Iii mühaziRƏ. Psixologiya elminin metodologiyası və metodları plan



Yüklə 33,12 Kb.
səhifə1/4
tarix15.03.2023
ölçüsü33,12 Kb.
#102538
  1   2   3   4
ııı mühazirə psixolo


III MÜHAZİRƏ. Psixologiya elminin metodologiyası və metodları
PLAN:
1. Psixologiyada tədqiqat metodlarının təsnifatı
2. Psixologiyanın tədqiqat metodlarının xarakteristikası

I. Psixologiyanın tədqiqat metodlarının təsnifatı- Psixologiyanın tədqiqat metodlarını 4 qrupa bölürlər:
I- Təşkilati metodlar. Tədqiqat həmin metodların köməyi ilə təşkil olunur. Bura müqayisəli, longityudal (uzunmüddətli) və kompleks metodlar aid edilir.
II-Elmi faktlar əldə etməyin emprik üsullarından ibarətdir. Bura aşağı­dakı­lar aid edilir:
-müşahidə və özünümüşahidə
-eksperiment (laborator, təbii)
-psixodiaqnostik metod (testlər, anketlər, sosiometriya, intervyu və s.)
-fəaliyyət məhsullarının təhlili priyomları (məsələn, şagirdlərin işlərinin qiymətləndirilməsi, rəsmlərinin, inşasının və s)
-bioqrafik metod (insanın həyat yoluna aid faktların, tarixlərin və hadisələrin, sənədlərin və s. təhlili)
-modelləşdirmə və s. metodları aid edilir.
III-Materialların işlənilməsi priyomlarını əhatə edir. Bura kəmiyyət və keyfiyyət təhlili metodları aid edilir. Bu zaman materiallar tip, qrup və variantlara görə təsnif olunur, təhlil üçün səciyyəvi nümunələr seçilir və s.).
IV qrup metodlar şərh metodları adlanır. Bu metodlar struktur və genetik metodları müxtəlif variantlarından ibratədir. Onların köməyi ilə psixi proses və xas­sə­lərin strukturu öyrənilir. Müəyyən yaş dövründə inkişaf xüsusiyyətləri araş­dırılır.
Rubinşteyn isə metodları əsas və köməkçi olmaqla iki yerə bölür. Əsas metod­lara o, muşahidə və eksperimenti, köməkçi metodlara isə söhbət, anket, test, fəa­liy­yət məhsullarının öyrənilməsi metodlarını və s. aid edir.
II. Psixologiyanın tədqiqat metodlarının xarakteristikası-Müasir psixologi­ya­da geniş tətbiq olunan metodlar aşağıdakılardır:
1.Müşahidə-psixoloji hadisələrin cərəyanına müdaxilə etmədən onu baş verdiyi şəraitdə məqsədəuyğun müntəzəm surətdə izləməyi nəzərdə tutur. Müşahi­dənin aşağıdakı növləri vardır:
İştiraklı müşahidə-bu zaman tədqiqatçı əmək qruplarında müxtəlif münasi­bət­ləri öyrənmək üçün həmin sahədə işə girir, müşahidə ediləcək hadisələr qo­şu­lur. Bu­nun­la da, hər hansı mühitdə fəaliyyət göstərən adamların keçirdikləri hiss və hə­yə­­canları bilavasitə özü yaşamalı olur, oradakı şəxsiyyətlərarası münasibətləri də­qiq surətdə öyrənmək üçün təbii prosesin iştirakçısına çevrilir. Lakin situasiyanı dəyişməyə çalışmır.
İştiraksız müşahidə-bu cür müşahidədə isə tədqiqatçı müşahidə etdiyi hadisənin gedişini kənardan izləyir.
Sistematik müşahidə-müəyyən vaxt ərzində hərəkət, vəziyyət və proseslərin qeydə alınmasının müntəzəmliyi ilə səciyyələnir.
Təsadüfi müşahidə- qabaqcadan planlaşdırılmamış hadisənin, şəraitin müşa­hi­­dəsidir.
Müşahidə metodunun tətbiqinə aşağıdakı şərtlər verilir:
1. Müşahidə elmi cəhətdən mühüm problemin öyrənilməsinə yönəlməlidir.
2. Müşahidə mütəşəkkil və ardıcıl surətdə aparılmalıdır.
3. Psixoloji hadisəni daha ətraflı öyrənmək üçün həmin hadisə müxtəlif şəraitdə nəzərdən keçirilməlidir.
4. Elmi muşahidənin nəticələri daha dəqiq surətdə qeyd edilməlidir və lazım gəldikdə asanlıqla bərpa olunmalıdır.
5. Müşahidə və onun nəticələrinin təhlili müşahidəçidən obyektivlik tələb edir.
Müşahidənin bir sıra nöqsanlı cəhətləri də vardır:

  1. Müşahidə ilə qrupda şəxsiyyətlərarası münasibətlərin bütün çalarlarını əhatə etmək olmur.

  2. Müşahidəçini maraqlandıran cəhətin özünü nə zaman büruzə verəcəyini qabaqcadan müəyyənləşdirmək çətin olur, onu gözləmək lazım gəlir.

  3. Digər nöqsanlar müşahidəçinin öz fəaliyyəti ilə bağlıdır.


Yüklə 33,12 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə