Iii mühaziRƏ. Psixologiya elminin metodologiyası və metodları plan



Yüklə 33,12 Kb.
səhifə3/4
tarix15.03.2023
ölçüsü33,12 Kb.
#102538
1   2   3   4
ııı mühazirə psixolo

4.Sosiometriya-kiçik qruplarda şəxsiyyətlərarası münasibətləri tədqiq etmək üçün istifadə olunur. Bu metodun müəllifi Morenodur.
Bu metodun köməyi ilə qrupdakı daxili qarşılıqlı münasibətlərin dinamikası, qrupdaxili və qruplararsı ünsiyyət prosesini müəyyənləşdirmək, kollektivdəki qrup­laş­maları, qrupdaxilindəki yaxınlıq və uzaqlığı, kollektiv üzvlərindən kimin təc­rid edildiyini, kimin ciddi nüfuza malik olduğunu və müəyyənləşdirmək müm­kün­dür.
Burada sosiometrik meyarlardan, yəni hər sınanılan adamın cavab verəcəyi konkret suallardan istifadə edilir. Kommunikativ meyardan qrupda rəsmi münasibətləri öy­rən­mək üçün istifadə edilir. Bu meyar real münasibətlərlə yanaşı arzu edilən qar­şı­lıqlı münasibətləri də əks etdirir.
Qnostik meyar qrup üzvləri arasında perseptiv münasibətləri əks etdirir. . Bu metodun nəticələri əsasında cədvəl və sosioqram tərtib olunur, qrupdakı şəxsiyyətlərarası münasibətləri bildirmək üçün xətti işarələrdən istifadə olunur. Hər suala cavab verilərkən 3 nəfərin adı qeyd edilir və ən çoxu 4 sualdan istifadə etmək olar. Bu metodun nəticələri əsasında cədvəl və sosioqram tərtib olunur, qrupdakı şəxsiyyətlərarası münasibətləri bildirmək üçün xətti işarələrdən istifadə olunur. Müsbət əlaqələr – arzu olunan münasibət düz xəttlə, arzu olunmaz, mənfi əlaqə qırış xətlərlə, A ilə B arasında arzu olunan qarşılıqlı münasibətlər bu cür xəttlə, və s. işarələnir.
5.İntervyu-ictimai rəyi, şəxsiyyətlərarası münasibətləri öyrənmək üçün tətbiq edilən metodlardan biridir. Bu zaman hər hansı məsələ haqda müəyyən bir şəxsin mülahizəsi soruşuluq. İntervyu tədqiqatın başlanğıc mərhələsində, ilkin məlumat toplamaq üçün tətbiq edilir.
İntervyunun aşağıdakı növləri var:
1.Standartlaşdırılmış intervyu-bu zaman suallar, onların ifadə forması sırası qabaqcadan müəyyən edilir.
2.Standartlaşdırılmamış intervyu-konkret vəziyyətdən çıxış edərək müəy­yən suallar verilir.
3.Yarıstandartlaşdırılmış intervyu-zəruri sayılan suallarla yanaşı, vəziy­yət­dən asılı olaraq başqa suallar da verilir.
İntervyu zamanı açıq, qapalı, gözlənilməz və s. suallardan istifadə edilir.
Qapalı suallar «hə» və ya «yox» cavabı tələb edən suallardırsa, açıq suallar məsələyə daha ətraflı münasibət bildirmək imkanı verir.

Yüklə 33,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə