55
elementləri oxşar və fərqli olur. Lakin su və külək bu
elementlərdə eyniliyi və oxşarlığı meydana gətirir.
Küləklər hava təminatı ilə yanaşı, yayma funksiyasını da
yerinə yetirirlər. Toxumları yayırlar. Bu baxımdan da güman
etmək olar ki, planetdə canlı aləmin oxşarlığında atmosferin
böyük rolu vardır. Küləklər həm də parçalayıcı olurlar,
atmosferin tərkibində olan ağır metalları tərkib hissələrə
ayırırlar. Atmosferdə hava axını canlı aləmi də hərəkət
vəziyyətində saxlayır. Bu hərəkət vəziyyəti canlı aləmin enerji
ilə (ağacların, kolluqların oyanışı, onların tozlanması, əkilmə
yerində olan hərəkət və canlıların materiyadan enerji almaları)
təchizatını təmin edir. Küləklər canlı aləmin lazımi minerallarla
təminatını da həyata keçirir. Çünki havanın özündə də
minerallar olur. Küləklər yağışı yayır və buludların hərəkətini
təmin edir.
Buludlar haqqında
Buludlar Günəşin okeanlardan, dənizlərdən, göllərdən,
çaylardan, ümumiyyətlə, su mənbələrindən, buzlaqlardan,
həmçinin dağlardan və düzənliklərdən meşələrdən və ümumən
Yer
üzündən,
planetin
özündən
(litosferindən
və
hidrosferindən) atmosferinə sorduğu, buxar halına çevirdiyi
maddələrdir, qazlardır. Bu baxımdan da bulud suyu, bulud
qazı yer üzündəki sudan fərqlidir. Ona görə ki, mənbədən
götürülən su atmosferdə qarışır. Havadakı su ilə Yerin
səthindəki su arasında bir qədər fərq olur.
Buludlar qaz halındadır və cazibə qüvvəsinin sayəsində
atmosferi tərk edə bilmir. Atmosferin sıxlığı elə buludların
sıxlığını yaradır. Dağların cazibə qüvvələri buludları özünə
çəkir. Buludlarda elementlər mövcuddur, minerallar var.
Dünya okeanının və dağların mineralları atmosferə sovrulur.
Meşələr
atmosferin
mənbələrindən
biridir.
Buludlar
atmosferdəki artıq olan qazlardır. Onlar Yer kürəsini müəyyən
Günəş şüalarının yandırıcı gücündən qoruyur. Buludlar Yer
56
kürəsində suyun taraz və nizamlı olaraq paylanmasını təmin
edir. Buludlar atmosfer tozlarını özünə çəkir. Buludlar
seyrəkləşir və sıxlaşırlar. Sıxlaşma zamanı kütləsi artır və bu
anda ağır çəki Yerin cazibə qüvvəsinin təsiri ilə geri qayıdır.
Buludlar sıxlaşanda su əmələ gəlir. Buxar aktiv enerjidən
təkrar olaraq passiv enerjiyə dönməyə başlayır. Buludlar artıq
olan hava kütləsidir. Günəş tərəfindən sorulan qazlar (buxar)
ayrı-ayrı yerlərdə toplaşır. Kütlə cazibəni meydana gətirir.
Buludlar dağların cazibə qüvvəsi sayəsində dağlara tərəf
çəkilir. Eyni zamanda atmosferin ümumi axını buludların
hərəkətini təmin edir. Buludlar sıxlaşanda qara rəng alır. Bu
qara rəng suyun rəngi hesab oluna bilər. Həm də bərk
metallarla olan sintezdən rəng tündləşir. Atmosfer tozları da
buludların rənginin qaralmasında böyük rol oynayır. Yağış
suyu artıq passiv enerjiyə (yəni az aktiv enerjiyə) çevrilmiş
olur. Su buxardan qabaq şərti olaraq passiv enerjili olur. Günəş
onu aktivləşdirir. Tərkibindən götürür və tərkibinə də
atmosferdə yeni qatqılar verir. Minerallar verir. Atmosferdə
tərkib artıq bir qədər dəyişir. Su soyuyanda, yağışa çevriləndə
də suyun tərkibi dəyişir. Yağış suyu öz mineralları ilə təkrar
olaraq Yer üzünə qayıdır. Yer üzünü minerallaşdırır. Yağış
suyu atmosferdə aldığı və atmosferə verdiyi minerallarla
təmizlənmə proseslərində yaxından iştirak edir. Buna görə də
ilkin suyun tərkibi başqa, qazın tərkibi başqa, yağış suyunun
tərkibi də başqa olur. Aktiv su passivə keçəndə də tərkibini
dəyişir. Buna görə də buzla suyun tərkibi eyni ola bilməz. Bu
enerji mübadiləsi və tərkib dəyişməsi prinsiplərinə ziddir.
Yağış, qar və dolu haqqında
Çoxlarımıza
məlumdur
ki,
yağış
buludlardan
(kondensasiya olunan buludlardan) yerə gələn sudur. Buludun
qaralması yağışa dönmə, yəni, kondensasiya olunma və sintez
olunma deməkdir. Sintez qaz dənəciklərinin birləşməsi və
sıxılmasıdır. Qaralma sıxlıqdan yaranır. (Qeyd: suyun
57
bərkləşərək buza çevrilməsi, sonradan da yenə də
bərkləşərək çox qaralması, buz halından daha çox
kristallaşması elə özlüyündə bərk materiyaya keçmə halıdır
Sudan planet əmələ gələ bilər). Yağış buludların sıxılaraq,
soyuyaraq atmosferdə kondensasiya olunmasıdır. Atmosfer özü
elə sıx təbəqədir. Bulud burada artıq kütlədir. Atmosferə daxil
olan yüngül buxar qazı atmosferin sıx müstəvisində, təzyiqində
sıxılır. Bu sıxılma da su, qar və dolunu əmələ gətirir. Sıxılma
bərkləşməni yaradır, buxar yüngül formadan ağır formalara
keçid edir. Çox böyük ehtimalla da deyə bilərik ki, sıxılma,
təzyiq çox yüksək olarsa, doludan bərk materiya da atmosferdə
yarana bilər və yer üzünə qayıda bilər. Bərkləşmiş su atmosfer
tozları ilə də sintez oluna bilər. Bu baxımdan da qumlu yağışlar
yağa bilər.
Kondensasiya olunmuş buxar yağışa çevrilir. Yağış
təzədən Yer üzünə qayıdır. Yağış suyunun tərkibi buludlardan
qabaq olan sudan fərqlidir. Çünki passivlikdən aktivliyə, sonra
yenə də passivliyə çevrilən maddədir. Bu çevrilmələr sayəsində
itkilər olur. Atmosfer öz qaz payını götürür. Bundan da
atmosferdə artıq hava kütləsi meydana gəlir. Hava kütləsinin
axını elə küləyi yaradır. Belə bir hipotezadan çıxış etmək olar
ki, atmosferin özündə də bulud olmadan yağış yağa bilər.
Günəş şüalarının təsirindən əmələ gələ bilər. Günəş şüaları
atmosfer qazlarını suya çevirə bilər.
Qeyd: dünya okeanlarının yaranması haqqında
ehtimala söykənən belə bir fikir bildirmək olar ki, dünya
okeanları elə fəzadan, efirdən yaranıblar. Efirin, yəni
kosmik fəzanın böyük qüvvələrin təsirindən sıxılmasından
məhz dünya okeanları meydana gəlib. Dünya okeanları
qızmış və yüngül qazların soyumasından yaranıb. Təbii ki,
bu fikirlər də ehtimaldan ibarətdir. Ona görə deyilir ki,
kainatın tərkibində olan məntiqi proseslər belə qənatə
gəlməyə əsas verir. Kainat bütövü və sonsuzluğu, təbiətin
Dostları ilə paylaş: |