İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə158/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   154   155   156   157   158   159   160   161   ...   168

 
320
azərbaycanlılar 1948-1949 - cu illərdə zorla Azərbaycana köçürülmüşdür. İndi burada yalnız ermənilər 
yaşayır. 
Toponim  şahablı  nəsil adı  əsasında  əmələ  gəlmişdir. Patronomik oykonimdir. Quruluşca 
düzəltmə toponimdir.  
Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Şahap (Şaqap) qoyulmuşdur. 
Şahvarud - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) 
rayonunda dağ. Rayondakı keçmiş Xaratlıq kəndinin  ərazisində yerləşirdi. Oronim titul bildirən  şah 
sözü ilə bulaq hidronimi əsasında yaranıb. 
Şalıbulaq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) 
rayonunda kənd. Rayon mərkəzindən 9 km cənub-qərbdə, Araz çayının sol sahilində yerləşir. Qafqazın 
5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.293). Erməni mənbələrində  Şavarud kimi yazılır (415, 
s.64). Kənddə 1831-ci ildə 59 nəfər, 1873 - cü ildə 72 nəfər, 1886-cı ildə 116 nəfər, 1897-ci ildə 153 
nəfər, 1908-ci ildə 96 nəfər, 1914 - cü il də 128 nəfər, 1916-cı ildə 132 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.64-65, 138-139). 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri 
qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk 
etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 108 
nəfər, 1926-cı ildə 106 nəfər, 1931-ci ildə 96 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.64-65, 138-
139). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə  kəndin sakinləri olan azərbaycanlılar 1948-1949 cu 
illərdə zorla tarixi-etnik torpaqlarından Azərbaycana deportasiya olunmuşdur. Kəndə xaricdən 
köçürülən ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.  
Toponim fars dilində «qaya, möhkəm, bərk» mənasında işlənən şah sözündən (339, s.625) və 
Azərbaycan dilində «möhkəmləndirilmiş  kənd, qala» mənasında işlənən var sözünə (339,s.113) -ud 
şəkilçisinin qoşulmasından  əmələ  gəlmişdir. Relyef əsasında yaranmış mürəkkəb quruluşlu 
toponimdir.  
Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Uşakert qoyulmuşdur. 
Şaverdilər - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda 
kənd. Qafqazın 5 verstlik xəriətsində qeyd edilmişdir (348, s.293). Kəndin digər adı, «Şahverdiuşağı» 
olmuşdur (415, s.28). Kənddə 1886-cı ildə 238 nəfər, 1897-ci ildə 217 nəfər, 1904 - cü ildə 111 nəfər, 
1914-cü
   
ildə 147 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.28-29, 114-115). 1918-ci ildə  kənd 
ermənilərin təcavüzünə  məruz qalaraq sakinləri deportasiya olunmuşdur.  İndiki Ermənistanda sovet 
hökuməti qurulandan sonra 1923-1924 - cü illərdə sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda 
bilmişlər. Burada 1926-cı ildə 87 nəfər azərbaycanlı yaşamışdır (415, s.28-29). 1930 - cu ildə 
kollektivləşmə ilə  əlaqədar kənd ləğv edilmişdir.  İndi xaraba kənddir. Toponim Şahverdilər 
(Şahverdilər uşağı) nəsil adı  əsasında  əmələ  gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə 
toponimdir. 
Şahdağı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) 
rayonunda dağ. Rayonun Cil kəndi ilə Azərbaycanın Gədəbəy rayonu arasında yerləşir. Qafqazın 5 
verstlik xəritəsində qeyd edilmişdir (348, s.293). Oronim titul bildirən  şah sözü ilə dağ sözünün 
birləşməsindən əmələ gəlmişdir. Mürəkkəb quruluşlu oronimdir. 
Şahəli - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd. Rayon 
mərkəzindən 25 km məsafədə yerləşir.  Şəxs adı əsasında əmələ gələn antropotoponimdir. Quruluşca 
sadədir.  
Erm. SSR AS RH-nin 10. IV. 1947-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Vahaqni 
qoyulmuşdur. 
Şahgəldi qışlağı - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd 
(Yeğeqnadzor) rayonunda kənd. Rayondakı Hors kəndinin yaxınlığında, Səlim çayının sahilində, 
Arpaçayın sağ qolunun yanında yerləşirdi. Erməni (415, s.92), rus (348, s.135) mənbələrində həm də 
Qışlaq kimi qeyd edilir.  
Kənddə 1831-ci ildə 36 nəfər, 1873 - cü ildə 80 nəfər, 1886-cı ildə 112 nəfər, 1897-ci ildə 133 
nəfər, 1904 - cü ildə 133 nəfər, 1914 - cü ildə 146 nəfər, 1916-cı ildə 179 nəfər, 1919 - cu ildə 115 
nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.92-93, 162-163). 1919 - cu ilin sonlarında kənd 
ermənilərin təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda 
sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz doğma yurdlarına dönə bilmişdir. Burada 
1922-ci ildə 42 nəfər, 1926-cı ildə 37 nəfər, 1931-ci ildə 45 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, 


 
321
s.92-93, 162-163). 1940-cı illərdə azərbaycanlılar köçürülərək kənd ləğv edilmişdir.  İndi xaraba 
kənddir.  
Toponim Şahgəldi sözü ilə qışlaq sözünün birləşməsindən əmələ gəlmişdir. Qışlaq şaha məxsus 
olduğunu ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Şahmurad - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək 
(Krasnoselo) rayonu ərazisində qışlaq. Gölkənd kəndinin yaxınlığında yerləşirdi. 1926-cı ildə 6 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.32-33). 1930 - cu ildə  ləğv edilmişdir. Toponim şəxs adı  əsasında 
əmələ gəlmiş antropotoponimdir. Quruluşca sadə toponimdir. ; 
Şahnəzər - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd. 
Rayon mərkəzindən 11 km məsafədə yerləşir. Kənddə ermənilərdən başqa, 1831-ci ildə 6 nəfər, 1897-
ci ildə 3 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır (415, s.80-81, 150-151). 1930 - cu illərdə 
azərbaycanlılar kənddən qovulmuşdur. İndi burada ermənilər yaşayır.  
Toponim şəxs adı əsasında əmələ gəlib. Antropotoponimdir. Sadə quruluşlu toponimdir.  
Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Medzavan (Böyük 
qəsəbə) qoyulmuşdur. 
Şacquran - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Şəmşəddin 
rayonunda qışlaq. 1930 - cu ildə ləğv edilmişdir.  
Toponim sacilər sülaləsinin başçısı Əbu-s-Sac Divdad İbn Yusif ibn Əl-Divdastın (ASE, VIII, 
B., 1984, s.313) adını  əks etdirən Sac sözünün fonetik variantı olan Şac (Azərbaycan dilində s~ş 
səsəvəzlənməsi qanımauyğun haldır) sözünə monqol dilində «düşərgə, hərbi düşərgə», «hasar» 
mənasında işlənən quran (əsli xuren) sözünün (339, s.317-318) artırılması yolu ilə düzəldilmişdir. 
Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Şeyx Hacı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Rayon 
mərkəzindən 17 km məsafədə, Alagöz dağının qərb ətəyində yerləşir. Kəndin adı erməni mənbələrində 
Shacı formasında da göstərilir (415, s.36). Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.296).  
Kənddə 1831-ci ildə 19 nəfər, 1873 - cü ildə 233 nəfər, 1886-cı ildə 245 nəfər, 1897-ci ildə 338 
nəfər, 1908-ci ildə 337 nəfər, 1914 - cü ildə 337 nəfər, 1916-cı ildə 311 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.36-37, 118-119). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq yerli sakinləri 
- azərbay,. canlılar qırğınlarla deportasiya olunmuş  və  kəndə Türkiyədən 
 
köçürülən ermənilər 
yerləşdirilmişdir. İndi ermənilər yaşayır. 
:
  
Toponim Şeyx Hacı şəxs adı əsasında əmələ gəlib «Şeyx Hacıya mənsub kənd» mənasını ifadə 
edir. Antropotoponimdir. ,Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Şqarşik qoyulmuşdur. 
Şenqovit bayat - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonu 
ərazisində  kənd. Qəmərli (Artaşat) rayonunun tabeliyində olarkən  İrəvan  şəhərinin genişləndirilməsi 
ilə əlaqədar 1935-ci ildə İrəvan şəhərinin tabeliyinə verlimişdir (227, s.217-218). Beləliklə, müstəqil 
yaşayış  məntəqəsi (kənd statusunda) kimi ləğv edilmişdir. 1828-ci ilə kimi burada yalnız 
azərbaycanlılar yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra azərbaycanlılar sıxışdırılaraq 
deportasiya olunmuş və kəndə İrandan köçürülən ermənilər yerləşdirilmişdir (386, s.547-550). Burada 
ermənilərlə yanaşı 1831-ci ildə 75 nəfər, 1897-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır (415, s.48-49, 
128). XX əsrin  əvəllərində onlar tamamilə ermənilərin təcavüzünə  məruz qalaraq kənddən 
çıxarılmışdır.  
Toponim türk dilində «yaşayış məntəqəsi», «şenlik» mənasında işlənən şen və «suyun əmələ 
gətirdiyi çökək» mənasında işlənən qovu (< qobu) sözü ilə (253, s.22) bayat türk tayfa adı (399,1, s.56) 
əsasında  əmələ  gəlib, «bayat tayfasının çökəklikdə olan kəndi, yaşayış yeri» mənasını ifadə edir. 
Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.  
Şəki - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. 
Rayon mərkəzindən 6 km şimal-qərbdə yerləşir.  
«İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.150) qeyd edilmişdir.  
Kənddə 1831-ci ildə 148 nəfər, 1873 - cü ildə 445 nəfər, 1886-cı ildə 657 nəfər, 1897-ci ildə 
1191 nəfər, 1908-ci ildə)1605 nəfər, 1914 - cü ildə 1584 nəfər nəfər azərbaycanlı yaşamışdır (415, 
s.76-77, 146-147). 1918-ci ilin avqust ayında azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq 
deportasiya, edilmişdir (309, s.205). Xaricdən köçürülən ermənilər burada yerləşdirilmişdir.  İndiki 
Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönə bilmişdir. Burada 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə