İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   18   19   20   21   22   23   24   25   ...   168

 
44
s.67). Burada 1897-ci ildə 69 azərbaycanlı yaşamışdır (415, s.67). 1918-ci ildə azərbaycanlılar 
qovulmuş, kəndə əlavə olaraq ermənilərlə yanaşı yunanlar yerləşdirilmişdir. İndiki Ermənistanda sovet 
hakimiyyəti qurulandan sonra azərbaycanlıların bir hissəsi öz doğma kəndlərinə qayıda bilmişdir. 
1926-cı ildə burada 12 nəfər azərbaycanlı, 51 nəfər erməni, 71 nəfər yunan, 1931-ci ildə 10 nəfər 
azərbaycanlı, 114 nəfər erməni, 124 nəfər yunan (415, s.7, 98-99), 1939 - cu ildə 398 nəfər 
azərbaycanlı, erməni və yunan (427, s.115) yaşamışdır. Yaşayış  məntəqəsini ləğv etmək məqsədilə 
Axtala  şəhər tipli qəsəbəsi ilə birləşdirilmiş  və azərbaycanlılar SSRİ Nazirlər sovetinin 1948-ci il 
qərarına əsasən Azərbaycana köçürülmüşdür. İndi orada yalnız ermənilər yaşayır. 
Toponim «istiqamət, fərqləndirmə» mə’nasında işlənən aşağı sözü ilə padar türk tayfasının bir 
qolu olan axta etnonimi əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Aşağı  Bədili - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Talin rayonu ərazisində  kənd. 
1918-ci ildə  kəndin sakinləri erməni təcavüzü nəticəsində deportasiya olunaraq kənd xarabalığa 
çevrilmişdir. 1920-ci ildə ləğv edilmişdir. 
Toponim Azərbaycan toponimiyasında fərqləndirici  əlamət bildirən  aşağı  sözü ilə  oğuzların 
bəydili (bədili - İ.B) etnonimi (399, s.56; 238, s.288-300) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. 
Quruluşca mürəkkəb toponimdir. 
Aşağı Qanlıca - İrəvan quberniyasının Aleksandropol qəzasındı, indi Düzkənd (Axuryan) 
rayonunda kənd. Rayon mərkəzindən 17 km məsafədə, Gümrü-Amasiya yolunun 12 kilometrliyində 
yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. Ermənilər buraya 1828-29-cu 
illərdə Türkiyədən köçürülmüşdür. 
Toponim türk mənşəli qanlı etnoniminə (393, s.42-53) -ca şəkilçisinin artırılması  əsasında 
əmələ  gəlmişdir. Toponimin əvvəlindəki «aşağı» sözü fərqləndirici  əlamət bildirir. Etnotoponimdir. 
Quruluşca mürəkkəb toponimdir. 
Erm.SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə  kəndin adı  dəyişdirilib Vahramabad 
qoyulmuşdur. 
Aşağı Qarabağlar - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda 
kənd. Kəndin başqa adı Çimənkənd olmuşdur. 1950-ci ilədək indiki Ermənistan  ərazisində mövcud 
olan Qarabağlar rayonunda inzibati-ərazi bölgüsünə daxil olmuşdur. Qarabağlar rayonu ləğv ediləndən 
sonra (1950-ci il ) ərazisi Vedi rayonunun tabeliyinə verilmişdir. 
Rayon mərkəzindən 9 km şərqdə, Vedi çayının yanında yerləşir. 1590-cı ildə  tərtib edilmiş 
«İrəvan  əyalətinin müfəssəl dəftəri»ndə  Aşağı Qarabağ formasında (143, s.172), 1728-ci ildə  tərtib 
edilmiş  «İrəvan  əyalətinin icmal dəftəri»ndə Kiçik Qarabağ (143, s.104) formasında, Qafqazın 5 
verstlik xəritəsində Aşağı Qarabağlar kimi (348, s.114) qeyd edilmişdir
Kənddə 1873 - cü ildə 756 nəfər, 1886-cı ildə 924 nəfər, 1897-ci ildə 1260 nəfər, 1904 - cü ildə 
1725 nəfər, 1914 - cü ildə 1879 nəfər, 1916-cı ildə 2026 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 
156-157). 1918-19 - cu illərdə azərbaycanlılar qırğınlarla qovulmuş və 1920-ci ildən sonra Türkiyədən 
köçürülən ermənilər eyni zamanda bu kənddə yerləşdirilmişdir. Ermənistanda sovet hakimiyyəti 
qurulandan sonra sağ qalan azərbaycanlılar geri qayıda bilmişlər. 
Burada 1922-ci ildə 880 nəfər azərbaycanlı, 210 nəfər erməni, 1926-cı ildə 690 nəfər 
azərbaycanlı, 141 nəfər erməni, 1931-ci ildə 663 nəfər azərbaycanlı, 178 nəfər erməni və kürd (415, 
s.87, 157), 1939 - cu ildə 4600 nəfər azərbaycanlı (85, s.237) yaşamışdır. 1948-53 - cü illərdə SSRİ 
Nazirlər Sovetinin xüsusi qərarı ilə  kənddə yaşayan azərbaycanlılar zorla tarixi-etnik torpaqlarından 
çıxarılaraq Azərbaycana köçürülmüşdür. İndi burada təkcə ermənilər yaşayır. 
Toponim fərqləndirici əlamət bildirən aşağı və kəngərli tayfasına mənsub qarabağlar etnonimi 
əsasında (168, s.99) əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
1918-1920-ci illərdə kəndin adı dəyişdirilib Çimənkənd, sonra Erm.SSR AS RH-nin 25.1.1978-
ci il fərmanı ilə yenidən dəyişdirilərək Uradzadzor qoyulmuşdur. 
Aşağı Qaraqala - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indiki Kalinino rayonunda 
kənd. 1930 - cu ildən sonra rayonun yuxarı Qaraqala kəndi ilə birləşdirilib Qaraqala kəndi 
yaradılmışdır. 1937-ci ilədək, Kalinino rayonunun yaranmasına kimi Cəlaloğlu (Stepanavan) rayonun 
tərkibində olmuşdur. Burada 1926-cı ildə 135 nəfər, 1931-ci ildə 71 nəfər azərbaycanlı 
yaşamışdır(415, s.78-79, 148-149). 


 
45
Toponim türk dilində  rəng mə'nasında işlənən qara sözü ilə qala sözündən  əmələ  gəlmişdir. 
Toponimin  əvvəlindəki «aşağı» fərqləndirici  əlamət bildirir. Relyeflə bağlı yaranan mürəkkəb 
quruluşlu toponimdir. 
Aşağı Qaranlıq - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Ermənistanda rayon və 
rayon mərkəzi. Göyçə gölünün sahilində,  İrəvandan 130 km məsafədə yerləşir. Qafqazın 5 verstlik 
xəritəsində qeyd edilmişdir (348, s.118). 
1939 - cu ilin sentyabrın 9-da rayon kimi yaradılmışdır. 1963 - cü ildən şəhər tipli qəsəbədir. 
Toponim məkan mə'nası bildirən -lıq  şəkilçisi qəbul etmiş, türk dilində «təpə», «qaya» 
mə’nasında işlənən  qara  sözü (339, s.256) əsasında  əmələ  gəlib «təpəlik, dağlıq, qayalıq yer» 
mə’nasını bildirir. Qara sözü ilə -lıq  şəkilçisi arasındakı «n» bitişdirici samit funksiyasını yerinə 
yetirir. Kənd, doğrudan da, qayalıq, dağlıq bir yerdə yerləşib və  hər tərəf təpəlikdən, dağlıqdan 
ibarətdir. Kəndin relyefi adına uyğun gəlir. Toponimdəki «aşağı» sözü fərqləndirici  əlamət bildirir. 
Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Oykonimin adı 1926-cı ildə dəyişdirilib Martuni qoyulmuşdur. 
Aşağı Qarakoymaz - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. 
Rayon mərkəzindən 9 km cənub-şərqdə, Alagöz dağının qərb tərəfində yerləşir. Qafqazın 5 verstlik 
xəritəsində Qarakovmaz formasında (348, s.117) qeyd edilmişdir. Kənddə 1831-ci ildə 49 nəfər, 1873 
- cü ildə 265 nəfər, 1886-cı ildə 356 nəfər, 1897-ci ildə 233 nəfər, 1904 - cü ildə 394 nəfər, 1914 - cü 
ildə 418 nəfər, 1916-cı ildə 322 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.34-35, 118-119). 
1918-ci ildə  kənd erməni təcavüzünə  mə'ruz qalaraq sakinləri azərbaycanlılar tarixi-etnik 
torpaqlarından deportasiya olunmuşdur. 1915-18-cı illərdə Türkiyənin Sasun, Taron və Muş 
vilayətlərindən köçürülən ermənilər və kürdlər burada yerləşdirilmişdir (415, s.34; 85, s.112). İndi 
ermənilər yaşayır. 
Toponim türk dilində «böyük», «təpə», «dağın zirvəsi»,«zirvə» mə'nasında işlənən  qara 
sözündən (339, s.256) və türkdilində kənd mə'nasında işlənən köy sözünün forması olan koy sözü ilə 
(339, s.282) «dağın cənub yamacı», «yüksəkliyin meşəsiz tərəfi», «dağın gün düşən tərəfi» mənasında 
işlənən mes(maz - İ.B) sözünün (339, s.369) birləşməsindən əmələ gəlmişdir. «Böyük dağın, təpənin 
gün düşən, cənub tərəfində olank ənd» mə'nasını ifadə edir. Orotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Erm.SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı  dəyişdirilib Nerkin Sasunaşen 
qoyulmuşdur.  
Aşağı Qaraçimən-Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan 
rayonunda kənd. Rayon mərkəzindən 5 km şimal-şərqdə yerləşmişdir.  
Kənddə 1831-ci ildə 11 nəfər, 1873 - cü ildə 63 nəfər, 1886-cı ildə 225 nəfər, 1897-ci ildə 34 
nəfər, 1904 - cü ildə 216 nəfər azərbaycanlı yaşamışdır (415, s.56-57, 134-135). 1918-ci ilin dekabrın 
axırlarında ermənilər azərbaycanlıları  qırğınlarla qovmuş  və yalnız indiki Ermənistanda sovet 
hakimiyyəti qurulandan sonra kəndin sakinləri öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 210 
nəfər, 1926-cı ildə 154 nəfər, 1931-ci ildə 212 nəfər azərbaycanlı yaşamışdır (415, s.57, 135). 1988-ci 
ilin noyabr ayında ermənilər azərbaycanlıları tamamilə qovmuşdur. İndi ermənilər yaşayır. 
Toponim türk dilində «böyük, geniş» mə’nasında işlənən qara sözü ilə (142, s.271) «yaşıllıq, 
otluq» mə’nasında işlənən çimən (çəmən sözünün dialekt variantı) sözünün birləşməsindən  əmələ 
gəlib «böyük çəmənlik» mənasını bildirir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Aşağı Qarxın - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) 
rayonunda kənd. Rayon mərkəzindən 16 km cənubda, Böyük Qarasu çayının yanında yerləşir. «İrəvan 
əyalətinin icmal dəftəri»ndə (143, s.37), Qafqazın 5 verstlik xəritəsində (348, s.123) qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 318 nəfər, 1873-cı ildə 369 nəfər, 1886-cı ildə 420 nəfər, 1897-ci ildə 586 
nəfər, 1904 - cü ildə 568 nəfər, 1914 - cü ildə 604 nəfər, 1916-cı ildə 631 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.82-83, 152-153). 1918-ci ildə  kənd erməni təcavüzünə  məruz qalaraq sakinləri 
deportasiya olunmuş, kəndə 1915-18-cı illərdə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. 
İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar tarixi-etnik 
torpaqlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 169 nəfər, 1926-cı ildə 201 nəfər, 
1931-ci ildə 212 nəfər azərbaycanlı yaşamışdır (415, s.83, 153). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı 
ilə kənddə yaşayan azərbaycanlılar 1948-49 - cu illərdə zorla tarixi-etnik torpaqlarından Azərbaycana 
köçürülmüşdür. İndi ermənilər yaşayır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə