Iii mühaziRƏ. Psixologiya elminin metodologiyası və metodları plan



Yüklə 33,12 Kb.
səhifə2/4
tarix15.03.2023
ölçüsü33,12 Kb.
#102538
1   2   3   4
ııı mühazirə psixolo

    Bu səhifədəki naviqasiya:
  • 3.Test
2. Eksperiment – nisbətən qısa müddətdə daha dəqiq nəticə əldə etmək im­kanı verir. Ayrı-ayrı kəmiyyətlər arasında səbəb-nəticə münasibətləri ancaq ekspe­ri­ment metodu ilə müəyyən olunur.
Eksperimental tədqiqatın aşağıdakı əsas tərkib hissələri fərqləndirilir:

  1. Eksperimentator (yəni tədqiqatçı, tədqiqatı təşkil edən şəxs).

  2. Eksperimental amil. Eksperimentator tərəfindən irəli sürülmüş şərt.

  3. Eksperimental şərait. Tədqiq edilən şəxsiyyətin və ya qrupun ətraf mühiti, əhatəsi, şəxsiyyətin rəftar və darvnışına təsir edən amillər.

  4. Eksperimental obyekt (tədqiqatın obyekti), başqa sözlə, eksperimental şəraitə salınan şəxslər.

Eksperiment zamanı eksperimentator iştirakçıları müxtəlif situasi­yala­ra salır. Bir və ya bir neçə amili dəyişir, o birilərini isə olduğu kimi saxlayır.
Eksperimental tədqiqat zamanı tədqiqatçı ona lazım olan şəraiti özü yaradır. Eksperiment prosesində eksperimental və kontrol qruplar yaradılır. Eksperimental qrupun materialları kontrol qrupun material­larına nəzərən təhlil olunur.
Müşahidədən fərqli olaraq eksperiment zamanı öyrənmək istədiyimiz obyektə müəyyən təsir göstəririk. Bu təsir isə müxtəlif ola bilər. Buraya məsələn, iş şəraiti­nin, iştirakçıların tərkibinin, qarşıya qoyulan məsələnin xarakterinin dəyişdiril­məsi və s. daxil edilə bilər, yaxud obyektə təsir edən amillərin kəmiyyətinin, ardı­cıl­lığı dəyiş­dirilə bilər. Buna eksperimental şərait də deyilir. Belə bir şərait nəti­cə­sin­də öyrən­diyimiz hadisəni başqalarından təcrid edə bilirik, yoxlama prosesini dəfələrlə təkrar etmək olur, lazımi nəticəni əldə etmək üçün əlverişli şərait yara­dırıq, onu dəyişdiririk və s. Eksperiment zamanı tədqiqatçı fəal tərəf kimi çıxış edir. Müəy­yən hadi­sənin mahiyyətini aydınlaşdırmaq üçün özü zəruri şəraiti yaradır.
Beləliklə də, eksperimental tədqiqatda tədqiqatçı şəraiti özü yaradır, tədqiqatın məqsədindən asılı olaraq bir neçə şəraiti dəyişməz saxlayır, başqalarını isə dəyişir. Bununla da, psixi hadisələrdə baş verən dəyişiklikləri şərtləndirən səbəbləri daha dəqiq surətdə aşkar etməyə müvəffəq olur.
Eksperimentin aşağıdakı növlərindən istifadə olunur:
Laborator eksperiment-laboratoriyada və ya xüsusi otaqlarda aparılır, burada müxtəlif cihazlardan və texniki vasitələrdən də istifadə edilir.
Lakin belə eksperimentin qoyuluşu bir sıra çətinliklə bağlıdır: Eksperimentin obyekti sadəcə canlı orqanizm deyil, yüksək şüura malik insanlardır. İnsanlar özlərin üzərində eksperiment qoyulduğunu hiss etdikdə, istər-istəməz onların rəftar və davranışlarında, emosional aləmində müəyyən dəyişikliklər özünü büruzə verir. Bu da eksperimental şəraiti çətinləşdirir. Həmin çətinliyi aradan qaldırmaq üçün nisbə­tən süni səciyyə daşıyan laborator eksperiment ilə yanaşı təbii eksperiment növün­dən də geniş istifadə edilir.
Formalaşdırıcı eksperiment-tədqiqat prosesində bu və ya digər şəxslərin öyrə­dil­məsini, onlarda müəyyən keyfiyyətlərin inkişaf etdirilməsini nəzərdə tutur.
3.Test-Psixologiyada psixodiaqnostika məqsədi ilə XIX əsrin sonlarından başlayaraq testlərdən istifadə olunur. Test sınaq mənasını verir. Psixologiyada da bu mənada işlə­dilir və fərdi fərqləri öyrənmək məqsədi ilə tətbiq edilir. Testlərin köməyi ilə psi­xoloq şəxsiyyətin müəyyən psixoloji keyfiyyətlərini təyin etməyə çalışır. Testlər müxtəlif tapşırıq və suallar şəklində işlənilir. Tetslərin köməyi ilə müəyyən qabi­liy­yət­lərin, vərdişlərin, bacarıqların olmasını və ya olmamasını aşkar etməyə, şəxsiy­yətin bəzi keyfiyyətlərini daha dəqiq xarakterizə etməyə, bu və ya digər peşə sahə­sin­də iş üçün yararlılıq dərəcəsini aydınlaşdırmağa çalışırlar.

Yüklə 33,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə