Heyvandarlıq SƏRBƏst iŞ yazıldı



Yüklə 258,43 Kb.
Pdf görüntüsü
tarix09.01.2022
ölçüsü258,43 Kb.
#82739
növüYazı
Notes 210430 142151 ec5



Heyvandarlıq  SƏRBƏST İŞ yazıldı

1. Maldarlıq

Maldarlığın əsas əhəmiyyəti onun süd istehsalı mənbəyi olmasıdır. 

Süd məhsulları – xama, yağ, qaymaq, pendir, şor və s. insanların qidalanmasında mühüm

əhəmiyyətə malikdir. Bu məhsullar orqanizm tərəfindən yaxşı və asan mənimsənilməklə yanaşı,

bunların tərkibi mineral maddələr, fermentlər, vitaminlər və s. ilə zəngindir. Maldarlıqda cütləşmə

əllə, sərbəst və süni mayalanma yolu ilə həyata keçirilir. Əllə cütləşdirmədə insanın nəzarəti ilə

baş verir. Həvəsdə olan düyənin yanına buğa gətirilir və cütləşdirilir. Əllə cütləşdirmə xüsusi

dəzgahın köməyi ilə aparılır. Bu üsülun müsbət cəhəti odur ki, heyvan istənilən vaxtda və planda

cütləşdirilir, taylaşdırma düzgün və asan aparılır. Bu üsulda tam yaşda olan buğaya 80-100 inək

təhkim olunur. Bu üsul damazlıq təsərrüfat üçün əhəmiyyətlidir

Qaramal onlardan alınan əsas məhsulların miqdar vəkeyfiyyətinə əsasən aşağıdakı qruplara

bölünürlər: 

1) Südlük məhsuldarlıq istiqaməti. Bura əsasən Holland, Holmoqor, Yaroslav, Tağıl, Ayrşir, Çerzey,

Hernzey və s. cinslər daxildir. 

2) Südlük – ətlik və ətlik-südlük. Bu qrupa həmdə ikili, qarışıq məhsuldarlığa malik cinslər də

deyilir. Bu əsasən Simmental, Şvis, Kostroma, Lebedin, Alatau, Kavkaz qonuru, Qonur karpat,

Bestujev və s. cinslər daxildir. 

2. Qoyunçuluq

Qoyunlar kövşəyən heyvan qrupuna daxildirlər.

Onlar bütün coqrafi-iqlim şəraitdə yetişdirilə bilir. Bu ondan irəli gəlir ki, qoyunlar çox müxtəlif növ

yemlərdən: yaşıl ot, saman, küləş, ağac yarpağı, kökümeyvəlilər, dən yemləri, köklər və s.-dən çox

yaxşı istifadə edirlər.

Yer üzərində bitən 800 növ bitkilərdən qoyunlar 570-sindən istifadə etdiyi halda qaramal yalnız

50-dən istifadə edirlər. Odur ki, başqa növ heyvanlar əvvəlcə otarılan sahədə sonra qoyunlar

otarıla bilər.

Qoyunların xarakterik xüsusiyyətlərindən biri də odur ki, onlar çox tez yetişəndirlər. Artıq 5-6 aylıq

yaşda onlar cinsi əlaqəyə və artıb-çoxalamğa malik olurlar.

Azərbaycanda qoyun südü başqa məhsullar kimi insanların qidalanmasında mühüm rol oynayır.

Qoyun südü qaramal südündən ona görə üstündür ki, qaramal südü insanlar tərəfindən 92,0 %

mənimsənildiyi halda, qoyun südünün mənimsənilməsi 99,1 % təşkil edir.Quzu təzə doğularkən

3-5 gün müddətində qoyunun südü-ağız südü (bulama) adlanmaqla, onun tərkibi sonrakı

dövrlərdəki süddən özünün qidalılığına görə kəskin fərqlənir. Ağız südünün tərkibində quru

maddə 30%-ə qədər, yağın miqdarı 10%-dən çox, ümumi zülal-16% olmaqla, çox miqdar albumin,

qlobulin və vitaminlər vardır.

3. Quşçuluq. Quş cinsləri. 

Quşçuluq heyvandarlığın intensiv və yüksəksəmərəli sahəsi olub, əhalini dietik məhsul sayılan

yumurta və quş əti ilə sənayeni isə xammalla təmin edir. Toyuq yumurtası insan həyatı üçün çox

lazımlı və gərəkli qida maddələri və aktiv maddələrlə zəngindir. Yumurtanın tərkibində 12-13%

protein, 12% yağ 1% sulu karbonlar olur. Yumurtanın tərkibində olan əvəzolunmaz amin turşuları

insan orqanizmi tərəfindən 96-98% mənimsənilir. Zülalı maddəsində olan lizosim maddəsi



isə bakteriosid xassəyə malikdir. Yumurtada 20-dən çox mineral maddə, A, D, B12 vitaminləri,

riboflarin və pantoten turşuları vardır.

Respublikamızda quşçuluq son zamanlar sürətlə inkişaf etdirilməyə başlanmışdır. Quşların

bioloji xüsusiyyətləri imkan verir ki, onları respublikamızın bütün iqtisadi zonalarında yetişdirmək

olur. Quşçuluq əsasən iri sənaye şəhərləri yaxınlığında daha sürətlə inkişaf etdirilir. Bu onunla

əlaqədardır ki, iri sənaye şəhərləri və qəsəbələrdə əhali çox miqdar məskunlaşmış və onları dietik

yumurta və quş əti ilə təmin etmək mümkün olsun. Məsələn Bakı şəhəri ətrafında Mərdəkan,

Giləzi, Gəncədə Gəncə quşçuluq fabrikləri fəaliyyət göstərir ki, bu da şəhər əhalisini quş əti və

yumurta ilə təmin etməyə imkan verir. Bütün bunlarla yanaşı ekoloji cəhətdən təmiz və damazlığa

yararlı yumurta istehsal etmək məqsədilə ekoloji cəhətdən təmiz iqlim və relyefə malik olan

dağ və dağətəyi rayonlarda da damazlıq quşçuluq kompleks və fermaları tikilir və ya tikilməsi

planlaşdırılmışdır.

Quş əti də həmçinin dietik məhsuldur. Broylerin ağ ətində 20%-dən çox tam dəyərli zülallar, az

miqdara (1-2%) yağ olur və odur ki, onu dietik qida məhsuluna aid edirlər. Ördək və qaz ətinin

tərkibində isə 30%-dən çox yağ vardır, lakin xolesterin olmur. Qazın qara ciyərindən paştet

hazırlanır ki, bu yüksək kalorili delikates məhsuldur. Firəng toyuğu, bildirçin və s. quşların əti də

dietik məhsul sayılmaqla, ov quşlarının ətinin tam ləzzətini verir.

4. Arıçılıq. Arı ailəsi.

Arı ailəsi – bu bir neçə on minlərlə işçi arıdan ibarət olan bir neçə yüz trutni və bir ana arıdan

ibarət olmaqla, hamısı mürəkkəb vahid orqanizm kimi, birləşərək qida hazırlamaqla məşğuldurlar.

Hər bir arı ailəsinin özünə məxsus fərqli xüsusiyyətləri mövcuddur. Buna: qoxubilmə, çiçək

üzərində işləmək qabiliyyəti ifraz etdikləri mumun miqdarı, yuva qurma və yaxud beçə vermək

yolxucu xəstəliklərə davamlılıq qabiliyyəti və s. daxildir. Sağlam arı ailəsinin yuvası həmişə təmiz

olmaqla, xoşagələn qoxuludur. İş arıları tullantıları daşıyıb, çölə tökürlər və peyini çöldə ifraz

edirlər. Pətəyin divarları propolislə suvanaraq arıları qışda soyuqdan qoruyur. Arı ailəsində hər bir

nəsl xüsusi iş görür. 

Bal arıları iki formada çoxalırlar: ayrı-ayrı fərdlərin təkrar istehsal yolu ilə çoxalması və arı

ailələrinin beçə verməsi yolu ilə. Arılar cinsi və qeyri cinsi yolla çoxalırlar. 

Cinsi çoxalma zamanı rüşeyim mayalanmış yumurtadan, qeyri-cinsi çoxalmada isə

mayalanmamış yumurtadan çıxır. Arı ailəsinin bütün fərdləri üç mərhələ inkişafdan keçirlir:

yumurta, süfə və pup dövrü. 

 

5. Atçılıq



Atçılıq — heyvandarlığın qədim sahələrindən biri olmaqla cəmiyyətin mühüm ehtiyaclarını

ödəmək məqsədilə əsrlər boyu yetişdirilmişdir.

Atların yetişdirilməsi, saxlanması, istifadəsi, sınağı, at cinslərinin təkmilləşdirilməsi ilə məşğul

olan qədim heyvandarlıq sahələrindən biri. FAO-nun (BMT-nin Ərzaq və k.t. təşkilatı) məlumatına

(2007) görə dünyada 50 mln. baş at, o cümlədən ABŞ-da 9,2 mln., Çində 7,641, Meksikada 6,26,

Braziliyada 5,7, Argentinada 3,65, Kolumbiyada 2,553, Monqolustanda 2,09, Efiopiyada 1,655,

Türkiyədə 1,2 mln. baş at vardır.

Minik atçılığı və əvvəlcə şərq, sonra isə qərb ölkələrində inkişaf etdiyi halda, qoşqu atçılığı,

xüsusilə ağır iş atları qərb ölkələrində geniş inkişaf etmişdir. Fermer təsərrüfatlarının iş təcrübəsi

göstərir ki, yüngül təsərrüfat işlərini canlı qoşqu vasitəsi ilə görmək daha səmərəli nəticə verir.

Dağ şəraitində at qüvvəsi ilə görülən işlər də çoxdur. Hazırkı şəraitdə atın rolu yalnız onun işi ilə

bitmir. Atçılıq idmanının genişlənməsi yüksək keyfiyyətli atların yetişdirilməsi tələbini irəli sürür.




İppologiya əsasında inikişaf edən xüsusi zootexniyanın bir bölməsi. Müasir Atçılıq

embriologiyaya, populyasiya genetikasına, immunogenetikaya, DNT-nin polimorfizminə, atların

genomunun təsvirinə dair məlumatlara malikdir. Spermanın kriokonservasiyası və embrionun

transplantasiyası metodları, idman atlarının orqanizmində oksidləşmə-reabilitasiya proseslərinin

tənzimlənməsi, cinslərin seleksiya proseslərinin müasir informatika texnologiyaları əsasında

idarə edilməsi metodları işlənib hazırlanmışdır.

6. Donuzçuluq

Heyvandarlıq sahələri içərisində donuzçuluq ən tez yetişən sahə olub, əhalinin qida məhsullarına,

sənayeni isə qiymətli gön-dəri, tük və s.məhsullarla təmin edir. Ət balansında MDB-də qaramal

ətindən sonra donuz əti ikinci yer tutur.  Hazırda donuzçuluğun inkişaf etməsi üçün bu sahəni

mütamadi axım üsulu, ritmik istehsal, binalardan səmərəli istifadə, burada mexanikləşdirilmə

və avtomatlaşdırmadan geniş istifadə etməklə və s. tədbirlər    həyata   keçirilməklə    inkişaf

etdirilmə    məsələsi    qarşıya qoyulmuşdur.   Müasir tipli  donuzçuluq  təsərrüfatlarında,   eləcədə

xarici ölkələrdən Çin, Macarıstan, Kanada və digər ölkələrdə donuzçuluq intensiv inkişaf etdirilir.

Bu ölkələrdə kökəldilən cavan çoşqaların orta sutkalıq artımı 600-700 qram olmaqla, her  1 kq

donuz əti istehsalına az, 3,4-4,5 kq yem vahidi sərf edilir, 1 senter donuz ətinə 2,5-3 adam saat

sərf olunmaqla, 1 sent çəki artımına az məsarif sərf olunur.

Donuzların başqa növ k/t heyvanlarından fərqli olaraq bir sıra təsərrüfat-bioloji xüsusiyyətləri

vardır ki, bunlara aşağıdakılar daxildir. Belə ki, donuzların əsas lazımlı bioloji təsərrüfat

xüsusiyyətlərinə:

1) onların tezyetişkənliyi və çox bala vermə xüsusiyyətidir. Donuzların qabanları-erkəkləri daha

erkən cinSi yetişkənliyə malik olurlar. Dişiləridə bu qabiliyyətə malik olduqlarından onlardan artıq

bir yaşında bala almaq mümkündür.

2) İlin fəsilindən asılı  olmayaraq  ilboyu  eyni qaydada   təkrarlanan cinsiyyət sikli imkan verir ki,

ilin bütün dövrlərində doğuş keçirilsin.

3) Donuzların boğazlıq müddəti qısa olduğu üçün (114 gün) və çox bala alındığı üçün (10-12)

bala bir doğuşda hər doğar ana donuzdan 18-20 və bəzən daha çox bala almaq olar.

4) Donuzlar qısa müddətdə yüksək diri çəkiyə çatırlar. Belə ki, kökəldilən cavan donuzlar 5-7 aylıq

yaşda satış çəkisinə çatır və sutkada 600-800 qram diri kütlə artımı verirlər.

5) Hər 1 kq diri çəki artımına az yem sərf edirlər (broylerdən   sonra). Cavan donuzlar

kökəldilərkən hər 1 kq diri kütlə artımına 5 kq, çox zaman 3,5 kq yem vahidi sərf edirlər. s

6) Donuzlar yüksək ət çıxarına malik olurlar. Kökəldilən donuzların ət çıxarı 75-85% təşkil edir.

7) Donuz ətinin tərkibində piyin çox olması ilə əlaqədar olaraq az miqdarda su vardır (60-65%).

Qaramal və qoyun ətində isə 70-75% su olur. Donuzlar hər şey yeyən heyvanlardır. Onlar müxtəlif

coğrafi iqlim şəraitinə tez öyrəşirlər.

8) Donuzlar həmçinin qüvvəli, şirəli yemləri, mətbəx və yeməkxana qalıqlarını və qida/*- sənayesi

tullantılarını da  həvəslə yeyirlər və yaxşı kökəlirlər.

10) Donuzları yer kürəsinin müxtəlif coğrafi zonaları və müxtəlif  təsərrüfatlar şəraitində

saxlayıb, bəsləmək mümkündür.

7. Yumurta məhsuldarlığı

Yumurtanın kimyəvi tərkibi. Yumurtanın tərkibi əsasən zülal , yağ, karbohidrat, vitaminlərdən ,

piqmentlərdən , qeyri- üzvi və mineral maddələrdən ibarətdir . Onun kimyəvi  tərkibi




yumurtanın növündən , , hissələrindən , təmizlik dərəcəsindən , kateqoriya və  s. asılıdır . Toyuq

yumurtasının tərkibini 74 % su , 12,7 % zülal , 11,5 % yağ , 0,7 % karbohidratlar , 1 % kül təşgil

edir.Yumurta ağında 7 tip zülal müəyyən edilmişdir : Ovalbomin (proteinlərin 65 5-ni təşgil edir),

ovokonalbumin (15%) , ovomukoid (10) , Ovoqloblin , ovomisin və avidin. Yumurta  sarısının

zülallarını lipovitelin (16 %) , ovolivetin (10%) , fosvovitin (9 %)ovovitellin( 6,5% ) təşgil edir .

yumurta ağınının və sarısının pərdəsində olan zülallar keratinə yaxındır. 

Yumurtanın qüsurları . Yumurtanın qüsurlarında asılı olaraq onu yeyinti ücün yararlı , qeyri- tam

keyfiyyətli və texniki istifadə ücün qruplara bölürlər . 

Yumurtanı uzun müddət saxladıqda əmələ gələn qüsurlardan əlavə quşun inkişafı zamanı

yarananlarda olur. Buna yumurtanın icərisində qan laxtası , qabıqsız olanikisarılı , sarısıolmayan

yumurtalar aiddir. 

8. Ət məhsuldarlığı.

Ətin  xarici görnüşünə  rəngi , ətri , konsistensiyası və s. Aiddir. Ətin rəngi heyvanın cinsindən

cinsiyyətindən ,yaşından , köklük dərəcəsindən , kəsilmədən qabakı fizoloji vəziyyətindən ,

kəsildikdən sonra gedən fiziki –kimyəvi proseslərdən və s . asılıdır . Ətin əzələ toxumasının rəngi

ondan olan mioqlobin və qanda olan hemoqlobin maddələri ilə bağlıdır . Axtalanmamış yaxşı

buğaların əti göyə calan tünd qırmızı axtalanmışlarınkı tünd qırmızı , inəyinki parlaq qırmızı , 1,5

yaşadək cavanlarınkı acıq qırmızı , buzovlarınkı acıq cəhrayı rəngdə olur . 

Ətin kimyəvi tərkibi .Ətin kimyəvi tərkibinə müxtəlif  amillər , o cümlədən heyvanın

növü ,cinsiyyəti , yaşı , köklük dərəcəsi və s təsir göstərir.

Ət və ət məhsullarının keyfiyyətini saxlamaq ücün banka konservilərinin istehsalı mühüm yer

tutur . Bu prosesin mahiyyəti ətin hermetik  taralara yığılıb müəyyən müddət ərzində yüksək

temperaturda  sterilizə  edilməsindən ibarətdir. Nəticədə ətin xarab olmasının əsas amili olan

mikroorqanizmilər məhv olunur , ya da onların inkişafı dayanır. Konservilərin istehsalında əsas

xammal kimi heyvan və quş ətindən , subməhsullardan , qandan  kolbasa məmulatından  ,

göyərtidən , yardımcı xammaldan – xörək duzu, ədviyyyat və istifadə olunur. Konserviləri ciy,

bişmiş qızardımış , duzlanmış ət və ət məhsullarından hazırlayırlar. 

9. Süd məhsuldarlığı. 

Normal inək südü ağ və ya sarımtıl rəngdə olmaqla yeni sağılan zaman azca şirintəhər olur. Südün

tərkibi çox mürəkkəbdir. 

Müxtəlif növ heyvanların südü tərkib və xassə etibarilə bir-birindən xeyli fərqlidir.Ən çox istifadə

olunan inək südü, başqa heyvanların südünə nisbətən daha geniş öyrənilmişdir.

Südün zülal maddələri isə əsas məhlul əmələ gətirmir, onun maye hissəsində bərabər surətdə

asılı vəziyyətdə yayılmışdır. Buna səbəb zülal hissəciklərinin nisbətən böyük və liofil xassəli (çox

su çəkə bilən) olmasıdır. Ona görə də bunlar kolloid hissəciklər adlandırılır.Bu hissəciklərin xırda

(50-200 millimikronadək) olmalarına baxmayaraq, bunları ultramikroskop vasitəsilə görmək

mümkündür.

Süd sudan və quru qalıqdan (maddədən) ibarətdir. Quru qalığın əsas hissəsini yağ, zülallar,

süd şəkəri və mineral maddələr təşkil edir. Eyni zamanda, quru qalıqda cüzi miqdarda zülal

olmayan azotlu birləşmələr, fosforitlər, cterinlər, vitaminlər, fermentlər, limon turşusu, piqmentlər,

hormonlar və s. vardır.

Su. Südün tərkibinin оrtа hеsаblа 87,5 %-ni su təşkil еdir. Süd suyu «sərbəst», «əlаqəli»,

«kristаllаşdırıcı» və «şişdirici» sudаn ibаrətdir. Kristаllаşdırıcı sudаn bаşqа bütün su növlərinin



süd sənаyеsində böyük əhəmiyyəti vаrdır. Südün tехnоlоkiyаsındа fiziki-kimyəvi və mikrbbiоlоji

prоsеslər sərbəst suyun bilаvаsitə iştirаkı ilə gеdir.

10. Yun məhsuldarlığı. 

Yun telləri və onların qurluşu  . Qoyun yunu təşgil edən yun telləri nazikliyinə , uzunluğuna və s.

xüsusiyyətinə görə 3 növə ayrılır: 1. Tiftik  ,kecid və ya orta 3. Qılan .Öz növbəsində qılan yun

telləri də 3- çür olur: a) normal qılan  b) quru qılan v) Ölü qılan. 

Bu yun tellərinin yunda nisbətinə görə  də yunun qiyməti və istifadəsi öyrənilir. Odur ki yunu

qiymətləndirməkücün yun tellərini tanımaq və miqdarını təyin etmək mütləq lazımdır. 

Yunun histoloji qurluşu – Yun telləri histoloji qurluşuna görə biri –birindən fərqlənir. Ümumiyyətlə ,

yun xırda buynuzlaşmış hüceyrələrdən ibarət histoloji qurluşa malikdir. Hüçeyrələrinqurluşuna və

yerləşməsinə görə yun tellərində üç təbəqəyə rast gəlməkolur: Pulçuqlu , əsas və özək qatlardır . 

Yunun sıxlığı .  Qoyunların  yun məhsuldarlığının göstəricilərindən  biri də yunun sıxlığıdır. Yunun

sıxlığını öyrənmək , məhsuldarlığını yüksəltmək ücün əsas göstəriçilərdən biridir Yun teli

vahid dəri sahəsində nə qədər çox olarsa yun məhsuldarlığıda bir o qədər çox olar. Zərifyunlu

qoyunlarda digər çinslərə nisbətən  yun daha sıx olur. Belə ki , merinosların 1mm2dəri sahəsində

60-75, ən yaxşı heyvanlarda isə 80-85 , az məhsuldar seyrək yunlu , çıxdaş edilmişlərdə isə 40 və



daha az yunteli olur. 

Yüklə 258,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə