İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə17/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   13   14   15   16   17   18   19   20   ...   57

52 
 
edir.  Buna  görə  də  hesab  etmək  olar  ki,  atmosferin  özündə  də 
dağlar və düzənliklərin  nisbəti və dünya okeanları hərəkətləri 
təmin edir. Atmosferin axınında bunlar da iştirak edir. 
Dağlar və okeanlar, buzlaqlar həm də Yer kürəsinin həddən 
artıq işıqlanmasının qarşısını  alırlar. Çünki işıq enerjisi buzlar 
tərəfindən  udulur.  Bu  udulma  sayəsində  Yer  kürəsi  Günəş 
tərəfindən yanmır, qaza çevrilmir. 
Belə də güman etmək olar ki, insanlar və digər canlılar 
da  Günəş  şüasını  udurlar.  Yaşıllıq  həddən  artıq  artarsa, 
insanlar  və  digər  canlılar  həndəsi  silsilə  ilə  çoxalarlarsa,  
Yer  üzündə  qismən  də  olsa  işıq  enerjisi  azala  bilər.  Lakin 
kainat,  qalaktika,  Günəş  və  Yer  kürəsinin  elementlərinin 
qarşılıqlı enerji mübadiləsi prinsipindən çıxış edərək hesab 
edə  bilərik  ki,  artım  hesabına  Günəşdən  gələn  enerji  də, 
işıq da müvafiq qaydada və nisbətdə  arta bilər. Planetlərin 
Günəşə  ötürülmələri  sayəsində  işıq  da  arta  bilər.      Əgər 
makro kainat dəyişikliyi hesabına Günəş kütləsini artırırsa, 
onda,  qəbul  edə  bilərik  ki,  tozlar  hesabına  planetlər  də  öz 
çəkilərini  artırırlar.  Bu  tozlar  Günəşdəki  alovlanmadan 
yaranan elementlərdir.  
Dağlar çəkicidirlər. Günəş şüasını, hava ilə gələn enerjini, 
buludları,  atmosferi,  atmosfer  tozlarını,  təbiət  hadisələrini  
(məsələn,  yağışı)     özlərinə çəkirlər, “udurlar” və aktivləşirlər. 
Günəş  şüasını  və  digər  elementləri    özlərinə  çəkirlər  və 
daxillərində  olan  passivliyi  (enerji  mənbəyini)  aktivləşdirirlər. 
Aktivləşmə sayəsində dağların içində minerallaşma, elementlər 
birləşmələri  və  parçalanmaları  baş  verir.  Dağlarda  buludların 
özünə çəkilməsində  sular əmələ gəlir. Belə təxmin edə bilərik 
ki,  sular  Günəşdən  də  əmələ  gəlir.  Buna  görə  də  dağlar  sulu 
olurlar  və  özlərindən  sular  buraxırlar.  Dağ  suları  minerallarla 
zəngin  olur.  Lakin  dağın  hər  bir  suyu  yüngül  ola  bilməz. 
Günəşin  çox  düşdüyü  hissələrin  suları  yumşaq  və  yüngül  ola 
bilər.  Qaranlıq  dağ  hissələrində,  Günəş  düşməyən  hissələrin 
suları ağır ola bilər və ağır birləşmələrlə, metallarla zəngin ola 


53 
 
bilər. Buna görə də hər bir dağ suyu içməyə yararlı  ola bilməz. 
Günəş  düşərkən  dağların  daxili  enerjiləri  oyanır.  Burada 
kimyəvi birləşmələr və  mübadilələr sayəsində elementlər artır. 
Minerallar  çoxalır.  Bu  aktivlik  sayəsində  dağlarda  cazibəlik 
yaranır  və  maqnit  sferası  genişlənir.  Onu  da  nəzərə  almaq 
lazımdır ki,  dağlar tam eyni  ölçüdə  olmurlar. Onların  ətrafları 
pikindən daha geniş olur. Ətraflarda olan enerji də çox olur. Bu 
enerji  sayəsində  cazibəlik  və  hava  dağların  aşağılarında  çox 
olur.  Həm  də  buralarda  kütlə  çox  olur.  Pikə  doğru  qalxdıqca 
kütlə azalır. Günəş aktivliyi yuxarıda çox olsa da, əslində enerji 
azlığı  meydana  gəlir.  Çünki,    dağın  özünün  də  kütləsi  azalır. 
Dağın  aşağı  hissələri  ilə  yuxarı  hissələri  arasında  enerji  fərqi 
meydana gəlir. Dağlarda canlılar üçün yaxşı şərait ortalarda və 
ətəklərdə olur. Təbii ki, burada əsas rolu dağlardakı orta kütlə 
oynayır.  Aşağılarda  və  ortalarda  kütlə  çox  olduğundan  Günəş 
enerjisi  də  çox  udulur.  Bu  udulma  sayəsində  canlılar  üçün 
münasib  enerji  formalaşır.  Dağların  pikində  aktivlik  az  olur. 
Canlılar  da  az  ola  bilər.  Pik  zəiflikdir.  Minerallar  pikdən 
aşağıya doğru yayıla bilər. Ona görə ki,  kütlə və enerji aşağıda 
daha  çoxdur.  Dağların  “göbəyini”,  ortasını  və  ətəyini  enerji 
mənbəyi məkanı kimi qəbul etmək olar.  
Dağ  meşələri  də  Günəş  şüasını,  atmosferi,  tozu  özlərinə 
çəkirlər.  Dağların  lap  pik  hissələrində  yaşıllıqların  olması  bir 
qədər  çətin  olar.  Çünki  pikdə  kütlə  az  olduğundan  Günəş 
enerjisi  də  az  ola  bilər.  Canlıların  yetişməsi  üçün  lazımi  iqlim 
olmaya  bilər.  Belə  qəbul  edə  bilərik  ki,  atmosfer  tozları  
hesabına dağlar böyüyür, çəkisini və həcmini artırırlar.    Həm 
də dağlar itki verirlər. Yuyulma baş verir. 
Planetin  “ağ  ciyərləri”    tək  meşələr  yox,  materiyanın 
bütövlükdə  özü,  dünya  okeanı,  dağlar,  səhralar,  buzlaqlardır.   
Kainat  da  atmosfer  yaradan  ən  böyük  mənbədir.  Bütün 
planetlərin  atmosferinin  formalaşmasında  kainat  mənbələri 
mühüm rol oynayır. 


54 
 
Günəş  şüası  atmosferin  çox  bərkiməsinin  qarşısını  alır  və 
onu yüngülləşdirir.  
 
Küləklər haqqında  
 
 
Məlumdur  ki,  küləklər  əsasən  sıxılmış  hava  axınıdır  və 
boşluqlara, düzənliklərə, ümumiyyətlə,  havanın az sıx olduğu 
yerlərə  doğru  axındır.  Məkandakı  hava  kütləsinin  nisbətindən 
asılı olur. Küləklər dağlara sarılır.   Küləklər vahid atmosferin 
tərkibini  hərəkət  etdirir  və  nəticə  etibarilə  atmosferdəki  bərk 
birləşmələri,  ekoloji  birləşmələri  parçalayır.  Havanı  təmizləyir 
və  yüngülləşdirir.  Küləklər  enerjidir  və  parçalayıcı  əhəmiyyət 
kəsb  edir.  Küləklər  cərəyandır  və  enerjidaşıyıcı  funksiyanı 
yerinə  yetirir.  Külək  özü  ilə  enerji  gətirir,  dağlardan  və 
sulardan olan enerji ayrılmalarını düzənlikərə verir. Buna görə 
də  düzənliklərdə  enerji  paylanılır.  Dağlara  doğru  da  hava 
sorulur. Buna görə də dağlar və düzənliklər arasında əvəzləmə 
və  paylama  əmələ  gəlir.  Küləklər  dağlardakı  və  okeanlardakı, 
buzlaqlardakı  sərin  havanı  (oksigenlə  dolu  havanı-mənbəni 
oksigen  təşkil  edir)    isti  yerlərə  aparır.  İsti  yerlərdə  olan  hava 
azlığını  doldurur.  Az  hava  məkanı  ona  görə  əmələ  gəlir  ki, 
Günəş  və  küləklər  mövcud  olur.  Atmosfer  təzyiqi  fərqini 
Günəş  yaradır.  Eyni  zamanda  fəsillər  də  burada  mühüm  rol 
oynayır.  Yer  kürəsinin  fəsillərində  (cənub  və  şimalda  fərqli 
olur)  hava axınları təmizləyici rol oynayır. Bu təmizləmə həm 
enerji  yaradır,  həm  də  enerji  alır.  Bu  baxımdan  canlı  hesab 
etdiyimiz aləm  (aktiv canlılar) passiv  canlılar  (hava, qaz, bərk 
cisim materiya) tərəfindən enerji ilə təmin edilir.  
 
Küləklər  əsir,  atmosferdə  hava  paylanılır.  Bunları  da 
Günəş, dağlar, düzənliklər, dünya okeanı və meşəliklər yaradır. 
Belə  təxmin  etmək  olar  ki,  küləklər  paylayıcıdır  və  buna  görə 
də  xarakterin  (canlıların)  ümumi  əsaslarını  yaradır.  Canlıların 
universal  xarakterində  universal  təbiət  hadisələri  önəmli  rol 
oynayır.  Küləklər  enerji  paylayıcı  olduqlarından  xarakter 
də  universallaşır.  Lakin  fərqli  xarakter  fərqli  enerjidən 
meydana  gəlir.  Canlı  toxumaları  fərqli  olur.  Təbiət,  onun 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə