İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə12/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   8   9   10   11   12   13   14   15   ...   57

37 
 
eynidirsə,  onda  cazibə  qüvvəsi  də  eyni  olar.  Bu  eynilik  isə 
kainat  fərqliliyinə  ziddir.  Digər  tərəfdən,  işıq  sürəti  kainatda  
eynidirsə,  onda  Günəşdən  planetlərə  fərqli  zamanda  çatar. 
Ancaq belə təxmin etmək olar ki, Günəşdən uzaq planetlərə də 
yaxın  planetlərdə  olduğu  kimi  işıq  həmin  an  çatır.  Uzaq 
planetlərin kütləsi işığı yaxın planetlərdə olduğu kimi tez özünə 
çəkir. Bu, böyük ehtimallı bir fərziyədir. Bu fərziyyə düzdürsə, 
onda    artan  sürət  hesabına  zaman  amili  eyniləşər.  Bu  halda 
düşüncələrdə ziddiyyətlər çoxalar.  
Qaz  dumanları,  qaz  buludları    iki  nəticənin  məhsulu  ola 
bilər:  ulduz  yaranmasına  qədərki  olan  prosesin  nəticəsi  və 
ulduzdakı  “yanmalardan”  əmələ  gələn  prosesin  nəticəsi.  Hər 
ikisində dalğalanma mövcud olmalıdır.  İkinci variantda nəticə 
etibarilə  daha çox planet əmələ gələ bilər. Çünki elementlərin 
forma  dəyişməsi  daha  çox  olur.  Bərkləşmə  daha  çox  ola  bilir. 
Ulduza  daxil  olmayan  qazlar  (ulduza  qədərki  qazlar)  ulduza 
daxil  ola  bilər.    Bu  daxilolmadan  da  çevrilmə  yarana  bilər. 
Çevrilmədən maye və qaz halları ortaya çıxa bilər.  
Yerin  atmosferində  də  buludlar  qazların  sıxlığıdır. 
Sıxlaşma  bərkləşəndə  yağış,  qar  və  dolu  yağır.  Buludlar 
dağıldıqda  seyrəkləşmə  olur.  Qazlar  atmosferdə  dağılır. 
Seyrəklik olur və nəticədə yağış yağmır. 
 
 
Kainat tozları 
 
 
Kainat  tozları  kainat  qazlarının,  maye  halının,  
zərrəciklərinin  bərkləşmiş  formasıdır.  Kainatda  olan  “buxar”, 
“su”  enerji  mənbəyindən  uzaqlaşdıqca  bərkləşmə,  toza 
çevrilmə  meydana  gəlir.      Bərkləşmə  də  enerjinin  təsirindən 
olur. Bu tozlar kainatı  təşkil edən fəzanın  özündən və fəzanın 
ulduzlarda  (həm  də  ulduzlardan  biri  olan  Günəşdə) 
çevrilməsindən  meydana  gəlir.  Bu  tozlar  başlıca  olaraq  yana 
bilməyən,  kül  halını  alan  Günəş  (ulduzlar)  qazlarıdır.  (Qeyd: 


38 
 
Tozlar  kosmik  fəzada  da  yarana  bilər).    Yanan  mərkəzdən 
uzaqlaşdıqca bərk kosmik cisimlər formalaşır. Bu qazlarda olan 
bərkləşmə  toz  halını  yaradır  və  başqa  planetlərin,  bərk 
cisimlərin (kometaların, asteroidlərin)  üzərinə qonur, eləcə də  
bərk cisimləri yaradır. Planetlərin yaranmasında ola bilər ki, bu 
bərk  qazlar-tozlar  rol  oynasın.  Bir  məsələni  də  xüsusi  olaraq 
təxmin  etmək  olar  ki,  planetləri  Günəşdən  fərqləndirən  əsas 
cəhət onların birinin udma, digərinin isə buraxma funksiyasının 
digərindən  çox  olmasıdır.  Yəni,    onlar  böyük  və  kiçiklərdən 
ibarətdir.  Planetlər  sorucudurlar,  Günəş  də  böyük  sorucudur. 
Günəş buraxıcıdır, planetlər də kiçik həcmli buraxıcıdırlar (qaz 
elementlərini  buraxırlar).  İtələmə  və  cəlbetmə  də  buradan, 
qüvvə də buradan meydana gəlir. Böyüklər və kiçiklər arasında 
qarşılıqlı paylaşma gedir. 
Kainatdakı  qüvvələrin  təsiri  sayəsində  fəzada  olan 
tozcuqlar, tozlar  birləşir və bərk materiya halını halır. Bir bərk 
materiya  özünə  yeni  tozları  cəlb  edir.  Bu  qaz  topaları    bəzən 
buzlaqlar  da  yarada  bilir.  Buzlaqlar  tam  bərk  materiyaya 
keçməyən    qaz  birləşmələridir.  Bu  prinsip  etibarilə  hesab 
etmək  olar  ki,  bütün  kosmik  cisimlər,  özlərinə  toz  qəbul  edə 
bilirlər.  Bu  baxımdan  da  qəbul  etmək  olar  ki,  kainatın  bütün 
cisimləri  ulduzlardan  yaranan  tozlardan  qidalanırlar,  kosmik 
fəzada  olan    tozları  özlərinə  qəbul  edirlər.  Bu  prinsip  etibarilə 
də  təxmin  etmək  olar  ki,  bütün  planetlər  tozlar  hesabına 
kütlələrini  artırırlar.  Bu  təxminlə  qəbul  etmək  olar  ki,  vaxtilə 
Günəş  də  balaca  olub,  planetlər  və  kiçik  (cırtdan  olublar). 
Sonra  isə  Günəşin  böyüməsindən    meydana  gələn  tozlar 
planetləri böyüdüblər. Bu fikiri mütləq kimi  qəbul  etsək, onda 
belə təxmin edə bilərik ki, bir neçə milyard ildən sonra Günəş 
və planetlər böyümüş olacaqlar. Belə şəraitdə aktiv canlılar da 
dəyişəcəklər.    Günəş  kosmik  fəzanın  hesabına,  planetlər  isə 
tozların  hesabına  öz  kütlələrini  artıracaqlar.    Əgər  bu  ehtimal 
bir  qədər  həqiqətdən  ibarət  olarsa,  güman  edə  bilərik  ki, 
kütlənin  artması  hesabına Yer kürəsinin dairəsi  böyüyəcək, öz 


39 
 
oxu  ətrafında  fırlanma  sürəti  indikinə  nisbətən  artacaq  (ya  da 
azalacaq),  insanlar  indiki  kimi  olmayacaqlar.  Zaman  ya 
qısalacaq,  ya  da  uzanacaq.  Yer  kürəsinin  öz  oxu  ətrafında 
fırlanma  sürətinin  dəyişməsi  təbii  ki,  atmosferi  də  dəyişdirə 
biləcəkdir.  Bu  halda  atmosferə  müvafiq  canlılar  formalaşa 
biləcəkdir.    Bu  proses  tədricən  baş  verirsə,  yəni,  hal-hazırda 
gedirsə,    insanlar  Yer  kürəsinin  kütləsinin  artması  hesabına 
dəyişən  və  daha  ağıllı  olacaqlar.  Çünki  enerji  artımı  da 
çoxalacaq. Günəş özü də böyüyəcək. 
 
Nəticələr: (ehtimallar, təxminlər) 
 
-Yer  kürəsi  və  digər  planetlər  Günəşdən  yaranıblar  (Çox 
böyük  ehtimaldır;  çünki,  kainatda  başlanğıc  və  sonluğun 
olmaması Günəş sisteminin tarixini şübhələr altına alır) ; 
-Planetlər  Günəşdən  parçalanmış,  ayrılmış  və  sönən 
ulduzlardır (əgər tarix varsa); 
-Planetlər  Günəş  sistemində  vaxtilə  mövcud  olmuş  ən 
nəhəng planetlərdən birindən ayrılıblar; 
-Günəş  də  sönüb  nə  vaxtsa  planetlərdən  biri  olacaq 
(ehtimal  çox  böyükdür.  Çünki,  Günəşin  indiki  mövcudluğu 
efirdən, fəzadan, planetlərdən təmin olunur); 
-Günəşdə  və  digər  ulduzlarda  kimyəvi  çevrilmələr  zamanı 
kainat tozları (kül halı) birləşib bərk materiyaları əmələ gətirir; 
-kainat  tozları  kosmik  məkanda  külü  təşkil  edir  ki,  bu  kül 
də ulduzlardan və Günəşdən atılır; 
-kainat  tozları  bir  məkana  toplaşıb  kosmik  bərk 
materiyaları yaradır.  
 
Ya  da  güman  edək  ki,  yaranış  olmayıb  və  tarix  yalnız 
insanların fikirlərindədir. 
 
 
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə