İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə14/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   10   11   12   13   14   15   16   17   ...   66

AZƏRBAYCAN UNİVERSİTETİ
37

İPƏK YOLU 

2/2014
maliyyə təminatını yaradır.
Eyni zamanda bankın şəxsi kapitalı bankın borc potensialını müəyyən edən ehtiyat kimi,
yəni  bankın  arzu  olunan  həcmdə  və  şərtlərlə  borc  kapitalı  cəlb  etmək  qabiliyyəti  kimi
nəzərdən keçirilir.
fikrimizcə,  bankın  şəxsi  kapitalının  belə  xüsusiyyəti  təcrübədə  bu  kapitalın
maliyyələşdirməsinin digər iştirakçıları tərəfindən banka olan etimad funksiyasının real-
laşdırılması kimi özünü əks etdirir. Yalnız kifayət qədər kapital bazasının mövcudluğu bankın
borc maliyyələşdirilməsi imkanlarını müəyyən edir. Bankın borc maliyyələşdirilməsinin
imkanlarının əsas funksiyası investisiya obyektlərinə vəsaitlərin yönləndirilməsi yolu ilə in-
vestisiyaların maliyyələşdirilməsində birbaşa iştirak etmək üçün maliyyə mənbələrinin for-
malaşdırılmasından ibarətdir. 
son illər bankların iqtisadi aktivliyə maliyyə dəstəyi daha da güclənmişdir, bank ak-
tivlərinin strukturunda müsbət dəyişikliklər müşahidə olunur.
2012-ci ildə bank sektorunun aktivləri 3 696.6 mln. manat və ya 26.5% artaraq 17. 643.4
mln. manata çatmışdır. Bank kreditləri 2 700.6 mln. manat və ya 27.8% artaraq 1 yanvar
2013-cü il tarixinə 12 399.4 mln. manat səviyyəsinə çatmışdır.  Kreditlərin aktivlərə xüsusi
çəkisi 70.3% təşkil etmişdir.
Kredit portfelinin artımı əsasən əhalinin əmanətlərinin və qeyri-maliyyə korporativ sek-
torun depozitlərinin artması hesabına baş vermişdir.
uzunmüddətli kreditlərin həcmi 28,1% artaraq 2012-ci ilin sonuna 8 751.5 mln. manat
təşkil etmişdir. 2012-ci ilin sonuna kredit portfelinin strukturunda uzunmüddətli kreditlərin
xüsusi çəkisi 70,6% təşkil etmişdir.
Kreditlərin sahəvi strukturunu nəzərdən keçirsək sənaye istehsalına, əsaslı tikintiyə yəni,
əsas kapitala investisiyaların maliyyələşdirilməsinə yönəldilmiş vəsaitlərin artım tempinin
yüksək olduğunu görə bilərik.
Cədvəl 1. 
Kreditlərin sahəvi strukturu 
Mənbə:[2]
İllər
2012
2013
Dəyişmə
İqtisadiyyat sahələri
Məbləğ, mln.
manat
payı, 
%-lə
Məbləğ, mln.
manat
payı,  
%-lə
Məbləğ, mln.
manat
%-lə
Ticarət və xidmət
2843.5
29.3
2648.2
21.4
-195.3
-6.9
Ev təsərrüfatlarına 
3085.5
31.8
4014.3
32.4
929.1
30.1
Kənd təsərrüfatı və
emal
457.2
4.7
535.4
4.3
78.2
17.1
İnşaat və əmlak
875.3
9
1270.3
10.2
395
45.1
senayə və istehsal
582.9
6
1297.6
10.5
714.7
122.6
Nəqliyyat və rabitə
409.7
4.2
805.9
6.5
396.2
96.7
Digər
1445.1
15
1827.7
14.7
382.6
26.5



İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
38
Kreditlər üzrə ən yüksək artım tempi inşaat və əmlak sektorlarında -45.1%, energetika
və təbii ehtiyatlara -71%, nəqliyyat və rabitə sektoruna -96.7%, sənaye və istehsal sektoruna
-122.6%, kənd təsərrüfatı və emala -17.1% verilən kreditlərdə müşahidə olunmuşdur. Yeni
bank texnologiya və alətlərinin tətbiqi və təbliği nəticəsində plastik kartlarla əməliyyatlar
üzrə kreditlər 30% artmışdır. 
son illər ərzində Azərbaycan banklarının şəxsi və borc maliyyələşdirilməsi mənbələrinin
strukturunun təhlili kapital və borc maliyyələşdirilməsinin müasir vəziyyətini xarakterizə
edən bir sıra tendensiyaları üzə çıxardı: maliyyələşdirmənin ənənəvi metodlardan daha pers -
pektivli metodlara keçid daha aydın bəlli olur və bu prosseslər bankların uzunmüddətli
maliyyələşdirmə imkanlarını genişləndirərək, eyni zamanda  vəsaitlərin cəlb olunmasına
çəkilən xərcləri aşağı salır. 
Maliyyələşdirmənin şəxsi mənbələri baxımından bu özünü onda əks etdirir ki, şəxsi ka -
pitalın  strukturunda  nizamnamə  kapitalı,  kapitallaşmış  mənfəət  və  əmlakın  yenidən
qiymətləndirilməsindən əldə olunan gəlirlər əvvəlki kimi ən böyük paya malik olmasına
baxmayaraq, son 3-5 illər ərzindəki dinamika emissiya gəlirləri, rezident və qeyri-rezi-
dentlərin vəsaitlərindən borc maliyyələşdirilməsində istifadədən əldə olunan gəlirlərin daha
surətli artım tempinə malik olmasını göstərir. 
Bunun obyektiv səbəbləri aşağıdakılardan ibarətdir:
- birincisi,  bank  biznesinin  maliyyələşdirməsində  milli  investorların  (xüsusilə  özəl
sahibkar strukturlarının) iştirakının aşağı səviyyəsi;
- ikincisi, bankların fəaliyyətində dövlətin iştirakının formasında birgə maliyyələşdirmə
prosedurlarının kifayət qədər inkişaf etməməsi.
Anoloji vəziyyət kommersiya banklarının borc kapitalı mənbələrində də müşahidə olunur.
Borc kapitalının strukturunda ən yüksək paya malik olan depozit mənbələri tədricən liderlik
mövqelərini itirirlər.
Kapital və borc maliyyələşdirilməsi problemlərinin tədqiqi bu sahədə dövlət tənzimlən-
məsinin müasir vəziyyətinin qiymətləndirilməsi və təhlili edilmədən aparıla bilməz.
Kapital maliyyələşdirilməsinin tənzimlənməsi sistemi Mərkəzi Bank tərəfindən qoyulan
tənzimləmə xarakterli tələblərin məcmusundan ibarətdir:
- birincisi, bankın şəxsi kapitalının mənbələrinin strukturu və tərkibinə qarşı qoyulan
tələblər;
- ikincisi, bankın yaradılması və onun sonrakı fəaliyyəti üçün zəruri şəxsi kapitalın
mütləq həcminə qarşı qoyulan tələblər;
- üçüncüsü, ayrı-ayrı kapital mənbələrinin formalaşması mexanizminə qarşı qoyulan
tələblər [3, 52].
Bütövlükdə, Azərbaycanda kapital maliyyələşdirilməsinin praktikada tətbiqi dövründən
başlayaraq, bu zamana qədər bu prosseslərin tənzimlənməsi dəyişməz prinsiplərə əsaslanır.
Bu sahədə baş verən dəyişikliklərin dinamikası isə kapital üzrə Bazel razılaşmasının ümumi
ideologiyasına və beynəlxalq yanaşmalara uyğundur.
Bankların investisiya fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı problemlərin tədqiqi za-
manı bu sahədəki xarici təcrübənin ümumiləşdirilməsi bir sıra nəticələrə gəlməyə imkan verir:


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə