Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə4/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   2   3   4   5   6   7   8   9   ...   65

23 
 
 
Bu sırada əskəri musiqi... H a c i b, eşikağası və hökumət mə’murları girərlər, 
saray qızları da onları izlər. 
 
S a r a y q ı z l a r ı 
 
Sevda?! Bu nədir, Sevda?! 
Etdin bizi sən rüsva. 
Layiqmi adın gəzsin 
Nifrətlə dodaqlarda... 
 
S e v d a 
 
Sevda pək uzaqdır ləkələrdən, 
Ah, uydum o əfsunçuya birdən. 
 
(qədəhi göstərər
 
Şərbətdən içib sanki bayıldım, 
Siz gəldiyiniz anda ayıldım. 
 
H a c i b 
 
(kinli) 
 
Aydındır, əvət, mədrəsələr həp, 
Hər kərpici altında bir əqrəb. 
 
(Xacə Nizamı yaqalar) 
 
Gəl, xain, ədəbsiz, nə cəsarət?! 
 
(Qolunu bağlayıb götürürlər
 
S e v d a 
 
Yoq, onda xayır, zərrə xəyanət. 
 
S a r a y q ı z l a r ı 
 
Sevda, gedəlim, Sevda, 
Durmaq yaramaz burda. 
Gəl, gəl, ulu xaqanın 
Qalmış gözü yollarda. 


24 
 
Yoqdur bir eşin əsla 
Ən şanlı saraylarda, 
Bir yosma gövərçinsin, 
Ardınca uçar dünya. 
 
X ə y y a m gələr, onları tamaşa edib dinlər, coşğun bir ahənglə 
 
X ə y y a m 
 
Alqış, bu nə aləm, bu nə tufan? 
Çarpışmada ahəng ilə əlvan. 
Yıldızları göylərdə ararkən, 
Hücrəmdə gülümsər bana birdən. 
 
(Sevdayı süzərək) 
 
Ah, sən, hələ sən... Başqa çiçəksin, 
Bilməm, kimi xoşkam edəcəksin. 
Bir tanrıya lazımsa tapınmaq, 
Zevq əhli tapınsın sana birdən. 
 
H a c i b 
 
Divanəmi? Şairmisin? 
 
X ə y y a m 
 
Əsla!.. 
Peyğəmbər idim, ümmətim olsa. 
 
H a c i b 
 
Gəl, saçma bütün sözləri... 
 
(gedərlər, Sevda dönüb Xəyyamı vurğunca baqışlarla süzər, 
Hacib isə qolundan tutaraq) 
 
Gəl, gəl... 


25 
 
S e v d a 
 
(ətrafa) 
 
Ox, hər kəs olur könlümə əngəl. 
 
(Sevda iki-üç adım yürür, təkrar dönüb baqır
 
X ə y y a m 
 
Gəldin də, niçin pənbə bulutlar kibi aqdın, 
Bilməm, niyə getdin, niyə döndün, niyə baqdın? 
Şimşək kibi çaqdın da, niçin könlümü yaqdın, 
Bilməm, niyə getdin, niyə döndün, niyə baqdın? 
 
(Sevda gülümsər və süzgün baqışlarla uzaqlaşar. Sevda getdiyi sırada 
Xəyyam onu izləyərək) 
 
Sərpildi alev ruhuma süzgün baqışından, 
Sarsıldı da həp bənliyim, ey afəti-devran. 
Gəl, gəl, olayım səndəki hər cilvəyə qurban
Bilməm, niyə getdin, niyə döndün, niyə baqdın?! 
 
Pərdə 
 
İKİNCİ PƏRDƏ 
 
Bazar... Qarşıda çadırçı  və çömləkçi dükanları vardır. Taxçalarda hər dürlü çömlək və saqsı 
sürahi qoyulmuş, işçilər bir yanda çadır toquyurlar, bir yanda çamurdan çömlək, sair saqsı qablar 
yoğurub yaparlar. Yaşıl dalları  ətrafa sarqan iri püsküllü söyüd (bidiməcnun)  altında  şərbətçi sıra 
iskəmlə üzərində oturan müştərilərinə şərbət verir. Ortalıqda başqa şeylər də satılır. Xoca, tacir, köylü 
və sairə alış-verişlə məşğuldurlar. 
 
B i r i n c i s a t ı c ı 
 
(məxsusi bir ahənglə) 
 
Sərin şərbət... Gəl iç, gül şərbətindən. 


26 
 
İ k i n c i s a t ı c ı 
 
Gözəl halva, doyulmaz ləzzətindən. 
 
Ü ç ü n c ü s a t ı c ı 
 
Qızarmış tazə əkmək, tazə qaymaq
Çabuq gəl, durma gəl, fürsətdir ancaq. 
 
Neydə “dəşti” çalınar, gənc çadırçı eyni ahənglə oqur. 
 
G ə n c ç a d ı r ç ı 
 
Bahar olmuş dedim, xülyayə uydum, 
Haman bir gözləri şəhlayə uydum. 
Adım Məcnun deyilkən dərdə düşdüm, 
Vəfasız, yosma bir Leylayə uydum. 
 
Ç ö m l ə k ç i l ə r 
 
(başqa ahənglə) 
 
Çamurdan xəlq olunmuş derlər, insan, 
Qədəh yapdıq biz insan torpağından. 
Sunub mey ta xərabat əhli ondan, 
Unutsun dərdi, gülsün ömrü bir an. 
 
X ə r a b a t i ilə R ə m z i bərabər gəlirlər. 
 
X ə r a b a t i 
 
(ortayaşlı, qarasaçlı çadırçıya) 
 
Bana baq... Ey, bana baq, ustabaşı, 
Gördüyün varmı bizim arqadaşı? 
 
Ç a d ı r ç ı 
 
Kimi?! 


27 
 
R ə m z i 
 
Xəyyamı... 
 
Ç a d ı r ç ı 
 
Xayır, görməmişiz. 
 
X ə r a b a t i 
 
Bəlkə evdən buluruz. 
 
(İki-üç adım yürür) 
 
Ç a d ı r ç ı 
 
Getməyiniz. 
Köçmüş ordan, sataraq var-yoqunu, 
Altı aydır ki, görən yoqdur onu. 
 
R ə m z i 
 
Görünür, ruhunu sıqmış bu diyar. 
 
X ə r a b a t i 
 
Başqa bir ölkəyə varsın, nə çıqar?! 
 
Rəmzi ilə Xərabati yavaş adımlarla getmək üzrə ikən Xəyyam sarıqsız və əbasız olaraq, saçları 
dağınıq, arıq və solğun çöhrə ilə qarşıdan çıqar. O tanınmayacaq dərəcədə  dəyişilmişdir. Satış için 
əlində tutmuş olduğu kitabları uzadaraq onlara göstərir. 
 
X ə y y a m 
 
Alın, əsla ələ keçməz bu kitab. 
 
X ə r a b a t i 
 
O kitabdan eyidir bizcə şərab. 


28 
 
X ə y y a m 
 
(kəskin) 
 
Al dedim, al!.. Yeyəcək əkmək için 
Para lazım... 
 
X ə r a b a t i 
 
(para verir) 
 
Al da rədd ol, miskin!.. 
 
X ə y y a m 
 
(almaz və qızğın) 
 
Sana qalsın sədəqən. 
 
X ə r a b a t i 
 
(əli ilə rədd edər, usanmışcasına) 
 
Haydı, yetər! 
 
R ə m z i 
 
Baqayım bir, nə kitabdır, göstər? 
 
X ə y y a m 
 
İbn Sinayı eşitdinsə, oqu, 
İştə Şərqin o böyük feyləsofu. 
Baq, yaratmış nə böyük xariqələr, 
Bir dəha nuri ki, daim parlar. 
 
(kitabları birər-birər göstərir) 
 
Baq, şu “Məntiq”, bu da “Qanuni-şəfa” 
Bunların qədrini anlar ürəfa. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə