I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri


Fonem anlayışının meydana gəlməsi



Yüklə 405,13 Kb.
səhifə24/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   63
muhazire

Fonem anlayışının meydana gəlməsi
Fonem anlayışının dilçiliyə gətirilməsində primatlığın kimə məxsus olması hələdə mübahisəlidir. Fonem anlayışının dilçilik elminə gətirilməsini ingilislər N.Kruşevskinin, polyaklar həmyerliləri B.K.Malinovskinin, ruslar İ.A.Boduen de Kurtenenin, avropalılar isə A. Difriş-Desegenetin adı ilə əlaqələndirirlər. Qeyd edək ki,M.A.Kazımbəy də “Türk-tatar dilinin ümumi qrammatikası” əsərində canlı danışığın öyrənilməsini, mövqe və əhatə ilə şərtlənən əvəzlənmələrin /olub-olup/, /ibtidai-iptidai/ /b-p/ fərqləndirilməsini təklif edirdi.
Fonem məsələsi Boduenin yaradıcılığının ana xəttini təşkil edir. Yaradıcılığının ilk dövründə morfoloji, daha sonra isə psixoloji zəmində dayanmışdır. 1868-ci iləd magistrlik dissertasiyasında yazırdı: “səsin fiziki təbiəti onun xalqın ruhunda, dilin mexanizmində malik olduğu mənaya uyğun gəlmir”. Bu fikirləri o, tələbəsi N.Kruşevskidən (N.Kruşevski Boduenin tələbəsi olmuşdur) təqribən 20 il əvvəl səsləndirmişdir. 1876-cı ildə o yazırdı “N.Kruşevski həmin ildən mənim mühazirə və seminarlarımda iştirak edirdi və səs əvəzlənmələri ideyasını onda əxz edib”. Boduen yaradıcılığının ilk dövrlərində fonemə morfoloji prinsipdən yanaşmış, lakin sonralar psixoloji mövqeyə keçmişdir. O yazırdı: “Fonem dilin psixi vahididir, yəni fonetik cəhətdən bölünməzdir”.
O, 1885-ci ildə “Fonetik əvəzlənmələr nəzəriyyəsinə bir cəhd” məqaləsində yazırdı: “Mən əvvəl­lər fonem dedikdə başqa bir şey başa düşürdüm, özü də istər bir dil, istərsə də bir neçə qohum dil sahəsində müqayisələrdə fonetik xüsusiyyətlərin o məcmusunu başa düşürdüm ki, o, ayrilmaz bir vəhdət təşkil edir”.
Dilçilikdə fonem nəzəriyyəsinin ustadı Boduenin peterburqlu tələbəsi L.V.Şerba hesab edilir. L.V.Şerbaya görə, fonemlər, o cümlədən dilin səs tərəfi müstəqilliyə, avtonomluğa malik­dir. Məsələn, Azərb. dilində /qala/ və /gala/ sözləri vardır. İkinci sözdəki /a/ həmin sözdən mor­foloji sərhəd vasitəsilə ayrıla bilir. Birinci sözdəki /a/ isə bu cür ayrıla bilmir. Deməli,ayrılıqda heç bir mənaya malik olmayan /a/-lar verilmiş sözlər daxilində müxtəlif formaların yaranmasını təmin edir. Digər tərəfdən, /ayaza/ və /ayazı/ misallarında paradiqmada /a/ və /ı/ vasitəsilə bir qrammatik forma digərindən fərqlənir. /a/ və /ı/ ayrılıqda heç bir məna daşımır. Bu yolla aparılan təhlildən L.Şerba belə bir qənaətə gəlir ki, dildəki bütün fonemlər müstəqilliyə malikdir, ən azı potensiyada mənaya malikdir. Eyni zamanda o, sübut etmişdir ki, fonem dərketmə vahididir.
Fonemə verilnə bəzi tərifləri sadalamaq istərdik: L.V.Şerba “Səsin psixikamızda daimi mövcud olan təsəvvürünü, yəni eyni vaxtda tələffüz üzvlərinin mürəkkəb kompleks hərəkətindən yaranan akustik təəssüratı fonem adlandıracağıq”.
L.V.Şerba fonemə belə tərif verir: “Fonem dildə ən kiçik ümumi təsəvvürdür ki, onun məna təsəvvürləri ilə əlaqəyə girmək və sözləri fərqləndirmək qabiliyyəti vardır”.
F.de Sössür: “Fonem akustik təəssüratların və artikulyator hərəkətləri məcmusudur, eşidilən və deyilən vahidlərin məcmusudur, onlardan biri də digərini ehtiva edir, beləliklə, o mürəkkəb vahid olub, həm bu, həm də digər zəncirdə dayağı vardır”.
N.S.Trubeskoya görə, “fonem səs tutumunun fonoloji cəhətdən relevant əlamətlərinin məc­mu­su­dur”. L.R.Zinderə görə, “fonem zamanca bölünməyən (düz xətt boyunca) ən kiçik vahiddir, ancaq quruluşca o bir neçə əlamətə malikdir, onlardan bəzisi başqa fonemlərlə ümumi cəhətinə görə səciy­yələnirsə də, digərləri onu başqalarından fərqləndirməyə xidmət edir. Beləliklə, fonem hər bir fonetik mövqedə müəyyən variantlarda təmsil olunur ki, onlada real danışıqda səslərlə şəklində maddiləşir”. Y.S.Maslova görə,”dilin ən kiçik səs vahidi fonem adlanır ki, o da söz və mor­femlərin yeganə zahiri fərqləndiricisidir”. Fonem barədəki fikirləri belə ümumiləşdirmək olar: “fonem mücərrəddir, fonem danışıqda səslər vasitəsilə reallaşır, fonem dərketmə vahididir, fo­nem söz vəsöz formalarını bir-birindən fərqləndirir, fonem ayrılıqda heç bir mənaya malik deyildir, lakin o potensiyada məna ilə bağlıdır. Fonem parçalanmaz vahiddir, ona görə də ona minimal dil vahidi deyirlər ”.



Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə