Innovasiya menecmenti


Eyni zamanda qoşulma modeli (Simultaneous coupling model)



Yüklə 1,46 Mb.
səhifə6/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   2   3   4   5   6   7   8   9   ...   69
innovasiya-menecmenti-muhazire

Eyni zamanda qoşulma modeli (Simultaneous coupling model)
İnnovasiyaları texnologiya, istehlakçı arzusu, istehsal və ya rəqabət kimi digər faktorlardan hansının stimullaşmasını bilmək kifayət deyil. Yuxarıdakı modellər innovasiyanın necə baş verməsi üzərində deyil,axını nəyin idarə etməsi üzərində konsentrasiya olunmasıdır (Galbreyz, 1982). Xətti model yalnız innovasiyanın yaranmasının ilkin stimulunun nədən olduğunu izah edə bilir, yəni ideya və ya ehtiyac üçün səbəbin harada olduğunu təklif edir. Eyni anda birləşmə modeli (Cədvəl 1.6) təklif edir ki, innovasiyaya şərait yaradan və onu həvəsləndirən 3 əsas funksiyanın biliklə eyni zamanda birləşməsinin nəticəsidir.

Cədvəl 1.6. Eyni zamanda qoşulma modeli
İnterantiv model daha da inkişaf edir və texnologiya ilə hərəkətə gələn, bazarın hərəkət verdiyi modelləri birləşdirir (Cədvəl 1.7). O vurğulayır ki, innovasiyalar bazar şəraiti, elm əsası və təşkilatın bacarıqlarının qarşılıqlı əlaqəsinin nəticəsində yaranır. Əvvəlki eyni anda birləşmə modelində olduğu kimi, burada da heç bir müəyyən başlanğıc nöqtəsi yoxdur. İnformasiya axınının istifadəsi innovasiyaların necə aşkar olunması və onların geniş çeşiddə məsələlərdən əmələ gələ bilməsini izah edir. Sadələşdirilməsinə baxmayaraq, bu model innovasiya prosesinin mürəkkəb nümunəsidir. Proses məntiqi ardıcıl, lakin heç də həmişə fasiləsiz olmayan, fərqli funksiyalı, qarşılıqlı əlaqəli və müstəqil mərhələlərə bölünür (Rosvel və Zegveld,1985). Ümumi innovasiya prosesi biliyin daşındığı kommunikasiya kanallarının mürəkkəb dəsti kimi başa düşülə bilər. Bu kanallar daxili və xarici əlaqələri özündə birləşdirir. Cədvəl 1.7-də təsvir olunmuş cədvəldə innovasiya prosesi təşkilatın bacarıqlarını və onun həm bazar şəraiti, həm də elm əsası ilə əlaqələrini göstərir. Bu prosesi effektiv idarə edə bilən təşkilatlar- innovasiyada uğur əldə edir.

Saat əqrəbi istiqamətində - texnologiya ilə hərəkətə keçən,
Saat əqrəbinin əksi istiqamətində - bazarın hərəkətə keçirdiyi model.
Cədvəldən göründüyü kimi modelin mərkəzində təşkilatın R&D, mühəndislik və dizayn, istehsal, marketinq və satış funksiyaları durur. İlk baxışdan xətti modelə bənzəsə də, kommunikasiya axını heç də xətti deyil. Burada geriyə axın təmin edilib. Korporasiyalar bazarda mövcudluğunu qorumaq üçün daim adaptasiya olmalı, yəni uyğunlaşmalı və təkmilləşməlidir. Sahibkarlar rəqiblərinin bazara rəqabətin əsasını dəyişə bilən bir məhsulla gələ biləcəklərini bilərək fəaliyyət göstərir. Hal-hazırda innovasiya ideyası geniş şəkildə qəbul olunmuşdur, hətta mədəniyyətin bir hissəsinə çevrilmişdir. Məsələn, təkcə 1994 və 1995-ci illərdə ABŞ-da “innovasiya” sözü olan 275 kitab nəşr olunmuşdur. Dilimizdə geniş istifadə olunmasına baxmayaraq, innovasiya nə dərəcədə düzgün başa düşülmüşdür, sualı meydana çıxır. Kristofer Frimen özünün məşhur “İnnovasiya iqtisadiyyatı” işində yazır ki, “Yenilik etməmək ölməkdir”. Texniki və bazar liderləri olan firmalar özlərinin uğurlu yeni məhsul inkişaf etdirmək bacarıqlarını nümayiş etdirirlər.İqtisadiyyatın bütün sahələri aerokosmik sahələrdən əzcaçılığa, avtomobil istehsalından komputerlərə, dominant firmalar innovasiya etmək bacarığını göstərmişdir ki, bu da 1.1-ci cədvəldə öz əksini tapır.

Sənaye sahəsi:

Bazar liderləri:

İnnovativ yeni məhsullar:

Aerokosmik

Airbus İnd, Boeing

Sərnişin təyyarəsi

Avtomobil

Toyoto, DaimlerChrysler, Ford

Avtomobil dizaynı və digər əlaqədar məhsul inkişafı

Komputer və proqram təminatı

İntel, İBM, Microsoft, SAP

Komputer çip texnologiyası, komputerin xarici qurğu və proqram təminatı

İqtisadi tarixin analizi (xüsusilə Böyük Britaniyada) göstərir ki, sənaye və texnoloji yeniliklər şirkətlər və bütün dövlət üçün çox mühüm iqtisadi faydaya gətirib çıxarır. Bu fikir öz təsdiqini cədvəl 1.2-də tapır.

İnnovasiya:

İnnovator:

Tarix:

Buxar mühərriki

James Vatt

1770-80

Metal gəmi

İsambard Kingdom Brunel

1820-45

Lokomativ

Corc Stephenson

1829

Elektromaqnit induksiya generator

Michael Faraday

1830-1940

Elektrik lampası

Tomas Edison ve Jozef Svan

1879-90

Cədvəl 1.2. 19-cu əsrdə iqtisadi inkaşafın təməlində duran texnoloji innovasiyalar.


19-cu əsrin ilk yarısında istehsal müəssələri, əsasən, ailə şirkətləri idi və öz resurslarını bir fəaliyyət sahəsində mərkəzləşdirmişdi. Məsələn, bir müəssisə dəmirdən polad hazırlayır, digəri bundan polad lövhələr hazırlayır və başqa bir müəssisə məxbət ləvazimatları istehsal edir. Daha sonra, bu məhsulların satılması üçün mağazalara çatdırılır.Əsrin 2-ci yarısında isə, belə kiçik sahibkarlıq müəssələri daha geniş fəaliyyət həyata keçirən böyük firmalarla əvəzləndi. Bu, diversifikasiya etmiş müəssələrə keçidin başlanğıcı idi. 20-ci əsrdə ümumdünya ticarətinin yayılması, yeni məhsulların geniş çeşidini təklif edən yeni bazarların yaranması üçün səbəb oldu. Keçmiş əsrlərdə, məhsul inkişafı və kommersiyası üçün, vacib olan resursların daşınması asan idi, çünki lazım olan resurslar indiki dövrlə müqayisədə minimal idi. Hal-hazırda isə lazimi resurslar – bilik, bacarıqlar, maddi resurslar , bazar təcrübəsi artmış və göstərmişdir ki, yeni məhsul inkişafı təşkilat səviyyəsi ilə bağlıdır. Həqiqətən də, mobil telefonlar, komputer texnikası və proqramları kimi son innovasiyalar, elmi nailiyyətlər individual şəxslərdən daha çox təşkilatların adı ilə bağlıdır ( Cədvəl 1.3). Bunun səbəbi ondan ibarətdir ki, böyük kompaniyalar müəyyən sahə üzrə ixtisaslaşır və öz resurslarını elmin bir sahəsi üzrə mərkəzləşdirir . Əlavə olaraq, yeni ideyanın yaradılması, inkişafı və uğurlu reallaşdırılması bir çox hallarda böyük həcmdə maliyyə tələb edir. Həmçinin innovasiya bir qrup insanların - alimlərin, mühəndislərin komanda işi nəticəsində yaranır.

Tarix:

Yeni məhsul:

Cavabdeh təşkilat:

1945

Hazırda istifadə olunan qələmlər

Reynolds Beynəlxalq Qələm Firması

1950 1950-ci illər

İstehsal prosesi - əridilmiş şüşə texnologiyası

Pilkington

1970-1980-ci illər

Fotokopiyalama

Kseroks

1980-ci illər

Şəxsi komputerlər

Apple Computer

1880-1890-ci illər

Komputer sistemi – Windows

Microsoft

2000-ci illər

Mobil telefonlar

Nokia

Cədvəl 1.3 Təşkilatların adı ilə bağlı olan son texnoloji yeniliklər və məhsul inkişafı.


20-ci əsrdə innovasiya ilə bağlı debatlar və müzakirələr sonunda innovasiya menecmentinin yaranması ilə nəticələndi. Hamel, Prahalad (1994) və Christensen (2003) tərəfindən aparılmış son tədqiqatlar göstərir ki, istehlakçıların tələblərinə cavab vermək, son nəticədə texnoloji innovasiya və uzun müddətli biznes uğuruna səbəb olur. Yəni, istehlakçıların tələblərini öyrənmək və onları razı salmaq marketingdə böyük rol oynadığı kimi, firmanın fəaliyyətini yeni məhsul istehsalına doğru istiqamətləndirir. Kristensen (2003) “dağıdıcı” və ya radikal, əsaslı innovasiyalar və “davamlı” və ya gəlirli, artımlı innovasiyaları fərqləndirir. Davamlı innovasiyalar mövcud alıcılara yönəlir və yaradılmış məhsulların yaxşılaşdırılmasını təmin edir. Məsələn, mövcud komputer proqramlarına əlavə funksiyalar və xüsusiyyətlər artıraraq mövcud alıcıları daha yaxşı məhsulla təmin edir. Dağıdıcı innovasiyalar isə, tələb olunandan daha artığını təmin edir və yeni bazarlar ələ keçirməyə yönəlir. Məsələn, yeni disk drayverlərin təqdimatı əvvəlki formatla tanış olan müştərilər üçün çətinliklər yaratsa da, bazarda böyük irəliləyişə səbəb oldu.
Menecmentin bütün sahələrində olduğu kimi, innovasiya menecmentində də baxışlar və yanaşmalar müxtəlifdir və təbii ki, debatlara, müzakirələrə səbəb olur. Bu, bir çox hallarda semantikanın, yəni məna və məzmunun üzərində cəmləşir. Bu hallar, xüsusilə, innovasiyaya yalnız bir hadisə kimi baxılması zamanı baş verir. Innovasiyaya, proses kimi baxılması hallarında, fikirlərdə müxtəlifliklər daha az nəzərə çarpır. Bu kitabın məğzində, innovasiyaya proses kimi baxılması tezisi durur. Əgər ixtira yeni kəşflər, yeni üsullar kimi qəbul olunursa, ixtiranın nəticəsi məhsullardır, yeni kəşfdən- son məhsula qədər olan proses isə, innovasiya prosesidir. Digər mübahisələr yeni, kreativlik , kəşf və s. terminlərin müəyyənləşdirilməsi zamanı ortaya çıxır. Əvvəla, bir müəssisə üçün yeni olan, digər müəssisə üçün köhnə ola bilər. Və ya, uğurlu innovasiya kimisi kommersiya- mənfəət baxımından, kimisi elmi nailiyyət nöqteyi nəzərindən, kimisi isə hər iki amilin də olması nəzərindən qiymətləndirə bilər.
Əksər insanlar, bu iki termini qarışdırır, əgər insanlardan terminlərin izahını soruşsaq, terminlərin məzmunları barədə müxtəlif fikirlər eşidərik. Düzdür ki, innovasiya və ixtira mənaca yaxındır, lakin onlar eyni deyillər. Bu iki termin üçün aydın mənaların müəyyən edilməsi vacibdir. İnnovasiya müxtəlif aspektlərdən başa düşülə bilən geniş konsepsiyadır. Daha ətraflı təriflərdən biri -Myers və Marquiz (1969) təklif edilmişdir: innovasiya vahid fəaliyyət deyil, o, sub proseslərdən ibarət bütöv bir prosesdir. O, sadəcə yeni ideya konsepsiyası, və ya yeni bir mexanizm, qurğu, alət, ya da yeni bazarın inkişafı deyil. Innovasiya bütün bunların birlikdə fəaliyyət göstərdiyi bir prosesdir.
“Yeni” termininin innovasiya kontestində aydınlaşdırılması vacibdir. Rogers və Shoemaker (1972) belə izah edir: obyektiv olaraq, “yeni” zaman fasiləsi ilə ölçülür( yəni ilk istifadə və ya kəşfi). Lakin, əgər ideya insanlara müxtəlif və əvvəlkilərdən fərqli görünürsə, bu yenilikdir. Yuxarıdakılar da daxil olmaqla, bir çox alimlər ixtira ilə innovasiyanı fərqləndirir. Belə ki, innovasiya- ideyaların və ya ixtiraların kommersiya və praktiki tətbiqi hesab edilir. Ixtira- ideya konsepsiyasıdırsa, innovasiya ixtiranın iqtisadiyyatda qarşılığıdır. Aşağıdakı sadə bərabərlik bu iki termin arasında münasibəti göstərməyə kömək edir:
İnnovasiya = nəzəri konsepsiya(ideya) + texniki ixtira +kommersiya istismarı(realizasiyası). Düsturdakı bütün terminləri izah etməyə ehtiyac vardır. Yeni ideyaların nəzəri konsepsiyası innovasiyanın başlanğıc nöqtəsidir. Lakin, yeni ideya özü ayrılıqda nə ixtira, nə də innovasiyadır, o yalnız fikirlərin məcmusudur. İntellektual fikirlərin maddi bir əşyaya ( məhsula və ya prosesə) çevrilməsi- ixtiradır. Burada elm və texnologiya əsas rol oynayır. Ən son fəaliyyət isə realizasiyadır. Bütün bu proses innovasiyanı xarakterizə edir. Bu düstur onu ifadə edir ki, innovasiya idarə edilməli olan bir neçə müxtəlif tərkib hissəsindən ibarət tam bir prosesdir. Həmçinin onu yekunlaşdırır ki, innovasiya ixtiradan asılıdır, lakin ixtira təklikdə təşkilatın inkişafına töhvə verməsi üçün bazar fəaliyyətinə tətbiq olunmalıdır.
İnnovasiya menecmenti- ideya yaradılması, texnoloji tərəqqi, yeni (və ya təkmilləşdirilmiş) məhsulun istehsalı və marketinqi proseslərində iştirak edən bütün fəaliyyətlərin idarə edilməsidir. İnnovasiyanın menecment prosesi kimi təyini, innovasiya və onun nəticəsi olan məhsul arasında fərqi göstərir. Nüfuzlu və innovativ təşkilatlardan biri olan 3M şirkətinin vitse-prezidenti innovasiyaya belə tərif verir:
Kreativlik: yeni və müvafiq ideyalrın düşünülməsi,
İnnovasiya : bu ideyaların təşkilat səviyyəsində uğurlu tətbiqidir.
İnnovasiyanın 6 növü var:

  1. Məhsul innovasiyası – tamamilə yeni məhsulun yaradılması və ya mövcud məhsulun inkişaf etdirilməsi

  2. Proses innovasiyası – yeni istehsal prosesinin inkişafı. Məsələn, Pilkingston firmasının əridilmiş şüşə prosesi

  3. Təşkilati innovasiya – təşkilati işlərin yeni forması, məsələn, yeni kommunikasiya sistemi, yeni mühasibatlıq prosedurunun təqdim olunması

  4. İdarəetmə innovasiyasi – idarəetmənin effektivliyini artırmaq üçün yenilik, məsələn TQM( total quality management) sistemi – yekun keyfiyyət menecmenti, BPR(business process re-engineering) – biznes prosesinin yenidən qurulması, SAP R3 ( SAP- Almaniyanın proqram təminatı firması, R3- təşkilatın resurslarının planlaşdırılması)

  5. İstehsal innovasiyası – JİT (just in time) istehsal sistemi – məhsulların istehsaldan anbarlara yığılmadan satışa çıxarılması – Yaponiya menecmenti

  6. Kommersiya / marketinq innovasiyası – yeni satış yanaşmaları, birbaşa marketinq – istehlakçılarla görüşlər, kataloqlarla satış.

Yeni materialın təqdim olunmasına və ya yeni materialın tədqiqat və inkişafı nəticəsində tədrici inkişafa gətirib çıxaran dizayn təkmilləşməsinin əsasını qoyan istehsal funksiyasıdır. Ən sonda ideyaların yaranması 3 əsas komponentdən asılıdır : təşkilatın bacarıqları, bazar mühitinin ehtiyacları, elm və texnologiya əsası.
Cədvəl 1.5-də sənaye innovasiyası prosesinin dominant modellərinin tarixi inkişafı əks olunub :



Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə