İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə24/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   20   21   22   23   24   25   26   27   ...   61

 

 

 



 

AZƏRBAYCAN XVIII ƏSRİN İKİNCİ YARISINDA. XANLIQLAR DÖVRÜ

 

 

URMİYA XANLIĞI 

 

XVIII əsrin ortaları 

  Azərbaycanın xanlıqlara, sultanlıq və məlikliklərə parçalanması 

XVIII  əsrin ortalar 

Urmiya xanlığının yaranamsı. Xanlığın mərkəzi əvvəl Urmiya sonra isə Təbriz şəhəri olmuşdur 



XVIII əsrin II yarısı 

  Xanlıqlar dövrü. Bu dövrdə Azərbaycan, IX-XI əsrlərdə olduğu kimi feodal dağınıqlığı dövrünü yaşayırdı 



XVIII əsrin 50-ci illəri 

İranda və Azərbaycanda mərkəzi hakimiyyət uğrunda Fətəli xan Əfşar, Kazım xan  Zənd və Məhəmmədhəsən 

xan Qacarın mübarizə aparması 

1747-1763 

Urmiya xanlığının banisi Fətəli xan Əfşarın hakimiyyəti 



1751 

Urmiyalı Fətəli xanın  müttəfiqi  Azad xanı  İrəvan  xanlığı  üzərinə  yürüşə göndərməsi.  Lakin İrəvan xanı  Mir 

Mehdi xan Kartli çarı II İraklinin köməyi ilə Azad xanın qoşununu geri oturtdu 

1752 

Kərim xan Zəndin Azərbaycana hücum etməsi 



1752 

Qəşmə döyüşü. Döyüşü  nəticəsində Kərim xan Zənd Fətəli xan Əfşara məğlub olaraq cənuba – Fars vilayətinə  

qaçdı 

1752 

Miyanə  döyüşü.  Döyüşü    nəticəsində  Fətəli  xan  Əfşarın  qoşunu  yenə  də  qalib  gəldi  və  Kərim  xanın  qardaşı  

İsgəndər xan əsir alınaraq edam edildi 

1753 

 

 

Məhəmmədhəsən xan Qacarın Kərim xan Zəndi məğlub etməsi  



1753-1754 

Fətəli  xan  Əfşarın  hakimiyyətini    Mərkəzi  və  Cənubi  İrana    yayması.  Bu  illərdə  Fətəli  xanın  idarə  etdiyi 

ərazilərin  sərhədləri  İranın  cənubuna  qədər  uzanırdı.  Lakin  İran  hakim  dairələrinin    Kərim    xana  köməyi 

sayəsində əvvəlcə Şiraz, sonra isə İsfahan əldən çıxdı. Bununla da, Fətəli xanın  mərkəzi hakimiyyət uğrunda 

mübarizəsi zəiflədi 

1756  mart 

Məhəmmədhəsən xanın  İsfahan və Rəşti tutaraq Qarabağ xanlığı üzərinə yürüş etməsi. Məhəmmədhəsən xan 

Qarabağ xanlığının mərkəzi olan Şuşanı bir ay mühasirədə saxlasa da, onu tuta bilmədi və geri  çəkildi. Geri 

çəkilərkən Təbrizi, sonra isə Urmiyanı tutdu 



1755  yazı 

Məhəmmədhəsən xan  Qacarın Zəndlər üzərində qələbə çalması.  



1759   fevral 

Məhəmmədhəsən  xan    Qacarın  öldürülməsi.  Fətəli  xan  Əfşarın  Təbrizə  qayıdaraq  hakimiyyətini 

möhkəmləndirməsi və birləşdirmə siyasətini davam etdirməsi 

1759 yaz 

Urmiyalı  Fətəli  xan    Əfşarın  Qarabağ  xanlığına  hücum  edərək  özündən  asılı  vəziyyətə  salması.  Qarabağ 

xanlığından  başqa,  Ərdəbil  və  Maku  xanlıqları  istisna  olmaqla  Cənubi  Azərbaycan  xanlıqları  da  bir  müddət 

Fətəli xan  Əfşardan asılı vəziyyətdə qalmışdı 



1760  payız 

Kərim xan Zəndin Azərbaycanın cənubuna hücum edərək Təbrizi dörd ay mühasirədə saxlaması 



1761 yay 

Qaraçəmən döyüşü. Kərim xan Zəndin yenidən Urmiyalı Fətəli xana məğlub olması 



1763 oktyabr 

Kərim xan Zəndin 9 aylıq mühasirədən sonra Urmiya şəhərini tutması 



1763 

Kərim xan Zənd tərəfindən “Şiraz qonaqlığı”nın təşkil olunması. “Şiraz qonaqlığı”nda Qarabağ xanı Pərahəli 

xan, Xoy xanı Şahbaz xan, Qaradağ xanı Kazım xanı  və başqaları iştirak edirdilər. “Şiraz qonaqlığı”nda Kərim 

xanın məqsədi xanları vətənlərindən uzaq salmaq və bu yolla onları özündən asılı vəziyyətə salmaq idi. Lakin, 

“Şiraz qonaqlığı” gözlənilən nəticəni vermədi 

 

 



XOY, TƏBRİZ, QARADAĞ VƏ ƏRDƏBİL XANLIQLARI 

 

XVIII  əsrin ortaları 

Əmiraslan xan tərəfindən  Təbriz xanlığının əsasının qoyulması. Əmiraslan xan Nadir şahın dövründə III Sam 

Mirzənin üsyanını yatırmış, onun özünü isə edam etdirmişdi. Nadir şahın ölümündən sonra isə müstəqil dövlət 

yaradaraq qısa vaxtda Təbriz, Xalxal, Ərdəbil xanlıqlarını özünə tabe etdi və Adil şahın hakimiyyətini  tanımadı 

XVIII  əsrin ortaları  

Kazım xan tərəfindən Qaradağ xanlığının əsasının qoyulması 



XVIII  əsrin ortaları  

Bəbir xan Şahsevən tərəfindən Ərdəbil xanlığının əsasının qoyulması. Bəbir xan hakimiyyəti dövründə xanlığı 

siyasi cəhətdən möhkəmləndirdi 

XVIII  əsrin ortaları 

Şahbaz xan tərəfindən Xoy xanlığının əsasının qoyulması 



1747-1783 

Ərdəbil  hakimi  Nəzərəli  xanın  hakimiyyəti.  Nəzərəli  xan  hakimiyyəti  dövründə  zəndlərlə  və  qacarlarla 

münasibətləri  kəskinləşdi,  nigah  diplomatiyası  vasitəsilə  qarabağlı  İbrahim  xanla  dostluq  əlaqələri    yaratdı, 

həmçinin Lənkəran xanlığı ilə mehriban qonşuluq münasibətləri qurdu 



1748-1752 

Qaradağ  hakimi  Kazım  xanın  hakimiyyəti.  Kazım  xan  mərkəzi  hakimiyyətin  zəifləməsindən  istifadə  edərək,  

Qaradağ xanlığının əsasını qoymuş, Şəki xanı Hacı Çələbiyə qarşı ittifaqına qoşulmuşdur 

1748 

Nadir  şahdan  sonra  hakimiyyətə  gələn  Adil  şahın  öz  qardaşı  İbrahim  Mirzə  tərəfindən  hakimiyyətdən 

uzaqlaşdırılması 

1748 

İbrahim Mirzənin Təbriz hakimi Əmiraslan xanı  məğlub edərək  Təbrizi tutması.  Lakin Məşhəd və İsfahanda 

baş vermiş üsyan İbrahim şahın Təbrizdən geri çəklməsinə səbəb oldu və Məşhəddəki döyüşdə həlak oldu 



1748   

Fətəli  xan  Əfşarın  Təbrizə  yürüş  etməsi.  Yürüş  nəticəsində  Fətəli  xan  Təbriz  şəhərini  ələ  keçirərək  şəhərin 

idarəsini Nəcəfqulu xan Dünbuliyə tapşırdı. Beləliklə, Təbriz xanlığı Urmiya xanlığından asılı vəziyyətə düşdü 

1748-1763 

Təbriz xanlığının Urmiyalı Fətəli xan Əfşardan asılı vəziyyətdə qalması 



1759-1763 

Qarabağ xanlığının Urmiya xanlığından asılı vəziyyətdə qalması 



1763   

Fətəli xan Əfşarın öldürülməsi və Təbriz xanlığının yenidən müstəqil olması 



1763-1786 

Xoy  hakimi  Dünbuli  Əhməd  xanın  hakimiyyəti.  Əhməd  xan  hakimiyyəti  dövründə  Urmiya  xanlığını  tabe 

etməyə çalışdı, bir müddət İrəvan, Naxçıvan və Qaradağ xanlıqlarını özündə asılı vəziyyətə saldı, Azərbaycanın 

bir  sıra  xanlıqları  və  Kartili  çarlığı  ilə  diplomatik  əlaqələr  saxladı,  Cəfərqulu  xanı  Naxçıvan  xanlığında 

hakimiyyətə gətirdi 

1782 

Qaradağ xanlığının Xoy və Qarabağ xanlarının birləşmiş qüvvələri tərəfindən  işğal olunması və müstəqilliyini 

itirməsi 

1783 

Təbriz yaxınlığında döyüş. Təbriz xanı Xudadad xanın Əhməd xanla birləşərək Urmiyalı İmamqulu xan Əfşar 

və onun müttəfiqi sərablı Əli xan Şəqaqi üzərində qələbə qazanması 

1783-1808 

Ərdəbil hakimi  Nəsir xanın hakimiyyəti. Nəsir  xanın hakimiyyəti dövründə Qubalı Fətəli  xan xanlığa   yürüş 

etdi,  həmçinin Ərdəbil xanlığı qacarlardan asılı vəziyyətə düşdü 

1791 

Qaradağ xanlığının Ağa Məhəmməd xan Qacara tabe olması 

 

 

ŞƏKİ XANLIĞI 

 

1743-1744 

 

Şəki ərazisində Nadir şah əsarətinə qarşı Hacı Çələbinin başçılığı ilə üsyan baş verməsi 



1743   

 

 

Hacı Çələbinin Şəkini müstəqil xanlıq, özünü isə xan elan etməsi 



1743-1819 

Şəki xanlığının mövcud olması 



1743-1755 

 

Şəki hakimi Hacı Çələbi xanın hakimiyyəti  



1748   

 

Hacı Çələbi xanla   Qarabağ hakimi Pənahəli xan arasında “Bayat savaşı”  baş verməsi 



XVIII əsrin 50-ci illəri 

Hacı  Çələbi  xanın  II  İrakli  üzərində  qələbəsindən  sonra  İlisu  sultanlığı  istisna  olmaqla,  digər  sultanlıqların 

(Qazax, Şəmşəddil, Ərəş, Qəbələ) və Car-Balakən camaatlığının Şəki xanlığından asılı vəziyyətə düşməsi 

1751 

Şəki xanlığı ilə gürcülər  arasında  döyüş baş verməsi. Döyüş nəticəsində Hacı Çələbi xanın gürcüləri məğlub 

etməsi  

XVIII əsrin ortaları 

Qarabağ, Gəncə, Qaradağ və Xoy xanlıqlarının Şəki xanı Hacı Çələbiyə qarşı ittifaq yaratması 



1752  mart   

“Qızılqaya xəyanəti”. Gürcü çarı II İraklinin hərbi   dəstələrinin Gəncə  yaxınlığında Qızılqaya  adlanan yerdə 

düşərgə salmış  xanların üzərinə  hücum  edərək onları əsir götürməsi.  “Qızılqaya  xəyanəti”nin təşkilatçısı II 

İrakli bu işi  törətməklə xanlıqları özündən asılı vəziyyətə salmaq məqsədi  güdürdü. “Qızılqaya xəyanəti”ndə 

Qaradağ (Kazım  xan),  Gəncə (Şahverdi  xan), Naxçıvan (Heydərqulu xan), İrəvan (Hüseynəli xan) xanlıqları 

iştirak edirdi. “Qızılqaya xəyanəti” isə bir daha göstərdi ki, Azərbaycan xanları birləşməli və ümumi düşmənə 

qarşı vahid cəbhədə mübarizə aparmalıdılar 

1752   

 

Şeyx Nizaminin qəbri yaxınlığında döyüş. Döyüş nəticəsində Hacı Çələbi xan gürcü qoşunlarını məğlub edərək 

əsir alınmış  Azərbaycan xanlarını  azad etdi, Qazax və Borçalı ələ keçirilərək  xanın oğlu Ağakişi  bəy buraya 

hakim təyin edildi 



1752  yaz 

 

Gürcü  çarı  II  İraklinin  hərbi    dəstələrinin  Cara  hücum  etməsi.  Bu  zaman  Hacı  Çələbi  xan  Car  camaatının 

köməyinə gəldi və gürcü çarını əvvəlkindən daha ağır məğlubiyyətə uğratdı 

1755   

 

Hacı Çələbi xanın vəfat etməsi və onun Şamaxı xanlığını Şəkiyə tabe etmək planının baş tutmaması 



1755-1767 

Şəki hakimi Ağakişi bəyin hakimiyyəti 



1763   

 

Usta Abbasqulu tərəfindən Şəki xan sarayının inşa edilməsi 



1767   

 

Qubalı Fətəli xanın Şəki xanlığına müdaxilə  etməsi.  Bu müdaxilə nəticəsində Məhəmmədhəsən xan Şəkidən 

qovuldu,  Hacı  Çələbinin  nəvəsi  Hüseyn  xan  Şəki  xanı  elan  edildi  və  Şəki  xanlığı  Quba  xanlığından  siyasi 

asılılığı qəbul etməli oldu 



1767-1779 

 

Şəki hakimi Hüseyn xanın hakimiyyəti 



1779-1789 

Şəki xanlığının Quba xanlığından asılı vəziyyətdə qalması 



1779     

 

Məhəmmədhəsən xanın Şəki xanlığında yenidən hakimiyyətə gəlməsi 



1779-1795; 1797-1805 

Şəki hakimi Məhəmmədhəsən xanın  hakimiyyəti 



1785   

Qubalı Fətəli xanla Məhəmmədhəsən xanı arasında döyüş baş verməsi. Döyüşdə Fətəli xan Məhəmmədhəsən 

xanı məğlub etdi və Şəki xanlığı Fətəli xandan asılı vəziyyətə düşdü 

1788   

Şamaxı  yaxınlığında  döyüş. Döyüş nəticəsində Fətəli  xan Məhəmmədhəsən xanı  məğlub etdi  və Şəki  xanlığı 

yenidən Fətəli xandan asılı vəziyyətə düşdü 

1789 

Qubalı  Fətəli  xanın  vəfat  etməsi  və  Məhəmmədhəsən  xanın    Quba  xanlığının  asılılığından  çıxaraq  Şəkinin 

müstəqilliyini bərpa etməsi 

1795-1806 

 

Şəki hakimi Səlim xanın hakimiyyəti 



1795 

Ərəş sultanlığının ləğv edilərək  mahal kimi Şəki xanlığına birləşdirilməsi 



 

 

 

ŞAMAXI XANLIĞI 

 



Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə