İnsan və tale problemi



Yüklə 144,32 Kb.
səhifə18/32
tarix21.01.2022
ölçüsü144,32 Kb.
#83022
1   ...   14   15   16   17   18   19   20   21   ...   32
Mürtəza Mütəhhəri. İnsan və tale problemi

Mümkün həqiqət

Amma ilahi qəzavü-qədərin təzahürlərindən və səbəbiyyət qanununun zəncirlərindən olan hər hansı bir amilin taleyin dəyişməsinə səbəb olması, başqa sözlə desək, taleyin hökmü ilə taleyin dəyişməsi və qəzavü-qədərin hökmü ilə qəzavü-qədərin əvəz olunması təəccüblü və çətin görünsə də, həqiqətdir.

Məsələnin daha təəccüblü cəhəti qəzavü-qədərin ilahi baxımdan nazərə alınmasıdır. Çünki qəzavü-qədərin bu baxımdan dəyişməsi ülvi aləm, lövhələr, qeyb aləmi kitabları və ilahi elmdə dəyişikliyin baş verməsi deməkdir. Məgər Allahın elmində dəyişiklik baş verə bilərmi?! Aşağı aləmin hadisələrinin, xüsusilə insanların iradə, iş və əməllərinin ülvi aləm, təqdirlə bağlı bəzi lövhələr və qeyb aləminin kitablarında dəyişikliklərə səbəb olmasını fikirləşəndə bu təəccüb özünün an son həddinə çatır.

Məgər aşağı və obyektiv aləm yüksək34 və idraki alən- dən qaynaqlanmırmı? Məgər aşağı aləm alçaq, yuxarı aləm yüksək deyilmi? Məgər maddi təbiət aləmi mücərrəd qeyb va ruh aləminin hökmü altında deyilmi? Belə olan halda, aşağı aləmin, ya ən azından onun bir hissəsi, yəni insan aləminin hətta tale və qəzavü qədərin hökmü ilə yüksək və idraki aləmə təsir etməsi, dəyişikliyə səbəb olması mümkündürmü? Burada bir-birinin ardınca təəccüb doğuran suallar yaranır. Allahın elmi dəyişəndirmi? Allahın verdiyi hökmü pozmaq mümkündürmü? Alçaq olan yüksək olana təsir edə bilərmi? Bu sualların hamısının cavabı müsbətdir. Bəli, Allahın elmi dəyişə bilər. Yəni Allahın dəyişən elmi də var. Həmçinin Allahın hökmü pozula bilər. Yəni Allahın pozulan hökmü də var. Eləcə də alçaq olan yüksək olana təsir edə bilər. Aşağı aləm, xüsusilə insanın iradə, istək və əməli, daha dəqiq desək, ancaq insanın iradə, istək və əməli yüksək aləmə təsir edə, onda dəyişiklik yarada bilər. Bu, insanın öz taleyinə hakim olmasının an yüksək formasıdır.

Etiraf edim, təəccüblü olsa da, həqiqətdir. Bu, Qurani- kərimin bəşəriyyət tarixi təlimlərində ilk dəfə toxunduğu ali və əzəmətli "bəda" mövzusudur. Quran belə buyurur:

Allah (öncə yazılanlardan) istədiyini pozar, (öncə yazılmayanlardan) istədiyini qeyd edər. (Bütün kitab və yazların əsl və mənbəyi olan) ana kitab yalnız Onun yanındadır.”35

Bəşəriyyətin bilgi sistemləri arasında onun misili yoxdur. İslam məzhəbləri arasında yalnız on iki imamçı şiə alimləri Əhli-beyt imamlarının kəlamlarından istifadə edərək bu həqiqəti dərk edə və bu şərəfə nail ola biliblər.

Bizim indi bu ali fəlsəfi mövzuya daxil olmaq və məsələyə olduğu kimi aydınlıq gətirmək imkanımız yoxdur. Buna görə də burada yalnız bunu deməklə kifayətlənirik ki bəda" məsələsi kökü Quranda olan incə falsəfi həqiqətlərdən biridir. Şiə filosoflar arasında da bu məsələnin dərinliyini yalnız Quran ayələri barədə çox düşünən və şiə imamları, xüsusilə birinci imam hazrət Əlinin kalamlarından çox bəhrələnən şəxslər dərk ediblər.

Əlbəttə, bəziləri yalnız avam camaatın təsəvvürünə istinad edərək özlərindən ağılla ziddiyyət təşkil edən "bəda" fərziyyəsi düzəldir və sonra "özü öldürüb, özü ağlayan" misalında deyildiyi kimi, öz xəyallarında düzəltdikləri həmin fərziyyayə irad tutur, onu tənqid edirlər. Ona görə də bu barədə deyilənlərlə kifayətlənmək olmaz.

Hər halda bu yığcam traktatda həmin ali mövzuya ətraflı toxunmaq imkanımız yoxdur. Biz burada qəzavü-qədərin haçalanması və taleyin dəyişməsinin mümkünlüyünü ancaq obyektivlik və ümumi səbəbiyyət qanunu baxımından araşdıracağıq. Görək bu baxımdan bəzi qəzavü-qədərlər qəti və dəyişməz, bəzisi isə qeyri-qəti və dəyişkəndirmi? Əgər belədirsə, onda bunu necə izah etmək olar?

Aləmdə olan varlıqlar iki qisimdir: onların bəzisi yalnız bir növ varlıq imkanına sahib ola bilər. Buna misal olaraq ali mücərrəd varlıqları göstərmək olar. Amma onların bəzisi belə deyil və onların bir növdən artıq varlıq imkanı mümkündür. Onlar maddi varlıqlardır, Maddi varlıqlar xüsusi bir materiyadan yaranan və başqa varlıqların yaranmasına zəmin yaradan varlıqlardır. Bizim hiss va toxunduğumuz bütün varlıqlar belədir. Təbii materiya müxtəlif formalara düşür, təkamül potensialı var: təbii materiya bəzi təbii amillərdən güc alır, bəzisi onun naqisləşməsinə səbəb olur və ya yoxluğa çevrilir; materiya müxtəlif sabəb və amillərlə qarşılaşmaq və onların hər birinin təsiri altında başqasından fərqli bir hala düşmək, fərqli xüsusiyyətə malik olmaq, təsirlənmək qabiliyyətinə malikdir. Torpağa basdırılan toxuma su, hava, hərarət və nur çatsa və o, təbii fəlakətə məruz qalmasa, cücərər, inkişaf edər və kamilliyə çatar. Əgər onun inkişaf və kamillik amillarində maneə yaransa və ya təbii fəlakətlə üzləşsə, həmin həddə çatmayacaq. Bir təbii materiyanın minlərlə “əgər” i var: əgər elə olsa, belə olacaq, əgər belə olsa, elə olacaq və s. Yəni əgər filan amillə qarşılaşsa, filan cür olacaq, əgər bir başqa amillə qarşılaşsa, filan cür olacaq…

Ancaq bir cür mövcud ola bilən və müxtəlif amillərin təsiri altına düşməyən mücərrəd varlıqlarda qəzavü-qədər qəti və dəyişməz olur. Çünki o, yalnız bir səbəblə əlaqəli olur və nəticənin taleyi səbəbdən asılı olduğu üçün onu yalnız bir tale gözləyir. Çünki səbəblər silsiləsinin bu silsilənin yerini tutması mümkün deyil. Deməli, onların taleyi qətidir. Amma minlərlə şəkil və rəngə düşən, hərəkət qanununa tabe olan və daim iki və ya dörd yol ayrıcında olan qeyri-mücərrəd varlıqlarda qeyri-qəti qəzavü-qədər mövcuddur. Yəni onların taleyini bir cür qəzavü-qədər müəyyənləşdirmir. Çünki nəticənin taleyi səbəbin alindədir və həmin nəsnələr müxtəlif səbəblərlə əlaqəli olduğu üçün onları müxtəlif talelər gözləyir. Buna görə də səbəblər silsiləsinin hər birinin yerini başqa bir silsilənin tutma ehtimalı olduğu üçün onların taleyi qeyri-qətidir. Onların barəsində nə qədər "əgər" demək mümkün olsa, o qədər qəzavü-qadər və dəyişiklik inkarı mövcuddur.

Əgər şəxs har hansı bir xastəliyə yoluxubsa, şübhəsiz, xüsusi səbəb onun narahatlığına səbəb olub və bu xüsusi tale hamin səbaədən doğub. İndi əgər bu xəstə dərman qəbul etsə, bu zaman dərman da bir başqa səbəbdir və ondan da başqa tale yaranır. Dərmən qəbul edəndə xəstəliyin səbəbi yox olur, yəni xəstənin taleyi dəyişir.

Əgər bu xəstəyə iki həkim baxsa və onların qoyduğu diaqnoz və yazdığı resept bir-birindən fərqli - biri xeyirli və şəfa verən, o bir isə ziyanlı və öldürücü - olsa, xəstəni iki taleyin gözlədiyini demək olar. Xəstənin həm o, həm də bu resepti seçmək ehtimalı olduğu üçün xəstə baxımından bu iki taleyin heç biri qəti deyil. O sonda bu iki reseptdən birini seçəcək və onun seçimi də bir sıra aşkar və gizli səbəblərdən asılıdır. Amma bu həmin imkanın itməsinə səbəb olmur. Yəni onlardan konkret birinin seçilməsinə baxmayaraq, onun seçilməməsi və digərinin seçilməsi ehtimalı öz yerində qalır.

Deməli, ortada müxtəlif talelər var və onlar bir-birini əvəz edə bilər. Onların bir-birini əvəz etməsi də taleyin hökmü ilədir. Buna görə də kiminsə xəstələnib dərman qəbul edərək sağalması da, dərman qəbul etməyib narahat qalması da, yaxud səhv dərman qəbul edib ölməsi də tale və qəzavü-qədər ilədir. Onun mikroblu mühitdən uzaq gəzib xəstəlikdən amanda qalması da tale və qazavü-qədərin hökmü ilədir. Hər halda nə etsə, bir növ qəzavü-qədərdir və o, qazavü-qadərin əhatə dairəsindən kənar çıxa bilmaz Mövlana bela deyir:

"Qaləm yazdı, hətta mürəkkəbi belə qurudu" sözü insanı mühüm işə təşviq etmək üçündür. Buna görə də qələm hər bir kəsin işinə uyğun təsir və qarşılıq yazıb. Əgər əyri getsən, qələm səni əyri yazar, düz olsan, qələm də sənin xoşbəxtliyini artırar. Əgər oğurluq etsən, qələm oğurluq yazar, şərab içsən, qələmin yazısı sərxoşluq olar. Zülm etsən, qələmin yazısına görə bədbəxt olacaqsan, adalətli olsan, qələmin yazısına görə faydasını görəcəksən. Heç sən Allaha hökmü verib kənara çəkilməsini va "iş artıq Mənim əlimdən çıxıb, buna görə də Mənim yanıma bu qədər gəlib sızlama", - deməsini rəva görərsənmi?! Qələm yazdı, hətta mürəkkəbi belə qurudu", - sözünün manası "Mənim yanımda ədalətlə zülm bir deyil", - deməkdir.

Məsələnin açıqlaması belədir ki, qəzavü-qədər həm ilahi, həm də qeyri-ilahi prizmadan aləmin digər amillərinin kənarında dayanan amil deyil, əksinə, bütün amillərin kök və mənbəyidir. Yerindən tərpənən və özündən iz buraxan hər bir amil qəzavü-qədərin təzahürüdür və ümumi səbəbiyyət qanununa tabedir. Buna görə də qəzavü-qədərin digər amillərin qarşısında və onlardan ayrı şəkildə təzahür etməsi, hansısa xüsusi bir amilin təsirinin qarşısını alması və ya hansısa bir amili məcbur şəkildə bir işə məcbur etməsi qeyri-mümkündür.

Fatalizmin qeyri-mümkün olmasının səbəbi də məhz budur. Fatalizm - insanın qəzavü-qədər tarəfindən məcbur edilməsi deməkdir. Qəzavü qədərin bu cür təsir göstərməsi - o, varlıq aləmində olan digər amillərin kanarında dayanan amillərdən biri deyil, əksinə, varlıq amillərinin mənbəyidir – qeyri-mümkündür. Bəli, bu işin qəzavü-qədərin təzahürlər barədə baş verməsi mümkündür. Məsələn, ola bilər, bir insan başqa bir insanı bir işə vadar etsin. Amma bu, bir termin kimi işlədilən fatalizmdən farqlidir. Fatalizmin terminoloji mənası qəzavü-qədərin insanın iradəsinə maneəlik törədən mənfi və ya məcbur edən müsbət armil kimi təsir göstərməsidir.

Başqa bir deyimlə desək, taleyin dəyişməsinin mümkünlüyünün sirri qəzavü-qədərin hər bir mövcudun varlığını yalnız özünəmaxsus səbəblər vasitəsi ilə zəruriləşdirməsidir. Hər hansı bir varlığın özünəməxsus səbəblə yolundan başqa yolla yaradılması qeyri-mümkündür. Digər tərəfdən, təbii səbəblar fərqlidir və bu aləmdə olan maddə- hər eyni anda bir neçə səbəbdən təsirlənmək imkanına malikdir.

Əgər biz qəzavü-qədəri əşərilər kimi fərz etsək, yəni ümumi səbəbiyyət qanununu və kauzal cərəyanı həqiqəti olmayan formal bir nəsnə hesab etsək, yaxud yanməşərilər kimi bəzi istisnai hallarda qazavü-qədərin işlərə birbaşa va biləvasitə müdaxiləsini qəbul etsək, məsələ bir başqa formaya düşür. Amma belə bir qazavü-qədər mövcud deyil və mövcud ola da bilməz.




Yüklə 144,32 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə