I e. n. Quliyev Tacəddin Fəzrəddin oğlu



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə2/15
tarix17.09.2018
ölçüsü1,11 Mb.
#69068
1   2   3   4   5   6   7   8   9   ...   15

Giriş 

Bazar münasibətlərin şəraitində müəssisə və firmalar hüquqi şəxs 

kimi  iqtisadi  cəhətdən  müstəqil  olurlar.  Müstəqil  qaydada 

münasibətlərə  və  əlaqələrə  girən  müəssisə  və  fıımalar  hüquqi  şəxs 

kimi  iqtisadi  cəhətdən  müstəqil  olurlar.  Müstəqil  qaydada 

münasibətlərə  və  əlaqələrə  girən  müəssisə  və  firmalar  maliyyə 

vəziyyətlərini  yaxşı-  laşdınnaq  üçün  bir  növ  mübarizə  meydanına 

atılmış  olurlar.  Lakin  maliyyə  fəali>q/ətini  qiymətləndiımək  üçün 

təsəırüfat  subyektləri  aramsız  olaraq  özlərinin  maliyyə  vəziyyətinə 

təsir edən daxili və xarici amillərin tədqiqi ilə məşğul olmalıdırlar. Bu 

baxımdan  təhlilin  rolu  əvəzedilməzdir.  İqtisadi  (maliyyə)  təhlili 

idarəetmə  mədəniyyətinin  əsas  həlqələrindən  biri  olub  təsərrüfat 

fəali^'yəti  və  maliyyə  vəziyyəti  haqqında  yekun  qərarların 

verilməsində mühüm rol oynayır. Ancaq idarəetməni informasiyasız 

təsəvvür etmək olmaz. Müəssisə və finnaya münasibətdə infonnasiya 

daxili və xarici olur. 

Təcrübə göstərdiyi kimi, bazar münasibətləri şəraitində müəssisə 

və  firmaların  daxili  infonnasiyadan  daha  çox  xarici  infonuasiyaya 

ehtiyacı yaranır. Bu isə hər şeydən əvvəl, bazar iqtisadiyyatının ma- 

hij'yətindən,  bazarın  konyukturasından  və  eləcə  də  müəssisə  və 

firmaların maliyyə vəziyyətinin daha çox xarici amillərin təsirindən 

asılı olmasından irəli gəlir. 

İndiki  şəraitdə  maliyyə  təhlili  müəssisə  və  finnaların  maliyyə 

vəziyyətlərinin  yaxşılaşmasına  şərait  yaradan  ehtiyat  mənbələrinin 

aşkar  edilməsinə  yönəldilməlidir.  Sonda  isə  maliyyə  vəziyyətini 

xarakterizə  edən  göstəricilər  sistemi  xüsusi  əmsallar  vasitəsi  ilə 

qiymətləndirilməlidir. 

Təəssüflə  qeyd  etmək  lazımdır  ki,  respublikada  müəssisə  və 

firmaların 

konkret 


maliyyə 

vəziyyətlərinin 

təhlili 

və 


qiymətləndirilməsi  ilə  məşğul  olan  təşkilat  və  ya  qurum  yoxdur. 

Bazar iqtisadiyyatı cəhətdən inkişaf etmiş ölkələrdə emitentlərin və 

finnaların  maliyyə  vəziyyətinin  təhlili  və  qiymətləndirilməsi  ilə 

məşğul  olan  kompaniyalar  vardır.  Məsələn,  ABŞ-da  bu  məsələ  ilə 

“Den end Brcdberi” kompaniyası, “Robert Morris assosieyts’’ finnası 

və Qiymətli Kağızlar üzrə Komissiya məşğul olur. 

Qeyd edək ki,  bu monoqrafiya iqtisad  yönümlü ali məktəblərin 

bakalavr  və  magistr  pilləsi  üçün  və  eləcə  do  müəssisə  və  firma 

sahibləri üçün nəzərdə tutulmuşdur. 

Mür>IUfIərdəıı 



Fəsil 1. Maliyə təhlilinin nəzəri əsasları 

1.

 

Maliyyə təhlilinin mahiyyəti və əhəmiyyəti 

Təsorrüfatçılığm əsas metodlarından biri olan bazar iqtisadiyyatı, 

sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir fərddən (biznesmendən) 

yüksək çeviklik və aramsız maliyyə təminatı tələb edir. Bu baxımdan 

firmanın maliyyə vəziyyətinin müntəzəm təhlili fərdlər qarşısında bir 

zərurət  kimi  durur.  Belə  ki,  maliyyə  təhlili  bazar  iqtisadiyyatında 

firmanın idarə olunmasının vacib funksiyası kimi çıxış edir. 

Maliyyə  təhlilinin  başlıca  mahiyyəti  ondan  ibarətdir  ki,  o 

müəssisə  və  fimıanm  (səhmdar  cəmiyyətin)  bazar  münasibətlərində 

rəqabətə dözümlük səviyyəsini müəyyənləşdirir və maliyyə vəziyyəti 

haqqında  konkret  informasiyanın  əldə  olunmasına  bilavasitə  imkan 

yaradır. 

Qeyd edək ki, indiyə qədər maliyyə təhlilinə və onun inkişafına 

lazımi  diqqət  verilməmişdir.  Bu  isə  hər  şeydən  əvvəl,  ona  olan 

ehtiyacın  və  şəraitin  olmamasından  irəli  gəlirdi.  Lakin  bazar 

iqtisadiyyatına  keçid,  rəqabət  və  s.  kimi  amillər  bu  elmin  nəzəri 

problemlərinin öyrənilməsi tələbini qarşıya qoydu. 

Bazar iqtisadiyyatı cəhətdən inkişaf etmiş ölkələrin, o cümlədən 

Rusiyanın təcrübəsi göstərir ki, maliyyə təhlilinin ardıcıl aparılmasına 

üç cür yanaşma var; 

 

kapitalın səmərəli istifadə edilməsini əks etdirən göstəricilərin 



hesablanması  və  qiymətləndirilməsi,  kapitalın  tərkibinin  və 

strukturunun öyrənilməsi, eləcə də tədiyə qabiliyyətinin və maliyyə 

sabitliyinin tədqiqatı; 

 



firmanın  və  ya  səhmdar  cəmiyyətinin  maliyyə  möhkəmliyini 

və onun aktivlərindən səmərəli istifadə edilməsini qiymətləndirmək; 

 

bütövlükdə  mühasibat  balansının  maddələri  üzrə  vəziyyəti 



yoxlamaq,  likvidlik  əmsalını  qiymətləndirmək  və  ümumilikdə 

firmanın fəaliyyətinin nə dərəcədə səmərəli olmasını aşkar etmək. 

Fikrimizcə, 

buraya 


həmçinin 

müəssisə 

və 

firmanın 



özünümaliyyə- 


ləşdirmə  səviyyəsinin  və  eləcə  də  bunun  üçün  zəruri  olan  maliyyə 

vəsaitlərindən səmərəli istifadə etmək yollannı tədqiq etmək aiddir. 

Qeyd  edək  ki,  maliyyə  təhlilinin  ardıcıl  aparılması  üzrə  başqa 

cəhdlər də vardır ki, onlar da mübahisəli xarakter daşıyır. 

Beləliklə,  biznes  fəaliyyəti  ilə  məşğul  olan  hər  bir  sahibkar 

müəyyən  kapitala,  daha  doğrusu  maliyyə  resurslarına  malik 

olmalıdır.  Maliyyə  resursları  müasir  şəraitdə  iki  mənbə  hesabına 

formalaşır:  xüsusi  və  cəlb  edilmiş  (borc)  vəsaitlər.  Bu  vəsaitlər 

hesabına  kapitalın  bütöv  dövriyyəsi  təmin  edilir  və  son  nəticədə 

maliyyə  vəziyyəti  müəyyən  olunur.  Kapitalın  dövranı  aşağıdakı 

formula üzrə reallaşır: 

Pul  (əmək vəsaitləri və  əşyalar)  - işçi qüvvəsi  -  istehsal  - hazır 

məhsul - satış (pul). 

Maliyyə baxımından isə bu əsasən iki iri mərhələni təşkil edir: 

1-

 

ci  maliyyələşdirmə,  2-ci  mərhələ  maliyyə  nəticələrinin 



formalaşması, bölüşdürülməsi və yenidən bölüşdürülməsi. 

Bu  iki  mərhələ  maliyyə  təhlilinin  əsas  məzmununu  təşkil  edir. 

Burada əsas məqsəd bir-biri ilə qarşılıqlı əlaqədə olan və bir-birini 

tamamlayan  göstəricilər  sistemini,  o  cümlədən  firma  və 

müəssisələrin  maliyyə  vəziyyətini  xarakterizə  edən  əmsalları 

hərtərəfli və dərindən öyrənməkdən ibarətdir. 

Maliyyə təhlilinin predmetini  müəssisə və firmalarda baş verən 

maliyyə - təsərrüfat əməliyyatları, onların nəticələri və formalaşması 

proseseləri təşkil edir. 

Maliyyə təhlilinin obyektlərinə bütövlükdə sahibkarlıq fəaliyyəti, 

müəssisə  və  firmalar  (səhmdar  cəmiyyətləri)  və  müəyyən  mənada 

tədqiqat  obyekti  olan  konkret  maliyyə  göstəriciləri,  o  cümlədən 

tədiyə qabiliyyətini misal göstərmək olar. 

2.

 

Maliyyə vəziyyətinin təhlili və 

analitik proseslərin xüsusiyyəti 

Maliyyə  təhlilində  mühüm  əhəmiyyət  kəsb  edən  anlayışlardan 

biri də müəssisələrin (firmaların) maliyyəsidir. 

Qeyd etmək lazımdır ki, müəssisələrin maliyyəsi onların maliyyə 

vəziyyətlərinə  təsir  edən  ən  başlıca  amillərdən  biridir.  Müasir 

şəraitdə  müəssisə  və  firmaların  maliyyə  baxımından  sabitliyi  vacib 

məsələdir. Belə ki, maliyyə resurslarının formalaşması, səmərəli 



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə