Ərzaq resurslarinin iQTİsadi TƏHLÜKƏSİZLİYİ VƏ MİLLİ TƏHLÜKƏSİZLİk siyasəTİ



Yüklə 12,39 Kb.
tarix27.03.2022
ölçüsü12,39 Kb.
#84765
ƏRZAQ RESURSLAR-WPS Office
Ərzaq, Ərzaq, İstehsalın ayrı-WPS Office, 1.Cəmiyyət və o-WPS Office, Cəmiyyət və onu-WPS Office, marketinq-tedqiqatlar qaralama

ƏRZAQ RESURSLARININ İQTİSADİ TƏHLÜKƏSİZLİYİ VƏ

MİLLİ TƏHLÜKƏSİZLİK SİYASƏTİ

Bazar iqtisadiyyatı şəraitində əhalinin sağlamlığının qorunması, maddi nemətlər istehsalına olan tələbatın ödənilməsində təbiətdən istifadə və onun iqtisadi əsaslarının müəyyən olunması iqtisadi cəhətdən xüsusi əhəmiyyət kəsb edir. Təbiətdə mövcud olan istehlak xarakterli resurslar olduqca zəngindir. Alimlərin hesablamalarına görə dünya okeanı və dənizlərində, həmçinin yer səthi üzərində olan təbii sərvətlərdən səmərəli istifadə olunarsa, yer kürəsi əhalisini indikinə nisbətən iki-üç dəfə artsa belə ərzaq məhsulları ilə təmin etmək mümkündür. Təbiətdə maddi xarakter daşıyan resurslar cəmiyyət tərəfindən istifadəsinə görə bir-birindən fərqlənir.

1.İstehsal dövriyyəsinə cəlb olunmadan bir başa əhalinin istehsalına yönəldilən təbii resurslar. Bu cür resurslara su, hava, günəş enerjisi əsasən daxil edilir. Qeyd olunan bu resurslar həyat üçün bilavasitə lazım olan resurslardır.

2.Bunlara meşədə olan yabanı bitkilər və istehlak üçün lazım olan ev heyvanları daxildir..

3.Bu qrupa daxil olan resurslara isə insanın bilavasitə əməyi fəaliyyətində təbiətdən istifadə olunmaqla əldə olunan məhsullar daxildir. Bu cür təbii resurslara mədəni bitkiçiliyin və heyvandarlığın inkişafı nəticəsində yaranan məhsullar daxil edilir.

Hər iki sahənin inkişafı zaman-zaman məhsuldar qüvvələrin inkişafı və istehsal vasitələrinin təkmilləşdirilməsi yolu ilə baş verir. Torpaq-su ehtiyatlarından istifadə çoxsahəli kənd təsərrüfatı məhsulları istehsal etməklə təbiət- məhsul zəncirinin tamamlanmasına imkan verir. İstifadə olunan təbii resurslara nisbətdə "təbiətdən kənar" təkrar emal, emal və infrasturktur sahələrində əmək istehsal vasitələri sərfi nisbətən elastik xarakter daşıyır. Bu sahələrin inkişafı təbii resursların xarakterindən, istehsal olunan məhsullardan məqsədyönlü şəkildə istifadə etməklə təkrar emal nəticəsində yol verilən itkilərin aradan qaldırılması ilə nəticələnir."Təbiət-cəmiyyət-istehsal" davamlı inkişafın stimulu olub, bütün tarixi dövrlərdə infrastruktur sahələrin inkişaf istiqamətlərini müəyyənləşdirir.

I. Birbaşa təbiətdə istehlak olunan təbii resurslar:

- Meşələrdə olan yabanı meyvə-giləmeyvələr;

- Yabanı qida xarakterli tərəvəz məhsulları;

- Ovçuluqla əldə olunan heyvan və quş əti;

- Çaylardan və göllərdən tutulan balıq;

II. İnsanın təsərrüfat fəaliyyətində istifadə olunan məhsullar.

-Torpağın əkilməsi və suvarılması nəticəsində istehsal olunan məhsullar;

-Dünya okeanlarından sənaye üsulu ilə bitki və heyvan növlərindən istehsal olunan məhsullar;

-Müxtəlif bitkiçilik növlərindən sənaye üsulu ilə alınan məhsullar;

-Meyvə və giləmeyvə, üzüm məhsullarından sənaye üsulu ilə istehsal olunan məhsullar;

-Texniki bitkiçilikdən sənaye üsulu ilə istehsal olunan məhsullar;

-Subtropik bitkiçilikdən sənaye üsulu ilə istehsal olunan sənaye məhsulları;

-Heyvandarlığın inkişafından sənaye üsulu ilə istehsal olunan ət, süd və digər məhsullar;

-Quşçuluğun inkişafından istehsal olunan quş əti, yumurta və s;

-Arıçılığın inkişafından istehsal olunan ərzaq yönümlü məhsullar.

İstifadə olunan təbii resurslarla müqayisədə təkrar emal, emal və infrastruktur sahələrində əmək və istehsal vasitələri sərfi yumşaq (elastik) xarakterə malikdir. Bu sahənin inkişafı hər hansı bir təbii resurs və ya onun əsasında yaradılan məhsullardan daha dolğun istifadə olunmağa, onları kompleks şəkildə emal etməyə və son nəticədə məhsul istehsalında yol verilən itkiləri aradan qaldırmağa yönəldir.

Yuxarıda qeyd olunan birinci qrup təbii sərvətlərin istehsalçıları sadə alətlər istehsal olunan dövrə təsadüf edir və ərzaq təhlükəsizliyini nəzərə almadan məhsullar istehsalı həyata keçirilir. Bu dövr ekoloji baxımdan təmiz məhsullar dövrü sayılır, yəni təbiətdə çirklənmə prosesi getmədən maddi nemətlər istehsalı həyata keçirilir. İnsanın təsərrüfat fəaliyyətində təbii sərvətlərdən istifadə dövrü məhsuldar qüvvələrin inkişaf etdiyi cəmiyyətləri əhatə edir. Yəni insanın təbiətə təsir dairəsi daha da intensivləşir, cəmiyyətin ərzaq məhsullarına dair tələbatını təmin etmək məqsədi ilə məhsullar bolluğu yaranan dövr kimi qiymətləndirilir. Bu növ məhsuldar qüvvələrin inkişafı və istehsal vasitələrinin təkmilləşdirilməsi təbiətdən istifadə də ziddiyyətləri daha da kəskinləşdirir.Lakin ayrı-ayrı ölkələrdə təbiətdən istifadə sahəsində müəyyən resursların istifadəsinə qoyulan məhdudiyyətlər təbiətin qorunması və yaxud müəyyən qrup resursların gələcək nəsillərə qorunub saxlanılmasına və təbiətdən nizamlı istifadə olunması məqsədini daşıyır. Bazar iqtisadiyyatı şəraitində təbii resurslardan səmərəli istifadə olunması ərzaq təminatlı məhsulların inkişafına təsir etməklə ərzaq bolluğunu təmin etmiş olur.İstehsal vasitələri inkişafının hər mərhələsində yeni təbii ehtiyatların mənimsənilməsini tələb edir. Bunsuz istehsalın irəli getməsi qeyri mümkündür.

İnkişaf etməkdə olan istehsala yeni təbii ehtiyatların istehsal dövriyyəsinə cəlb olunması və istehsal sahələrinə təkan verməsi ictimai zərurətdən meydana gəlir. Onun üçün elə ehtiyyatlar tələb olunur ki, ehtiyacı kütləvi şəkildə daha ucuz başa gələn xammal hesabına ödəsin və ərzaq təminatlı təsərrüfat sahələrini genişləndirə bilsin.İstehsal irəliyə getdikcə daha çox dəyişilmiş təbii mühit məhsuldar qüvvələrə və istehsal vasitələrinə təsir göstərmiş olacaqdır. Ərzaq təhlükəsizliyi yalnız maddi nemətlər istehsalına təsir göstərən təbii resurslar deyil, həmçinin həmin sahələrin inkişafını tələb edən digər yardımçı resursların (tikinti, enerji, kimyəvi və s.) səmərəli şəkildə istehsal dövriyyəsinə cəlb olunmasından da müəyyən dərəcədə asılıdır.

Bazar iqtisadiyyatı şəraitində dünyada maraq doğuran əsas problemlərdən biri əhalinin ərzaq məhsulları ilə təmin olunması və bu sahədə yaranan təhlükələri əvvəlcədən aradan qaldırmaqdır. Artıq yer kürəsində ərzaq məhsullarına dair aparılan tədqiqatlardan aydın olur ki, əhalinin maddi nemətlərə olan tələbatını təmin etmək üçün kifayət qədər təbii resursların olduğu aşkar olunmuşdur.İqtisadi təhlükəsizlik yeni iqtisadi anlayış kateqoriyası olmaqla bərabər, özünün xarakterinə görə mürəkkəb daxili quruluşa malik olduğu üçün bir sıra ədəbiyyat mənbələrində müxtəlif istiqamətlərdə şərhinə rast gəlinir. Elmi tədqiqatlarda iqtisadi təhlükəsizlik anlayışı aşağıdakı üç mühüm şərtlə xarakterizə olunur.

-İqtisadi sərbəstlik olmaqla yanaşı dövlətin ərzaq xarakterli məhsullar istehsalına şərait yaradan milli ehtiyatlara və istehsala tam nəzarəti və bu sahədə iqtisadi qərarların qəbul olunması;

-Milli iqtisadiyyatın davamlılığı və sabitliyinin təmin edilməsi, yəni mülkiyyətin bütün formalarının qorunması və fəaliyyətinə şəraitin yaradılması;

-İqtisadi sahələrin inkişaf etdirmə qabiliyyətinin yüksəldilməsi;

Bir sıra ədəbiyyatlarda ərzaq təminatının iqtisadi təhlükəsizliyi iqtisadiyyatın ərzaq məhsulları emal olunan sahələrin səmərəliliyi, iqtisadi sahələrin tarazlı inkişafı, xarici iqtisadi əlaqələrin bazar iqtisadiyyatının tələblərinə uyğun inkişaf etdirilməsi, istehsal sahələrinə texnoloji yeniliklərin tətbiqi ilə əlaqələndirirlər. Eyni zamanda beynəlxalq aləmdə ölkə iqtisadiyyatına xarici dağıdıcı təsirlərin qarşısının alınması kimi də qəbul edirlər. Bazar iqtisadiy yatı şəraitində xarici iqtisadi əlaqələrin sürətlə inkişafı iqtisadi təhlükəsizliyin beynəlmiləlləşdirilməsi zərurətini doğurmuşdur. Bu səbəbdən ərzaq təhlükəsizliyi sahəsində BMT aşağıdakı istiqamətdə qərarlar qəbul etmişdir:

1. "Beynəlxalq iqtisadi təhlükəsizlik"

2. "Beynəlxalq iqtisadi təhlükəsizlik konsepsiyası"

Hər iki qərarda iqtisadiyyatın əsas problemləri araşdırılmış iqtisadi təhlükəsizliyin qorunub saxlanmasının beynəlxalq və milli mənbələri təsnifləşdirilmişdir.Müasir iqtisadi təhlükəsizliyin metodoloji əsasları bazar nəzəriyyəsinə əsaslanır. Bazar mexanizmlərində optimal istifadə çərçivəsində iqtisadi təhlükəsizlik sistemi idarə oluna bilər. Ərzaq məhsullarının təhlükəsizliyi yeyinti sənayesindən həmçinin aqrar sahənin inkişafından daha çox asılıdır. BMT-nin FAO təşkilatında "Kənd təsərrüfatı 2010-cu il" üçün işləyib hazırladığı proqrama uyğun inkişaf etmiş ölkələrdə ilk növbədə dünya kənd təsərrüfatında təbii resurslardan düzgün istifadə olunması nəticəsində dünya əhalisinin ərzaq məhsullarına olan tələbatı təmin edilmiş olar. Bu baxımdan hər hansı ölkənin ərzaq məhsulları təhlükəsizliyinin təmin olunmasında istər makro, istərsə də mikro səviyyədə iqtisadi sahələrdə ərazi struktur prinsipinin həyata keçirilməsi müstəsna əhəmiyyət kəsb edir.Ərzaq təminatının iqtisadi təhlükəsizliyinin qorunub saxlanılması bazar prinsiplərindən irəli gələrək ilk növbədə istehsal sahələrinin optimal strukturlarının müəyyən olunması ilə əlaqəli olmalıdır.

-Buraya istehsal strukturlarının texnoloji proseslərintətbiqi; informasiya təminatı; məhsulun bazar tələbatına uyğunlaşdırılması; davamlı inkişaf modelinin yaradılması.

Digər tərəfdən ərzaq təminatının əsas göstəricilərindən biri müəyyən dövr ərzində ölkə əhalisinin tələbatına uyğun məhsul istehsalının həyata keçirilməsi və qorunub saxlanılmasıdır. Bu ərzaq məhsullarının kəmiyyət və keyfiyyət göstəricilərindən, saxlanma müddətinin mümkünlüyündən asılı olaraq müəyyən olunur. Aqrar sahədə iqtisadi təhlükəsizliyin təmin edilməsi üçün bazar şəraitində ayrılmış investisiyaların iqtisadi sahələrə düzgün yönəldilməsi və səmərəli istifadə olunması əsas amillərdən biri kimi qiymətləndirilir.

- Məhsulun ekoloji cəhətdən dünya standartlarına uyğun istehsalını təmin etmək üçün yeni texnoloji prinsiplərə əsaslanan müəssisələrin yaradılması və istifadə olunması;

- Xammal və təbii resursların potensial imkanlarından maksimum istifadə olunması;

- İstehsal və sosial infrastruktur sahələrin inkişafının nəzərə alınması;

Digər tərəfdən ərzaq təhlükəsizliyinin qorunub saxlanılması kənd təsərrüfatı əhəmiyyətli resursların balanslaşdırılmış qaydada istifadə olunması iqtisadi cəhətdən daha səmərəli sayılır. Bu özlüyündə resurslardan ərzaq məhsulları üçün optimal, həmçinin resurs mənbələrindən təkrar istifadə tullantıların emalı, istehsalçı ilə istehlakçının bir-birinə düzgün təyin olunması hesabına yaranır, formalaşır.Ərzaq təhlükəsizliyinin əsas istiqaməti ölkənin milli təhlükəsizliyinin prioritet sahələrindən sayılır. Ümumiyyətlə, dövlət siyasətinin müvəffəqiyyətlə fəaliyyətinə xidmət etməklə iqtisadi amillərin təsiri altında formalaşır. Dövlətin ərzaq təhlükəsizliyinin təmin edilməsi istehlak xarakterli təsərrüfat sahələrinin inkişafının vəziyyətindən daha çox asılıdır.

İnkişaf etmiş ölkələrdə ərzaq təhlükəsizliyi nəinki daxili iqtisadi siyasətə, eləcə də ölkədə iqtisadi sahədə artımın yüksəlməsində, ölkə daxilində siyasi sabitliyin formalaşmasında və beynəlxalq səviyyədə dövlətin istehlak bazarında tanınmasında xüsusi əhəmiyyət kəsb edir. Bu ölkələr özlərinin strateji əhəmiyyət kəsb edən ərzaq məhsulları sahəsində öz maraqlarını qorumaq məqsədi ilə xarici təsirlərə daha çox davamlılıq nümayiş etdirirlər. Ölkənin strateji ərzaq təhlükəsizliyinin təmin edilməsinə yönədilmiş dövlətin ərzaq təminatı siyasəti müxtəlif ticarət formaları, ərzaq məhsullarının müəyyən qruplarına taarif məhdudiyyətlərinin tətbiqi, qiymət siyasəti, həmçinin ərzaq yardımlarının göstərilməsi yolu ilə reallaşır. Bununla yanaşı beynəlxalq səviyyədə ərzaq təhlükəsizliyi probleminə ABŞ, Yaponiya, Avropa Birliyi ölkələrinin xüsusi qurumları və təşkilatları tərəfindən xüsusi fikir verilir.

Təcrübə göstərir ki, ərzaq təhlükəsizliyi sahəsində inkişaf etmiş ölkələrdə siyasi cəhətdən iki mühüm amilin tətbiqi ilə şərtlənir. Birinci amil ərzaq məhsulları istehsalında mühüməhəmiyyət kəsb edən aqrar sənaye kompleksinin inkişafında müasir klassik model hesab edilir. Bu əsasən interval meyllərin gücləndirilməsinə əsaslanan ən çox ABŞ, Fransa, Böyük Britaniyanın və digər inkişaf etmiş ölkələrin aqrar iqtisadi sahələrində tətbiq olunur. İkinci amil isə kənd təssərüfatında proteksionist siyasətin reallaşdırılması ilə səciyyələnir və xüsusi ilə Kanada, Avropa Birliyi ölkələrində tətbiq olunur. Bu ölkələrdə innovasiya siyasəti aqrar sektorda müasir texnologiyaların tətbiqi, elmi texniki tərəqqinin (ETT) nailiyyətlərinin tətbiqinə əsaslanır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, daxili və xarici bazarlarda ölkənin milli maraqlarının qorunmasına yönəmlik iqtisadi, o cümlədən aqrar sahədə, həmçinin yeyinti sənayesinin bütün sahələrində ərzaq təhlükəsizliyinin dayanıqlı inkişafından əhəmiyyətli dərəcədə asılıdır.
Yüklə 12,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə