Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə24/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   20   21   22   23   24   25   26   27   ...   211

Pardaqlama dəzgahı 

 

45 


 

 

Şəkil 1. Pardaqla dəzgahlarının işləmə sxemləri:

 

a-

xarici  pardaqlama,  b-daxili  pardaqlama,  c-daxili 



planetar  pardaqlama,  d-xarici  mərkəzsiz  pardaq-

lama,  e  –  daxili  mərkəzsiz  pardaqlama,  f-müstəvi 

pardaqlama,  g-  alətin  yan  hissəsi  ilə  müstəvi 

pardaqlama,  -1-pardaq  dairəsi,  2-boyunduruq,  3-

pəstah, 4-aparıcı dairə, 6- dayaq lövhəsi.

  

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil  2.  Uzununa  müstəvi  pardaqlama  dəzgahının 

konstruktiv elementləri 

a-gövdə, b-xizəklər, c-pardaqlama stolu, d-qoruyucu 

lövhə,  e-şpindel  başlığı,  f-dayaq,  g-pardaq  dairəsi, 

h- qoruyucu qabıq, i-düzləndirici, k-tozsoran, l-veriş 

mexanizmi,  m-mühərrik,  n-soyuducu-yağlayıcı  ma-

ye  qurğusu,    o-su  borusu,  p-  idarə  pultu,  q-  idarə-

etmə sistemi dolabı. 

 

tutulur. Dəzgahın stolunda bərkidilmiş düzlən-



dirmə  aləti  müxtəlif  kinematik  prinsipə  malik 

olur. Pardaq dairəsinin düzləndiriciyə yaxınlaş-

dırılması və təmasa girməsi dəzgahın idarə sis- 

teminin 


köməyi 

ilə 


aparılır. 

Mövqeyi 


dəzgah 

koordinat 

sistemində  məlum  olan  düzləndirici 

qurğulardan 

istifadə 

üçün 


NC 

dəzgahlarında 

xüsusi 

tsiklik 


proqramlar nəzərdə tutulur.    

 

(alm.  die    Schleifmaschine,  ingl.  Grin-



ding machine

 

Pardaqlama  ilə  kəsmə  üsulu  eni 

nisbətən  kiçik  olan  abraziv  alətlə 

pəstahların  böyük  sürətlərdə  kəsil-

məsinə  xidmət  edir.  Əsas  tətbiq  sa-

həsi  yayma,  döymə,  yonma  dəzgahlarının 

maqazinləri  üçün  lazım  olan  pəstahın  hazır-

lanmasıdır.  Burada  iki  növ  kəsmə  üsulu 

fərqləndirilir: 

 

Soyuq halda kəsmə,  



 

 İsti halda kəsmə. 

Soyuq  halda  pəstah  otaq  temperaturunda,  isti 

halda  isə  o  közərmiş  hala  qədər  qızdırılır  və 

sonra  kəsilir.  Kəsmə  zamanı  proses  həmçinin 

quru  və  ya  soyuducu  mayenin  tətbiqi  ilə  apa-

rıla  bilir.  Maye  ilə  kəsmə  tablandırılmış 

poladların  kəsilməsində  və  çətin  emal  oluna-

bilən  metalların  emalında  tətbiq  tapır.  Bu 

üsulun  çatışmayan  cəhəti  onun  yüksək  səs  və 

toz ayrılması ilə müşaiyət olunmasıdır. 

Yüksək  möhkəmlikli  materialların  (məsələn: 

CrNi-poladlar, paslanmayan poladlar) kəsilmə-

sində bu üsul mişarlamanı uğurla əvəz edir.  

Pardaqlama  materialı  kimi  kubik  bornit-

riddən  istifadə  edərək  prosesin  məhsuldralığı 

artırılır.  Emalın  60÷100  m/san  arasında  yerlə-

şən sürətlərdə aparılması iqtisadi cəhətdən da-

ha  əlverişlidir.  Verilən  tapşırıqdan  asılı  olaraq 

pəstah  kəsmə  zamanı  mişarlamadan  fərqli 

olaraq  15  dəfə  tez  fırladıla  bilir.  Kəsmədə 

tətbiq  olunan  pardaq    dairələrinin  diametri 

30÷1800  mm,  eni  isə  0,05÷20  mm  arasında 

yerləşir.  

Şəkil 1-də kəsmə üsullarının müxtəlif növləri  

göstərilmişdir.  Eninə  verişlə  kəsmədə  pardaq 

dairəsi  radial  verişlə  hissəni  ikiyə  bölür.  Bu 

üsul  böyük  hissələrdə  tətbiq  olunur.  Uzununa 

verişlə  kəsmədə  alət  üfüqi  veriş  alaraq  bir  və 

ya  bir  neçə  hissəni  kəsə  bilir.  Alətin  irəli-geri 

hərəkəti  ilə  kəsmədə  proses  üçün  bir  neçə 



Pardaqlama ilə kəsmə 

 

46 


 

gedişə  ehtiyac  olur.  Alət  hər  iki  gedişin  

sonunda  radial  istiqamətdə  veriş  alır.  Fırlanan 

hissənin pardaq dairəsi ilə kəsilməsi adətən bo-

ruların  emalında  geniş  istifadə  olunur.  Pəstah 

ilə  pardaq  dairəsinin  fırlanma  istiqamətləri 

müxtəlidir.  

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Pardaqlama ilə kəsmə üsulları 

a-eninə  verişlə,  b-uzununa  verişlə,  c-irəli-geri 

hərəkətlə, d-fırlanma ilə.  

 

(alm.  das Trennschleifen, ingl. Abrasive cutting ) 



 

Pardaqlama  ilə  kəsmə  dəzgahı  boru,  çubuq 

və ya profilli uzun hissələrin doğranması və ya 

kəsilməsi üçün tətbiq olunur (şəkil 1).  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 1. Pardaqlama ilə kəsmə dəzgahı 

 

Dəzgahda  quraşdırılmış,  sürətlə  fırlanan  disk 



şəkilli  pardaq  dairəsi  (diametri/eni=50)  kiçik 

yarıqlar  açaraq  hissənin  həmin  yerdən  ayrıl-

masına  gətirib  çıxarır.  Kəsilmiş  səthlər  təmiz 

alınır.  Pardaqlama  ilə  kəsmə  dəzgahının  əsas 

xüsusiyyəti  proses  ərəfəsində    vahid  zamana 

düşən material həcminin yüksək olmasıdır. Bu 

qiymət 20000 mm

3

/san həddinə qədər ola bilir. 



Dəzgahın  asan  idarə  olunması,  yonqarın  tez 

təmizlənməsi,  tətbiq  sahəsindən  və  kəsmə 

qüvvəsindən asılı olaraq kobud olması dəzgaha 

qoyulan əsas tələblərdəndir.  

    Döymədən  və  ya  yaymadan  sonra  alınmış 

hissələrin  yüksək  temperaturda  kəsilməsi  isti 

halda aparılan üsulla yerinə yetirilir. Dəzgahın 

konstruksiyası  tətbiq  olunan  kəsmə  üsulları: 

eninə  və  uzununa  verişlə,    irəli-geri  hərəkətlə, 

fırlanma  ilə  aparılan  prosesdən  asılı  olaraq 

layihələndirilir. 

 

(alm.  die  Trennschleifmaschine,  ingl.  Cutting-off 



machine

 

Pardaqlama  izi  pardaq  dairəsi ilə  emalda ab-

raziv  dənəciklər  tərəfindən  aparılan  mikro-

yonma zamanı buraxılan izdir (şəkil 1). Kəsmə 

zonasına  daxil  olan  dənəciklər  səthi  plastik 

deformasiyaya uğradır.  Dənəciklər xaotik yer-

ləşdiyindən hər  bir  “dənəciyin  izi”n  üzərindən 

onun arxasınca gələn başqa dənəciklər kəsərək 

keçir.  Açılmış  izlər  dəfələrlə  deformasiyaya 

məruz  qalır  və  beləliklə  o  yonqar  tam  çıxarı-

lana qədər daimi olaraq yerini dəyişir: bu və ya 

digər tərəfə sürüşür.      

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil  1.  Polad  45-in  səthində  pardaqlama  izləri. 

Emal aşağıdan yuxarıyadır, Vc= 30 m/s. 

 

Pardaqlama  izinin  strukturu  emalın  ki-



nematikasından  asılı  olaraq  paralel  və  bir-

birinə çarpaz şəklində ola bilir. Birinci hal disk 

dairəsi  ilə  müstəvi  pardaqlama  üçün  səciy-

yəvidir. İkinci hal, alətin hər gedişdən sonra öz 

veriş istiqamətini əvvəlkinə nəzərən dəyişməsi 

zamanı  baş  verir.  Boşqab  formalı  dairələrlə  




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə