ХүМСҮН ҺӨкмләРИ



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə4/26
tarix30.10.2018
ölçüsü1,34 Mb.
#76222
1   2   3   4   5   6   7   8   9   ...   26

 

12 


verərkən  özlərini  üstün,  qarşı  tərəfi  isə  alçalmış  hiss 

etmələri  mümkündür.  Hansı  ki,  xüms  və  “vəchül-imarə” 

adlanan  verginin  ödənməsində  məsələ  tam  əksinədir. 

Burada xümsü alan şəxs üstün hesab olunur.

1

 

3.  Xüms  elə  bir  büdcədir  ki,  imam  nəzərdə  tutduğu 



xeyir  işləri  bu  büdcə  vasitəsi  ilə  nəzərdən  keçirir  və  onu 

lazım bildiyi istiqamətlərdə sərf edir. (“Allaha məxsus olan 

(xüms)  peyğəmbər  üçündür.  Peyğəmbər  onu  istədiyi 

yerlərdə sərf edir.”

2

 

4.  Xüms  insanın  kamilliyi  və  inkişafı  üçün  vasitədir. 



Hər  bir  şəxs  vəzifələrini  yerinə  yetirməklə  kamillik 

mərhələlərini  keçir.  İnsan  Allaha  yaxınlıq  məqsədi  ilə  və 

dünyaya  arxa  çevirməklə  vəzifəsini  yerinə  yetirir, 

günahlarını  təmizləyir  və  kamilliyə  doğru  hərəkət  edir 

(İmam  Rzanın  (ə)  öz  yaxınlarından  birinə  yazdığı 

məktubda deyilir: “Xüms ödəmək insanın ruzi əldə etmək 

və günahlarının bağışlanma səbəbidir.”

3

 



5. Bu məktəbin əsas hədəfi olan ilahi dinin dirçəlişi və 

İslam  hökumətinin  qurulması  üçün  zəkat  büdcəsindən 

əlavə müstəqil bir büdcə lazımdır. İlahi ədalət hökumətinin 

qurulmasına  doğru  olan  bir  inqilabın  xərclərinin  tə`min 

olunması  üçün  xüms  çox  böyük  sərvətdir.  Həmin 

məktubda  deyilir:  “Xüms  bizim  Allahın  dininə 

yardımımızdır.”

4

 



Hüzur  və  qeyb  dövründə  şiə  məktəbi  xüms  üzərində 

möhkəmlənmişdir.  Xüms  Əhli-beyt  və  onların  ardıcılları 

                  

 

1



 Müraciət edin: Vəsailüş-şiə, əbvabu qismətul-xüms cildi, 1-ci bab, 4 

və 8-ci hədis. 

2

 Həmin mənbə, əbvabul-ənfal, 1-ci bab, 12-ci hədis. 



3

 Həmin mənbə, əbvabul-ənfal, 3-cü bab, 2-ci hədis. 

4

 Həmin mənbə, əbvabul-ənfal, 3-cü bab, 2-ci hədis. 




 

13 


olan  alimlərə  zalım  rejim  qarşısında  möhkəm  dayanmaq 

üçün qüvvə verdi. 

 

 

 



 

 

 



 

XÜMS VƏ SEYİDLƏR 

Sual  5:  Nə  üçün  İslamda  xüms  seyidlərə 

verilməlidir? Bu iş bir növ ayrıseçkilik hesab olmurmu? 

Bir qrup təfsirçilərin fikrincə, zəkatın vaciblik hökmü 

Məkkədə nazil oldu və zəkat ödəmək müsəlmanlara vəzifə 

sayıldı. Lakin İslam Peyğəmbəri (s) Mədinəyə gəlib İslam 

hökuməti  qurduğu  zaman  Allah  tərəfindən  xalqdan  zəkat 

yığmaq əmri aldı. Bu vasitə ilə Peyğəmbər (s) cəmiyyətdə 

imkansızlara 

kömək 

etdi. 


Amma 

Bəni-Haşimin 

(seyidlərin)  bu  büdcədən  istifadə  etməyə  haqqı  çatmırdı. 

Bu göstərişin iki səbəb ola bilər: 

1.  Peyğəmbərin  zəkatı  öz  yaxınlarının  ixtiyarına 

verməsi müxaliflərin əlində bəhanə olmasın. 

Bəni-Haşimin zəkatdan istifadə etməsi başqaları üçün 

üstünlük,  Bəni-Haşim  üçün  isə  kiçiklik  hesab  oluna 

bilərdi. Allah-təala məqam və kəramətlərini qorumaq üçün 

zəkatı  onlara  haram  etdi.  Əlbəttə  seyidlər  bir-birlərinə 

zəkat  verə  bilərlər.  Çünki  bu  alış-verişdə  üstünlük  hissi 

gözə dəymir.

1

 Həzrət Əli (ə) buyurur: “Allah-təala zəkatda 



bizim üçün heç bir səhm ayırmayıb. O, Peyğəmbər və biz 

                  

 

1

 Müraciət edin: “Vəsailüş-şiə”, 6-cı cild, əbvabu qismətil-xüms, 1-ci 



bab, 8-ci hədis. 


 

14 


Əhli-beyti  (ə)  üstün  tutub,  xalqın  malının  çirkini  yeməyə 

qoymadı.”

1

 

Bu  iki  səbəb  Bəni-Haşimin  zəkatdan  məhrum 



olmasına  bais  oldu.  Başqa  bir  tərəfdən  isə  seyidlərin 

arasında  işdən  düşmüş,  yolda  qalmış,  yetim  və  s.  şəxslər 

vardır. Bu şəxslər hansısa yolla tə`min olunmalıdır. Allah-

təala bu boşluğu doldurmaq və onların hörmətini qorumaq 

üçün  Bədr  döyüşündən  sonra  xüms  ayəsini  nazil  etdi. 

Beləliklə  xüms  ehtiyaclı  seyidlər  üçün  ruzi  yeri  oldu. 

Əslində İslamda iki büdcə var: Xüms və zəkat büdcəsi. Bu 

bölgü  seyidlərin  daha  çox  səhm  əldə  etməkləri  üçün  yox, 

cəmiyyətdə hörmət və kəramətlərinin qorunması üçündür. 

Bundan  əlavə,  İslam  nəzərdə  tutur  ki,  seyidlərin  əsil-

nəsili  silsilə  şəklində  mə`lum  olsun.  Peyğəmbər  və 

imamların  xatirəsi  qəlblərdə  yaşasın.  Belə  ki,  seyidlərə 

babaları İslam peyğəmbərinə xatir hörmət göstərilsin.

2

 



 

                  

 

1

 Həmin mənbə, əbvabu qismətil-xüms, 1-ci bab, 4-cü hədis. 



2

 Mütəhhəri, Mürtəza, “Qur`anla tanışlıq”, 3-cü cild, səh.83. 




 

15 


İKİNCİ FƏSİL 

MƏFHUMLAR VƏ TERMİNLƏR 

“MƏUNƏ” SÖZÜNÜN MƏFHUMU 

Sual 

6:  “Məunə”  söüzünün  mahiyyət  və 

məfhumunu izah edin. 

İnsan  həyatındakı  xərclərə  “məunə”  deyilir.  Onun 

aşağıdakı yönümləri var: 

1. Şəxsi xərclər. Məsələn: Yemək, geyim, ev, yaşayış 

vasitələri,  minik  vasitələri,  təhsil  vasitələri,  kompüter, 

evlənmə xərcləri və s. 

2. Hədiyyələr. Məsələn: Xeyriyyə, sədəqə, caizələr və 

s. 

3. Vacib və müstəhəb həcc səfərinin xərcləri, ziyarət 



səfəri, gəzinti və istirahət. 

4.  Öhdədə  olan  haqlar.  Məsələn:  Diyə,  vergi  və 

kəffarə.

1

 



Qeyd: İnsanların ehtiyaclarından əlavə olan xərclər 

“məunə” hesab olunmur. Beləliklə, ilin başlanğıcınadək el 

arasında israf hesab olunan və deyilənlərdən artıq xərclərin 

xümsü ödənməlidir. 



XÜMS VƏ VERGİ 

Sual 7: Xüms ilə verginin fərqini bəyan edin. 

“Xüms”  ilahi  və  ibadi  bir  vacibatdır.  Onda  Allaha 

yaxınlıq  qəsdi  mö`təbərdir.  Lakin  vergi  xümslə  ziddiyyət 

daşımayan,  zaman  və  məkan  şəraitinə  tabe  olan  hökumət 

                  

 

1



 “Ürvətül-vüsqa”, 2-ci cild, kitabül-xüms, 61-ci məsələ. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə