İmam hüseynin qiyami və onu doğuran səBƏBLƏR



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix19.10.2018
ölçüsü0,74 Mb.
#75091
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

 
 
52 
52 
pisliklərdən  çəkindirmək  mənasındadır.  Lakin  bu 
əmrdən məqsəd nədir? 
Görəsən əmr be məruf və nəhy əz münkər təkcə 
söz  mərhələsindədir,  yəni  bu  işi  təkcə  dil  ilə  icra 
etməliyik? əlbəttə belə deyildir. Peyğəmbər, əmirəl-
möminin, bütün imamlar və din alimlərinə “əmr be 
məruf 
və 
nəhy 
əz 
münkər 
yalnız 
sözlə 
məhdudlaşır?” deyə müraciət edilsə, onlar “xeyr, bu 
məsələ təkcə söz və dillə deyil, əməldə də olmalıdır, 
müsəlman  bütün  varlığı  ilə  əmr  be  məruf  və  nəhy 
əz münkər etməlidir” buyurarlar. 
əmirəl-möminin  (ə)  Quranın,  yer  üzünün  bəzi 
dairələrini  ölü  və  meyit  adlandırmasının  mənasını, 
yəni dirilərin içində ölü kimdir?” deyə soruşanların 
cavabında buyurdu: 
“Camaat  müxtəlif  siniflərə  bölünürlər:  Bəziləri 
pis  işlərlə rastlaşdıqda ürəkdən mütəəssir olub dilə 
gələr, tənqid edər və yol göstərərlər. 
Onlar  bu  mərhələ  ilə  qane  olmayaraq  hər  yolla 
olursa-olsun, 
istər 
mehribanlıqla, 
istərsə 
də 
kobudluqla  və  döyməklə  əməli  şəkildə  əmr  be 
məruf və nəhy əz münkər edərlər. Bunlar həqiqətən 
diridirlər.  Bəziləri  isə  işləri  müşahidə  edən  kimi 
haray-həşir  qoparır,  öyüd-nəsihət  verir  və  özlərinə 
də Allah tərəfindən bağışlanmaq istəyirlər. 


 
 
53 
53 
Lakin bu adamlar əməl mərhələsinə gəldikdə geri 
çəkilirlər. 
Belə adamlarda həyat və yaşayış üçün zəruri olan 
üç xüsusiyyətdən ikisi vardır. 
Üçüncü  sinifə  mənsub  olan  insanlar  da  pis  işləri 
görərkən  ürəkləri  yanar  və  lakin  onlar  yalnız 
narahat 
olarlar. 
Məsələn, 
Novruz 
bayramı 
Məhərrəm  ayına  təsadüf  edərkən,  xalqın  imam 
Hüseyn  (ə)-ın  hörmətini  saxlamadığını  görəndə 
narahat olub öz-özlərinə deyirlər: 
“əyləncə  vaxtı  çoxdur,  bu  günlər  İmam  (ə)-ın 
əzadarlığının  son  günləridir.  Biz  imam  Hüseyn  (ə) 
məktəbindən  faydalanmışıq,  faydalanacağıq  da,  bu 
ölkə imam Hüseyn (ə)-ın ölkəsidir. Bizim xalq əhli-
beyt  ardıcıllarıdır,  Hüseyn  ibni  əli  bu  ölkənin 
şüarıdır. Matəm günləri qeyri-şəri əyləncə yerlərinə 
getmək Hüseyn ibni əli (ə)-a qarşı hörmətsizlikdir,” 
deyərlər. Amma yoldaşlarına: “Qardaş, İmam (ə)-ın 
hörmətini  saxla,  biz  indiyə  kimi  İmam  (ə)-ın 
hörmətini saxlamışıq və Hüseyn (ə) da bizi qoruyub 
saxlamışdır və...” deməyə hazır olmazlar. 
İqbal  Lahuri  demişkən:  “Müsəlmanlar  heç  vaxt 
islamı  saxlamamışlar,  əksinə  olaraq  həmişə  islam 
müsəlmanları saxlamışdır.” 


 
 
54 
54 
ölkəni  böyük  bir  təhlükə  bürüyən  zaman 
müsəlmanlar əli  ibni əbi  Talib və Nəhcül-bəlağənin 
sorağına gələr və Hüseyn ibni əli (ə)-ı yada salarlar. 
Quran bizim barəmizdə buyurur: 
“Müşriklər  gəmiyə  mindikləri  zaman  (dəryada 
batacaqlarından  qorxub)  dində  ixlas  sahibi  olan 
möminlər  kimi  yalnız  Allaha  dua  edərlər.  Allah 
onları sağ-salamat quruya çıxaran kimi, yenə də ona 
şərik qoşarlar.” 
əmr  be  məruf  və  nəhy  əz  münkərin  birinci 
mərhələsi  uşaqlarınıza  yaxşı  adlar  seçməyinizdir. 
Qeyri-islami  adların  cəmiyyətdə  yayılmasının 
qarşısını alın,  çünki bu işin özü də bir növ nəhy əz 
münkərdir. 
Uşaqlarınızın, 
məktəbələrinizin, 
xəstəxanalarınızın  və  şirkətlərinizin  adını  islami 
etməyə  çalışın.  ərəb  dili  bir  tayfa  dili  deyil,  əslində 
ümumislam dilidir. Quran olmasaydı dünyada belə 
bir  dil  tapılmazdı.  ərəb  dilinə  qarşı  mübarizə 
aparanlar,  Quranı  aradan  aparmaq  istəyirlər. 
Yaşamaq  istəyən  hər  hansı  bir  millət  öz  dilini 
qorumalıdır. Dili ölmüş bir cəmiyyətin, sanki özü də 
ölmüşdür. Demək lazımdır ki, ərəb dili ilə mübarizə 
edənlər, islamla mübarizə edirlər. Allaha and olsun 
ki, biz ərəb dili qarşısında ağır məsuliyyət daşıyırıq, 
biz  bu  islam  dilini  qoruyub  saxlamalıyıq.  İslam 


 
 
55 
55 
düşmənləri 
sizin 
və 
uşaqlarınızın 
bu 
dili 
öyrənməsinə  maneə  törədir.  Bu  dili  mükəmməl 
surətdə  öyrənin,  onu  öyrənməklə  nəinki  zərər 
görməyəcəksiniz,  əksinə  olaraq  xeyri-mənfəət  də 
tapacaqsınız. 
ərəb dili dünyanın diri dillərindən biridir. İngilis 
dili  yüksək  təbliğ  olunaraq  ailələrə  nüfuz  etmişdir. 
Bunun səbəbi nədir? 
Ürəkləri  bizim  halımıza  yanırmı?  Yoxsa  öz adət-
ənənə  və  düşüncələrini  bizə  qəbul  etdirmək 
istəyirlər?  Onlar  bu  işlərlə  bizim  ruhumuzu  əzmək 
istəyirlər!!! 
Biz müsəlmanlar nə qədər qafil olmuşuq, yenə də 
qəflət 
yuxusundayıq. 
Sanki 
bütün 
dünya 
müsəlmanları  əsrlər  boyunca  qəflət  yuxusuna 
getmişlər və ayılmaq istəmirlər. 
Nə  qədər  təəssüflü  və  cansıxıcı  bir  haldır  ki, 
müxtəlif  ölkələrdən  olan  iki  müsəlman  Məkkə  və 
Mədinədə  görüşərkən  bir-birlərinin  dilini  başa 
düşmədikləri 
üçün 
ingiliscə 
danışmaq 
məcburiyyətində  qalırlar.  Bu  düşmənin  üç-dörd 
yüzillik  hiyləsidir!!!  Görəsən  artıq  ayılaraq  bu 
fitnəkarlıqlara  qarşı  mübarizə  aparmaq  zamanı 
gəlib  çatmamışdırmı?  əlbəttə  son  zamanlarda 


 
 
56 
56 
müsəlmanlar  arasında  gözə  çarpan  dirçəliş  və 
intibah çox sevindirici haldır. 
(“Ey  müsəlmanlar!)  Siz  insanlar  üçün  zahirə 
çıxarılmış ən yaxşı ümmətsiniz. (Onlara) yaxşı işləri 
görməyi  əmr  edir,  pis  əməlləri  qadağan  edir  və 
Allaha inanırsınız. 
Bu  böyük  vəzifənin  iki  əsas  şərti  və  iki  önəmli 
təməli  vardır.  Onların  biri  agahlıq  və  bəsirətdir, 
çünki  biz  mərufun  nə  olduğunu  bilməliyik.  İnsan 
əmr  be  məruf  və  nəhy  əz  münkər  etmək  üçün 
sosiologiya və psixologiya kimi elmlərə yiyələnməli 
və eləcə də lazımi məharətə malik olmalıdır... 
Hər  bir  müsəlman  münkər  və  mərufu  bir-
birindən ayırd etməli, onun nə olduğunu bilməli və 
münkərin 
haradan 
vücuda 
gəldiyini 
başa 
düşməlidir. 
Buna  görə  də  din  rəhbərlərinin  fikrincə,  cahil  və 
nadan adamların əmr be məruf və nəhy əz münkər 
etməkləri əsla yaxşı deyildir? 
Görəsən bunun səbəbi nədir? 
Cahil  əmr  be  məruf  və  nəhy  əz  münkər  edərsə 
vəziyyəti  sahmanlaşdırmaq  yerinə,  gərginləşdirər. 
Təəssüflər 
olsun 
ki, 
bu 
sahədə 
çoxlu 
səhlənkarlıqlara yol verilmişdir. Hər halda bu vəizfə 
bizim  boynumuzdan  götürülmür.  Biz  “cahil 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə