Iii mühaziRƏ. Psixologiya elminin metodologiyası və metodları plan



Yüklə 33,12 Kb.
səhifə4/4
tarix15.03.2023
ölçüsü33,12 Kb.
#102538
1   2   3   4
ııı mühazirə psixolo

6.Anket metodu- bu zaman suallara yazılı cavab alınır. Anketdən müəyyən mə­sə­lə barəsində ictimai rəyi öyrənmək üçün istifadə olunur. Psixologiyada bu me­tod­dan daha çox diaqnostik məqsədlə istifadə edilir.
7.Fəaliyyət məhsullarının təhlili- bu halda fəaliyyətin özü deyil, ancaq onun məhsulu öyrənilir.
8.Modelləşdirmə- bu metoddan o zaman istifadə edilir ki, tədqiqatçını maraq­lan­dıran psixoloji təzahürü sadəcə müşahidə, test və ya eksperimentin köməyi ilə tədqiq etmək çətin olur və ya ümumiyyətlə mümkün olmur. Belə halda tədqiq edilən fenomenin süni modeli yaradılır. Həmin model onun əsas parametrlərin təkrarlayır. Məhz bu model əsasında həmin fenomeni detallıqla tədqiq edir və onun təbiəti haqda nəticə çıxarırlar. Modellər texniki, məntiqi, riyazi və kibernetik ola bilər. Riyazi model araşdırılan təzahürlər arasındakı münasibətləri formul şəklində ifadə edir.
Texniki modelləşdirmə tədqiq edilən təzahürü xatırladan cihazın yaradıl­ma­sı­nı nəzərdə tutur.
Kibernetik modelləşdirmə model kimi informatika və kibernetika sahəsindən anlayışların istifadəsinə əsaslanır.
Məntiqi modelləşdirmə riyazi məntiqdə tətbiq edilən ideya və simvolikaya əsaslanır.


Yüklə 33,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə