İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə18/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   14   15   16   17   18   19   20   21   ...   66


İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
46
Резюме
ФИНАНСОВыЙ КОНТРОЛЬ, ФОРмы И мЕТОДы ЕГО ПРОВЕДЕНИЯ
д.е.н. Гюльнара Танрывердиева
д.е.н., доц. Аллаз Дашдемиров
Отзыв: д.е.н., доц. Сафар Сулейманов
Ключевые слова: оборотные активы, баланс, национальные стандарты, финансо-
вые
В статье раскрывается, что финансовый контроль являясь специа¬лизиро-ванным
методом управления хозяйственной деятельности и специальной областью экономи-
ческих знаний, объединяет в себе специальные методические способы, разработанные
в этой области или базирующиеся на достиcениях бухгалтерского учета,  аудита, ста-
тистики и финансов.
Цели и задачи финансового контроля отраcаются в планировании финансов. Конт-
роль и планирование являются элементами управления, они объединяются в выполне-
нии функции управления и дополняют друг-друга. 
XÜLASƏ
Maliyyə nəzarəti və onun aparılmasının forma və metodları
Məqalədə maliyyə nəzarətinin forma və metodları şərh edilməklə göstərilir ki, dövlət
maliyyə nəzarəti maliyyə siyasətinin həyata keçirilməsini  təmin etməklə dövlətin maliyyə
ehtiyatlarının idarə edilməsinin məqsədəuyğunluğundan kənarlaşmaların vaxında müəyyən
olunmasına, nöqsanların aradan qaldırılmasına istiqamətəndirilir.
Məqalədə mühüm maliyyə nəzarətinin forması kimi  auditor xidmətinin funksiyaları geniş
izah edilir. 


AZƏRBAYCAN UNİVERSİTETİ
47

İPƏK YOLU 

2/2014
BAZAR İQtİSADİyyAtI ŞƏRAİtİNDƏ BÜDCƏ 
PROSESİNİN tƏŞKİLİ PRİNSİPLƏRİ
Rəşad MURADOv 
AR Prezidenti yanında 
Dövlət İdarəçilik Akademiyasının dissertantı
Rəyçi: iqtisad üzrə elmlər doktoru Dünyamalı vəliyev
Açar sözlər: büdcə, büdcə quruluşu, büdcə sistemi, büdcə prosesi, vahid hüquqi baza,
vahid pul sistemi, illik büdcə
Məqalədə Azərbaycan Respublikasında büdcə prosesinin əsas vəzifələri göstərilmişdir.
Büdcə quruluşunu fərqləndirən iki forma barədə məlumat verilmişdir. Həmçinin büdcə pro -
sesinin təşkili zamanı büdcələrin qarşılıqlı asılılığını və büdcə prosesinin iştirakçılarının
qarşılıqlı fəaliyyətini əks etdirən əsas prinsiplərə toxunulmuşdur.
Büdcə prosesi anlayışı və onun mərhələləri ilə bağlı elmi ədəbiyyatda müxtəlif mülahizələr
mövcuddur. Büdcə prosesində iqtisadi, hüquqi və siyasi aspektlər bir-biri ilə sıx bağlıdır.
“Proses” termini (latınsa processus – keçid, irəliləmə) – vəziyyətin ardıcıl əvəz olunması,
vahid fasiləsiz hərəkəti təmsil edən inkişafın qanunauyğun şəkildə bir-birinin ardınca gələn
mərhələlərin sıx əlaqəsindən ibarətdir [3]. Büdcə prosesi dedikdə dövlət hakimiyyəti orqan-
larının, bələdiyyələrin və bu prosesin iştirakçılarının büdcə layihəsinin tərtib olunması, baxıl-
ması,  təsdiqi,  icrası  və  icraya  nəzarət  sahəsində  hüquqi  normalarla  reqlamentləşdirilən
fəaliyyəti başa düşülür. 
Büdcə prosesinin təşkili ölkənin büdcə quruluşuna və büdcə qanunvericiliyində öz əksini
tapmış büdcə sisteminin qurulma prinsiplərinə əsaslanır. Büdcə quruluşu dedikdə büdcə sis-
teminin yaradılmasının təşkilatı prinsipləri, onun strukturu, büdcələrin qarşılıqlı əlaqələri,
gəlir və xərclərin onlar arasında bölüşdürülməsi qaydası başa düşülür [4]. Bir qayda olaraq
büdcə quruluşunun iki formasını fərqləndirirlər: federativ və unitar dövlətlərin büdcə quru-
luşu. unitar dövlətlərdə büdcə sistemi ikipilləli olur: dövlət büdcəsi və çoxsaylı yerli büd-
cələr. Bu dövlətlərdə yerli büdcələr özlərinin gəlir və xərcləri ilə dövlət büdcəsinin tərkib
hissəsi sayılmırlar. federativ dövlətlərin büdcə sistemi isə üçpilləli olur: dövlət büdcəsi və
ya federal büdcə; federasiya sübyektlərinin büdcələri; yerli büdcələr. federal dövlətlərdə də
yerli  büdcələrin  gəlir  və  xərcləri  federasiya  subyektlərinin  büdcələrinə,  onlar  da  öz
növbəsində federal büdcəyə daxil olmurlar. Ölkə ərazisində fəaliyyətdə olan bütün büd-
cələrin məcmusu isə büdcə sistemini təşkil edir. Büdcə sistemi aşağıdakı prinsiplərə uyğun
qurulur. 
Büdcə quruluşu büdcə sisteminə daxil olan bütün büdcələrin vəhdəti (yeganəliyi), tamlığı,
reallığı, aşkarlığı və müstəqilliyi kimi prinsiplərə əsaslanır.



İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
48
Şəkil 1. Büdcə sisteminin təşkili prinsipləri
Büdcə prosesinin təşkili zamanı büdcələrin qarşılıqlı asılılığını və büdcə prosesinin işti-
rakçılarının qarşılıqlı fəaliyyətini əks etdirən iki prinsip – büdcələrin vəhdəti və müstəqilliyi
prinsipləri başlıca rol oynayır. Azərbaycan Respublikasının qanunvericiliyində [3] büdcə
sisteminin vəhdəti aşağıdakıların hesabına təmin olunur: vahid hüquqi baza; vahid büdcə
təsnifatından istifadə olunması; büdcə sənədlərinin vahid forması; büdcə prosesinin prinsip -
lərinin ümumiliyi; vahid pul sistemi; bütün səviyyə büdcələrinin qarşılıqlı fəaliyyəti; vahid
sosial-iqtisadi, o cümlədən vergi siyasəti. Tamlıq prinsipi hər bir büdcənin hər bir mad-
dəsində bütün xərclərin və daxilolmaların nəzərə alınmasını nəzərdə tutur. Büdcə sisteminin
reallığı dedikdə büdcədə gəlir və xərclərin xarakterinin düzgün əks olunması və qarşılıqlı
əlaqəsi başa düşülür. Aşkarlıq prinsipi nəzərdə tutur ki, büdcələrə baxılması, onların təsdiqi
və icrası haqqında hesabatlar aşkar şəkildə həyata keçirilir. Büdcələrin müstəqilliyi aşağı-
dakıları nəzərdə tutur: onları uyğun nümayəndəli hakimiyyət orqanları təsdiq edir; büdcələrin
icrası uyğun icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir; hər bir büdcənin məxsusi
gəlirləri vardır ki, bu da onların ərazisində qarşıya qoyulan konkret məqsədlərə uyğun olaraq
xərclənir.
Büdcə prosesinin əsas vəzifələri aşağıdakılardan ibarətdir:
- dövlətin maddi və maliyyə resurslarının aşkar edilməsi;
- büdcə gəlirlərinin hesabatının reallığa maksimum yaxınlaşdırılması;
- büdcə xərclərinin maksimum dəqiq hesablanması;
- büdcənin maksimum balanslaşdırılmasının təmin olunması;
- büdcənin reallaşdırılan iqtisadi proqramla razılaşdırılması;
-  gəlir  mənbələrinin  müxtəlif  büdcə  səviyyələri,  sahələr,  ərazilər  arasında  yenidən
bölüşdürülməsi məqsədi ilə büdcə tənzimlənməsinin həyata keçirilməsi.
Büdcə prosesinin əsasında Azərbaycan Respublikasının büdcə quruluşuna xas olan və
yuxarıda qeyd etdiyimiz vahidlik, tamlıq, reallıq, aşkarlıq və bütün büdcələrin müstəqilliyi
kimi prinsiplər durur. Eyni zamanda büdcə prosesi üçün bir sıra başqa prinsiplər də xarak-
terikdir. Məsələn, büdcə prosesində səlahiyyətlərin bölgüsü nümayəndəli və icra hakimiyyətləri
arasında səlahiyyət hədlərinin müəyyənləşdirilməsi prinsipinə əsaslanır. Bu prinsipə görə büd-
cənin tərtibi və icrası icra hakimiyyətləri orqanlarının funksiyalarına, büdcənin təsdiqi və
icrasına nəzarət – nümayəndəli hakimiyyət orqanlarının funksiyasına daxildir.
Büdcə prosesinin bütün mərhələləri üçün istisnasız olaraq büdcə göstəricilərinin ixtisas-
laşması prinsipi xasdır. Bu prinsip büdcə sisteminin gəlirlərinin mənbələr üzrə, xərclərin isə


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə