133
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
yin bir növü mənasında). Bu sözə İ.Şıxlı yaradıcılığında da
təsdüf olunur:
Ala xurcunun bir gözünü xamralı çörəyi, o
biri gözünü isə pendir, yağ, balla doldurdu; Evdə xurcunu
açanda gördüm ki, bir gözündə təndir və
xamralı çörəyi, o
biri
gözündə isə yağ, pendir,
hətta qənd, çay da var.
-ner. Ədəbi dildə işlənən
–ioner şəkilçisinin danışıq di-
lindəki fonetik variantı olub, şəxs, əşya, vəzifə bildirir.
–ner
şəkilçisinin ədəbi dildəki qarşılığı kimi
–çı,-çi,-çu,-çü söz-
düzəldici şəkilçisi işlənir. Məsələn:
pensiyaner-pensiyaçı.
-ov. Bu şəkilçi əslində şəkilçiləşmiş söz olub, ədəbi dildə
işlənən
ab(su) sözünün dialekt və şivələrimizdəki fonetik
dəyişikliyə uğramış formasıdır. Qoşulduğu sözdə əşya, ha-
disə, yer, məkan məzmunu yaradır. Məsələn:
selov
134
İlkin Əsgər
2.3.
SÖZ-ŞƏKILÇILƏRIN
IŞLƏNMƏSI HAQQINDA
Qədim tarixi kökə malik olan dilimizin orijinal qramma-
tik quruluşu, fonetik və leksik tərkibi, zəngin çalarlar ifadə
edən söz yaratma qabiliyyəti vardır. Bunların hamısı bir-bi-
rilə üzvi şəkildə vəhdət təşkil edir, birinin varlığı digərinin
varlığını, inkişafını zəruri edir.
Söz yaradıcılığı (derivatologiya) da dilçiliyin əsas, aparı-
cı, praktik şöbələrindən biri kimi olduqca
mühüm əhəmiy-
yət kəsb edir. Təsadüfi deyil ki, digər diliçilik şöbələrinin,
xüsusən də, leksikologiya və morfologiyanın obyekti olan
sözlər də sözyaratma prosesində iştirak edir və müstəqil
semantikaya malik leksik vahidlərə çevrilir. Ona görə də,
“dildəki sözlərin demək olar ki, əksəriyyəti sözyaratma
yolu ilə əmələ gəlmişdir. Deməli, sözyaratma dilin inkişafı
və formalaşmasında başlıca vasitədir. Söz müxtəlif mən-
bələr əsasında bir sıra üsullarla əmələ gətirirlir”.(2., 384).
Belə üsul və yollardan biri də morfolji yolla söz yaradıcı-
lığıdır. Morfoloji yolla yaran sözlər digər yollarla əmələ
gələn sözlərdən həm kəmiyyət, həm də keyfiyyət baxımın-
dan fərqləndirilir, dilin lüğət ehtiyatını zənginləşdirən ən
mühüm vasitələrdən biri kimi çıxış edir.
Dildəki sözyaratma prosesi əsasən, leksik, yəni sözdüzəl-
dici şəkilçilərin hesabına daha da inkişaf edir, zənginləşir.
Bu qrupa daxil olan şəkilçilərin özləri də dilçilik ədəbiy-
yatlarında xarakterik xüsusiyyətlərinə görə təsnif olun-
muş, tədqiqata cəlb edilmiş, linqvistik təhlil müstəvisinə