Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə102/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   98   99   100   101   102   103   104   105   ...   112

Nazim Tapdıqoğlu
D E K A B R

dekabr  1510-cu il 1  Şah İsmayıl ilə Özbək hakimi  Məhəmməd Şeybani 
xan arasında Mahmudi adlı  (Mərv qalası yaxınlığı)  yerdə döyüş baş verir. Şey- 
bani öldürülür, qoşunu məğlub olur. Xorasan ələ keçirilir...
1  dekabr  1917-ci  il  -  Zəngəzur  qəzasının  Kürdlər  azərbaycanlı  kəndinə 
hücum edən ermənilər kəndi dağıdaraq adamları qətlə yetirirlər...

dekabr  1918-ci il -  Polkovnik Doluxanovun başçılıq  etdiyi terrorçu daş- 
naqlar Vedibasarm Şahablı kəndinə basqın edərək bütün kişiləri qılıncdan keçi­
rirlər;  uşaqlar  təndirlərə  atılır.  8  seçmə  qadın  ermənilər  tərəfindən  girov 
aparılır...

dekabr  1920-ci il - Azərbaycan hökuməti bəyanatında Naxçıvanı Erməni­
stanın tərkib hissəsi elan edir. Amma Naxçıvan əhalisinin 90 %-i bunun əleyhinə 
çıxır...

dekabr  1920-ci il - Bakı Sovetinin Ermənistanda Sovet hakimiyyətinin qə­
ləbəsinə həsr olunmuş təntənəli iclasında N.Nərimanov Azərbaycan İnqilab Ko­
mitəsinin bəyannaməsini elan edir...
1  dekabr  1920-ci il - Azərbaycan rəhbərliyi Moskvanın təzyiqlərinə davam 
gətirməyərək Zəngəzurun Ermənistana verilməsi haqqında bəyanatla çıxış edir. 
Moskva Azərbaycanı güzəştlərə məcbur etmək üçün  “proletar beynəlmiləlçiliyi” 
kimi gülünc təbliğat vasitələrindən istifadə edir. Məhz bundan az sonra Zəngə­
zur mahalı 2 hissəyə bölünərək  4.505 kv.km ərazisi  Ermənistana verilir.  Rusi­
yanın  təzyiqi  ilə  Azərbaycan  Xalq  Komissarları  Şurası  tərəfindən  Qərbi 
Azərbaycanın Dilican və Göyçə əraziləri ermənilərə verilir...
1  dekabr  1946-cı il - İranda hökumət qoşunları Azərbaycana daxil olur...
1  dekabr  1988-ci il - Daşnaq Benik Asatyanın başçılıq etdiyi terrorçu dəstə­
nin üzvləri Quqark rayonunun  Vartana kəndindən qaçqm düşən 240 nəfər uşaq, 
qadın və yaşlı  adamlardan ibarət dəstəni qarlı dağlarda  pusquya salırlar.  100 
nəfər azərbaycanlı gülləbaran edilir.  Ələ keçən 13 nəfər dinc sakin işgəncələrlə 
qətlə yetirildikdən sonra onların cəsədləri yandırılır...
1  dekabr  1988-ci il - Ermənistan SSR-dən qovulmuş və acınacaqlı vəziyyətə 
düşmüş 95  azərbaycanlı ailə Füzuli şəhərində və rayonun  digər yaşayış məntə­
qələrində yerləşdirilir...
1  dekabr  1988-ci il -  Qərbi Azərbaycanın Masis  rayonunun Zəngilər kənd 
sakini  Şərif Südeyf oğlunun  meyidi tapılır.  Ermənilər  onu amansız işgəncə ilə 
öldürmüşlər...
278
Azərbaycan faciələrinin təqvimi
1  dekabr  1989-cu il - Ermənistan SSR Ali Soveti  "Dağlıq  Qarabağ Muxtar 
Vilayətinin Ermənistana birləşdirilməsi haqqında " antikonstitusion qərar çıxarır. 
“DQMV-də vəziyyətin normallaşdırılması sahəsində tədbirlər haqqında  SSRİ 
Ali Soveti qərarının qəbuledilməzliyi barədə” qərarlar qəbul edir...
1  dekabr  1991 -ci il - Kərkicahan qəsəbəsi güclü atəşə tutulur.  Gecə erməni 
yaraqlıları rus hərbçiləri ilə birlikdə qəsəbəyə soxulmağa cəhd etsələr də,  buna 
tam nail ola bilmirlər.  8 saatlıq davam edən qeyri-bərabər döyüşdən sonra er­
mənilər yaşayış məntəqəsinin bir hissəsini ələ keçirir. Azərbaycanlılara məxsus 
olan 21 ev ermənilər tərəfindən yandırılır.  2  nəfər ölür,  5  nəfər yaralanır,  3 
nəfər qəsəbə sakini itkin düşür...
1  dekabr  1992-ci ii - Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın Erməni­
stana birləşdirilməsi haqqında qərar qəbul edir...
2  dekabr  1918-ci il  -  Erməni quldur yaraqlıları  Sırxavənd,  Qalayçılar  və 
Dovşanh kəndlərinə hücum edir. Çoxlu qətllər törədən ermənilər kəndləri çapıb- 
talayırlar...
2  dekabr  1918-ci il - «Daşnaksütyun»
 
terror təşkilatının sərsəm «Böyük Er­
mənistan - dənizdən dənizə ölkə»  yaratmaq proqramını  həyata  keçirən  erməni 
quldur  birləşmələri  Cəbrayıl  (Qaryağın)  qəzasının  azərbaycanlılar yaşayan 
kəndlərinə yenidən basqınlar  edirlər. Tələfat və dağıntılar olur...
2  dekabr  1918-ci il -  Ermənilərin silahlı  quldur dəstəsi Aşağı Məlikli adlı 
Azərbaycan kəndinə soxulur.  Bütün əmlak və mal-qara sürülüb aparılır.  Kənd 
yandırılır...

dekabr  1918-ci il - Mülküdərə kəndində məskən salan terrorçular Cəbrayıl 
qəzasının  Məzrə,  Məlikli,  Tatar kəndlərinə basqın  edirlər.  Məzrə kəndində 6 
nəfər azərbaycanlı qətlə yetirilir. Məlikli və Tatar kəndlərində 2 qadın güllə ya­
rası alaraq şikəst olur. Məzrə, Məlikli və Tatar kəndləri viran  olunur...

dekabr  1918-ci il - Polkovnik Doluxanovun başçılıq etdiyi, Van və Sasun 
ermənilərindən təşkil olunmuş daşnaq terror qrupu Vedibasarm  Qaraxaç,  Qa- 
dılı, Şidli, Xalisə, A vşar,  Cadqıran, Kiçik  Vedi kəndlərinə basqınlar edərək çoxlu 
sayda qətliamlar törədirlər.  300 qadın əsir götürülür...
2  dekabr  1918-ci il  -  Cavanşir qəzasının Mehman kəndində məskən  salan 
daşnaq  terrorçular  kənddə  yaşayan  azərbaycanlıları  mühasirəyə  alır,  onları 
tərksilah edirlər.  3 nəfər  azərbaycanlı qətlə yetirilir.  Kənd azərbaycanlılardan 
təmizlənir...
2  dekabr  1918-ci il - Cəbrayıl qəzasında Xanağabulağı kənd sakini Allahqulu 
Mahmud oğlu otlağa qoyun çıxardığı yerdə ermənilər tərəfindən qətlə yetirilir.
279


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə