Innovasiya menecmenti



Yüklə 1,46 Mb.
səhifə5/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   2   3   4   5   6   7   8   9   ...   69
innovasiya-menecmenti-muhazire

böyük innovasiya. Bunların nəticəsində inqilabi yeniliklər həyata keçirilir ki, istehsal strukturunu, idarəetməni və iqtisadi inkişafın sürətini kökündən dəyişir.

  • radikal innovasiya. Elmi ideyalar və ixtiralarla nəticələnir ki, bunların da əsasında texnoloji sistemlərin keyfiyyətinin kökündən dəyişdirilməsi və yeni istehsal sahələrinin yaranması mümkün olur.

  • prinsipial innovasiya. Böyük ixtiralar və elmi- texniki təkliflərlə nəticələnir ki, bunların da bazasında texnikanın yenisi ilə əvəz edilməsi nəticəsində yeni texnologiya yaranır.

  • təkmilləşdirilmiş innovasiya. Mövcud texnologiyanın, obyektlərin, məhsulun və texnikanın təkmilləşdirilməsinə yönəldilmiş innovasiyadır.

  • sadə innovasiya. Bunun vasitəsilə istehsalda istifadə edilən texnika və texnologiyanın texniki- iqtisadi parametrlərinin bir müddət saxlanmasına nail olunur.

    Menecmentin bu formasının fərqli xüsusiyyəti ondan ibarətdir ki, o, elm və texnikadan geniş istifadə edilməsinə, yeni texnologiyanın hərtərəfli tətbiqinə, yeni texnologiyanın özünün hərtərəfliliyinə, məhsulun keyfiyyətinin yüksəldilməsinə, yaradıcılıq axtarışları və yeniliklər, idarəetmədə yeni mütərəqqi formaların tətbiqi əsasında istehlakçıların tələbatının ödənilməsinə və beləliklə də iqtisadi artımın əldə edilməsinə yönəldilmişdir.
    İkinci Dünya Müharibəsindən sonra ABŞ iqtisadçıları elm və innovasiyanın xətti modelini yaratdılar. Bundan sonra, əsasən öz sadəliyinə görə, bu model insanların fikirlərində innovasiyanın necə yaranması barədə möhkəm təsəvvür yaratdı. O, 40 il ərzində elm və sənaye siyasətində dominantlıq etdi. 40 il sonra 1980-ci illərdə dünya üzrə menecment məktəbləri ardıcıl xətti prosesini rədd etməyə başladı. İnnovasiyanın elmi əsası (universitetlər, texnoloji tərəqqi və sənaye tərəfindən dominantlıq edilən), bazar ehtiyaclarının qarşılıqlı əlaqəsi nəticəsində baş verməsinin tanınması gələcəyə əhəmiyyətli bir addım idi. Bu fəaliyyətlərin qarşılıqlı əlaqəsinin izahı bugünkü innovasiya modellərinin əsasını təşkil edir.
    Hər halda bu açar komponentlər arasındakı əlaqənin uğurlu innovasiya istehsal etməsi geniş şəkildə qəbul olunur. Lakin detallar mübahisə obyektidir. Avropa perspektivindən əsas diqqət tələb edən sahə- elm əsaslı və texnoloji tərəqqi arasında əlaqədir. Avropa Birliyi (EU) inanır ki, Avropa universitetləri sənaye ilə effektiv əlaqələr qurmayıb, lakin ABŞ universitetləri uzun illərdir ki, sənaye ilə yaxından işləyir.

    Cədvəl 1.4. İnnovasiyanın konseptual quruluşu.
    Elm və texnoloji əsas – yeni biliyin yaradılması : universitetlər və böyük elm-əsaslı təşkilatlar üstünlük təşkil edir.
    Texnoloji tərəqqi- texnolji inkişaflar: təşkilatlar üstünlük təşkil edir.
    Bazar ehtiyacları – istehlakçılar öz ehtiyac və istəklərini məhsul istehlakı vasitəsilə ifadə edir.
    Yuxarıda izah edildiyi kimi, İnnovasiya prosesinə ənənəvi olaraq ayrı-ayrı mərhələlərin və ya fəaliyyətlərin ardıcıllığı kimi baxılırdı ( Xətti model). Məhsul innovasiyası üçün bu modelin 2 əsas variasiyası var. Birincisi, və ən kobud formada, texnologiya ilə hərəkətə gətirilən model (technology-push) nəzərdə tutur ki, alimlər gözlənilməz kəşflər edir, texnoloqlar onları məhsul ideyaları yaratmağa tətbiq edir, mühəndislər və dizaynerlər testdən keçirmək üçün onları prototiplərinə çevirir. Bu məhsulların istehsalının effektiv yollarının tapılması isə istehsala qalır. Ən sonda marketinq və satış potensial istehlakçıları bu məhsullara stimullaşdırır. Bu modeldə bazar şəraiti R&D (tədqiqat və inkişaf) məhsulları üçün passiv qəbul edicidir. Bu hərəkət verici texnologiya qüvvəsi olan model- İkinci Dünya Müharibəsindən sonra sənaye siyasətində dominantlıq edirdi. Baxmayaq ki, bu model bəzi hallara tətbiq oluna bilər (məsələn, farmakologiya sənayesi), bir çox digər nümunələrdə tətbiqə yararlı deyil (əsasən də innovasiya prosesi müxtəlif marşrutlarda getdikdə). Cədvəl 1.5 (1)
    1970-ci illərdə yeni aktual innovasiya tədqiqatları təklif edildi ki, bazar şəraiti innovasiya prosesində təsirə malikdir ( von Hippel, 1978). Bu 2-ci xətti model olan - “bazarın hərəkətə gətirdiyi” ( “market-pull”) modelin yaranmasına gətirib çıxardı. Hərəkət verici qüvvəsi istehlakçı ehtiyacları olan bu model istehlakçılarla qarşılıqlı əlaqə nəticəsində yeni ideyaların təşəbbüskarı kimi bazarın rolunu vurğulayır. Bu, öz növbəsində R&D-ni dizayna və sonra istehsalı məhsula çevirir. Sürətlə dəyişən istehlakçı malları sənayesində bazarın və istehlakçının rolu güclü və təsirli olaraq qalır. “McCain Foods”-un menecer-direktoru qeyd edir ki, öz müştərilərini tanımaq- innovasiyanı mənfəətə çevirməkdən vacibdir : “Yalnız istehlakçının nə istədiyini bilməklə, biz innovasiya imkanlarını müəyyən edə bilərik. Daha sonra imkanları reallaşdırmaq üçün texnologiyanın olub-olmadığına baxmalıyıq”. Cədvəl 1.5 (2)
    Cədvəl 1.5. İnnovasiyanın xətti modeli

    1) Xətti model: Texnologiya ilə hərəkətə gələn (technology-push)


    2) Xətti model : Bazar ilə hərəkətə gələn (market-pull)


    Yüklə 1,46 Mb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   69




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə