1747-1820
Şamaxı xanlığının mövcud olması. Xanlığın əsasını Xançobanı tayfasından olan Məhəmməd Səid və Ağası
qardaşları qoymuşdular. Xanlıq şimal-şərqdə Quba, şərqdə Bakı, şimal-qərbdə Şəki, cənub-qərbdə Qarabağ
xanlığı və Kür çayı ilə həmsərhədd idi
1747-1763
Şamaxı xanlığında ikihakimiyyətliliyin mövcud olması
1763
Məhəmməd Səid xanın Yeni Şamaxıya hücum etməsi. Hücum nəticəsində Yeni Şamaxı tutuldu və
Məhəmmədəli xan əsir alındı, Şamaxı xanlığında ikihakimiyyətlilik ləğv edildi, xanlıqda bütün hakimiyyət
Məhəmməd Səid xanın əlinə keçdi, Yeni Şamaxı köhnə Şamaxıya birləşdirdi və Şamaxı şəhəri yenidən
xanlığın mərkəzi oldu
1763
Şamaxı xanlığında ikihakimiyyətliliyin ləğv edilməsi
1767
Qubalı Fətəli xan və Şəkili Hüseyn xanla Məhəmməd Səid və Ağası xan arasında döyüş baş verməsi. Döyüş
nəticəsində Məhəmməd Səid və Ağası xan məğlub oldular, Şamaxı xanlığının torpaqları Quba və Şəki
xanlıqları arasında bölüşdürüldü - xanlığın qərb hissəsi Şəki xanlığına, digər əraziləri isə Quba xanlığına
birləşdirildi
1767
Şamaxı xanlığının torpaqlarının Quba və Şəki xanlıqları arasında bölüşdürülməsi
1768 sentyabr
Qubalı Fətəli xanla Şamaxı və Şəki xanlığının birləşmiş qüvvələri arasında döyüş baş verməsi. Döyüş
nəticəsində Fətəli xan qalib gəldi və Şəki xanlığının ixtiyarında olan Şamaxı torpaqlarını Quba xanlığına
birləşdirdi
1768
Şamaxı xanlığının tamamilə Quba xanlığına birləşdirilməsi
1768-1790
Şamaxı xanlığının Quba xanlığından asılı vəziyyətdə qalması
1790
Şamaxı xanlığının Quba xanlığının asılılığından çıxaraq müstəqilliyini bərpa etməsi
QUBA XANLIĞI
1726
Rusiya çarı tərəfindən Hüseynəli xanın Quba xanı təyin edilməsi
1726-1810
Quba xanlığının mövcud olması
1726-1758
Quba xanlığının banisi Hüseynəli xanın hakimiyyəti
1735
Hüseynəli xanın Quba xanlığının iqamətgahını Xudat qalasından Quba şəhərinə köçürməsi
1756
Qubalı Hüseynəli xanın Salyan nahiyəsini Quba xanlığına birləşdirməsi
1758-1789
Qubalı Fətəli xanın hakimiyyəti. Fətəli xan hakimiyyəti dövründə xanlığın ərazisini genişləndirmək siyasəti
yeritdi, vergi islahatına əsasən vergilərin mahal naibləri tərəfindən toplanması qaydası ləğv olundu, hər bir
kətxuda kəndlilərdən vergini xan xəzinəsinə və anbarlarına özü şəxsən təhvil verməli idi, bəzi mükəlləfiyyətlər
yalnız xan yasavullarının tələbi ilə yerinə yetirilməli idi, köçürmə siyasətinə əsasən xanlığın əhalisini artırmaq
məqsədilə, Azərbaycanın cənubundan əhali Şabrana köçürüldü, dövlətin sərhədlərini möhkəmləndirmək üçün
Muğandan şahsevən tayfalarının bir hissəsini xanlığın ərazisinə köçürüldü
XVIII əsrin 50-ci illəri
Məhəmmədhüseyn xanın Dərbənd xanlığının əsasını qoyması
1759
Qubalı Fətəli xanın xanlığın ərazisini genişləndirmə siyasətinə başlaması və Dərbəndin Quba xanlığına
birləşdirilməsi
1767
Bakı xanlığının Quba xanlığına birləşdirilməsi. O dövrün rəsmi sənədlərində Fətəli xan artıq Quba, Dərbənd,
Bakı və Salyan hakimi adlandırılırdı
1768
Şamaxı və Cavad xanlıqlarının Quba xanlığına birləşdirilməsi
1768
Fətəli xanın Dərbənd xanlığının əhalisinin bir hissəsini Muğana köçürməsi
1770
II Yekaterinanın Quba xanlığı ilə Gürcüstanın münasibətlərini nizamlamaq haqqında xarici işlər
kollegiyasına göstəriş verməsi
1773
Şəki, Qarabağ və Avar hakimlərinin birləşmiş qüvvələrinin Quba xanlığına yürüşünün Fətəli xan tərəfindən
dəf edilməsi
1774 iyul
Gavduşan döyüşü. Quba xanlığı ilə Qaraqaytaq üsmisi Əmir Həmzə və Şamaxı xanı Ağası xanın başçılıq
etdiyi bir sıra Azərbaycan və Dağıstan hakimlərinin birləşmiş qüvvələri arasında baş vermiş döyüş nəticəsində
Fətəli xan məğlub olaraq Salyana tərəf çəkildi. Müttəfiqlər isə Qubanı və Şamaxını tutaraq Dərbəndi
mühasirəyə aldılar
1775
Qubalı Fətəli xanın Mirzəbəy Fərhadbəylinin başçılığı ilə Rusiya sarayına birinci elçilər heyəti göndərməsi
1775 mart
Qubalı Fətəli xanın Rusiyanın köməyi ilə düşmənləri üzərində qələbə çalaraq Gavduşan döyüşündəki
məğlubiyyətin əvəzini çıxması
1775-1776
Qubalı Fətəli xanla Kərim xan Zənd arasında elçilər mübadiləsi baş verməsi
1779
Qubalı Fətəli xanın Bakı hakimi Məlik Məhəmmədi Qarabağa göndərməsi
1780-1781
Qubalı Fətəli xanın Qarabağ xanlığına uğursuz yürüşlər təşkil etməsi
1782
Quba xanlığının Mirzə Sadıq Məmmədvəliyevin başçılığı ilə Peterburqa ikinci elçilik heyəti göndərməsi
1784
Qubalı Fətəli xanın Azərbaycanın cənub ərazilərinə hücum etməsi. Bu hücum nəticəsində Ərdəbil və Meşkin
şəhərləri ələ keçirildi. Lakin Fətəli xan Azərbaycanın cənub torpaqlarında Rusiyanın etiraz etməsi səbəbi ilə
möhkəmlənə bilmədi
1787
Qubalı Fətəli xanın Rusiya sarayına üçüncü elçilər heyəti göndərməsi
1789
Qubalı Fətəli xanın vəfat etməsi