ХүМСҮН ҺӨкмләРИ



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix30.10.2018
ölçüsü1,34 Mb.
#76222
1   2   3   4   5   6   7   8   9   10   ...   26

 

23 


QADININ GƏLİRİNİN XÜMSÜ 

Sual 22:  Ərinin  himayəsində  yaşayan qadının  özü 

üçün əldə etdiyi gəlirə xüms düşürmü?  



Bütün  müctəhidlərin  rə`yi:  Bəli,  onun  xümsünü 

verməlidir.  Lakin  onun  bir  miqdarını  ehtiyaclarına 

xərcləmiş  olarsa,  yalnız  yerdə  qalan  hissənin  xümsünü 

ödəməlidir.

1

  

                  



 

1

 “Tovzihul-məsaili mərace”, 1757-ci məsələ; Nuri, “Tovzihul-



məsail”, 1753-cü məsələ; “Ürvətül-vüsqa”, 2-ci cild, 83-cü məsələ; 

Xamenei, “Əcvibə”, səh.997; Vəhidin katibliyi. 




 

24 


DÖRDÜNCÜ FƏSİL 

SƏRMAYƏ VƏ İŞ ALƏTLƏRİNİN XÜMSÜ

 

İŞ YERİNİN XÜMSÜ 

Sual 23: Tibb məntəqəsinə xüms düşürmü? 

Bütün  müctəhidlərin  rə`yi:  İş  qazancından 

hazırlandıqda xüms düşür.

1

 

Qeyd 1: Tibb məntəqəsi, mağaza və sair iş  yerləri 



sərmayə hesab olunur. 

Qeyd  2:  Məsələnin  fərzi  o  hala  aiddir  ki,  xüms 

ödədikdən  sonra  dolanışıq  xərci  əldə  etmək  mümkün 

olsun.  Dolanışıq  tə`min  olunmadıqda  uyğun  sərmayə 

“ehtiyac duyulan sərmayə” hökmündədir. 



İŞ ALƏTLƏRİNİN XÜMSÜ 

Sual  24:  Diş  həkiminin  iş  alətlərinə  xüms 

düşürmü? 



Bütün  müctəhidlərin  rə`yi:  İş  qazancından 

hazırlandıqda bu alətlərə xüms düşür.

2

 

Qeyd 1: İş alətləri sərmayə hesab olunur. 



Qeyd  2:  Məsələnin  fərzi  o  hala  aiddir  ki,  iş 

alətlərinin  xümsünü  ödəməklə  maaş  əldə  edə  bilər.  Digər 

hallarla bağlı hökm qarşıda qeyd olunacaq. 

                  

 

1

 İmam (r), “Təhrirul-vəsilə”, 1-ci cild, kitabul-xüms, 13-cü məsələ; 



Məkarim, “Tə`liqatun ələl-urvətil-vüsqa”, 59-cu məsələ; Nuri, 

“Tovzihul-məsail”, 1753-cü məsələ; “Ürvətül-vüsqa”, 2-ci cild, 83-cü 

məsələ; Xamenei, “Əcvibə”, səh.951;  Behcət, “Tovzihul-məsail”, 

1401-ci məsələ; Vəhid, “Tovzihul-məsail”, 1804-cü məsələ. 

2

 Xamenei, “Əcvibə”, səh.977; “Ürvətül-vüsqa”, 2-ci cild, kitabul-



xüms, 59 və 62-ci məsələ; Behcət, “Tovzihul-məsail”, 1401-ci məsələ. 


 

25 


BANKA QOYULMUŞ PULUN XÜMSÜ 

Sual  25:  Banka  köçürülmüş  və  gəlirindən  istifadə 

olunan pula xüms düşürmü? 



İmam  (r),  Xamenei,  Fazil,  Sistani  və  Məkarim: 

Banka  köçürülmüş  pul  iş  qazancından  olarsa  xüms  düşür. 

Lakin  xümsü  ödəmək  (hətta  hissə-hissə)  yaşayışını  idarə 

edə bilməməsinə səbəb olarsa, xüms düşmür.

1

 

Nuri, Təbrizi və Behcət: Banka köçürülmüş pul iş 



qazancından olarsa yaşayış üçün lazım olan miqdara xüms 

düşmür.  Lakin  ehtiyacdan  artıq  qalan  miqdarın  xümsü 

verilməlidir.

2

 



Safi  və  Vəhid:  Banka  köçürülmüş  pul  iş 

qazancından olarsa, xüms düşür. Xüms verdikdə dolanışıq 

xərcini ödəyə bilməzsə şər`i hakimə ödəyib sonradan borc 

götürə bilər.

3

 

Qeyd  1:  Banka  köçürülmüş  puldan  əldə  edilən 



qazanca xüms düşür. 

Qeyd  2:  Banka  köçürülmüş  pul  bir  növ 

sərmayədarlıq hesab olunur. 



Qeyd 3: Banka köçürülmüş pul hədiyyə və bu kimi 

yollarla  əldə  olunduqda  əsas  hökmü  daşıyır.  (Hədiyyə 

bölməsinə müraciət edin) 

                  

 

1

 “Ürvətül-vüsqa”, 2-ci cild, 59-cu məsələ; “Məsail”, 1-ci cild, 



səh.708; Məkarim, “İstiftaat”, 2-ci cild, səh.543; Sistani, “Əl məsailul-

muntəxəbə”, 588-ci məsələ; Sistani, “Minhacus-salihin”, 1-ci cild, 

1213-cü məsələ; Xameneinin katibliyi. 

2

 Nuri, “İstiftaat”, 1-ci cild, səh.271; “Tə`liqə” Təbrizi, 32-ci məsələ; 



Təbrizi, “İstiftaat”, səh.948; Behcət, “Tovzihul-məsail”, 1401-ci 

məsələ. 


3

 Safi və Vəhidin katibliyi. 




 

26 


SƏRMAYƏNİN XÜMSÜ 

Sual  26:  Çətinliklə  sərmayə  toplamış  şəxs  xüms 

ödədikdə yerdə qalmış miqdarla dolanışıq məqsədi olan işə 

başlaya bilmədikdə bu sərmayənin xümsünü verməlidirmi? 

(Vəhid  və  Safidən  başqa)  Bütün  müctəhidlərin 

rə`yi: Əgər (hissə-hissə olsa da) xümsü ödədikdə dolanışıq 

əldə edə bilməzsə, xüms düşmür.

1

 

Safi  və  Vəhid:  Xüms  düşür.  Lakin  şər`i  hakimə 



ödəyib  sonradan  borc  götürə  bilər.  (Safi  və  Vəhidin 

katibliyi) 



Nuri,  Təbrizi  və  Behcət:  Sərmayənin  yaşayışın 

tə`mini  üçün  zəruri  olan  hissəsinə  xüms  düşmür.  Artıq 

qalan hissəyə isə xüms düşür.

2

 



QALXMIŞ QİYMƏTİN XÜMSÜ 

Sual  27:  Sərmayənin  (torpaq,  dükan,  maşın  və  s.) 

xümsünü  vermişəm.  Lakin  bir  neçə  il  sonra  onun  qiyməti 

artıb. Artmış qiymətə xüms düşürmü? 

Bütün müctəhidlərin rə`yi: Bəli, xüms düşür.

3

 



Qeyd:  Qeyd  olmuş  cavab  onun  satılmasının  və 

pulunun alınması mümkün olan hallara aiddir. 

                  

 

1



 İmam (r) “İstiftaat”, 1-ci cild, səh.35; Məkarim, “İstiftaat”, 2-ci cild, 

səh.543; Fazil, “Camiul-məsail”, 1-ci cild, səh.765; Sistani, 

“Minhacus-salihin”, 1-ci cild, 1219-cu məsələ; Sistani, “Əl məsailul-

muntəxəbə”, 588-ci məsələ; Xameneinin katibliyi. 

2

 Nuri, “İstiftaat”, 1-ci cild, səh.271; Behcət, “Tovzihul-məsail”, 



1401-ci məsələ; Təbrizi, “Əttə`liqətu əla minhacis-salihin”, kitabul-

xüms, 32-ci məsələ. 

3

 İmam (r) “Təhrirul-vəsilə”, 2-ci cild, 8-ci məsələ; “Əcvibə”, səh.858; 



Sistani, minhacus-salihin, 1-ci cild, 1213-ci məsələ; Təbrizi, 

“İstiftaat”, səh.872; “Ürvətül-vüsqa”, 2-ci cild, 53-cü məsələ; Nuri, 

“İstiftaat”, 1-ci cild, səh.275; Behcət, “Vəsilətun-nicat”, 1-ci cild, 

səh.1380. Safi və Vəhidin katibliyi. 




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə