ХүМСҮН ҺӨкмләРИ



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə5/26
tarix30.10.2018
ölçüsü1,34 Mb.
#76222
1   2   3   4   5   6   7   8   9   ...   26

 

16 


qanunudur.  Beləliklə,  vergi  ödəmək  xümsü  əvəz  edə 

bilməz.


1

 

MÜSALİHƏ 



Sual 8: “Müsalihə” sözünü izah edin. 

Əgər  bir  şəxs  xümsün  vacib  olub-olmaması  və  ya 

onun miqdarı ilə bağlı şəkkə düşsə və ya xümsü ödəməklə 

bağlı  öhdəçilik  götürsə,  həmin  maldan  istifadə  üçün  şər`i 

hakim  və  ya  onun  nümayəndəsinə  müraciət  edə  bilər. 

Beləcə, şər`i hakim bu şəxsə münasib miqdarla keçinər və 

ya onun borclu qalmasını qəbul edər. Bu əməl “müsalihə” 

adlanır.


2

 

XÜMS İLİ 



Sual 9: Xüms ili nədir? 

İnsanın  əkinçilik,  sənət,  ticarət  və  ya  müxtəlif 

müəssisələrdə işləməklə əldə etdiyi qazancın xümsü imam 

(ə)  və  seyidlərə  məxsusdur.  Bu  xüms  qeyb  dövründə 

camiuş-şərait  fəqihə  verilməlidir.  Əlbəttə  ona  1  il 

gözləmək fürsəti verilib. Bu müddətdə özü və ya ailəsinin 

ehtiyacından artıq qalmış miqdarın xümsünü ilin axrınadək 

ödəməlidir.  Bu  göstəriş  əslində  insan  yaşayışında  bir  növ 

asanlıq sayılır. Bu bir illik fürsətə “xüms ili” və ya “vergi” 

ili deyilir.

3

 

                  



 

1

 İmam (r), “İstiftaat”, 1-ci cild, səh.199; Məkarim, “İstifataat”, 1-ci 



cild, səh.333; Təbrizi, “İstiftaat”, səh.853; Safi, “Camiul-əhkam”, 2-ci 

cild, səh.732; Sistani, Vəhid, Xamənei, Fazil, Nuri və Behcətin 

katibliyi. 

2

 “Tovzihul-məsaili mərace”, 1791 və 1792-ci məsələ; “İstiftaat”i–



Təbrizi, səh.970. 

3

 “Ürvətül-vüsqa”, 2-ci cild, 72-ci məsələ. 




 

17 


ÖDƏYİB BORC GÖTÜRMƏK 

Sual 10: Ödəyib borc götürmək nədir?  

Şəxs  əmlakına  vacib  olmuş  xümsü  bir  dəfəyə  ödəyə 

bimədikdə  və  ya  bu  işdə  çətinlik  çəkdikdə  onu  cameuş-

şərait müctəhid və yaxud onun nümayəndəsinə verir; sonra 

həmin  məbləği  ondan  borc  alır  və  tədricən  ödəyir.  Bu  iş 

“ödəyib borc götürmək” adlanır.

1

 

                  



 

1

 Təbrizi, “İstiftaat”, səh.882; Fazil, “Camiul-məsail”, 1-ci cild, 



səh.902; Safi, “Camiul-əhkam”, 1-ci cild, səh.773, 774; Xamenei, 

“Əcvibə”, səh.924. 




 

18 


ÜÇÜNCÜ FƏSİL 

MAAŞ VƏ GƏLİR XÜMSÜ 

MAAŞ ALANLARIN XÜMSÜ 

Sual  11:  Dövlət  işçilərinin  maaşına  xüms 

düşürmü? 



Bütün  müctəhidlərin  rə`yi:  Bəli,  xüms  ilindən 

artıq qaldıqda xüms düşür.

1

 

Sual  12:  Xüms  ili  çatdıqda  dövlətdən  aldıqları 



maaşı bir başa hesablarına köçürən şəxslərin puluna xüms 

düşürmü?  Yoxsa  bankdakı  pulu  olmayanadək  xüms 

düşmür? 

Bütün  müctəhidlərin  rə`yi:  Bir  başa  bankdakı 

hesaba  köçürülən  maaşa  xüms  düşür.  Baxmayaraq  ki, 

hesabındakı pulu bankdan almayıb.

2

 



Sual 13:  Mən  dövlət  işçisiyəm və  hər ay  maaşımı 

bankdakı hesabıma köçürürlər. Xüms ilindən iki gün əvvəl 

xəbərim  olmadan  maaşımı  banka  köçürüblər.  Xüms 

ilindən  on  gün  sonra  bu  işdən  xəbər  tutmuşam.  Əgər 

vaxtında  bilsəydim  maaşı  ehtiyaclarıma  sərf  edəcəkdim. 

Mənim maaşıma xüms düşürmü? 



Bütün  müctəhidlərin  rə`yi:  Xəbəriniz  olmasa  da, 

birbaşa bankdakı hesaba köçürülən maaşa xüms düşür.

3

 

İzah:  Əmlaka  xümsün  düşməsində  elm  və 



cahilliyin tə`siri yoxdur. 

                  

 

1

 “Tovzihul-məsaili mərace”, 1752-ci məsələ; Nuri, “Tovzihul-



məsail”, 1748-ci məsələ; Xamenei, Əcvibə, səh.995; Vəhid, 

“Tovzihul-məsail”, 1760-cı məsələ. 

2

 Nuri, “İstiftaat”, 1-ci cild, səh.273; Sistani, Behcət, Məkarim, 



Xamenei, İmam (r), Təbrizi, Safi, Vəhid və Fazilin katibliyi. 

3

 Xamenei, “Əcvibə”, səh.990; bütün müctəhidlərin katibliyi. 




 

19 


İBTİDAİ SİNİF MÜƏLLİMİNİN XÜMSÜ 

Sual 14: İbtidai sinif müəllimiyəm. Bir il ötdükdən 

sonra  aldığım  maaşın  artıq  qalan  hissəsinin  xümsünü 

ödəməliyəm, yoxsa yox? 

Bütün  müctəhidlərin  rə`yi:  Bəli,  bu  pula  xüms 

düşür.


1

 

TƏLƏBƏNİN QAZANCININ XÜMSÜ 



Sual  15:  Ailəsinin  himayəsində  olan  tələbənin 

gəlirinə xüms düşürmü? 



Bütün  müctəhidlərin  rə`yi:  İş  qazancından 

toplanmış məbləğə bir il keçdikdən sonra xüms düşür.

2

 

Qeyd:  Hədiyyə  kimi  gəlirlərin  hökmü  hədiyyənin 



xümsü hissəsində aydınlaşdırılacaq. 

TƏLƏBƏ TƏQAÜDÜNÜN XÜMSÜ 

Sual  16:  Universitetin  verdiyi  təqaüdə  xüms 

düşürmü? 



Bütün  müctəhidlərin  rə`yi:  Bəli,  xüms  ilindən 

artıq qaldıqda xüms düşür.

3

 

Qeyd: Haqqında danışılan tələbələr nəzərdə tutulan 



müddətdə  universitet  və  ya  müvafiq  nazirlik  tərəfindən 

maaş  alıb  öhdəçilik  götürürlər  ki,  təhsillərini  başa 

vurduqdan  sonra  həmin  maaş  müqabilində  xidmət 

                  

 

1

 “Tovzihul-məsahili mərace”, 1752-ci məsələ; Nuri, “İstiftaat”, 2-ci 



cild, səh.369; Xamenei “Əcvibə”, səh.995; Vəhid, “Tovzihul-məsail”, 

1760-cı məsələ. 

2

 “Tovzihul-məsail mərace”, 1757-ci məsələ; Nuri, “Tövzihul-məsail”, 



1753-cü məsələ; Xamenei, “Əcvibə”, səh.996; Vəhid, “Tovzihul-

məsail”, 1765-ci məsələ. 

3

 “Tovzihul-məsaili mərace”, 1752-ci məsələ; Nuri, “Tovzihul-



məsail”, 1748-ci məsələ; Xamenei, “Əcvibə”, səh.995; Vəhid, 

“Tovzihul-məsail”, 1760-cı məsələ. 




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə