I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri


Dilin morfoloji sistemi. Morfem anlayışı: илк мянбяляр. Морфемлярин ейниляшдирилмяси, нювляри, експонент вя семантик тясвири. Азярбайъан дилинин морфонолоэийасы



Yüklə 405,13 Kb.
səhifə29/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   63
muhazire

Dilin morfoloji sistemi. Morfem anlayışı: илк мянбяляр. Морфемлярин ейниляшдирилмяси, нювляри, експонент вя семантик тясвири. Азярбайъан дилинин морфонолоэийасы
Bуэцнкц дилчиликдя гябул олунмуш фонем вя морфем ифадя планына аид олан ващидляр кими эютцрцлцр. Анъаг морфем щям дя мяна тяряфиня маликдир. Бу бахымдан о тамамиля мяна планына аид лексемя йахынлашыр. Онларын гаршылыглы ялагясини ашаьыдакы схем айдын эюстярир:
Ифадя планы Мяна планы



Лексем

Фонем

Морфем


Дилчилийя мялумдур ки, фонем вя морфемин лингвистик тящлили ваъиб мясяля кими И.А.Бодуен де Куртенейя мяхсусдур. Артыг 1870-ъи илдя о, сясин инсан дили механизминдя ролуну, онун хал грущу цчцн ящямиййятини гейд едяряк эюстярирди ки, щямин бус яс онун физики хассясинин мцвафиг категорийасы иля цст-цстя дцшмцр. Данышан (Д) нитг ирад едир, динляйян (А) ешидиб реаксийа верир вя онлар данышыг актында (Д вя А) йерлярини ардыъыл олараг дяйиширляр. Бу заман дилчи юз мягсядиня чатмаг цчцн мухтялиф сявиййяляря эюря мцхтялиф мяфщум вя анлайышлары метадилдя тясвир етмяли олур. Яйани шякилдя буну беля эюстярмяк олар:


dil sisteminin səviyyələri səviyyələrin vahidləri
diskurs diskursem
tekstolji tekstem
sintaktik sintaksem
leksematik leksem
morfoloji morfem
fonoloji fonem
Morfologiya dil sistemində fonologiyadan sonra ikinci yerdə gə­lən səviyyədir. Onun vahidi morfem adlanır. Gənc qrammatik­lə­rin dil­çiliyə gətirdiyi morfologiya qrammatikanın bir hissəsi kimi söz for­malarını öyrənməklə məşğul olurdu. A.Şlayxer (1821-1868) mor­fo­logiyanı formalar haqqında elm hesab edirdi.1 Ancaq gənc qram­ma­tiklər hələ morfem terminindən istifadə etmirdilər. İ.A.Bo­duen de Kur­tene morfem anlayışını dilçiliyə gətirməklə mor­fo­logi­yanın isti­qa­mətini və məzmununu dəyişdi.2 Morfem nə ifadə, nə də məna pla­nın­da özü kimi kiçik hissələrə bölünməyən ikitərəfli dil vahididir. Ənə­nəvi planda morfologiya söz forması haqqında təlim kimi götü­rül­məklə iki hissəyə bölünürdü: sözdüzəltmə və sözdə­yişmə Məs., /ba+tı/ və /ba+dan/ və s. Birinci halda /ba/ kök mor­fe­minə /~ tı / söz­düzəldici şəkilçi morfemi əlavə etməklə yeni /ba+tı/ düzəltmə sözü yaranır. İkinci halda həmin kök morfemə /dan/ sözdəyişdirici şəkil­çi morfem artırmaqla yeni forma yaradırıq. Bu zaman düzəlt­mə­lər­lə mürəkkəb sözlər arasında kəskin sərhəd qoyulmur, halbuki on­la­rın fərqləndirilməsi çox vacibdir. Önşəkilçi və şəkilçilərlə düzələn söz­lərə düzəltmələr (məs., /naümit/, /ümitsiz/ və s.), ən azı iki və daha artıq sözdən düzələnləri isə mürəkkəb sözlər (məs.: /gara+gabax/, /əl+üz+jujan/ və s.) adlandırmaq olar. Lakin XX əsr dilçiliyi morfem an­layışını əsas götürərək morfo­logiyanı morfemlər və onların söz­lər­də düzülməsindən bəhs edən elm kimi dəyərləndirir.3 Ona görə də E.Nayda (1914-2011) və baş­qaları qrammatikanı morfemikadan, mor­fem ardıcıllığından və morfologiyadan, yəni sintaktik səviyyədə morfemlərin cümlə struk­turundakı yerini öyrənən elmlərdən ibarət olan sahə kimi müəyyən­ləşdirirlər.4 Morfem bir tərəfdən fonemdən ikitərəfliliyi (fonetik və semantik) və böyüklüyü, digər tərəfdən isə, sözdən kiçik olması ilə səciyyələnir. Bəzən onların sərhədini müəy­yən­ləşdirmək çətin olur. /O, kitab oxuyur // cümləsində /o/ həm fo­nem, həm morfem, həm də sözdür.
Lakin bu, təsadüfi hallarda olur. Bir qayda olaraq, morfem­lər ən azı iki fonemdən ibarət olurlar. Morfem dilin minimal və ele­men­tar vahididir: “morfemdə müəyyən eksponent (səs tərəfi - F.V.) bu və ya digər məna ilə bağlıdır, onun daşıyıcısıdır və b.) o, özü kimi xüsusiyyətləri olan daha sadə hissələrə bölünmür”.5 Bunun aç­ma­sı ondan ibarətdir ki, hər bir morfemin hansı denotatı bildirmə­sin­dən asılı olmayaraq müəyyən mənası olur. Məs., Azərbaycan dilin­də /gız./, /yaz./, /su/ və s. Birincisi insanı, özü də qadın cinsin­dən olan uşağı və ya yetişmiş gənci, ikincisi qışla yay arasındakı fəsli, üçüncüsü isə bəşəriyyətin həyatı üçün son dərəcə əvəzsiz, içi­lən, təmizlik rəmzi olan mayeni bildirir. Bu tərifdə önəmli olan odur ki, onların heç biri özü boyda kiçik hissələrə bölünə bilməz.

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə