Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə106/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   102   103   104   105   106   107   108   109   ...   112

Nazim Tapdıqoğlu
11 
dekabr  1992-ci il - Zəngilan rayonunun 4 kəndi ermənilər tərəfindən zəbt 
edilir...
11  dekabr  1992-ci il - Zəngilan rayonunun Qıraq Müşlatı kənd sakini,  9-cu 
sinif şagirdi Könül İmanqulu qızı Hüseynova məktəbdən evə gedərkən erməni­
lərin atdığı qrad mərmisinin qurbanı olur...
11  dekabr  1992-ci il - Erməni yaraqlıları güclü hücumla Qubadlı rayonunun 
Cibikli kəndinə daxil olurlar...
12  dekabr  1727-ci il - Rusiya ilə Səfəvi dövlətləri arasında Nabur sülh müqa­
viləsi bağlamr. Bu müqaviləyə əsasən Cavad, Salyan, Şeşpara,  Rustov,  Quba və 
Təngə əraziləri ruslara verilir. Hacı Davud xan Təngə qalasını təslim etməkdən 
imtina edir. Xəzəryanı vilayətlərin idarəsi  V.Dolqorukiyə həvalə edilir...
12 
dekabr  1905-ci il - İranda  1911-ci ilə qədər davam  edən inqilab başla­
nır...
12 
dekabr  1945-ci il - Nə qədər qəribə olsa da,  Güney Azərbaycanda 
Milli 
Hökumətin  yaradılmasına  ( “21  Azər” hərəkatı)  əngəllər  törətmək  istəyən 
qüvvələr də tapılır...
12 
dekabr  1946-cı il - Hökumət qoşunları Təbrizə daxil olur. Təbriz ələ keçir. 
Milli Hökumət süqut edir. Azərbaycanın dinc əhalisinə divan tutulur; minlərlə 
adam qətlə yetirilir. ADR üzvləri öldürülür...
12  dekabr  1989-cu il -  Goranboy  rayonunun  Todan  kəndinə hücum  edən 
daşnaq terrorçuları  4  nəfər əliyalın azərbaycanlı, dinc sakini qətlə yetirirlər...
12  dekabr  1990-cı il - Saat  14  radələrində Ağdamdan Şuşaya gedən 13- 58 
AQYA  nömrəli  avtobus Xanbağı  yaxınlığında  erməni  terrorçuları tərəfindən 
atəşə tutulur.  Meşəli kənd sakini olan sərnişin Əli Mürsəl oğlu Mehrəliyev ağır 
güllə yarası alır...
12  dekabr  1991-ci il  -  Xocalı  şəhəri  "Alazan"
 
raketlərindən,  "Qrad" 
qurğularından, toplardan, iriçaplı pulemyotlardan atəşə tutulur.  Şəhər yarım- 
mühasirə vəziyyətindədir.  Şəhərdə ərzağa böyük tələbat vardır...
12 
dekabr  1991-ci il - Ağdam rayonunun  Əhmədavar,  Şelli,  Xıdırlı,  Çuxur- 
məhlə,  Qalayçılar kəndləri atəşə  tutulur.  Nəticədə 2  nəfər azərbaycanlı  həlak 
olur, 5 nəfər yaralanır...
12 
dekabr  1991-ci il - Laçın rayonunun ermənilərlə həmsərhəd əraziləri er­
məni yaraqlıları tərəfindən atəşə tutulur...
12  dekabr  1991  ci il  -  Daşnaq  terrorçuları Xocalının  (Əsgəranın)  Cəmilli 
kəndinə basqın  edirlər.  Kənd dağıdılaraq yandırılır.  6 nəfər kənd sakini  ağır 
güllə yarası alır...
288
Azərbaycan faciələrinin təqvimi
12 
dekabr  1991-ci il -  "Dağlıq  Qarabağ Respublikasının" rəhbərləri  MDB- 
yə daxil olmaq üçün Rusiya,  Ukrayna prezidentlərinə və Belorusiya parlamen­
tinin spikerinə xahiş teleqramları ilə müraciət edirlər...
12 
dekabr  1991-ci il -  Kərkicahan  qəsəbəsinə basqın  edən  ermənilər milis 
əməkdaşı Firdovsi Məmmədovu qətlə yetirirlər...
12  dekabr  1992-ci il -  Ermənilər Azərbaycan  Ordusunun  diqqətini  Laçın 
dəhlizindən yayındırmaq üçün Zəngilan və Qubadlı rayonlarının Şayıflı, Seyid­
lər,  Ərkənd, Çərəli,  Qazançı,  Günqışlaq, Pirveyisli,  Canbar,  Yuxarı Qayalı kənd­
lərini zəbt  edir.  Bu hücumlar nəticəsində  20 nəfər  azərbaycanlı  öldürülür,  40 
nəfər isə yaralanır, 60 nəfər İtkin düşür...
13  dekabr  1497-ci il - İsfahan yaxınlığında baş verən döyüşdə qiyamçı feo­
dallar Gödək Əhmədi məğlub edib onu öldürürlər...
13  dekabr  1754-cü il - 4-cü Osmanlı padşahı Sultan I Mahmud xan İstan­
bulda ölür...
13  dekabr  1904-cü il - Bakı fəhlələri arasında çoxdan hazırlanan, Balaxanı, 
Sabunçu,  Bibiheybət  rayonlarında  başlanan və  31 dekabra  qədər davam edən 
tətil tezliklə şəhərin  bütün müəssisələrini və neft mədənlərini  əhatə edir.  Çoxlu 
sayda fəhlə həbs edilir və işdən qovulur...
13 
dekabr  1922-ci U - Keçirilən Zaqafqaziya Sovetlər qurultayında ZSFSR 
Konstitusiyası qəbul edilir.  Zaqafqaziya Sovet Sosialist  Federativ İttifaqı Za­
qafqaziya Sovet Federativ  Sosialist  Respublikası  şəklində yenidən  təşkil edi­
lir...
13 
dekabr  1946-cı il - Təbrizdə terror həyata keçirilir.  İdarəetmə orqanları 
dağılır. Az müddət içərisində 30 000  adam ölür; minlərlə adam yaralanır və zin­
dana salınır, 300 000 adam sürgün olunur.  Cənubi Azərbaycanda milli hərəkat 
məğlub olur.  Milli hökumətin pis silahlanması, hökumət rəhbərliyində fikir ay­
rılıqlarının  olması,  əyalətlərdə  şah  qoşunlarına müqavimət  göstərilməməsi  və 
bu işdə Azərbaycan  Demokratik Firqəsinin  qətiyyətsizliyi,  rəhbərliyin  ölkəni 
tərk etməsi və digər səbəblər hərəkatın məğlubiyyətinə səbəb olur...
13 
dekabr  1991-ci il - Cəmilli kəndinin  U A Z markalı maşını erməni terror­
çuları tərəfindən atəşə tutulur.  10 uşaq atası Tahir Sadıqov qətlə yetirilir, ma­
şında olan digər 15 nəfər müxtəlif dərəcəli güllə yarası alır...
13  dekabr  1992-ci il - Füzuli şəhəri, eləcə də rayonun  Arış,  Xələfşə,  Cuvarlı, 
Qoçəhmədli kəndləri ermənilər tərəfindən güclü atəşə tutulur. Həlak olanlar, ya­
ralananlar  və dağıntılar qeydə almır...
13  dekabr  1992-ci İ1 - Tərtər və Ağdam rayonlarının ermənilərlə həmsərhəd
289


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə