İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 6,47 Mb.
Pdf görüntüsü
səhifə40/43
tarix31.10.2018
ölçüsü6,47 Mb.
#76886
1   ...   35   36   37   38   39   40   41   42   43

124
İlkin Əsgər
Qaraquc atları gördügində kişnəşdirən
Qızıl dəvə gördügində bozlaşdıran, 
Ağca qoyun gördügində quyruq çırpub qamçılayan, 
Arqasını urub bərk ağılıŋ ardın sökən,
Qarma-bükəc səmüzin alub tutan, 
Qanlu quyruq üzüb çap - çap yudan
Avazı qaba köpəklərə ğavğa salan, 
Çaqmaqluca çobanları dünlə yügürdən,
Ordumuŋ xəbərin bilürmisin, degil maŋa! 
Qara başım qurban olsun, qurdum, saña! - dedi.(45.,41) 
Nümunələrdən  də  göründüyü  kimi,    şəkilçisi  dilin 
tarixinin ilkin mərhələlərində növ şəkilçisi kimi işlənmiş, 
qayıdış, qismən də məchul növ məzmunu ifadə etmişdir. 
Dastan dilindən yuxarıda verilən nümunədə müraciət ob-
yekti “qurd”dur və feli sifət tərkibləri ilə sadalanan əlamət-
lər də “qurd”un xarakterik xüsusiyyətləridir. “Atları kişnəş-
dirmək” də, “dəvələri bozlaşdırmaq” da “qurd”a məxsusdur.
 -Ş şəkilçisinin tarixən qayıdış növ məzmununu ifadə et-
məsini prof.Q.Ş.Kazımov da öz tədqiqatlarında təsdiq edir. 
O, bu münasibətlə yazır: “ –ış şəkilçisinin qarşılıq növ mə-
nasının hələ tam sabitləşmədiyi qədim dövrlərdə bu şəkilçi 
qayıdış növ mənasına xidmət etmişdir. Odur ki, bu şəkilçi 
ilə düzələn feillərin bir qismində qayıdış növ mənası, bir 
qismində işin qarşılıqlı icrası mənası olur.”(48.,170) Müa-
sir dilimizdə bu fakt özünü əsasən, -laş,-ləş və qismən də 
dördvariantlı –ış və ikivariantlı –aş şəkilçili sözlərdə göstə-
rir. Məsələn:
  Qayıdış  növ  mənalı  feillər:  soyuqlaşmaq,  işıqlaşmaq, 
sərinləşmək,  qatılaşmaq,  isinişmək,  çıxışdırmaq,  yetişdirmək, 


125
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
ayaqlaşmaq,  pisləşmək,  istiləşmək,  saxtalaşmaq,  saflaşmaq,  kö-
mürləşmək,  passivləşmək,  aktivləşmək,  şoranlaşmaq,  köpəşmək, 
qəşəngləşmək, soruşmaq,sıxışmaq və s.
Qarşılıq-birgəlik növ bildirənlər: sağ ollaşmaq, vidalaş-
maq, dilləşmək, itələşmək, gəzişmək, qaynaşmaq, əmişmək, cüt-
ləşmək, vuruşmaq, didişmək, sözləşmək, birləşmək, qucaqlaşmaq, 
təpikləşmək və s.
Az bir qisim sözlərdə isə məchulluq bildirir: bahalaş-
maq, ucuzlaşmaq, yodlaşmaq və s. İşlənmə məqamından ası-
lı olaraq bəzi sözlər həm qayıdış, həm də qarşılıq-birgəlik 
məzmunu ifadə edə bilir. Məsələn: bitişmək, gəzişmək və s. 
–ış,-iş,-uş,-üş şəkilçili sözlər həm təsirli, həm təsirsiz olduğu 
halda, -laş,-ləş şəkilçili sözlər təsirsiz feillərdən ibarət olur.
Çox funksiyalı –ış,-iş,-uş,-üş şəkilçisi tarixən məsdər şə-
şilçisinin  əvəzində  də  işlənmişdir.  Bu  hala  “Kitabi-Dədə 
Qorqud dastanları”nın dilində rast gəlinir: Babaŋ dedi, ke--


126
İlkin Əsgər
də  şəkilçi  tərkibində  daşlaşmış  formada  işlənir.  Çaxnaş-
maq, gərnəşmək, tıxnaşmaq ( Bunlar da əsasən qayıdış növ 
məzmunu ifadə edir.) sözlərinin tərkibində şəkilçi daxilin-
dəki –ş ünsürü də ovuşdurmaq, tıxışdırmaq, quraşdırmaq, 
çırpışdırmaq və araşdırmaq sözlərindəki –ş ilə eyni mənbə-
dəndir. Orta əsrlərə aid mətnlərdə bu şəkilçinin işlənməsi 
də fikrin dolğunluğunu təsdiq edən əsas mənbələrdən biri-
dir. Məsələn, -aş şəkilçisinə “araşmaq” sözünün tərkibində 
XVI-XVII əsrlərdə yaşayıb-yaratmış Əlican Qövsi Təbrizi-
nin  “Divan”ında  da  təsadüf  olunur.  Bu  şəkilçi  Q.Təbrizi-
nin 8 beytdən ibarət olan və “Bu yetməzmi ki, seylabi-bə-
la  başimdən  aşıbdır;  Ki,  mövci-əşk  həm  zənciri-ahəngtək 
dolaşıbdır”  mətləli  qəzəlinin  məqtə  beytində  aşağıdakı 
formada işlənmişdir. (bax: Qövsi Təbrizi.Seçilmiş əsərləri. 
Bakı-2005. Səhifə 74-75)
 Kimin kim, eşq bağlar əl-ayağın daxi açılmaz,
 Bu müşkül mənini çox kimsədən Qövsi araşıbdır.
Nümunədən də göründüyü kimi, “araş(maq)” sözü ta-
rixən də soruşmaq, axtarmaq, soraqlamaq, soraqlaşmaq, xəbər al-
maq, məlumat almaq və s. kimi mənalarda işlədilmişdir. Eyni 
zamanda  –aş  şəkilçisinin  mətndə  yaratdığı  semantikada 
hələ də qayıdışlıq məzmunu qalmaqdadır. Müasir dilimizə 
doğru  inkişaf  etdikcə  isə,  tədricən  işləkliyini  itirmişdir, 
məhdud  dairədə  işlənir.  –aş,-ş  sözdüzəldici  şəkilçisi  va-
sitəsilə əmələ gələn sözlərin bir qismi birgəlik ( tutaşmaq, 
mələşmək),  bir  qismi  isə  konkret  mətndaxili  situasiyadan 
asılı  olaraq  həm  birgəlik,  həm  də  qayıdışlıq  məzmununa 
malik olur (qaynaşmaq). Müqayisə edin: 1. Adamlar stansi-
yada qaynaşırdılar.(A.Səhhət) 2. Uşaq elə bil civədir, səhərdən 


127
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
axşama  kimi  qaynaşır.  Görünür,  dilin  tarixinin  ilkin  mər-
hələlərində  -aş,-ş  şəkilçisi  omonimlik  keyfiyyətinə  malik 
olmuş, həm qayıdış, həm də birgəlik növün morfoloji şə-
kilçisi kimi çıxış etmişdir. Bu xüsusiyyət hətta müasir dil 
nöqteyi-nəzərindən kök daxilində daşlaşmış bəzi sözlərdə 
özünü daha qabarıq şəkildə göstərir. Məsələn, “tərpəşmək, 
öyrəşmək”  kimi  sözlərdə  hər  nə  qədər  qayıdışlıq  varsa, 
“daraşmaq” sözündə bir o qədər birgəlik məzmunu vardır. 
Bu məqamda “Tərpəşmək, öyrəşmək”  sözlərinin  tərki-
bindəki –ş budaq morfemi   qayıdışlıq məzmunu əmələ gə-
tirən –n budaq morfeminin tam sinonimi kimi çıxış edə bilir. 
Məsələn: tərpəşmək-tərpənmək, öyrəşmək-öyrənmək. 
Quraşmaq və araşmaq sözləri hazırda işlənməsə də, or-
foqrafiya  lüğətində  öz  varlığını  qoruyub  saxlamaqdadır. 
Qeyd olunan bu leksik vahidlərin həm şifahi, həm də ya-
zılı  nitqdə  obyekt  tələb  etməsi  –aş,-əş,-ış,-iş,-uş,üş  şəkil-
çisi ilə deyil, dilin tarixi inkişafının sonrakı mərhələsində 
sözlərin əsasına artırılan, təsirlilik kateqoriyasının morfo-
loji göstəricisi olan və icbar növ feillərin əmələ gəlməsin-
də iştirak edən şəkilçilərlə omonimlik xüsusiyyəti daşıyan 
–dır,-dir,-dur,-dür  sözdüzəldici  şəkilçiləri  ilə  əlaqədardır. 
–dır,-dir,-dur,-dür  şəkilçilərinin  də  dilimizdə  nə  vaxtdan 
işlənməsi, yuxarıda göstərilən sözlərə qoşulması haqqında 
konkret fikir və nümunə söyləmək mümkün deyil. Şəkilçi-
nin dilimizdə işlənmə tarixi olduqca qədimdir. “Kitabi-Dədə 
Qorqud dastanları”nın, “Dastani-Əhməd Hərami”nin dilində 
kifayət qədər işlənən bu şəkilçiyə hətta qədim türk yazısı 
abidələrinin  dilində  də  -tır,-tir,-tur,-tür  formasında  təsa-
düf  olunur.  Qədim  türk  yazısı  abidələrinin  dilini  tədqiq 
edən, Orxon-Yenisey abidələrinin dili üzərində araşdırma-


Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə