universal, investisiya,  ipoteka və digər banklar). 
Bankların investisiya fəaliyyətinin mexanizmləri əhəmiyyətli dərəcədə  risklərin məhdud-



İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
36
laşdırılması və təkrar maliyyələşdirmə imkanı sahəsində dövlət tənzimləmə sisteminin xü-
susiyyətlərindən asılıdır. Banklar iqtisadiyyatın digər subyektlərindən fərqli olaraq təkrar
maliyyələşdirmənin müxtəlif formalarının əldə olunması və tədbiqi üzrə daha geniş imkan-
lara malikdirlər. Bu da onlara investisiya yatırımlarının həyata keçirilməsi ilə bağlı likvidliyin
azalmasını müvəqqəti kompensasiya etməyə imkan verir (mərkəzi bankdan kreditlərin alın-
ması, ipoteka istiqrazlarının buraxılması və s. yolu ilə).
Bizim fikrimizcə, bankların investisiya fəaliyyəti ilk növbədə aşağıdakılarla xarakterizə
olunur:
- investisiya vəsaitləri öz-özünə formalaşmır, onların konkret mənbələri mövcuddur. Bu
da bank tərəfindən qeyd olunan vəsaitlərin akkumulyasiyası üzrə məqsədyönlü təd-
birlərin həyata keçirilməsini tələb edir;
- maliyyələşdirmənin bütün mənbələri bankların investisiya fəaliyyəti üçün istifadə
oluna bilməz. Bu o deməkdir ki, qeyd olunan mənbələri mövcud olan bütün mən-
bələrdən  seçilərək  ayrılması  və  ehtiyyatlarda  yığılaraq  investisiya  vəsaitlərinə
çevrilməsi zəruridir.
Yuxarıda  qeyd  olunan  amillər  onu  göstərir  ki,  bankların  investisiya  fəaliyyətinin
maliyyələşdirilməsi müxtəlif maliyyə mənbələrindən vəsaitlərin akkumulyasiyası və son-
radan onların bankların investisiya vəsaitlərinə çevrilməsi üzrə fasiləsiz, məqsədyönlü və
idarə olunan prosesdir. Digər iqtisadi subyektlərdən fərqli olaraq, bankların investisiya
fəaliyyətinin  maliyyələşdirilməsi  müəyyən  spesifik  xüsusiyyətlərə  malikdir:  birincisi,
maliyyələşdirmə mənbələrinin strukturunun müxtəlifliyi; ikincisi, maliyyələşdirmə mən-
bələrinin kəmiyyət və keyfiyyət parametlərinə qarşı dövlət tənzimlənməsi və qanunverici-
liklə  müəyyən  olunmuş  məhdudiyyətlər;  üçüncüsü,  maliyyələşdirmə  mənbələrinin
investisiya vəsaitlərinə transformasiyasının xüsusi mexanizminin mövcudluğu.
Qeyd olunan transformasiya bütün maliyyələşdirmə mənbələrinin ümumi mərkəzdə bir-
ləşdirilməsi ideyasına əsaslanır. Bu ümumi maliyyələşdirmə mərkəzində hər bir konkret
maliyyələşdirmə mənbəyi özünün fərdi xüsusiyyətlərini itirir və maliyyə vəsaitlərinin ümumi
fondu  keyfiyyət  və  kəmiyyətcə  müəyyən  olunmuş  məhdudiyyətlər  çərçivəsində
məqsədyönlü surətdə istifadə olunur. 
Hesab edirik ki, bankların investisiya fəaliyyətinin maliyyə təminatı metodları kimi ka -
pital və borc maliyyələşdirilməsi məsələlərinin öyrənilməsi bu sahədəki tədqiqatların əsas
istiqamətlərindəndir.
fikrimizcə, kapital maliyyələşdirməsini məcmu halda bankın şəxsi kapitalını təşkil edən,
maliyyələşdirmə mənbələrinin akkumulyasiyası prosesi kimi nəzərdən keçirmək lazımdır.
Bu maliyyələşdirmə mənbələri daimi xüsusiyyətə malikdir. Bankın şəxsi kapitalı bankın
həyata keçirdiyi fəaliyyət onun yaradıldığı mərhələdə avans edilir və bankın investisiya
fəaliyyəti ilə əlaqədər olmayan xərclərin ödənilməsi üçün istifadə edilir.
Həmçinin, bankın şəxsi kapitalı investisiya fəaliyyətinin həyata keçirilməsi imkanlarını
və miqyasını birbaşa olaraq müəyyən edir. Bu fakt onu göstərir ki, maliyyələşdirmə mənbəyi
kimi bankın şəxsi kapitalının strukturu multiplikator effektinə malikdir. Yeni investisiya və-
saitlərinin formalaşmasında iştirak etməsə də bankın şəxsi kapitalı investisiya prossesinin


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə