İnsan və tale problemi



Yüklə 144,32 Kb.
səhifə22/32
tarix21.01.2022
ölçüsü144,32 Kb.
#83022
1   ...   18   19   20   21   22   23   24   25   ...   32
Mürtəza Mütəhhəri. İnsan və tale problemi

Dəyişməz sistemlər

Aləmə hakim olan qanun və sistemlər də dəyişməzdirlər. Təbiətdə olan varlıqlar dəyişkən, təbiətdə olan sistemlər isə sabit və dəyişməzdirlər. Təbiət aləmində olan varlıqlar dəyişir, kamilləşir və müxtəlif yollarda hərəkət edir. Onlar bəzən kamillik sərhədinə çatır, bəzən yolda dayanırlar, bəzən sürətlə, bəzənsə yavaş hərəkət edirlər. Onların taleyini müxtəlif amillər dəyişdirir. Təbiətdə olan sistemlər isə nə dəyişir, nə də kamilləşir. Onlar sabit və yeknəsəqdirlər. Qurani-kərim bu dəyişməz sistemləri "ilahi qanun" adlandıraraq belə buyurur:



"Bu, Allahın əvvəlki qövmlərlə bağlı qanunu idi. Sən Allahın qanununda heç bir dəyişiklik tapa bilməzsən”.44

Masələn, gözəl aqibətin təqvalı və paklara, yer üzünün əməlisaleh insanlara məxsus olması Allahın dayişməz qanunlarından biridir.



"Biz zikrdən (Tövratdan) sonra Zəburda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar"45

"Yer üzü Allahındır. Bəndələrindən istədiyini onun varisləridir. (Xoşbəxt) aqibət təqvalılar üçündür!"46

Həmçinin insanların öz təşəbbüsü ilə öz vəziyyətlərini dəyişdirməyincə Allahın onların ümumi vəziyyətini dəyişdirməməsi dəyişməz ilahi qanunlardan biri hesab olunur.



"Özlərində olanı dəyişmədikcə, Allah heç bir xalqın taleyini dəyişməz"47

Eləcə də insanlanı idarə edən hökumətin vəziyyəti ilə onların ruhiyyə, düşüncə, əxlaq və ləyaqətinin bir-birilə uyğunluğu Allahın dəyişməz qanunlarındandır:



"Bu qayda ilə etdikləri əməllərə görə bəzi zalımları digər bəzisinə həvalə edərik".48

Allahın dəyişməz qanunlarından biri də har hansı bir qövmün arasında nemət çoxluğundan azğınlaşan təbəqənin yaranıb günah, fəsad və şəhvətpərəstliklə məşğul olmasının həmin qövmün məhvinə səbəb olmasıdır.



"Biz hər hansı şəhəri və məmləkəti məhv etmək istəsək, öncə əmrlərimizi oranın naz-nemət içində yaşayan sakinlərinə bəyan edərik. Qarşı çıxdıqlarında və əzaba məhkum olduqlarında onları şiddətli şəkildə yerlə yeksan edərik".49

İmanı olub yaxşı işlər görən şəxslərin həyat mübarizəsində qalib gəlməsi və yer üzü canişinliyinin onların ixtiyarında olması da Allahın qəti və dəyişməz qanunlarından hesab olunur:

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd vermişdir ki, onlardan əvvəlkiləri yer üzünün canişinləri etdiyi kimi, onları da yer üzünün hakimləri edəcək, möminlər üçün bəyəndiyi dini möhkəmləndirəcəkdir".50

Həmçinin zülm və haqsızlığın sonunun bədbəxtlik, məhv və fəlakət olması Allahın dəyişməz qanunudur.



"Bunlar zülm və haqsızlıq etdikləri zaman məhv etdiyimiz şəhər və kəndlərdir. Biz onları məhv etmək üçün vaxt müəyyən etmişdik".51

"Hökumət küfr ilə davam edə bilər, amma zülm ilə davam etməz".52


Yüklə 144,32 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə