35
ALTINCI FƏSİL
MEHRİYYƏ VƏ İRSİN XÜMSÜ
MEHRİYYƏNİN XÜMSÜ
Sual 40: Qadının mehriyyəsinə xüms düşürmü?
(Behcətdən başqa) bütün müctəhidlərin rə`yi:
Xeyir.
1
Behcət: İlin xərcindən artıq qalarsa vacib ehtiyata
əsasən xümsü verilməlidir.
2
İRSİN XÜMSÜ
Sual 41: Yaxın qohumlardan (ata, ana və həyat
yoldaşı) çatan irsə xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Xeyr.
3
Sual 42: İrs qalmış əmlakın bugünkü qiyməti
qalxdıqda, onu satarkən artmış miqdarın xümsü
verilməlidirmi?
İmam (r), Xamenei, Təbrizi, Sistani, Nuri, Behcət
və Vəhid: Xüms düşmür.
4
1
“Tovzihul-məsaili mərace”, 1754-cü məsələ; Nuri, “Tovzihul-
məsail”, 1750-ci məsələ; Xamenei, “Əcvibə”, səh.861; Vəhid,
“Tovzihul-məsail”, 1762-ci məsələ.
2
Behcət, “Tovzihul-məsail”, 1378-ci məsələ.
3
“Tovzihul-məsaili mərace”, 1754-cü məsələ; Nuri, “Tovzihul-
məsail”, 1750-ci məsələ; Xamenei, “Əcvibə”, səh.858; Vəhid,
“Tovzihul-məsail”, 1762-ci məsələ.
4
İmam (r), “İstiftaat”, 1-ci cild, səh.87; Təbrizi, “İstiftaat”, səh.967;
Xamenei, “Əcvibə”, səh.858; Nuri, “İstiftaat”, 2-ci cild, səh.360;
Vəhid, “Tovzihul-məsail”, 1778-ci məsələ; Behcət, “Vəsilətun-nicat”,
1380-cı məsələ.
36
Məkarim və Safi: Artmış miqdar satılan ilin gəliri
hesab olunur və xüms ilindən artıq qaldıqda onun xümsü
verilməlidir.
1
Fazil: Artmış miqdar ilin gəliri hesab olunur.
Xüms ilindən artıq qalarsa ehtiyata əsasən xümsü verilsin.
2
Sual 43: İrsi dəyərinin artması məqsədi ilə
saxladıqda, satıldıqdan sonra onun qiymətinin artmış
hissəsinin xümsü verilməlidirmi?
Bütün müctəhidlərin rə`yi: Bəli.
3
1
Safi, “Cameul-əhkam”, 1-ci cild, səh.684; Məkarim, “Tovzihul-
məsail”, 1492-ci məsələ.
2
Fazil, “Cameul-məsail”, 1-ci cild, səh.859.
3
Nuri, “İstiftaat”, 2-ci cild, səh.360; Xamenei, “Əcvibə”, səh.858;
Təbrizi, “Əttə`liqə əla minhacis-salihin”, 1213-cü məsələ; Safi,
“Camiul-əhkam”, 1-ci cild, səh.684; Məkarim, “Tovzihul-məsail”,
1492-ci məsələ; Fazil, “Camiul-məsail”, 1-ci cild, səh.859; “Təhrir”,
2-ci cild, 8-ci məsələ; “Vəsilətun-nicat”, 1-ci cild, 1380-cı məsələ;
Sistani, “Minhacus-salihin”, 1213-cü məsələ; Vəhid, “Tovzihul-
məsail” 1778-ci məsələ.
37
YEDDİNCİ FƏSİL
EHTİYAT PULUN XÜMSÜ
EHTİYAT PULUN XÜMSÜ
Sual 44: Püşk məqsədi ilə bankda toplanmış pulun
xümsü varmı?
Bütün müctəhidlərin rə`yi: İş qazancı ilə
hazırlansa və xüms ilindən bir il keçsə ona xüms düşür.
1
Qeyd: Hədiyyəyə xüms düşməsi e`tiqadında olan
şəxslərin nəzərinə əsasən hədiyyə şəklində əldə olunsa da
ilin sonunda ehtiyat pulun xümsü verilməlidir.
Sual 45: Zəruri yaşayış vasitələrinin alınması üçün
saxlanılmış pula xüms düşürmü?
İmam (r), Təbrizi, Sistani, Məkarim və Vəhid:
Bir il ötdükdən sonra xüms düşür.
2
Safi: Hal-hazırda bu vasitəyə ehtiyacı varsa və onu
hazırlamaq bir neçə il ehtiyat pulu yığmadan mümkün
deyilsə, xüms düşmür.
3
Xamenei: Əgər ehtiyaclı olduğu vasitələri yaxın
gələcəkdə (məsələn, xüms ilindən “3” ay sonraya qədər)
hazırlamaq üçün ehtiyat pul yığıbsa və xüms vermək bu
işin qarşısını alırsa, xüms düşmür.
4
1
“Tovzihul-məsaili mərace”, 1752-ci məsələ; Nuri, “Tovzihul-
məsail”, 1748-ci məsələ; Vəhid, “Tovzihul-məsail”, 1760-cı məsələ;
Xamenei, “Əcvibə”, səh.954.
2
İmam (r), “İstiftaat”, 1-ci cild, səh.24; Təbrizi, “İstiftaat”, səh.856;
Sistani, xüms, ş.8; Məkarim, “İstiftaat”, 2-ci cild, səh.516; Vəhidin
katibliyi.
3
Safi, “Camiul-əhkam”, 1-ci cild, səh.738.
4
Xamenei, “Əcvibə”, səh.987, 860.
38
Nuri: Ehtiyat pulu yığmadan gələcəkdə ehtiyacı
olduğu vasitələri hazırlaya bilmirsə, xüms düşmür.
1
Fazil və Behcət: Ehtiyat pulu yığmadan gələcəkdə
ehtiyaclarını ödəyə bilməzsə qısa müddət ərzində (məsələn
“3” ilə qədər) yığılan ehtiyat pula xüms düşmür.
2
Qeyd: Əgər ehtiyat pulu gələcəkdə ehtiyaclı
olduğu şeylərə xərcləməzsə onun xümsünü verməlidir.
Sual 26: Əgər qənaət edib (gəlirimizin bir
hissəsini) ehtiyat pul yığsaq, onun xümsünü verməliyikmi?
Bütün müctəhidlərin rə`yi: Bəli, əgər bir il
keçərsə xüms verilməlidir.
3
EV ALMAQ ÜÇÜN YIĞILMIŞ PULUN XÜMSÜ
Sual 47: Ev almaq üçün banka qoyulmuş və bir
neçə il bankda qalmış pula xüms düşürmü?
İmam (r), Xamenei, Sistani, Təbrizi, Məkarim
və Vəhid: Bəli, xüms düşür.
4
Fazil, Behcət və Nuri: Əgər ehtiyaclı olduğu evi
almaq üçün başqa yol yoxdursa, ehtiyat üçün yığılmış pula
xüms düşmür.
5
1
Nuri, “İstiftaat”, 2-ci cild, səh.330.
2
Fazil, Camiul-məsail, 1-ci cild, səh.748; Behcət “Tovzihul-məsail”,
1391-ci məsələ.
3
“Tovzihul-məsaili mərace”, 2-ci cild, 1756-cı məsələ; Nuri,
“Tovzihul-məsail”, 752-ci məsələ; Vəhid, “Tovzihul-məsail”, 1764-cü
məsələ; Xamenei, “Əcvibə”, səh.955.
4
Məkarim, “İstiftaat”, 2-ci cild, səh.533; Təbrizi, “İstiftaat”, səh.889;
Xamenei, “Əcvibə”, səh.908; Sistani, xüms, ş.10; İmam (r) və Vəhidin
katibliyi.
5
Fazil, “Camiul-məsail”, 1-ci cild, səh.677; Behcət, “Tovzihul-
məsail”, 1391-ci məsələ; Nuri, “İstiftaat”, 2-ci cild, səh.328.
Dostları ilə paylaş: |