İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə16/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   12   13   14   15   16   17   18   19   ...   57

49 
 
İnsan  orqanları  da  soyuqluqda  bərkiyə  bilirlər.  Bu 
baxımdan da dezaktivlik yarana bilir.  İnsanların kökəlməsində 
soyuqluq da mühüm rol oynayır. Belə nəticəyə gəlmək olar ki, 
soyuqluq artıq enerjini piyə çevirir. 
 
 
Nəticələr: 
 
-buzlar bərkidicidir; 
-passiv enerji mənbələridir
-tərkibində minerallar çoxdur; 
-buzlaqların  olduğu  materiya  minerallarla,  elementlərlə  
zəngindir; 
-buzlaqlar  Günəş  şüasını  çəkirlər,  lakin  Günəş  şüası  üfiqi 
formada  zəif  düşdüyündən  onları  tam  parçalaya  bilmir.  Udula 
bilməyənlər  geri  qayıdır.  Buzlaqlar  Günəş  şüasını  sındırıcı 
effekt göstərirlər; 
-buzlaqlarla  Günəş  enerjisi  arasında  olan  sürtünmə    Yer 
kürəsinin parıltısının yaranmasında əvəzsiz rol oynayır. Parıltı, 
işıq  sürtünmədən yaranan nəticədir
-buzun  rəngi  buzlağın  Günəşlə  təsirindən  həmin  rəng  alır 
(Ümumiyyətlə, rənglər  Günəş işığı ilə olan reaksiyadan gözlə 
görünür.  Günəş  və  göz,  eləcə  də  obyekt  arasında  olan  əlaqə, 
sürtünmə  rəngi  insanlarda  ayırd  edir.  Gözün  özü  də  sürtünmə 
yaradır); 
-buzlaqlar  atmosferin  çox  yumşalmasının  və  buxarın 
artmasının, yüngül qazlara çevrilməsinin qarşısını alır  və s.  
  
Dağlar və düzənliklər  haqqında  
 
Dağlar  çox  güman  ki,  enerji  mənbələridir.  Çünki 
düzənliklərə nisbətən daha çox bərk materiyanı, böyük kütləni  
özlərində cəmləşdirirlər. Dağ silsilələri düzənliklər və okeanlar 
arasında olan tarazlığı tənzimləyir. Belə bir fikir bildirmək olar 


50 
 
ki,  dağ  silsilələri  də  Yer  kürəsinin  atmosferini      yaradan 
vasitələr  rolunda  çıxış  edir.  Günəşin  dağlara  olan  təsirləri  də  
atmosferi meydana gətirir. Belə güman edək ki, dağlarda enerji 
toplanıb,  lakin  bu  enerji  tam  aktiv  deyil,  Günəşlə  təmasdan, 
Günəşin təsirindən atmosferi əmələ  gətirir. Atmosferdəki hava 
adətən təzyiq çox olan yerdən təzyiq az olan yerə doğru hərəkət 
edir. Dağlarda yüksək təzyiq hava kütləsini düzənliklərə doğru 
aparır.    Dağlarda  hava  çatışmazlığı  heç  də  enerji  çatışmazlığı 
ilə əlaqəli deyil. Dağlar enerjini toplayan “lal” mənbələrdir. Bu 
mənbələrdən enerji ayrılır, hava axını, küləklər meydana gəlir.   
Dağlara  qalxdıqca  havada    bərkimə,  sıxlaşma    gedir.  Bu 
bərkimə sıxlıqdan yaranır. Deməli, dağlarda hava daha sıx olur 
və  cazibə  qüvvəsi,  maqnit  sahəsi  və  bu  baxımdan  da  enerji 
güclü olur. Həm də dağlarda buzlaqlar və qar çox olduğundan 
atmosfer sıx olur. Sıxlıqdan hava qıtlığı və çatışmazlığı yaranır.  
Maqnit  sahəsi  dağların  daxilində  olan  enerjinin  aktivliyə 
çevrilməsindən meydana gəlir.  Günəş dağların enerjisini aktiv 
edir,  parçalayır  yüngülləşdirir  və  düzənliklərə  doğru  yönəldir. 
Günəş  dağların  minerallarını  da havaya cəlb  edir.  Belə  güman 
edək  ki,  yuxarı  qalxan  hava  dağlarda  passivləşir,  yığılır.  Bu 
baxımdan  da  dağlar  enerji  toplayan  qüvvələrdir.  Dağların 
tərkibi  ətraf  mühiti  özünə  çəkir  və  dağlar  buna  görə  də 
minerallaşır,  sulanır.  Hava  minerallarını  özünə  çəkir.  Dağlar 
həm hava minerallarından qidalanır,  həm də Günəş enerjisi ilə  
təmasdan  daxilindəki  minerallardan  havaya  ötürür.  Bu 
proseslər sayəsində dağlar ətrafında  maqnitləşmə gedir,  enerji 
sferası meydana gəlir. Belə təxmin edə bilərik ki, gecə dağlarda 
(dağlardakı  atmosferdə)    daha  çox  enerji  toplanır,  aktiv  enerji 
passiv  xarakter  alır    və  sıxlaşma  əmələ  gəlir.    Buna  görə  də 
soyuma  güclü  olur.  Dağlar  Yer  kürəsinin  sərinləşdiriciləri 
kimi  əhəmiyyət  kəsb  edir.  Yer  kürəsini  dağlar,  buzlaqlar  və 
dünya suları sərin edir. Çünki,     buralarda daha passiv enerji 
toplanır. Günəşin Yer kürəsini yandırmasına, qaza çevirməsinə 
dağlar, buzlaqlar və su ehtiyatı (dünya okeanı, dənizlər, çaylar, 


51 
 
göllər, körfəzlər)  mane olur.  Həmçinin  meşələr və  yer üzünün 
canlıları da burada mühüm funksiya daşıyır. Bu vasitələr enerji 
uducu  və  buraxıcı  funksiya  daşıyırlar.    Günəş  enerjisini 
tarazlayırlar.  Dağlar,  buzlaqlar,  dünya  suları  Günəş  enerjisini 
udurlar.  Sonra  da  özlərindən  buraxırlar.  Bu  baxımdan  da 
qənaətə  gəlmək olar ki,  atmosfer burada paylayıcı rol oynayır. 
Onlar  Günəşdən  udduqlarını  təkrar  atmosferə  buraxırlar, 
atmosfer  də  onları  kosmik  müstəviyə  və  geriyə  yer  üzünə 
qaytarır. 
 
Düzənliklər  bərk  materiyanın  “dənizləri”,  “gölləri”  
rolunu oynayır. Düzənliklər dağlardan gələn hava axınları üçün 
mənbələr kimi əhəmiyyət kəsb edir. Düzənliklər cəlb edirlər və 
hava  axınlarını  özlərinə  tərəf  çəkirlər.  Dağlardan  gələn  hava 
axınları  düzənliklərdəki  boşluqlarda  geniş  yerlərə  düşür, 
zəifləmə əmələ gəlir. Sıxlıq azalır. Bu baxımdan da çox böyük 
düzənliklərdə  bir  qədər  hava  çatışmazlığı,  yəni  çox  seyrəklik, 
qaz, atmosfer azlığı  yarana bilər.  Düzənliklər   dağ küləklərini 
yayırlar.  Eləcə  də  okeanlardan  gələn  enerjinin  paylanmasını 
təmin  edirlər.  Əgər  Yer  kürəsi  bütünlükdə  dağlardan  ibarət 
olsaydı,  fərqlər  olmasaydı,  təbii  ki,  küləklər  də  olmazdı  və 
okeanlar  dalğalanmazdı.  Tamamilə  düzənliklərdən  ibarət 
olsaydı,  küləklər  yaranmazdı,  havadan  enerji  ayrılmazdı.  
Dağlar  və  düzənliklər  həyatın,  atmosfer  tarazlığının  əsasıdır. 
Okean  dalğalarını  yaradan  hava  axınında  dağların  böyük  rolu 
var.    Dağlar,  düzənliklər  olmasaydı  atmosferin  indiki  kimi 
mövcudluğundan  söhbət  gedə  bilməzdi.  Atmosfer  su,  dağ, 
düzənlik, buz dağları nisbətindən meydana gəlir. Yer kürəsində 
dünya okeanı, daxili dənizlər, Antarktida, Arktika, Qrenlandiya 
buzlaqları,  dağlar  və  onların  buzlaqları  ümumi  passiv  enerji 
mənbələridir.  Bu  mənbələr  də  su  və  atmosfer  hesabına 
qıdalanır.  Düzənliklər,  bu  baxımdan  da  səhralar,  çollər 
enerjiyayıcı funksiyanı  yerinə  yetirirlər. Dağlar və düzənliklər 
nisbəti  atmosfer  axınlarını  sürətləndirir  və  yavaşıdır.  Dağlar 
arasından və dağlar üstündən düzənliklərə doğru atmosfer axın 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə