I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri


Əlavə distribusiya prinsipi



Yüklə 405,13 Kb.
səhifə26/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   63
muhazire

Əlavə distribusiya prinsipi. Danışıq axınında fonem variantlarla təmsil olunur. Bu variantlar isə bir-birini istisna edən mövqelərdə reallaşırlar. Məsələn, Azərbaycan dilində /tala/-/tələ/-/tük/-tuş/-/tilə/- /toz/ - /törəmə/ və s.
/t/ /tˈ/ /tˈº/ /tˈº/ /tº/ /tˈ/ /tº/

/t/
Misallardan məlum olur ki, /t/ fonemi reallaşdığı mövqe və fonetik əhatədən asılı olaraq müxtəlif cür səslənir. Onların hamısı işlənməsinə görə bir-birlərini istisna çalarlıqlar olduğundan onlara eyni fonemin variantları və ya allofonları kimi yanaşmaq olar. Allofonlar əlavə distribusiya, yəni biri digərinin işlənməsini istisna edən mövqelərlə nizamlanır. Onların danışıqda paylanması (distribusiyası) bir-birini istisna edən mövqelərdə gəlməsilə şərtlənir. Əgər biz /t/ /t'/ /t'º/ /t'º/ /tº/ /t'/ /tº/ allıfonlarını rəqəmlərlə işarələsək /t1, t2, t3 və s./ onda deyə bilərik ki, /t1/ gələn yerdə t2 və ya t3 gələ bilməz və s.




Fonem və variantlar. Hər bir fonem öz variantlarında, variantlar isə fonlarda (səslərdə) təzahür edir. Fonemdən varianta və variantdan fonemə yol birbaşadır.
Üçlü yanaşmada ikili yanaşmadan fərqli olaraq norma səviyyəsidə fərqləndirilir. İkili (doxotomik) yanaşmada /dil-danışıq/ norma səviyyəsinə yer yoxdur. Bu da dildə variantlar səviyyəsinin öyrənilməsinə əngəl törədir.


Üçlü (ternar, trixotomik) yanaşma
dil, sistem norma danışıq
və ya fonem variant səs (fon)

/t/ /t'/ /t'º/ /t'º/ /tº/ /t'/ [t, t, t, t, t, t] ... n sayda/


/d/ /t/ /d/ /d'/ /d'º/ /d'º/ /dº/ /d'/ [d, d, d, d, d, d] ... n sayda

Hər bir fonemin variantları bərabərhüquqludur və hər biri konkret bir fonemi konkret səslərdə təmsil edir. Fonem nəzəriyyəsində dialektikvəhdət prinsipi o deməkdir ki, hər bir səs müəyyən variant, hər bir variant isə fonem deməkdir. Hər bir fonem öz bərabərhüquqlu variantlarında, onların fiziki varlığı olan səslərdə təzahür edir. Dil daşıyıcılarının sayını, dialektləri, şivələri, fərdi xüsusiyyətləri nəzərə alsaq səslər (fonlar) nqədərdir.





Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə