I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri



Yüklə 405,13 Kb.
səhifə23/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   63
muhazire

Dilin fonoloji sistemi (IX mühazirə)
Dil çoxkomponentli bir sistemdir və o, bir tərəfdən, danışan tərəfindən söyləmin törən­mə­sini, digər tərəfdən isə dinləyən tərəfindən söyləmin qəbul və dərk edilməsini təmin etməkdir. Da­nışanın fəaliyyəti dinləyiciyə yönəlmiş söyləmlərdə öz biliklərini, fikirlərini, dəyərlən­dir­mə­lə­rini çatdırmaqdan ibarətdir. Dil sistemində aşağıdan yuxarı və yuxarıdan aşağı qarşılıqlı bağlılıq vardır. Aşağı səviyyənin vahidləri fərqləndirməni, yuxarı səviyyənin vahidləri isə bütövlükdə ün­siy­yəti təmin edir. Dil sisteminin fəaliyyəti bu aktlarda semantik və praqmatik komponentlərdə verilməsi nəzərdə tutulan informasiyanın işlənib hazırlanmasından başlayır və fonoloji kompo­nentdə baş verən əməliyyatlarda başa çatır. Dinləyənin fəaliyyəti qəbul edilən söyləmlərdən informasiyanın çıxarılmasından ibarətdir. Bu halda dil sistemi söyləmin işlənib hazırlanmasını fonoloji komponentdən başlayır. Söyləmin interpretasiyası (şərhi) prosesi semantik və praqmatik komponentlərə rəğmən başa çatır.
Səsli (verbal) məlumatın ötürülməsi və qəbulu təbii insan dilinin birlikdə fonetik-fonoloji komponenti yaradan səs vasitələri sayəsində mümkünə çevrilir. Bu komponent mürəkkəb struktura malikdir – morfem, söz və söz formalarının, söz birləşmələrinin, sadə və mürəkkəb cümlələrin maddi cəhətini tərtib edən səs vasitələrini özündə birləşdirir.
Dil sisteminin bu komponentin strukturu və kommunikasiya prosesində fəaliyyəti ilə fonetika məşğul olur. Qeyd edək ki, danışanın tələffüz etdiyi səslərlə dinləyicinin dərk etdyi vahidlər arasındakı qarşılıqlı əlaqənin öyrənilməsi dilçiləri maraqlandıran mühüm məsələlərdən biridir. Klassik fonetka hər bir səsdə 3 aspekti ayırırdı – lakin danışıq üzvlərinin fəaliyyəti səslərin yaranmasının əsas səbəbi hesab edilirdi. Elə buna görə də danışığın artikulyator tərəfi birinci, akustik aspekti isə danışıq üzvlərinin hərəkətinin nəticəsi olduğundan ikinci hesab edilirdi. Bu fikirlə razılaşmayan akustiklər hesab edirdilər ki, şeylərin mahiyyəti onların meydana gəlməsindən daha vacibdir. O.Yespersen yazırdı: “Tərəflərin hər biri özlüyündə düzgün mövqe tutmur, ancaq onların hər ikisi birlikdə haqlıdır”.
Məlumdur ki, bu və ya digər aspektin primatının təyin edilməsi fonetika elminin elmlər arasında yerinə birbaşa təsir edən məsələdir. Hələ F.de Sössür qeyd edirdi, baxım elmin obyektini müəyyən edir. E.F.Yörgensen isə dil səslərinin hərtərəfli tədqiqi üçün hər 3 aspektin – artikulyator, akustik, perseptiv vacib məsələdir.
İ.A.Boduen de Kurtene antropofonika və psixofonetikanı fərqləndirir və birincinin insan səs­lərinin fiziki hadisə kimi öyrənən, ikincisi isə dil sələrilə psixi hadisə kimi öyrənməli olduğunu qeyd edirdi. Onun üçün fonem psixi mahiyyətdir, səs (fon) isə onun bu və ya digər formada təzahürüdür.
F.de Sössürün şagirdi N.S.Trubeskoy da danışıq səsləri haqqında iki fənnin - fonetika fonologiyanın mövcudluğunu iddia edirdi. Biri danışıq aktına, digəri dilə yönəlməlidir. Struktur dilçilikdə fonetikaya səs substansiyasının, fonologiyaya isə həmin dildə səs vahidlərini əlaqələndirən, onun fonoloji sistenini əmələ gətirən münasibətlərin araşdırılmasını aid edirlər.
Fonetika ünsiyyət prosesində səs siqnallarının yaranması, ötürülməsi və qavranılmasını öyrənir. Ünsiyyətdə iştirak edən danışan və dinləyənin fizoloji cəhətdən öyrənilməsinin fonetika üçün heç bir mənası yoxdur. Fonetikanı fizioloji cəhətdən səslərin deyilməsi və eşidilməsi prosesində rolunun nədən ibarət olması maraqlandırır. İnsan təbiətdəki müxtəlif səsləri eşidir,lakin onlar ünsiyyətə xidmət etmirlər. İnsan qulağı onları tərkib hissələrinə bölmür və kompleks kimi eşidir. Fonetikanı dilçiliyin bölməsi kimi maraqlandıran odur ki, insan akustik cəhətdən minimum bir əlamətdən tutmuş (bir-pir), maksimum böyük mətnlərə qədəb bir-birindən seçilən fikirlərin maddi qabığını tələffüz edir və bunları da onun müsahibi dərk edir. Fonetikanı məhz bu prinsiplərin aşkar edilməsi maraqlandırır. Fono­logiyaya gəlincə demək lazımdır ki, o, fonetik müxtəlifliyi eyniləşdirir, eyniliyi isə müxtəlifləşdirə bilir. Elə qarşılıqlı anlama da bu prinsipə əsaslanır. Məsələn,
/t1/ /t2/ /t3/

/t/
Qeyd edək ki, N.S.Trubeskoyla razılaşdıqda ünsiyyətdə rst gəlinən bəzi hadisələri izah etmək mümkün olmur. Məs. rus dilində /ou/ diftonqvari tələffüzü //touk/ normal sayılır, lakin dilinfonoloji sistemində saitlərin diftonqoid/qeyri-diftonqoid qarşılaşması yoxdur. Azərbaycan dilində sözün və morfemin mütləq sonluğunda /r/ sonor samiti karlaşır. Lakin dilimizin fonoloji sistemində sonor samitlərin karlığa və cingiltiliyə görə qarşılaşması mövcud deyildir. Beləliklə, elə hadisələr var ki, onlar dilin fonoloji sisteminə daxil deyil, sırf fonetik xarakter daşıyır, lakin fo­nologiya onlarsız keçinə bilməz. Bütün bunlar fonetikanı fonologiyadan kəskin fərqlən­diril­mə­sinin yanlış olduğunu göstərir.


L.V.Şerba və onun davamçıları fonetika ilə fonologiyanın ayrılması ideyasını qəbul et­mir­lər. Fonetika fonetika ilə sız bağlıdır və onun tərkibinə səs hadisələrini xüsusi linqvistik, yəni funk­sional tərəfdən öyrənən elmə kimi daxildir.
Fonologiya dilin səs stratumunu (qat, lay) daxil olan funksional səs vahidləri ilə məşğul olurş Bu vahidlər (xətti (fonem) və xəttüstü (superseqment, prosodik), yəni xətti vahidlərin üstünə sərilən vahidlərdən ibarətdir. Onlar sanki dil vahidlərinin ifadə planının konstitutiv (tikinti, yaradıcı) keyfiyyətində çıxış edirlər, və məna (məzmun səviyyəsilə) dolayısı ilə əlaqəlidirlər.
Fonetika dar mənada dilin səs vahidlərinin fiziki (akustik) və bioloji (artikulyator + persepriv (dərketmə)) aspektlərdə araşdırılması ilə məşğul olur. Bəzən fonetikanı artikulyator (səslərin yaranması), akustik (səslərin fiziki xüsusiyytələri) və auditiv fonetika (səslərin qəbul edilib dərk edilməsi) və s. kimi fərqləndirirlər.

Fonetika geniş mənada


Fonologiya (funksional fonetika) fonetika (dar mənada)


Artikulyator fonetika Akustik fonetika Perseptiv (dərketmə) fonetika


Fonologiya da öz növbəsində xətti (seqment), bir-birini izləyən vahidlərin ardıcıllığı ilə məşğul olan, qeyri-xətti, surpaseqment, superseqment, yəni xətti vahidlərin üzərinə sərilən prosodik vasitələr (vurğu, ton, intonasiya) öyrənən bölmələrə parçalanır. Bundan başqa, fonologiyanın daxilində fonematikanı (fonemika), və prosodiku (prosodemikanı) fərqləndirirlər. Qeyri-hecalı dillərdə fonem morfem və sözlərin eksponentlərində minimal funksional diskret dil vahidi kimi çıxış edir (məsələn, türk, hind-Avropa dilləri). Qeyri-fonemli dillərdə (hecalı) minimal vahidlər kimi analoji rolu heca yerinə yetirir. Konstitutiv fonoloji vahid kimi heca çıxış edir və onu sillabem adlandırırlar.
Superseqment fonologiyada tonu öyrənən tonologiya, söz vurğusunu öyrənən aksentologiya və intonasiyanı öyrənən intonologiya fərqləndirilir.

fonologiya


seqment fonologiya superseqment fonologiya



fonem haqqında heca haqqında tonologiya aksentologiya intonologiya
təlim (fonemika) təlim (sillabemika)

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə