Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə27/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   23   24   25   26   27   28   29   30   ...   211

Paslanmayan polad 

 

51 


 

lərini  yüksəldən  və  onu  korroziyaya  davamlı 

edən   Ni,  Mn,  Ti,  Nb,  Co,  Mo  əlavə  edilir. 

Paslanmayan poladın tərkibində Cr-un miqdarı 

nə  qədər  çox  olarsa,  onun  aqressiv  mühitdə 

korroziyaya  davamlığı  da  bir  o  qədər  yüksək 

olur.  

Korroziyaya davamlıq onunla izah olunur ki, 



xrom  tərkibli poladdan  olan  hissənin  səthində 

nazik  oksid  təbəqəsi  yaranır. Burada  metalın 

bircinsliliyi  böyük  rol  oynayır.  Bircinsli  pola-

dın  səthində  kristallararası korroziya  baş  ver-

məsi üçün şərait yaranmır.  

Kimyəvi  tərkibinə  görə  paslanmayan  pola-

dlar  xromlu,  xrom-nikelli  və  xrom-marqanslı 

olaraq  fərqlənirlər.  Strukturuna  görə  xromlu 

poladlar  martensit,  yarımferrit  və  ferritə 

bölünürlər.  Korroziyaya  qarşı  martensit  növlü 

xromlu  paslanmayan  poladlar  ən  yaxşı 

davamlığa  malikdirlər.  Xromlu  palsanmayan 

poladlardan 

yaylar, 


hidravlik 

preslərdə 

klapanlar,  turbin  kürələri,  krekinq  prosesinin 

armaturu,  kəsici  alətlər  və  məişət  əşyalarının 

hazırlanmasında tətbiq olunur.  

 Onlar  xrom-nikel  və  xrom-marqans-nikel 

austenit,  austenit-ferrit,  austenit-martensit  və 

austenit-karbidlərə  bölünürlər.  Austenit  fazalı 

paslanmayan  poladlar  kristallararası  korro-

ziyaya  meyilli  olduqlarından  onların  tərkib-

lərinə stabilləşdirici elementlər Ti və Nb əlavə 

olunur.  Kristallararası  korroziyaya davamlığı 

həmçinin  karbonun  miqdarını  0,3%-ə  qədər 

azaltmaqla  da  əldə  etmək  olur.  Stabilləş-

dirilmiş  austenitdən  əldə  olunmuş  pas-

lanmayan  poladlar   aqressiv  mühitdə  işləyən 

qaynaq aparatlarında tətbiq olunur. Xrom-nikel 

və  xrom-nikel-marqans  poladları  sənayedə 

geniş istifadə olunur. Konstruksiyaların yüksək 

temperaturda  (550°C)  böyük  yüklər  altında 

işləyən  elementləri üçün  yüksək  möhkəmliyə 

(s

b



  =  1200÷1500  МPa  ),  yüksək  özlülüyə  və 

yaxşı  qaynaq  olunabilmə  qabiliyyətinə malik 

köhnələn  martensit fazalı  paslanmayan  polad-

lardan  istifadə  olunur.  Paslanmayan  poladlar 

həm  təzyiq  altında  emal  olunmuş  halda,  həm 

də tökülmüş halda tətbiq olunur.     

 

(alm. rostfreier Stahl, ingl. Stainless steel)  



Paylayıcı  val   

qazpaylayıcı  mexanizmin 



əsas hissəsi olub, daxili yanma mühərrikində  

qazın  verilməsini  və  çıxışını,  həmçinin  işçi 

taktını 

sinxronizə 

etməyə 

xidmət 


edən 

dirsəkli valdır.   



 Müasir  avtomobillərdə  paylayıcı  val  silindr 

blokunun  üst  tərəfində  yerləşdirilir  və  dirsəkli 

valla  qayış  və  ya  zəncirlə  əlaqələndirilir. 

Paylayıcı  vallar  →dirsəkli  vala  nisbətən  iki 

dəfə  kiçik  sürətlə  fırlanır,  çünki  dirsəkli  valın 

iki  dövrü  bir  iş  tsiklini  yaradır  (dördtaktlı 

mühərriklərdə).  Valın  üzərində  yerləşən  dir-

səklərin  sayı  sorma  və  xaricetmə  klapanların 

sayına  bərabərdir.  Beləliklə  hər  klapana  bir 

dirsək  uyğun  gəlir,  hansı  ki,  klapan  itələ-

yicilərinin  dəstəklərinə  toxunaraq  onu  açır. 

Dirsək klapanı sətbəst buraxdıqda o, güclü ge-

riyə  itələmə  yayların  köməyi  ilə  sürətlə  qa-

panır.  


Paylayıcı  val  mühərrik  boyu  uzanır.  Sorma 

və  xaricetmə  dirsəklərində  əlavə  olaraq,  hər 

silindrdə  püskürtmə  nasosunu  işə  salan  ya-

nacaq  dirsəyi  nəzərdə  tutulur.  İki  istiqamətdə 

fırlanan  mühərriklərdə  hər  bir  istiqamət  üçün 

nəzərdə  tutulmuş  paylayıcı  vallar  yanaşı  yer-

ləşdirilir.  Köməkçi  valı  şaquli  istiqamətdə 

hərəkət etdirməklə lazımı valı işə salmaq olur. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1. Silindr blokuna bərkidilmiş paylayıcı val 

 

 (alm. die Nockenwelle,  ingl. Camshaft



 

Pazlı val birləşməsi 



 Profilli val birləşməsi  



 

Pazlı  pres  mexaniki  və  ya  hidravlik  işləyən 

yüksək gücə malik presdir. İtələyicini hərəkətə 

gətirmək üçün presin yuxarı hissəsi ilə itələyci 

arasında  yerləşən  pazdan  istifadə  olunur 

(şəkil1). 



Pazlı pres 

 

52 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1. Pazlı presləmə dəzgahı 

 

Pazın  qalxma  bucağı  təxminən  360°-dir.  Sür-



tünmə qüvvəsi nəzərə alınmadıqda itələyici  və 

paz  mexanizmi  arasındakı  öütrmə  nisbətini 

1,7:1  kimi  olur.  Bu  mexaniki  eksentrik  pazlı 

presdə  paz  eksentrik  ötürmə  mexanizmi  ilə 

hərəkətə  gətirilir.    İtələyici  və  paz  arasına  to-

xunma  səthinin  böyük  olması  və  presin 

gövdəsinin  stabil  quraşdırılması  sayəsində 

presləmə zamanı yaranan eksentrik yükləməyə 

o  qədər  də  həssas  deyil.  İtələyicinin  dönməsi 

baş  vermir.  Pazlı  preslər  əsasən  ştampla 

döymədə  tətbiq  olunur.  Ötürmə mexanizminin 

dəzgahın 

arxa 

hissəsində 



yerləşdirilməsi  

nəticəsində  onun  ümumi  hündürlüyü  →çarx-

qolu-sürgüqollu preslərinə nisbətən kiçikdir.   

Mexaniki  pazlı  preslərin  gücü  20÷120  MN 

arasında yerləşir. Gedişlərin sayı 70÷20 1/dəq-

dir.  Hidravlik  pazlı  preslərdə  800  MN  qədər 

güvvə yaratmaq mümkündür. 

 

(alm. die Keilpresse, ingl. Wedge Press)  



 

Pelton  turbini  çəlləkvari  pərlərə  malik 

→hidroturbindir.  Maye  işçi  val  üzərində  yer-

ləşmiş  pərlərə  yüksək  təzyiq  altında  ucluqlar 

vasitəsitə  vurulur  (şəkil  1).  Şırnağın  təsir 

müstəvisi  pərin  ortasından  keçir.  Bu  turbin  ilk 

dəfə  olaraq  amerikalı  mühəndis  A.Pelton 

tərəfindən  1889-cu  ildə  ixtira  edilib  tətbiq 

edilmişdir. O, su elektrik stansiyalarında suyun 

kinetik  enerjisindən  istifadə  edən,    ən  geniş 

yayılmış  aktiv  turbinlərdən  sayılır.  Pelton 

turbini ucluqdan, işçi çarxdan və suyun axması 

üçün  kanaldan  ibarətdir.  Su  yığılmış  anbardan 

boru  vasitəsilə  ucluqdan  keçərək  turbinin 

pərlərinə yönəlir. →Reaktiv turbinlərdən fərqli 

olaraq  sorucu  boruya  ehtiyacı  yoxdur,  su  işçi 

sahəyə  fasiləli  daxil  olur.  Su  yalnız  təzyiq 

şırnağının  işçi  zonasını  keçdikdən  sonra  

pərlərə verilir. Ucluğun daxilində iynə yerləşir. 

Onun  hərəkəti  və  uyğun  olaraq  ucluğun  en 

kəsiyi  ilə  suyun  həcmi  tənzimlənir.  Təzyiq 

borusunda  hidravlik  zərbənin  qarşısını  almaq 

və  istismar  zamanı  təcillənmədə  yükləməni 

azaltmaq  üçün  deflektorlardan  istifadə  edilir. 

Deflektorlar  şırnağı  bütövlükdə  və  ya  hissə-

hissə  işçi  çarxın  periferiyasına  yönəldir,  və  su 

pərlərdən  yan  keçir.  Pərlərin  sayı  vurulan 

şırnağın  boşa  işləməsi  şərtinə  əsasən  seçilir. 

Bir  çix  Pelton  turbinləri  18

÷

25  pərlərə  ma-



likdirlər. Bu turbinlərin valı həm üfüqi, həm də 

şaquli  vəziyyətdə  olur.  Üfüqi  quruluşlu  tur-

binlərdə  bir  valda  bir,  iki  və  ya  daha  çox  işçi 

çarxlar yerləşdirilə bilir. Hər çarxa iki və daha 

artıq ucluq xidmət edir. Şaquli turbinlər bir işçi 

çarx  və  bir  neçə  uclqudan  ibarət  hazırlanırlar. 

Bir  ucluğun  gücü    10  m³/s  civarında  yerləşir. 

Ucluqda yaranan su təzyiqi 200 bar-dır. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1. Pelton turbini 




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə