İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə49/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   45   46   47   48   49   50   51   52   ...   61

1919  9 avqust 

İngilis-İran  sazişi  bağlanması.  Sazişin  bağlanması  nəticəsində  İran  siyasi  və  iqtisadi  cəhətdən  Böyük 

Britaniyadan asılı vəziyyətə düşdü. İngilis-İran sazişi həmçinin Cənubi Azərbaycanda milli-azadlıq hərəkatına 

təkan verdi, ingilis müstəmləkəçilərinə və İran hökumətinə qarşı mübarizə şiddətləndi 



1919–1920 

Təbriz,  Zəncan  və  Xoy  şəhərlərində  İngilis-İran  sazişinin  ləğvini  və  Vüsuqüddövlənin  dövlət  işindən 

kənarlaşdırılmasını tələb edən çıxışların keçirilməsi 

1920  aprel 

ADF-nin üzvlərindən biri neçəsinin həbs edilməsi ilə İranda dinc çıxışların üsyana çevirilməsi 



1920  7 aprel 

Təbrizdə silahlı üsyan baş verməsi. Silahlı üsyan nəticəsində Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı yeni 

mərhələyə  daxil  oldu,    milli-azadlıq  hərəkatı  silahlı  üsyan  xarakteri  aldı,  Təbrizdəki  silahlı  qüvvələrin 

əksəriyyəti  üsyançılara  qoşuldular,  üsyançılar  dövlət  idarələrini  ələ  keçirdilər,  Təbrizə  daxil    olmuş  polis 

dəstələri  şəhəri  tərk  etməyə  məcbur  oldu.  Təbrizdə  silahlı  üsyana  rəhbərlik  etmək  üçün  Ş.M.Xiyabaninin 

başçılığı ilə İctimai İdarə Heyəti (İİH) təşkil olundu, Ş.M.Xiyabani Azərbaycanın adı rəsmi ad kimi Azadıstan  

elan etdi 

1920 

Eynüddövlənin Azərbaycan  əyalətinə vali göndərilməsi. İctimai İdarə Heyətinin 8 maddədən ibarət tələblərini 

Eynüddövləyə göndərməsi. Eynüddövlə,  İctimai İdarə Heyətin 8 maddədən ibarət tələblərini qəbul  etdikdən 

sonra, valiyə Təbrizə daxil olmağa icazə verildi 



1920  iyun 

Gilan  respublikasının  elan olunması 



1920  23 iyun 

Ş.M.Xiyabaninin  rəhbərliyi  Milli  Hökumət  yaradılması.  Milli  Hökumət  mövcud  olduğu  dövrdə  ingilis 

müstəmləkəçilərinin  və  mürtəce  İran  hökumətinin  ölkədə  ağalığına  qarşı  çıxır,  bütün  İranın 

demokratikləşdirməsini  qarşısına  məqsəd  qoydu,  İranda  şah  rejiminin  ləğvinə  və  respublika  yaradılmasına 

çalışdı, irticanın Cənubi Azərbaycana münasibətdə ayrı-seçkiliyə qarşı mübarizə apardı, ümumxalq mənafeyinə 

cavab verən demokratik dəyişikliklər həyata keçirdi 



1920 23 iyun-12 sentyabr 

Milli  Hökumətin  fəaliyyəti  dövrü.    Milli  Hökumət  fəaliyyəti  dövründə  sənaye,  kənd  təsərrüfatı,  maarif, 

maliyyə, səhiyyə, ədliyyə və.s. sahələrdə islahatlar həyata keçirdi, şəkər zavodu, toxuculuq və dəri  fabrikləri 

tikildi, kənd təsərrüfatı bankı və Milli bank açıldı, pul islahatı aparıldı, şəhər bələdiyyəsinə seçkilər keçirilməsi 

planlaşdırıldı, Təbrizdə xalça fabriki tikilməsinə başlanıldı, bir sıra sahələr üzrə idarə və nazirlikləri yaradıldı, 

Təbrizdə pulsuz qız məktəbi açıldı, yeni aşılmış məktəblərə Bakıdan müəllimlər dəvət edildi, müdafiə və hərbi 

qüvvələrin yaradılması sahəsində işlər görüldü, milli qvardiya təşkilinə başlanıldı, şəhər əhalisindən və Təbrizə 

gəlmiş kəndlilərdən gələcəkdə ümumi sayı 12 minə çatdırılacaq hərbi əstələlər yaradıldı. Milli Hökumət hərbi 

qüvvələrin yaradılması sahəsində digər tədbirlər gördü - şəhər əhalisindən yeni jandarm və polis dəstələri təşkil 

edildi,  üsyançılara  qoşulmuş  jandarm  dəstələrində  nizam-intizam  yaratdı,  onların  təlimi  üçün  xüsusi  polis 

məktəbi açıldı (amma, məhkəmə və inzibati islahatlar keçirilmədi) 

1920  24 iyun 

Milli Hökumətin “Təcəddüd” qəzeti redaksiyasının binasından Alaqapıya köçürülməsi 



1920 sentyabr 

Hidayət  Müxbirüssəltənənin vali sifətilə Təbrizə  gəlməsi.  şəhərin kənarında düşərgə salaraq üsyançılara qarşı 

tədbirlər  həyata keçirməsi 

1920  12 sentyabr 

 Əksinqilabi  qüvvələrin  üsyançılar  üzərinə  hücuma  keçməsi.  Hücum  nəticəsində  Milli  Hökumətin  yerləşdiyi 

Alaqapı ələ keçirildi, Ş.M.Xiyabani xaincəsinə öldürüldü, üsyançılara amansız divan tutuldu, yüzlərlə üsyançı 

həbs,  edam  və  sürgün  edildi,  nəhayyət  üç  ay  fəaliyyət  göstərmiş  Milli  Hökumət  süqut  etdi.  Beləliklə,  milli-

zadlıq  hərəkatı  ingilislərin  köməyi  ilə  İran  irticası  tərəfindən  yatırıldı.  AXÇ  və  Milli  Hökumətinin  süqutu 

arasında oxşarlıq var idi. Belə ki, hər iki hökumət xarici müdaxilə nəticəsində süqut etmişdi. Məğlub olmasına 

baxmayaraq  1917-1920-ci  illər  Cənub  Azərbaycanda  baş  verən  milli-azadlıq  hərəkatı  xalqın  azadlıq  uğrunda 

mübarizə tarixində əhəmiyyətli rol oynadı və sonrakı nəsilləri yeni mübarizələrə ruhlandıran örnək oldu 

1921 

Sovet-İran müqaviləsinin imzalanması 



1925-1941 

Rza şahın İranda hakimiyyəti 



 

 

AZƏRBAYCAN SSRİ 1920-1930-CU İLLƏRDƏ 

 

1920  28 aprel 

Azərbaycan SSRİ-nin yaradılması 



1920  28-30 aprel 

Bolşeviklərin Lənkəran, Salyan, Şuşa və Ağdamda yerli hakimiyyəti öz əllərinə alması 



1920  16 mart 

Moskva  müqaviləsi.  RSFSR  ilə  Turkiyə  arasında  imzalanan  müqaviləyə  əsasən  Azərbaycanın  himayəçiliyi 

altında Naxçıvanın muxtar ərazi olmasına razılıq verildi, Azərbaycan  Naxçıvanı  üçüncü dövlətə güzəştə gedə 

bilməzdi 



1920  may 

XI Qızıl ordunun Gəncə, Şamaxı, Göyçay, Şəki, Zaqatala, Balakən və Qarabağı nəzarət altına alması 



1920  3 may  

Bolşeviklərin qəza, mahal və kənd inqilab komitələri yaratması 



1920  5 may 

Bolşeviklərin bütün xan, bəy, vəqf torpaqlarını müsadirə edərək ödənişsiz kəndlilərə paylaması 



1920  6 may 

Azərbaycan    SSR-in  birinci  sovetlər  qurultayının  keçirilməsi.  Qurultayın  qərarı  ilə  Azərbaycan    İnqilab 

Komitəsi ləğv edildi, RSFSR Konstitusiyası nümunəsində Azərbaycan SSR-in ilk Konstitusiyası qəbul edildi, 

Konstitusiyada dövlət orqanlarının strukturu rəsmiləşdirildi, Azərbaycan  SSR XKS-i yenidən təşkil edildi və 

Azərbaycan MİK seçildi. Bununla da, Azərbaycan SSRİ-nin hüquqi cəhətdən qurulması başa çatdı və dövlət 

orqanlarının strukturu müəyyənləşdirildi 



1920  7 may 

Bolşeviklər tərəfindən ordu və donanmanın yenidən təşkil olunması 



1920  12 may 

Bolşeviklər tərəfindən silki və mülki rütbələrin (zadəgan,bəy, xan, knyaz və s.) ləğv edilməsi 




Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə