Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə3/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   2   3   4   5   6   7   8   9   ...   65

17 
 
(barmağı şaqağında düşünür, ani bir hərəkətlə şüşədəki dərmandan 
bir az qədəhə töküb Sevdaya verər) 
 
Hələ ilk öncə bu şərbətdən için. 
 
S e v d a 
 
Bu niçindir əcəba, söylə, niçin? 
 
S a b b a h 
 
Evliya türbəti var bunda, inan, 
İçsə hər kim olur azad acıdan. 
Dəyişər taleyi, iqbalı gülər. 
 
S e v d a 
 
İçəməm. 
 
S a b b a h 
 
(sinirli) 
 
Hiç bu olur şeymi, yetər, 
Varsa qəlbində bir az şübhə, niçin 
Bu qadar vaqtımı aldın... 
 
S e v d a 
 
Lakin... 
 
S a b b a h 
 
Sana əyləncəmiyim bən, söylə?! 
 
S e v d a 
 
Pək gözəl, ver içəyim... 
 
(Alıb içir. Sabbah məmnun qalır) 


18 
 
S a b b a h 
 
Baq, öylə. 
 
Bu sırada işıq azalır, ikinci pərdə qalqar, dönməkdə bulunan elektrik kürəsi vasitəsi 
ilə rəngarəng qıvılcımlar görülür. Sevda gözlərini ovuşdurar. 
 
S e v d a 
 
Dəhşət, bu nə əfsanəli türbət, 
Bilməm ki, alavdanmı bu şərbət? 
Sarmış bəni atəşli böcəklər, 
Bir baq, nə qıvılcımlı çiçəklər. 
 
S a b b a h 
 
Aldırma, keçər həpsi. 
 
S e v d a 
 
Xayır, baq, 
Canlandı, dumanlandı su, topraq. 
 
Başındakı ağ ipək örtünü bir yana atar, Sabbah onun üstündəki atlas urbani də alır, 
yalnız incə kömləkdə qalır. Dağınıq, qumral saçları omuzları üzərinə dağılar. 
 
S a b b a h 
 
(gözlərini onun gözləri içərisinə dikərək) 
 
Aldırma, sönər şimdi o zülmət
Hər yanda gülümsər yeni cənnət. 
 
Səhnənin işığı artar. Ətrafda iri çiçəklər və kələbəklər görülür

 
S e v d a 
 
(çocuqca sevinclə) 
 
Ya Rəb, nə lətafət! 


19 
 
S a b b a h 
 
Baq, doğdu günəş, güldü çiçəklər, 
Seyr et, nə gözəl şən kələbəklər. 
 
S e v d a 
 
Dur, rəqs edəcəklər. 
 
Rəqs ahəngi başlanır. Çiçəklər və kələbəklər pəri qiyafətli qızlar olub oynayaraq, 
qıvrılaraq, süzülərək Sevdayı araya alarlar, Sevdada heyrət və həyəcan 
 
S e v d a 
 
Oh... Bən bu tamaşaya vuruldum, 
Gəl, gəl bana, ruhum. 
 
(qızlar onu oqşayaraq uzaqlaşırlar. Sevda qollarını açaraq) 
 
Dur, getmə, aman, köksümə yaslan, 
Gəl, qaçma yanımdan. 
 
S a b b a h 
Baq, başladılar cünbüşə. 
 
S e v d a 
 
(əlilə
 
Sakit... 
Söylənmə, çəkil, get. 
 
(qızlara tamaşa edərək söylədikləri şərqini dinlər. Bu sırada Sabbah 
onun yelpazəsini alaraq onu yellər) 
 
Q ı z l a r 
 
(Sevdaya yaqlaşarlar
 
Ey sevgili afət! Bu nə halət, nə qiyafət? 
Nerdən bu lətafət? 


20 
 
Dan yıldızı qoynunda böyütmüş səni guya
Yoq bənzərin əsla!.. 
Bir busə dilər gözlər o süzgün baqışından, 
Aləm sana heyran. 
Hər yosmayı qısqandıracaq işvələrin var, 
Xoş cilvələrin var. 
 
S e v d a 
 
(yerindən qalqaraq) 
 
Heyrət!.. Nə gözəllik, nə şətarət, 
Seyr et! O nə daşqınca bəkarət. 
 
(qızlara) 
 
Siz kimsiniz, ey qafiləyi-naz, 
Olmaq dilərim bən sizə həmraz. 
 
(Sabbah yarımqəhqəhə ilə gülür) 
 
Q ı z l a r 
 
Bir rəng ilə ahəngə büründük, 
Qarşında göründük, 
Qoşduq da, aqışdıq sana bir an. 
Gəl, nazına qurban! 
Uç, gəl bizə, ey sevgili dilbər, 
Gəl sən də bərabər. 
 
Qızlar süzülərək uzaqlaşarlar. İkinci pərdə qapanar. Sevda təlaşla ilərilər. 
 
S e v d a 
 
Ah, iştə qayıb, getdilər, eyvah!.. 
 
S a b b a h 
 
(öpmək istər
 
Gəl, gəl bana... 


21 
 
S e v d a 
 
(geri çəkilər) 
 
Etdim sana ikrah. 
 
S a b b a h 
 
Nazlanma, deyil könlüm oyuncaq. 
 
(Qolları arasında sıqar) 
 
S e v d a 
 
Rədd ol, yetişir, sayğısız alçaq. 
 
X a c ə N i z a m 
 
(gələr
 
Kimdir bu? Niçin, böylə sayıqlar? 
 
S a b b a h 
 
Bir qız ki, gəlib baxtını yoqlar. 
 
(Sevdayı geyindirər) 
 
Al, urbani gey, haydı, gələn var. 
 
S e v d a 
 
Onlar hanı? Ah, nerdədir onlar? 
 
X a c ə N i z a m 
 
Bir söylə saraydanmı o? 
 
S a b b a h 
 
Bilməm... 


22 
 
X a c ə N i z a m 
 
(açıq qapıdan dışarını göstərər) 
 
Gəl, baq, onu izlər bütün aləm. 
 
S a b b a h 
 
Dəhşət!.. Duramam burda... 
 
(Çıqar) 
 
X a c ə N i z a m 
 
Çəkil, sus... 
 
(Sevdayı diqqətlə süzər, ətrafa) 
 
Girmiş də bəşər cildinə tavus. 
 
S e v d a 
 
Ah, nerdə o dilbər kələbəklər, 
Burdan süzülən canlı çiçəklər. 
 
X a c ə N i z a m 
 
Bilməm... 
 
S e v d a 
 
(sinirli) 
 
Əcəba, səndəmi sapqın? 
Xəyyamı çağır, nerdə o çapqın? 
 
X a c ə N i z a m 
 
Əfv et onu, pək suçlu da olsa. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə