İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə16/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   12   13   14   15   16   17   18   19   ...   66


İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
42
Maliyyə nəzarətini  həyata keçirən dövlət orqanları aşağıdakılardır: Azərbaycan Respub-
likası Hesablama Palatası, Prezidentin İcra Aparatının Dövlət Nəzarət Şöbəsi, Azərbaycan
Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası vergilər Nazirliyi, Azərbaycan
Res publikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Mərkəzi Bankı.
Azərbaycan Respublikası Hesablama Palatası «Hesablama Palatası haqqında» 1999-cü il
2 iyul tarixli Qanuna müvafiq olaraq fəaliyyət göstərir. onun əsas funksiyası dövlət büd-
cəsinin təsdiq edilməsi və onun icrasına nəzarətin həyata keçirilməsindən ibarətdir.
Maliyyə nəzarətinin həyata keçirilməsi sahəsində Maliyyə Nazirliyi çox mühüm rola ma-
likdir. Belə ki, bu orqan  tərəfindən maliyyə siyasəti işlənib hazırlanır, habelə onun həyata
keçirilməsinə nəzarət edilir. Maliyyə Nazirliyinin bütün struktur bölmələri bu və ya digər
formada maliyyə münasibətlərinə: dövlət büdcəsinin tərtibi prosesinə, büdcə vəsaitinin daxil
olması və xərclənməsinə, büdcədənkənar fondların vəsaitlərinin hərəkətinə, valyuta əməliy -
yatlarının və dövlət investisiyalarının istifadəsinə  nəzarəti həyata keçirir. Nazirlik büdcə və-
saitinin qeyri-qanuni xərclənməsinin, yaxud vəsaitin təyinatı üzrə istifadə edilmədiyini aşkar
etdikdə, dövlət büdcəsindən maliyyələşdirmə  məhdudlaşdırıla bilər, cərimə tətbiq edilməklə
vəsait geri alına bilər.
Ölkə qanunvericiliyinə müvafiq olaraq vergi məsələləri üzrə maliyyə nəzarəti Azərbaycan
Respublikası vergilər Nazirliyi və onun yerlərdəki orqanları tərəfindən həyata keçirilir. Dövlət
gəlirləri tərkibində vergilərin xüsusi çəkisinin artması vergi orqanlarının nəzarət işində mə-
suliyyətini daha da artırmışdır. vergi orqanları tərəfindən  vergilərin düzgün hesablanmasına,
onların tam və vaxtında ödənilməsinə, vergi qanunvericiliyinə dəqiq riayət edilməsinə və
digər məsələlərə nəzarət edilir. vergi nəzarəti əsasən 2 formada həyata keçirilir: 
- Kameral yoxlama;
- səyyar yoxlama.
Kameral yoxlamalar vergi idarəsinə vergi ödəyiciləri tərəfindən hesabat sənədləri təqdim
edilən zaman aparılır. Bu zaman hesabat formalarının doldurulmasının, vergilərin hesablan-
masının  düzgünlüyü və s. yoxlanılır. səyyar vergi yoxlaması bilavasitə vergi ödəyicisinin
yerləşdiyi yerdə  həyata keçirilir və kameral yoxlamadan fərqli olaraq vergi orqanının qərarına
əsasən həyata keçirilir [3, səh 510].
Maliyyə vəsaitlərinin büdcəyə cəlb edilməsində, ölkədə maliyyə sabitliyinin qorunub
saxlanılmasında gömrük orqanlarının nəzarəti mühüm əhəmiyyətə malikdir. Gömrük nəzarəti
vasitəsi ilə ölkənin iqtisadi mənafeyi və təhlükəsizliyi, gömrük sərhədindən  keçirilən mal-
lardan vergilərin, rüsumların, habelə digər görük ödənişlərinin vaxtında və tam dövlət büd-
cəsinə köçürülməsi, valyuta nəzarəti və s. təmin edilir.
Maliyyə  nəzarətinin  həyata  keçirilməsində  sığorta  kampaniyaları  özünəməxsus
funksiyalara malikdir. Bu zaman sığorta fondu vəsaitlərinin formalaşması və istifadəsi pro -
sesinin nəzarəti Dövlət sığorta Şirkəti və özəl sığorta şirkətləri tərəfindən həyata keçirilir.
Respublikamızda formalaşan bank sistemi maliyyə nəzarətinin həyata keçirilməsində bir
çox səlahiyyətlərə malikdir. Mərkəzi Bank dövlət idarəsi orqanı kimi, ölkədə pul-kredit mü-
nasibətlərinin təşkil edilməsinə, kommersiya banklarının fəaliyyətinə nəzarəti həyata keçirir.


AZƏRBAYCAN UNİVERSİTETİ
43

İPƏK YOLU 

2/2014
Kommersiya bankları isə öz müştərilərinin valyuta-kassa əməliyyatlarının aparılması qay-
dasına və valyuta qanunvericiliyinə əməl edilməsinə nəzarət edir, təsərrüfat subyektlərinin
ssudaların  qaytarılması  zamanı  kredit  qabiliyyətlərini  qiymətləndirmək  üçün  təsərrüfat
fəaliyyətini təhlil edir, verilmiş kreditin istifadəsinə, onun vaxtında və hesablanmış faizlə
qaytarılmasına nəzarət edir [6, səh 55].
Maliyyə nəzarəti aşağıdakı metodlarla aparılır:
Yoxlama – hesabat və xərc sənədləri əsasında maliyyə təsərrüfat fəaliyyətinin ayrı-ayrı
mərhələlərinin nəzərdən keçirilməsi və aşkar edilmiş nöqsanların aradan qaldırılması təd-
birlərindən ibarətdir.
Müayinə aparma – müəssisə və təşkilatların ayrıca bir fəaliyyət sahəsini əhatə edir. Yoxla-
madan fərqli olaraq daha geniş maliyyə göstəriciləri dairəsindən istifadə edilir.
Nəzarətetmə – nəzarət orqanları tərəfindən bu və ya digər maliyyə fəaliyyətinə lisenziya
alınmış subyektlərə nəzarət edilməsini və onlar tərəfindən müəyyən edilmiş normativlərə
əməl edilməsini nəzərdə tutur.
Maliyyə fəaliyyətinin təhlili – illik hesabatların faktiki məlumatları əsasında aparılır. Bu
zaman proqnoz və tapşırıqların yerinə yetirilməsi səviyyəsi, maliyyə intizamına və xərc nor-
malarına riayət olunması aşkar edilir.
Müşahidə etmək – kredit təşkilatları tərəfindən verilmiş ssudanın istifadəsinə və müəs-
sisə-müştərilərin maliyyə fəaliyyətinə daimi nəzarətdir. 
Təftiş  –  maliyyə  nəzarətinin  əsas  metodu  olub,  müəssisə  və  təşkilatların  hesabat
dövründəki maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını əhatə edir. obyektdən asılı olaraq
təftiş tam, qismən, kompleks qaydada aparılır. Eyni zamanda onlar planlı və növbədən kənar
aparıla  bilər. Aparılan  təftişlər  xarakterinə  görə  iki  cür  olur:  uçot  qeydləri  və  hesabat
sənədlərinə və faktlara əsasən. Təftişin məqsədindən asılı olaraq müxtəlif yoxlama üsulların-
dan   istifadə edilir: nəğd pulun yoxlanması, əmtəə material qiymətlilərinin inventarlaşdırıl-
ması və s.
Maliyyə nəzarətinin həyata keçirilməsinin ikinci forması qeyri-dövlət  maliyyə nəzarə-
tidir. Qeyri-dövlət maliyyə nəzarətinə təsərrüfatdaxili və auditor nəzarəti aiddir.
Təsərrüfatdaxili maliyyə nəzarəti müəssisə, idarə və təşkilatlarda iqtisadiyyata xidmət
edən mühasibat və maliyyə şöbəsi tərəfindən həyata keçirilir. Burada nəzarət obyekti müəs-
sisə və təşkilatın özünün təsərrüfat maliyyə fəaliyyəti hesab edilir [7, səh 20].
İqtisadi idarəetmənin ən mühüm ünsürlərindən sayılan uçot və nəzarət bazar münasi-
bətlərində daha aktual xarakter daşıyır. Belə ki, inzibati qayda tətbiq edilən, ümumi nəzarət-
dən  imtina  etməyə  səy  edən  hər  bir  təsərrüfat  rəhbəri  sərbəst  təsərrüfatçılıq  şəraitində
ayrı-ayrılıqda təsərrüfatdaxili idarəetmə nəzarətindən  necə səmərəli istifadə etmək yollarını
axtarır. Belə şəraitdə audit xidmətinə istinad edilməsi vacibdir. Audit fəaliyyətinin zəruriliyi
bir sıra nəzəri prinsiplərə əsaslanır. Qeyd etmək lazımdır ki, müstəqil sahibkarlığa malik
olan müəssisələrin təsərrüfat maliyyə fəaliyyətinə dövlət nəzarəti məhduddur. Daha dəqiq
desək,  bazar  münasibətləri  şəraitində  qeyri-dövlət  müəssisələrində  təsərrüfat-maliyyə
fəaliyyətinə birbaşa nəzarət və müdaxilə edilməsi yolverilməzdir. Lakin dövlət onun qərar-


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə